Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1090/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2719/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2719/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xx.xx.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, xx.xx.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2457/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2719/2019 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 550/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2719/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Xələfov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, xx.xx.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ağır dəniz şəaritində işlədiyi üçün ona, güzəştli şərtlərlə pensiya təyin edilmiş, hal hazırda isə iddiaçı, 377 manat əmək pensiyası alır, xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, yaşı ilə əlaqədar olaraq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir və işdən azad olunmuşdur. İddiaçının qanuni nümayədəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra ƏƏSMN yanında DSMF) Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət etmiş və qeyd etmişdir ki, İddiaçıB oğluna xx.xx.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (iyirmi dörd) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə, xx.xx.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik İddiaçı ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Pirallahı rayon şöbəsi iddiaçının ərizəsi təmin etməyərək xx.xx.2019 cu il tarixli imtina məktubu ünvanlamışdır. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə 50 yaşında pensiya təyin olunmuş, halhazırkı pensiya məbləği 377.91 manat təşkil edir. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və qanunsuzdur. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin vəkili və nümayəndəsi S.Əliyev apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin xx.xx.1994-cü il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə iddiaçı işdən azad olunduqdan sonra pensiyasının məbləği 27.94 manat artırılaraq 228.89 manata (75 manat baza hissəsi, 153.89 manat sığorta hissəsi, 27.94 manat yığım hissəsi) çatdırılmışdır. Pensiyasının sığorta hissəsi Azərbaycan Respublikası prezidentinin sərəncamlarına əsasən hər ilin inflyasiya faizinə əsasən indeksləşdirilərək 377.91 manata çatdırılmışdır, 2 X7 Məhkəməsinin qərarında göstərilir ki, iddiaçının 01.01 2008-ci il tarixdən həmin tarixdə qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanunun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqısı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, xx.xx.2008-ci il tarixdən hal-hazırkı günə qədər pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhəri, Pirallahı rayon Şöbəsinin üzərinə qoyulsun. Bununla bağlı vəkil və nümayəndə qeyd etdi ki, iddiaçıya zərərli sahədə işləməyi ilə əlaqədar güzəştli şərtlərlə pensiya hüququ xx.xx.1994-cü il tarixdə yarandığına görə, pensiyası da ona təyin olunan vaxtda son 24 ayın əmək haqqısına əsasən hesablanmışdır. İddiaçıya 1994-cü ildə son 24 ayın əmək haqqısı ilə pensiya təyin olunubsa, pensiyası yenidən 2004-2005-ci illərin əmək haqqısına əsasən təyin olunması mümkün deyil. Vəkil və nümayəndə qeyd etdi ki, iddiaçının pensiya hüququ həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatına haqqında qanuna əsasən təyin edilib. 2 saylı İnzibati-İqtisadi Məhkəməsi isə “hal-hazırda qüvvədə olan “X5” Qanuna əsasən qərar qəbul edib. Bu tamamilə qanunsuz və əsassızdır. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşə əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1943-cü ildə anadan olmuş və ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 saylı bildirişində qeyd olunmuşdur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin xx.xx.1994-cü il tarixli qərarı ilə “vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiysı təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə iddiaçı idən azad olunduqdan sonra pensiyasının məbləği 27.94 manat artırılaraq 228.89 manara (75 manat baza hissəsi, 153,89 manat sığorta hissəsi, 27.94 manat yığım hissəsi) çatdırılmışdır. İddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. Pensiyanın sığorta hissəsi Azərbaycan Respublikası prezidentinin sərəncamlarına əsasən hər ilin inflyasiya faizinə əsasən indeksəşdirilərək 377.91 manata çatdırılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixli, 207 saylı əmrlə 3-cü dərəcəli işçi peşəsinə qəbul edilmiş və xx.xx.1961-ci il tarixli, 16 saylı əmrlə Artyom NQÇİ-yə dülgər şagirdi peşəsinə qəbul edilmiş və xx.xx.1970-ci il tarixli. 106 saylı əmrlə işdən azad edilmişdir;xx.xx.1970-ci il tarixli, 138 saylı əmrlə qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş və xx.xx.1980-ci il tarixli, 120 saylı əmrlə işdən azad edilmişdir; xx.xx.1980-ci il tarixli, 54/k saylı əmrlə elektrik montyoru peşəsinə qəbul edilmiş və xx.xx.1993-cü il tarixli, 22/k saylı əmrlə işdən azad edilmişdir; xx.xx.1993-cü il tarixli, 02/k saylı əmrlə elektrik montyoru peşəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixli, 88 saylı əmrlə işdən azad edilmişdir; xx.xx.1998-ci il tarixli, 43/ksaylı əmrlə Pirallahi dəniz qazma işləri idarəsində 5-ci dərəcə ilə buruqlara xidmət edən elektrik montyoru işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli, 75 saylı əmrlə qazma sexində 5-ci dərəcə ilə elektik montyoru vəzifəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********80020115X00104 saylı arxiv arayışına əsasən İddiaçı 2004-cü ildə X10 İşləri İdarəsində buruqlara xidmət edən 5-ci dərəcəli elektrik montyoru peşəsində işləmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda göstərilən elektrik montyoru 1020100a — 1753q təmirçi çilingərlər, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğun gəlir. Göründüyü kimi iddiaçının 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçı məhkəməyə 2004-2005-ci illər üzrə əmək haqqı və ona bərabər tutulan digər ödənişləri haqqında AR Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin, “Abşeronneft” NQÇİ-nin müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, SH-03/208 saylı arayışları təqdim etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir və mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verilməlidir. xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə şüzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin vaxt qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanunun 27- ci maddəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanlımşı əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi ilə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanlımış əmək pensiyasının sığorta hissəsi kimi məyyyənləşdirilir. Hazırda qüvvədə olan «X5» Azərbaycan Respublikası Qanununun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «X5» Azərbaycan Respublikası Qanununun (xx.xx.2010-cu il tarixədək qüvvəyə minmiş dəyişiklik olananadək) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Sözügedən Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçıya 50 yaşdan (1994-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi, iddiaçının əmək fəaliyyətini xx.xx.2009-cu il tarixədək davam etdirilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə iddiaçının tələbi onun xx.xx.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “X5” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə, xx.xx.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsidir. Cavabdehin iddiaçıya ünvanladığı məktubda isə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə işdən azad olunduqdan sonra pensiyanın məbləği 27.94 manat artırılaraq 228.89 manata çatdırılmışdır. Pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. İlk növbədə iddiaçının iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətini davam etdirsə də, o son 24 ayın orta aylıq əmək haqqı kimi 2004-2005-ci illərin nəzərə alınmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, pensiyanın yenidən hesablanması ilə bağlı iddia tələbləri ilə əlaqədar işlərə məhkəmələr tərəfindən baxılarkən nəzərə alınmalıdır ki, şəxslərə pensiya təyin edildikdən sonra pensiya qanunvericiliyinə müəyyən dəyişikliklər edilə bilər. Bu dəyişikliklər pensiyaya çıxmış şəxslərin vəziyyətini yüngülləşdirirsə, bu zaman inzibati orqan kimi pensiya təyin edən orqan həmin şəxslərin pensiyasını yenidən hesablamalıdır. “X5”Qanunun 26.2-ci maddəsinə xx.xx.2007-ci il tarixli, 474-İİİQD №-li Qanunla edilən dəyişikliyə görə bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır (2008-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir.) İş materiallarına, o cümlədən, iddiaçının əmək kitabçasının qeydlərinə və pensiya işindən edilmiş çıxarışlara əsasən isə müəyyən olunur ki, 1994-cü ildə güzəştli şərtlərlə əmək pensiyası təyin edildikdən sonra 2009-cu ilə kimi işləyən iddiaçı, konkret halda, 2004-2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən əsassız olaraq onun əmək pensiyası yenidən hesablanmamışdır. Ona görə də Ali Məhkəmənin qərarından irəli gələn göstərşləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə iddiaçının xeyrinə baş vermiş qeyd olunan dəyişiklik ona münasibətdə tətbiq edilməklə, xx.xx.2008-ci il tarixdən 2004-2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla, onun əmək pensiyası yenidən hesablanmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla pensiya təyin olunması mümkün olmadığını vurğalayan və birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2719/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2719/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1090/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1090/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver