Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-109/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1003/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həyat yoldaşı İddiaçı 2-ci qrup əlillik təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7894/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…20 ildən çox kəllə-beyin xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən 2-ci qrup əlildir. 2021-ci ildə yenidən yoxlanışda olmuş, həkim komisiyyası tərəfindən əsassız və qanunsuz olaraq kəllə beyin xəstəsi olsa da, ona ürəkdən müalicə olunma diaqnozunu qoymuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Bakı 16 nömrəli şəhər poliklinikasının göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115-Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110- Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər.iv risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə,yüksək insult riski. beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xr.işemiyasi. dəqiqləşdirlməmiş ataksiya, beyincik atrofiyasi. ataktik yeriş; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb:Sənədlərdə göstərilən diaqnozla bağli xəstəyə ET. Kardiologiya İnistitutunda ixtisaslamiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1003/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə ekspertizası zamanı iddiaçının sonuncu tibbi göndərişində “essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər, İV risk, tez-tez baş versin ıranzitor işemik həmlələrlə, yüksək insult riski, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası, dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofıyası, ataktik yeriş” xəstəliklərinin iddiaçı barəsində olan tibb sə nədlər eləcə də, özünün ekspertizada əyani məhkəmə-tibbi müayinəsi ilə öz təsdiqi li tapdığı nəticəsinə gəlinmişdir. Başqa sözlə, iddiaçı barəsində tibbi göndər şdəki əsas diaqnoz və ağırlaşmaların hazırkı halda iddiaçıda mövcud oldığı. müəyyən olunmuşdur. Cavabdeh imtinasında əlavə müalicəyə ehtiyacın oldığı; ıu, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görüldüyünü qeyd etsə də diaqnozla bağlı ixtisaslaşmış müəssisə olaraq Et.Kardiologiya İnstitutunda müalicə olunmasını qeyd etmişdir. Cavabdeh qeyd etdiyi imtina səbəbini əsasılaı dırmamış, hansı səbəbdən əlavə müalicə və müayinəyə ehtiyacı olmasını səlahiayətinin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat laqqında” Qanunun 16.2-ci maddəsi). Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci yarınmbəndinin 2-ci hissəsinə əsasən İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığıdır. Həmin Meyarların 3.1.2-ci yarımbəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz müəyyən edilir. X6 2-ci bəndindən görünür ki, qan dövranı sisteminin xəstəlikləri - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olmasıdır (Qeyd). Həmin Əlavənin 2.1.2-ci bəndinə əsasən “arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə” 65-80 faiz əlillik əlaməti təyin edən xəstəliklər sırsına aid edilmişdir. İş materiallarına, o cümlədən, iddiaçının xəstəliyinə və əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı sənədlərə, habelə, iş üzrə birinci instansya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspetizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş T361/2022 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0085003AAD7G nömrəli tibbi göndərişi əsasında cavabdeh orqanın komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə baxılıb müəyyən olunan diaqnoz və ağırlaşmalar aşağıdakılardan ibarət olmuşdur: - X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115-Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110- Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər.iv risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə,yüksək insult riski. Ağırlaşmalar: -R27,0 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xr.işemiyasi. dəqiqləşdirlməmiş ataksiya, beyincik atrofiyasi. ataktik yeriş; -G45,0 vertebrobazilyar arterial sistem sindromu; -R42 başgicəllənmə və dayanıqlığın pozulması, ifadəli koordinator pozuntular; -R42 başgicəllənmə və dayanıqlığın pozulması, ifadəli koordinator pozuntular; -G31,0 baş beynin məhdud atrofiyası; -R-56 başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, xr.dissurkulyator ensefalopatiya qıcolma tutmalarla. Yanaşı xəstəliklər: -E04.1 qeyri-toksik tək düyünlüdur, çoxdüyünlü adenomatoz; -E06 tireoidit, tireioid ektomiyadan (xx.xx.2015) sonrakı sağ payda şişin residiv və hiperterioz; -167.2 serebral ateroskleroz. Göründüyü kimi, iddiaçıda Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.1.2-ci bəndində təsbit olunan, onun İİ əlillik dərəcəsinə (61-80%) uyğun gələn “hipertoniya xəstəliyi İİİ mərhələ əsas diaqnozu və hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə ehtiva olunan ağırlaşmalar və yanaşı xəstəliklər mövcuddur. Qeyd olunmalıdır ki, bu xəstəlikdən 2015-ci ildən əziyyət çəkir, alıdığı müalicələr isə müsbət nəticə verməmiş və bu gün də onda həmin xəstəlik davam etməkdədir. Lakin bütün bunlara rəğmən, cavabdeh tərəfindən ona əsassız olaraq “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlillik təyin olunmasından imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası həm də məhkəmə-tibbi ekspertlər tərəfindən qüvvədən düşmüş meyarlara istinadən, iddiaçının xəstəliyinin həmin meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsi altına düşmədiyi barədə gəldiyi rəylə razılaşmır. Beləliklə də cavabdehin iddiaçıya əlillik təyinindən imtinasının əsassız olduğu və onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin maddi hüquq normaları baxımından məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1003/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1003/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-109/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-109/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver