Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1090/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissələrdə göstərdiyi bütün xidmətlərin həmin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılaraq qərar qəbul edilməsi və onun ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissələrdə göstərdiyi bütün xidmətlərin həmin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılaraq qərar qəbul edilməsi və onun ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-679N/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 202N-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-ci il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 806, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 806, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasına arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-679N/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-679N/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, 806, N və N saylı hərbi hissə komandirlərinin yanvar N992-N993-cü il tarixli nizami hissə üzrə əmrlərində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə bütün növ təminatlardan keçmiş və bütün məlumatlar vardır. Hərbi biletin səhifəsində onun Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan döyüşən ordunun tərkibində olan 806, N və N saylı hərbi hissələrdə xx.xx.N992-ci il tarixindən xx xxx N994-cü il tarixində Atəşkəs elan edilənədək və təxris olunduğu xx.xx.N996-cı il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxx N994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etməsi göstərilmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının N.6 bəndinə əsasən N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Onun hərbi biletində xx xxx N994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan 806, N və N saylı hərbi hissələrdə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəziqəsinin verilməsi üçün əsasdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı “xx.xx.N992-ci il tarixdən xx.xx.N994-ci il tarixədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 806, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsinin və xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 806, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasına arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılaraq arxiv arayışı əsasında artıq cavab verilməsinə, iddia tələbi üzrə cavabdehin hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulmasının, eləcə də onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilməməsinin müəyyən edilməsinin mümkün olmamasına, həmçinin iddiaçının tələbinin qeyri-müəyyən olmasına əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 20N5-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (N.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.N-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.N). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (N0.N). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (NN). Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçının hüquqi marağı ona veteran vəsiqəsinin verilməsindən ibarət olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən verilmiş tələbi ilə bağlı iddianı qeyri-mümkün saymış və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə keçiləcək məhkəmə iclası barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş (i.v.N2), bu barədə “göndərilən sənədlərin reyestri” işə əlavə olunsa da, iddiaçının həqiqətən həmin tarixdə keçiriləcək məhkəmə iclası barədə məlumatlı olmasını müəyyən etmək mümkün deyil. Lakin birinci instansiya məhkəməsi işdə iddiaçının məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunması barədə sübutların olmadığı təqdirdə işə ilk dəfə təyin edilmiş məhkəmə iclasında baxmış və iddiaçının dinlənilmə hüququnu təmin etmədən, ona hüquqi marağının nədən ibarət olması aydınlaşdırıldıqdan sonra iddia tələbinin dəqiqləşdirilməsinə zərurətin olub-olmadığını müəyyən etmədən, belə dəqiqləşməyə ehtiyac olduğu təqdirdə iddiaçının bu hüququnu da təmin etmədən iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər (N6.N, N6.2, N6.3). Göründüyü kimi, qanunvericilikdə şifahi məhkəmə baxışının tərəflərin dinlənilmək hüququnun təmin edilməsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə birinci instansiya məhkəməsi şifahi məhkəmə baxışını iddiaçının iştirakının və dinlənilmə hüququnun təmin edilməməsi ilə həyata keçirmişdir. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı xx xxxxx 20N5-ci il tarixli qərarının N6.5-ci bəndinə əsasən ...dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in NN.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in NN.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Həmin qərarın 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Yuxarıda da qeyd olunduğu kimi, məhkəmənin öz xidməti vəzifəsinə uyğun olaraq, iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsinin iddiaçıya təklif olunması ilə bağlı hüquqi yardımın göstərilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş işə əlavə olunsa da, həmin bildirişin mövcudluğu onun iddiaçıya poçt vasitəsilə çatdırılması və bu hüquqi yardımın göstərilməsinə baxmayaraq iddiaçının iddia tələblərini dəqiqləşdirmək hüququndan istifadə etməkdən imtina etməsi kimi qəbul edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi şifahi məhkəmə baxışının keçirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, İPM-nin N6.2-ci maddəsinin tələbləri baxımından da yoxlamalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Buna görə də məhkəmə kollegiyası hazırki iddia ilə bağlı iddiaçının şifahi məhkəmə baxışında iştirakı, onun dinlənilmə hüququ təmin edilmədən, hüquqi marağının nədən ibarət olması müəyyən edildikdən sonra ona müvafiq hüquqi yardım göstərilmədən iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-679N/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1090/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1090/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver