Məhkəmə qərarları › İş №2-1(103)-1089/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1089/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1089/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X28 və X11 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X16 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2805/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** seriyalı, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksi və istifadədə olan torpaq sahəsi İddiaçı, "xxxx" QSC, X14, X33 oğlu, X17, X41, X18, X19, X12, X20 ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyət hüququna malik olan bütün şəxslərin iştirakı ilə həmin daşınmaz əmlakın naturada bölgü sxemi tərtib olunmuş və həmin sxem notarial qaydada təqsdiq olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, İddiaçı, "xxxx" QSC-nin, X3, X33 oğlu, X5, X6, X7, X25, X2, X20 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksi üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və A1, A2, A4, A8, A9, C5, D2 tikililəri üzərində İddiaçı mülkiyyət hüquqlarının ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Bütün sənədləri qanunvericiliyə uyğun olaraq təqdim edilməsinə baxmayaraq cavabdeh müraciətdən imtina etmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2805/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, əmlakın hüquqi rejiminin paylı mülkiyyət kimi olduğunu göstərmiş, qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının nəzərdə tutulmadığına istinad etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin.mövqeyi əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi yaşayış sahəsinin ona aid olan hissəsinə mülkiyyət hüquqları qeydiyyata alınmış və digər payçının adı göstərilməklə ona çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını digər payçıların adı olmadan ayrıca çıxarışın verilməsi ilə gerçəkləşdirmək istəyir. Cavabdehin qənaətinə görə isə əmlak kompleksi paylı mülkiyyətə qeydə alındığından və torpaq dövlət mülkiyyətində olduğundan iddiaçının müraciətinin təmin edilməsi mümkün deyildir. Vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox payl mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılmas ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki hazırki mübahisə üzrə iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə gərcəklişdirmə istədiyi yaşayış sahəsinə münasibətdə payçıların razılaşması (ərizəsi) olduğunda məhkəmə qərarına ehtiyac yoxdur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın digər payçıların mülkiyyətində olan əmlaklar ilə bağlı konstruktiv bağlılığı olmamış, əksinə əmlakların giriş-çıxışı ayrı olmuş və əmlaklar bir dam altında yerləşməmişdir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə ayrıca çıxar almaq hüququ qazanır. Hazırki mərhələdə mübahisəli əmlaka dair ayrıca çıxarışın verilməsinə maneə yaranmadığından, həmçinin hər hansı fiziki şəxsin hüququnun pozulmasına ehtimal olmadığından, o cümlədən əmlakın giriş-çıxışı ayrı olduğundan və başqa əmlaklar ilə konstruktiv bağlılığı olmadığından, iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı hesab olunmuşdur. Birinci instansiya məhkəməsi isə hər hansı hüquqi əsası olmayan dəlil gətirərək əmlakın hüquqi rejiminin paylı olmasına istinad etmişdir. Halbuki, qanunvericilik hüquqi rejimi “paylı” olan əmlaka münasibətdə mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə rəsmiləşdirilməsini məhdudlaşdırmamışdır. Sadəcə ayrıca çıxarışın alınması üçün müvafiq əsasların olmasını təsbit etmişdir ki, hazırki halda da iddiaçının bu əsaslara malik olduğu müəyyən olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydə alınmasını arzulamır, sadecə mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlaka münasibətdə ayrıca çıxarışın verilməsini istəyir. Başqa sözlə desək, iddiaçı torpaq sahəsinə münasibətdə hər hansı tələb irəli sürməmişdir. Beləliklə, necə ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması zamanı torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq, əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır ki, eyni yanaşma, həmçinin hazırki mərhələdə, yəni, ayrıca çıxarışın verilməsində də nümayiş etdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Eyni zamanda iddiaçı hissəvi olaraq (C5 tikilisinə münasibətdə) iddiadan imtina etdiyini bildirmiş və həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********555-12301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən A1, A2, A4, A8, A9, C5, D2 tikililəri iddaçının, C6 tikilisi X3, D3 və A6 tikililəri Bağır-X29, A7 tikilisi X15, A5 tikilisi X5, C1 tikilisi X25, D1 tikilisi X6, C3 tikilisi X8, C2 tikilisi X2, A3 tikilisi isə X20 xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********555-12301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən iddiaçının paylı mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyət növü xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü- mülkiyyətdir, ümumi sahəsi 3884,89 kv.m, torpaq sahəsinin üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir, torpağın ümumi sahəsi 0,2780 ha təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********76, 2**********70, **********71, **********73, **********72, **********75, **********74 nömrəli cavab məktublarına əsasən, elektron kadastr məlumatlarına əsasən əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahələri üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş Əmlak kompleksi kimi müəssisənin texniki pasportuna əsasən, hüquq subyekti X26 və başqaları olan, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin inventar nömrəsi 11/4210; təsnifat A- 2 mərtəbəli tikili,A1,A2,A3,A4,A5,A6,A7,A8,A9,C1,C2,C3,C4,C5,C6,D1,D2,D3,K.L,M,N.O,P,RS,H,Fictirahət binaları; T- xəzinə binası, T1- yarımstansiya binası,T2 – anbar binası, Y-tibb binası, U-xidmət binası, VV-yemekxana binası, , İ dəmir darvazası, İİ su hovuzu, İİİ yarımçıq tikili, İV dekoratav hasar,V-daş hasar, Vİ –daş hasar: torpaq sahəsinin ümumi tikili altı sahəsi 8687.85 kv.m, ərazinin ümumi torpaq sahəsi 53498.9 kv.m -dir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə birlikdə X21 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 6486,08 kv.m olan qeyriyaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisə) ümumi sahəsi 182,39 kv.m olan C4 tikilisinə dair (yeni ünvan: ünvan 5ən qeyri-yaşayış binası) müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 182,39 kv.m olan qeyri-yaşayış binası X21 xüsusi mülkiyyətindədir. - AN-İ ******* nömrəli xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində iddiaçının etibarnamə üzrə nümayəndəsi X30, alıcı qismində isə X31 olmaqla, satıcı ünvan 4 ünvanında istifadədə olan 0.54686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 6486.08 kv. metr olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisə) ümumi sahəsi 182.39 kv. metr olan C4 tkilisini alıcının mülkiyyətinə verir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A1, A2, A4, A7, A8, A9, C5 və D2 tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A7, A8, A9, C5 tikililəri X9 xüsusi mülkiyyətindədir. - AN-İ ******* nömrəli 10.12.214-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X23, X1 olmaqla, satıcı ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6486.08 kv/m olan digər daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisə) ona məxsus olan A7, A8, A9, və C5 tikililərdən ibarət olan hissələrini alıcının mülkiyyətinə verir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən C6 tikilisi X3 xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən A1, A2, A4, A5, A7, A8, A9, C5, C6 və D2 tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. ünvan 7 ünvanında yerləşən C1 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X25, D1 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10, C3 tikilisi Daşınmaz əmlakın dövlət çıxarışa əsasən X8, C2 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2, A3 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X24, D3 tikilisi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bağır-X29, A1, A2, A4, A5, A6, C6 və D2 tikililəri Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının, A7, A8, A9 və C5 tikililəri isə Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X13 xüsusi mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin iddiaçıya məxsus payını (A1, A2, A4, A8, A9, C5, D2 tikililərini) əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 2F saylı əmlak kompleksi və istifadədə olan torpaq sahəsi İddiaçı, "xxxx" QSC, X14, X33 oğlu, X17, X41, X18, X19, X12, X20 ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyət hüququna malik olan bütün şəxslərin iştirakı ilə həmin daşınmaz əmlakın naturada bölgü sxemi tərtib olunmuş və həmin sxem notarial qaydada təqsdiq olunmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ odur ki, əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahəsi üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün deyil. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı; 2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Normanın məzmununa görə daşınmaz əmlak ümümi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər birq hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsinin ona aid olan hissəsinə mülkiyyət hüquqları qeydiyyata alınmış və digər payçıların adları göstərilməklə ona çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tikilərin üzərində mülkiyyət hüquqlarını digər payçıların adları olmadan ayrıca çıxarışın verilməsi ilə gerçəkləşdirmək istəyir. Cavabdehin qənaətinə görə isə əmlak kompleksi paylı şəkildə qeydiyyata alınıb və torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən torpaq sahəsi üzərində yerləşən tikililərin payçılar arasında fərdi şəkildə bölünməsi mümkün deyil. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, mübahisəli əraziyə dair artıq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydə alınmasını istəmir, sadəcə mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlaka münasibətdə ayrıca çıxarışın verilməsini istəyir. Başqa sözlə, iddiaçı torpaq sahəsinə münasibətdə hər hansı tələb irəli sürməmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisənin həlli məqsədi ilə ümumi paylı mülkiyyətdə olan ayrıca çıxarışın verilməsinin qanunvericiliyinin tələblərinə uyğun olubolmamadığı müəyyən edilməlidir. Bu hissədə isə məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına istinad edir Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 2 20.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar.Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Doğrudur ki, vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə gərcəklişdirmək istədiyi yaşayış sahəsinə münasibətdə payçıların razılaşması ilə tərtib olunmuş çıxarışa və ya məhkəmə qərarına ehtiyac yoxdur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş bölgü sxeminə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin A1, A2, A4, A8, A9, C5, D2 tikililəri iddiaçıya məxsus olmuşdur. İddiaçının mülkiyyət hüquqlarını reallaşdırmaq istədiyi A1, A2, A4, A8, A9, D2 tikililər digər tikililərin daxilində olubolmaması istiqamətində zəruri araşdırma aparılmış və müəyyən olunmuşdur ki, A1, A2, A4, A8, A9, D2 tikililəri digər tikililərlə konstruktiv bağlılığı olmayan, bir dam altında yerləşməyən ayrıca tikilidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi ünvanında yerləşən 3884,89 kv.m. sahəsi olan 2F saylı əmlak kompleksinin A1, A2, A4, A8, A9, D2 tikililəri digər tikililər ilə konstruktiv əlaqə olmadığından, tikililərin giriş-çıxışı ayrı olduğundan, həmçinin, tikililər digər tikililər ilə bir dam altında yerləşmədiyindən həmin tikililərə münasibətdə payçıların razılıq ərizələrinin və ya payların ayrılmasına dair məhkəmə qərarının mövcudluğuna zərurət yaranmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən A1, A2, A4, A8, A9, D2 tikililərə münasibətdə ayrıca çıxarışın verilməsini istisna edən hal mövcud olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2567/2019 nömrəli qərarında qeyd olunmuşdur ki, “İddiaçılar D və Q tikilisinə çıxarış almaq arzusundadırlar, işdə olan çıxarışlarda D və Q tikililərinə iddiaçılardan başqa digər 4 nəfər payçının mülkiyyət hüquqlarının olması qeyd edilməmişdir. Odur ki, iddiaçıların D və Q tikililərinə digər payçıların adları və payları göstərilmədən yeni çıxarış almaq hüquqları vardır.” Məhkəmə kollegiyası qeyd edir ki, baxmayaraq ki kassasiya instansiya məhkəməsinin sözügedən qərarı bilavasitə vətəndaşın xeyrinə nəticələnməsə də, həmin qərarda yuxarı instansiya məhkəməsinin mövqeyi iddia olunan tikililərin digər tikililərin daxilində olubolmamasının müəyyən edilməsi ilə bağlı olmuşdur. Hazırki mübahisə üzrə bu hallar araşdırıldığından və iddiaçının iddia etdiyi yaşayış sahəsinin digər tikililər ilə asıllığı müəyyən olunmadığından, iddianın təminini istisna edən halın mövcudluğundan da söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2805/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarı qismən (yəni A1, A2, A4, A8, A9, D2 tikililərə dair hissədə) ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. İddiaçı payı (yəni A1, A2, A4, A8, A9, D2 tikililərə dair) Əmlak kompleksinin paylı mülkiyyətindən ayıraraq üzərində hüquqların daşınmaz əmlak dövlət reyesrində qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar