Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1091/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X26 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X17 ibarət tərkibdə, X23-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X18, 3-cü şəxs X8 nümayəndəsi (həyat yoldaşı) X6, Ərizəçinin nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3980/2022 saylı 06 iyul 2022-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə 07 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 saylı torpaq sahəsi üzərində mərhum atası X7 adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X2 və X19 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 3/461 saylı sahəsinə dair mərhum atası X7 adına qeydiyyata alınaraq çıxarış verilməsini xahiş edib. Bildirirlər ki, həmin torpaq sahəsi 2005-ci ildə X7 vərəsələri (X27, Mirzəyeva İyanət və digərləri) tərəfindən X15 faktiki qaydada satıldıqdan sonra, X21 da, faktiki qaydada X5. X14 tərəfindən həmin vaxt X12 qardaşı X13 verilmiş ümumi mülki etibarnamə də bunu sübut edir. Həmin torpaq sahəsi 2008-ci ildən bəri faktiki olaraq X12 istifadəsindədir. Həmin torpaq sahəsini daş hasar ilə hasarlayıb və oraya dəmir darvaza qoymuşdur. Bütün bunları ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı sübut edir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-3980/2022 saylı 06 iyu 2022-ci il qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X4 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və onun 3-cü şəxs qismində işə cəlb olunması xahiş edilmişdir. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi 2005-ci ildə X7 vərəsələri (X27, Mirzəyeva İnayət və digərləri) tərəfindən X15 faktiki qaydada satıldıqdan sonra, X21 da faktiki qaydada torpağı X1. Bu satışların təsdiqlənməsi üçün X27 tərəfindən həmin vaxt ona notarial qaydada ümumi mülki etibarnamə verilmişdir. Həmin torpaq sahəsi 2008-ci ildən bəri faktiki olaraq onun və qardaşı X12 istifadəsindədir. Torpaq sahəsi daş hasar ilə hasarlanmış və oraya dəmir darvaza qoyulmuşdur. Bütün bunları ərizəyə əlavə edilmiş Bakı şəhəri, Xəzər RPl-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı sübut edir. Məhkəmənin qərardadı qanunvericiliyin maddi və prosessual normalarına ziddir. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi və vəkili X22 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X28 şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs X8 nümayəndəsi (həyat yoldaşı) X9 şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı mübahisələndirilənapelyantın işə 3-cü şəxs qismində cəlb olunmasından imtina edildiyi hissədə yoxlanılır. Belə ki, digər ərizəçi həmin qərardadı mübahisələndirməmişdir. Hazırki işdən müəyyən olunur ki, X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə qəbul ediləcək qərarın X10 qanunla qorunan hüquq və maraqlarına toxunacağı hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X4nun 3-cü şəxs qismində işə cəlb olunması barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə X4 işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, mübahisəli torpaq sahəsi 2005-ci ildə X7 vərəsələri (X27, Mirzəyeva İyanət və digərləri) tərəfindən X15 faktiki qaydada satıldıqdan sonra, X21 da faktiki qaydada torpağı X3, X27 tərəfindən həmin vaxt X12 qardaşı X13 ümumi mülki etibarnamə verilmiş, həmin torpaq sahəsi 2008-ci ildən bəri faktiki olaraq X12 istifadəsindədir və həmin torpaq sahəsini daş hasar ilə hasarlayıb oraya dəmir darvaza qoymuşlar. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla ərizəçi mübahisəli torpaq sahəsinin faktiki olaraq onun (və ya qardaşının) istifadəsində olduğunu, torpağı hasara alıb darvaza qoyduqlarını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, ərizəçinin istinad etdiyi X27 tərəfindən X10 adına verilmiş etibarnamə mübahisəli torpaq sahəsi ilə bağlı hüquqların addan-ada keçirilməsi üçün mühüm sənəd olaraq qəbul edilə bilməz. Belə ki, etibarnaməni verən şəxsin hüquq sahibi olması mübahisəlidir və həmin etibarnamə özü-özlüyündə daşınmaz əmlak üzərində hüquqların keçirilməsinə əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Çünki qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi, qeydiyyatı qaydası dəqiq olaraq müəyyən edilmişdir, hansı ki, istinad olunan etibarnamə belə hüquqların əldə olunması üçün əsas verən sənəd kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, həmin etibarnamə sonradan onu verən şəxs tərəfindən ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə çıxarılacaq məhkəmə aktının X10 hər hansı qanuni mənafeyinə toxunacağının müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3980/2022 saylı 06 iyul 2022-ci il tarixli qərardadı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3980/2022 saylı 06 iyul 2022-ci il tarixli qərardadı mübahisələndirilən- apelyanta aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1091/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1091/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver