Məhkəmə qərarları › İş №2-1(103)-1091/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1091/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1091/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xüsusi X3rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək,“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla İddiaçı pensiyasının xx xxxxxxxx 2001-ci il tarixdən təyin olunması və həmin tarixdən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayəti onu əsaslandırılmışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Bu əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İnzibati iş apelyasiya icraatına daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2108/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsiilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2108/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 573/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2108 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF-nin Nərimanov rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın xx xxxxxxxx 2001-ci ildən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın xx xxxxxxxx 2001-ci il tarixdən təyin olunması və həmin tarixdən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-ci ildən Daxili İşlər Nazirliyinin X9 İdarəsində əməliyyat müvəkkili, həmin Nazirliyin istintaq qurumlarında müstəntiq və xx xxxxxx 1994-ci ildən xx xxxxxxxx 2001-ci ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləmişdir. İddiaçı son iş yeri olaraq Azərbaycan Respublikası Baş X1 xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində işləmiş, rütbəsi isə baş ədliyyə müşaviri olmuşdur. Buna baxmayaraq, ona pensiyanın xx xxxxxxxx 2001-ci ildən təyin edilməli olduğu halda, əsassız olaraq xx xxxxxx 2004-cü il tarixdən təyin olunmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar (pensiyaya çıxmış işçilər də daxil olmaqla) ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, ona pensiya təyin edilməsi üçün orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmamışdır. Buna görə də iddiaçıya təyin olunmuş pensiyanın məbləği az hesablanmışdır. Qeyd olunanlara və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən iddiaçı pensiyasının yenidən hesablanması və əvvəlki dövrə görə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəyə ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixli ərizə ilə DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etsə də, cavabdeh xx xxxxxx 2019-cıı il tarixli **********7 nömrəli cavab məktubu ilə pensiya məbləğinin yenidən hesablanmasından və ödənilməmiş məbləğin birdəfəlik şəkildə ona ödənilməsindən imtina etmişdir. Belə olan halda iddiaçı, cavabdehin imtinasının əsassız və qanunazidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olduğunu hesab edir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasına dair nəticəsini onunla əsaslandırmışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan əlavələr əmək haqqının tərkibinə daxildir. “Əmək pensiyaları haqqında" qanunun 29.3-cü maddəsinə görə, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Ona görə də iddiaçıya pensiya təyin edilərkən məlum əlavələr nəzərə alınmalıdır. Bu əsasdan iddiaçının daxili işlər orqanlarında xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla iddiaçıya xx xxxxxxxx 2001-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilməlidir. Aşağıdakılara əsasən Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdehə qarşı iki tələb irəli sürülmüşdür: 1 - Pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan əlavələrin nəzərə alınması; 2 - Pensiyanın xx xxxxxxxx 2001-ci il tarixdə təyin edilməsi və həmin tarixdən yenidən hesablanaraq ödənilməsi. Birinci tələblə bağlı araşdırma aparılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994cü il tarixdən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, Baş prokurorun xx.xx.2001-ci il tarixli əmri ilə prokurorluq orqanlarında işçilərin sayının və ştatlarının ixtisarı ilə əlaqədar olaraq prokurorluq orqanlarından xaric edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Qanunun xx xxxx 2001-ci il tarixdə qüvvəyə minməsi nəzərə alınsa, onda iddiaçının adı çəkilən qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almaması işin mübahisəsiz halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İş materiallarından və tərəflərin izahatlarından iddiaçının "Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığı müəyyən olunur. Qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, iddiaçı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından bu əlavələr ona pensiya təyin edilərkən və yaxud yenidən hesablanarkən nəzərə alına bilməz. İddiaçının 2-ci tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirməyə zəruri hesab edir. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər orqanlarında, xx.xx.1994cü il tarixdən xx.xx.2001-ci il tarixədək isə Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İş materiallarındamn görünür ki, cavabdeh tərəfindən xx xxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğun müraciət olunaraq vət.İddiaçı Daxili işlər orqanlarında xx.xx.1974-cü ildən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün prokurorluq işçisi kimi xidmət illərinə görə pensiya təyinatı zamanı nəzərə alınıb-alınmamsı barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılmış Komissiyanın 169 saylı, xx xxxxxxxx 2003-cü il tarixli qərarı ilə AR Daxili işlər orqanlarında zabit vəzifəsində xidmətdə olduğu müddət nəzərə alınmaqla X2 əlavə haqq almaq hüququ verən iş stajı 25 il 7 ay 21 gün müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, iddiaçının pensiyasının yenidən təyin edilməsini və yenidən hesablanmasını tələb etdiyi dövrdə (xx xxxxxxxx 2001-ci il), yəni xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək DİN-nin təqaüdcüsü olmuş və pensiya almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Müddətli hərbi xidmət qulluqçularına əlilliyə görə pensiyalar onların hospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, hospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər. Ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya hüququ (prokuror işçisi kimi) xx xxxxxxxx 2003-cü il tarixdə yaranmasına baxmayaraq, cavabdeh orqan tərəfindən müraciəti nəzərə alınaraq, ona xx.xx.2003-cü il tarixdən prokuror işçisi kimi pensiya təyin etmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının onun pensiyasının xx xxxxxxxx 2001-ci il tarixdən hesablanmasına dair iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsinin faktiki şərtlərinin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsasssızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xüsusi X3rşı “pensiyanın yenidən təyin edilməsi və hesablanması” tələbinə dair iddia tələbi təmin olunmasın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar