Məhkəmə qərarları › İş №2-1(103)-1089/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1089/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1089/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndələri X2 və X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırkı adı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırkı adı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarənin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, əlilliyinin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək İİ qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və İİ qrup müharibə əlili kimi pensiyanın yenidən hesablanması, hərbi qulluqçu kimi hərbi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kimi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Bayramov) 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilmiş, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Həmin qərardan Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-05/2018 nömrəli, 02 fevral 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı yoxlanılan - «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlər qanuna zidd hesab edilsin. İddiaçı döyüş bölgəsinə görə ödənilmiş əlavənin təminat xərcliyinin tərkibində nəzərə alınması və qeyd edilənlərə uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunsun.» hissədə ləğv edilmiş, iddia eyni hissədə mümkün sayılmamış, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilmişdir. 01 fevral 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 23 avqust 2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu ildə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə icraata başlanılmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2-1(81)-3445/2017 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icra vərəqəsindən verilən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-41/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının izah olunması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)- 3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İş üzrə məhkəmə prosesinin davam etməsi səbəbindən sözügedən qərar ilə bağlı icra vərəqəsi 01 fevral 2019-cu il tarixdə verilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi əsasında xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraat dayandırılmış və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021- ci il tarixli xx/xx-32696-30 nömrəli qərarı ilə icra vərəqəsi üzrə icraat təzələnmişdir. Lakin qərarda göstərilən tələblər aydın olmadığı və hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsinə yer verilmədiyi üçün qərarın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Ərizəyə əlavədə göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3445/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Lakin hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5-ci maddəsində əlilliyin səbəbli əlaqəsinin növləri qeyd edilmişdir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İddiaçıya münasibətdə əlillik səbəbinin müəyyən edilməsi üçün zəruri olan rəsmi sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyasının Qərarıdır. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnoz müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsasdır. Beləliklə, Qərarın əsaslandırma və nəticə hissəsindəki ziddiyyətli məqam səbəbilə üzərlərinə qoyulan öhdəliyin məzmunu tam aydın olmadığından qərarın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərardadın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Həmin qərardaddan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə “İddiaçı müharibə əlililəri kateqoriyasına aid edilməsi vəzifəsi” Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Lakin hazırda qüvvədə olan qanunvericilikdə “müharibə əlilləri kateqoriyası” ifadəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5-ci maddəsində əlilliyin səbəbli əlaqəsinin növləri qeyd edilmişdir. Həmin Qərarın 3.2-ci maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İddiaçıya münasibətdə əlillik səbəbinin müəyyən edilməsi üçün zəruri olan rəsmi sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyasının Qərarıdır. İddiaçı barəsində olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan diaqnoz müvafiq qərara əsasən ümumi xəstəlik səbəbi ilə əlillik təyinatı üçün əsasdır. Beləliklə, Qərarın əsaslandırma və nəticə hissəsindəki ziddiyyətli məqam səbəbilə qoyulan öhdəliyin məzmunu tam aydın olmadığından qərarın icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2- 1(103)-1769/2024 nömrəli qərardadı ləğv edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, xx.xx.2017- ci il tarixli qərarına yenidən izah verilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin müvafiq qərarında qeyd edilmişdir ki, “məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəliklə əlilliyin təyini səbəbinə aid edilməmişdir. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda əlilliyin təyin olunma səbəblərinin dairəsi daha da dəqiqləşmişdir. Həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən, şəxsin əlilliyi bu səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2.1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Göründüyü kimi, sözügedən qərarda şəxsin əlilliyinin “ümumi səbəblərdən” (1.5.1-ci bənd, həmin bəndin 7 (yeddi) yarımbəndi var) və “xüsusi səbəblərdən” (1.5.2-ci bənd, həmin bəndin 4 (dörd) yarımbəndi var) müəyyən edilməsi qeyd edilmişdir. Lakin nəzərə alaraq ki, iddiaçının əlilliyi “xüsusi səbəblərdən” müəyyən edilmişdir, burada ona dörd yarımbəndindən hansının tətbiq edilməsi konkret şəkildə araşdırılıb göstərilməlidir. Xüsusi ilə nəzərə alaraq ki, işin 12-ci səhifəsində olan 349 nömrəli, xx.xx.2007-ci il tarixli “xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının səbəb əlaqəsi ondan ibarətdir ki, “xəstəlik hərbi xidmət dövründə alınmışdır”. Bununla əlaqədar apellyasiya məhkəməsi Müdafiə Nazirliyinə iddiaçının qulluq etdiyi hərbi hissəyə sorğu göndərməli və iddiaçıda əlilliyə səbəb olmuş hadisənin sözügedən “Qayda”nın hansı yarımbəndinə, yəni 1.5.1.5., 1.5.1.6 və ya 1.5.2.3-cü yarımbəndlərinə uyğun olması müəyyən edilməli və bunun əsasında məhkəmə qərarına yeni izah verilməlidir.” İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdilər. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı işin hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Bayramov) 2-1(81)- 3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı «İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilsin» hissəsində qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah verilmişdir. Lakin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin izahla razılaşmamış, apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizədə qeyd olunan əsaslar nəzərə alınmaqla yenidən izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Beləliklə, məhkəmə qərarı qəbul edilərkən qüvvədə olan “Əsasnamə”də ümumi xəstəlik və digər (xüsusi) səbəblərə aid olan əlilliyin təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, həmin “Əsasnamədən”də müəyyən olunur ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəlik”lə əlilliyin təyini səbəbinə aid edilməmişdir. Daha sonra qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda əlilliyin təyin olunma səbəblərinin dairəsi daha da dəqiqləşmişdir. Belə ki, həmin “Qayda”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İşin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişlərinə uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə müvafiq sorğular ünvanlanaraq, iddiaçıda əlilliyə səbəb olmuş hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın hansı yarımbəndinə, yəni 1.5.1.5., 1.5.1.6 və ya 1.5.2.3-cü yarımbəndlərinə uyğun olması barədə məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 88/366 №-li, xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Araşdırmanın nəticəsi kimi bildirirəm:

1. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli 60 saylı göndərişi ilə 12 fevral 2007-ci il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hospital hərbi-həkim komissiyası tərəfindn şəhadətləndirilmiş və onda təyin edilmiş “Anadangəlmə inkişaf qüsuru. Böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə sol böyrəyin çanaq distopiyası” diaqnozuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 “b” maddəsinin İİİ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Böyrəyin çanaqda yerləşməsi anadangəlmə inkişaf qüsuruna aiddir, lakin böyrəyin funksiyasının pozulması mülayim dərəcəyə çatması nəzərə alınaraq xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 45-ci bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı əlilliyinə səbəb olmuş hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1.5 yarımbəndinə (Xəstəlik, hərbi xidmət dövründə alınmışdır) uyğundur.” “ Təqdim edilmiş cavab məktubundan göründüyü kimi iddiaçının İddiaçı əlilliyinə səbəb olmuş hadisənin - Xəstəlik, hərbi xidmət dövründə alınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1.5 yarımbəndinə uyğun olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyini xüsusi səbəblərlə müəyyən olunaraq, “ümumi xəstəlik”lə əlilliyin təyini səbəbinə aid edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, məhkəmə qərarına “İddiaçı xüsusi səbəblərdən əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi izah vermişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar