Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1091/2025 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Fərid Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı “torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami bələdiyyəsi ilə aralarında bağlanmış ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv. metr olan torpaq sahəsi ticarət və iaşə məqsədi ilə 49 illiyə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi ona verildiyi gündən hal-hazıradək istifadəsindədir. Torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın verilməsi üçün DƏDKR * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. DƏDKR * saylı Bakı Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli, ************ №-li məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətidir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. Hesab edir ki, cavabdeh DƏDKR * saylı Bakı Ərazi Idarəsinin imtinası əsassızdır. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv. metr olan torpaq sahəsinə istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı idarəyə müraciət etmişdir. Iddiaçının * saylı Bakı Ərazi idarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin ölçüləri arasında fərq vardır. Təqdim edilən sənədlər surətdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Nizami Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən bağlanmış ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarəsinə (istifadəsinə) verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.metr olan torpaq sahəsinə dair iddiaçının icarə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Odur ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ləğv olunmalıdır. Iddiaçı müvafiq tələblə məhkəmə işi dövründə ##.##.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin ölçüləri arasında fərq vardır. Həmçinin təqdim edilən sənədlər surətdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, # ### 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlardır, həmin torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Iddia tələbi əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ### 2024-cü il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. IPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki: “...25. Beləliklə cavabdehin iddiaçının xahişinə olan imtinası 4 (dörd) əsas üzərində qurulmuşdur ki, bu əsasların ikincisi (“torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir”), üçüncüsü (“təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki sahəsinin ölçüləri arasında fərq vardır”) və dördüncüsü (“həmçinin təqdim edilən sənədlər surətdir”) aşkar şəkildə formal xarakter daşımaqla, iş üzrə düzgün qərar qəbul edilməsi üçün əhəmiyyət kəsb etmir.
26. Cavabdehin birinci əsası isə, qeyd edilən torpaq sahəsinin “... ümumi istifadə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir”, kimi göstərilmiş, etirazda və apellyasiya şikayətində yazılmışdır ki, belə nəticəyə “... elektron kadastr məlumatına əsasən ...” gəlinmişdir.
27. Yəni bu şəkildə olan cavabın özü cavabdehin mövqeyinin formal xarakter daşıdığına dəlalət edir. ...
32. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə əraziləri və torpaqları haqqında” “Azərbaycan Respublikası qanununun təsdiq edilməsi barədə” ## ###### 1999-cu il tarixli Fərmanına uyğun olaraq, Bakı şəhəri Icra Hakimiyyəti başçısı müvafiq sərəncam qəbul etmişdir. Həmin sərəncamla Nizami rayon Bələdiyyəsinə ümumilikdə nə qədər torpaq sahəsinin ayrılmasını və mübahisəli torpaq sahəsinin olubolmaması barədə sənəd əldə edilib və həmin sərəncama müvafiq olaraq qərar qəbul edilməlidir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdırmadan, yanlış olaraq belə nəticəyə gəlmişdir ki, “iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlardır, həmin torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Iddia tələbi əsassızdır və təmin edilməməlidir.”
34. Halbuki Bakı şəhəri Nizami bələdiyyəsi ilə iddiaçının arasında bağlanmış ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv. metr olan torpaq sahəsi ticarət və iaşə məqsədi ilə 49 illiyə iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi ona verildiyi gündən hal-hazıradək istifadəsindədir.
35. Qeyd edilməlidir ki, sözügedən icarə müqaviləsi ləğv edilməmiş, hər hansı bir şübhə doğurmur və hazırda da qüvvədədir.” Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməməlidir.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:
Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır.
Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq qeyd edir ki, iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə əsassız iddiadır.
Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 18-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. - 18-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 59-cu maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.2. yaşıllıq əraziləri – yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühit (məkan). 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. 5.0. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi; 5.0.2. mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi; 5.0.3. yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyrihökumət təşkilatlarının iştirakının təmin olunması; 5.0.4. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi; 5.0.5. yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət; 5.0.6. qanunun pozulmasına görə məsuliyyət; 5.0.7. yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. - 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ## ###### 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Icarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan ərazini Icarəçi İddiaçı 49 il istifadəyə vermişdir. Iddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasında, habelə apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki: - elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. - torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. - torpaq sahəsinə dair təqdim olunmuş cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin ölçüləri arasında fərq vardır. Həmçinin təqdim edilən sənədlər surətdir. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir: - Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ##.##.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il ** saylı ümumi iclasının protokolunun surətindən görünür ki, Nizami rayon, Q.Qarayev prospekti, 2442-ci məhəllədə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan boş torpaq sahəsinin 49 illiyə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi, göstərilən ünvanlardakı boş torpaq sahələrindən istifadə edən fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi məqsədi ilə onlarla icarə müqaviləsinin bağlanması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzi tərfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubdan görünür ki, Nizami Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı və onun əsasında bağlanılmış icarə müqaviləsi X4 aşkar olunmamışdır. Inzibati işin araşdırılmış hallarından görünür ki, hazırkı iddia tələbini qaldırmaqla iddiaçının hüquqi marağı və istəyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanda yerləşən daşınmaz əmlakın növünün mənzildən fərdi yaşayış evinə dəyişdirilərək altındakı və həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə yönəlmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən ##.##.2022ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ## ###### 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Icarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Q.Qarayev prospekti 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan ərazini Icarəçi İddiaçı 49 il istifadəyə vermiş, Icarəçi isə onu qəbul etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubdan görünür ki, Nizami Bələdiyyəsinin ##.##.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə, ** saylı binanın yaxınlığında yerləşən İddiaçı icarəsinə verilmiş cizgidə göstərilən 141.5 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin inzibati ərazisidir. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, ##.##.2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında iddiaçı X2 aid olan torpaq sahəsinə baxış keçirilmişdir, torpaq sahəsi sənədlə və faktiki 141.5 kv.m-dir, torpaq sahəsi hər tərəfdən şərti sərhədlə göstərilib, tikili yoxdur, torpaq sahəsi yaşayış binasının yaxınlığında yolkənarı bir neçə meyvə və yaşıl ağacları olan ərazidən ibarətdir. Cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq vardır. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır: 1. Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən iddia olunan şərti sərhədli 141.5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. 2. Iddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir. Iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar yerləşir. Elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsidir. - Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq 141.5 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 141.5 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X-409669,233; 409672,820; 409677,468; 409673,781; 409676,299; 409674,800; 409663,664; 409665,263; Y4474670,083; 4474683,988; 4474682,789; 4474668,497; 4474667,847; 4474662,037; 4474664,910; 4474671,107. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan şərti sərhədli torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan torpaqlar uqodiyalı dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan şərti sərhədli torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan torpaqlar uqodiyalı dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**- **/*-**/**** saylı ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən, təqdim olunmuş şərti sərhədli 141,5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. X-409669,233; 409672,820; 409677,468; 409673,781; 409676,298; 409674,800; 409663,664; 409665,263; Y4474670,083; 4474683,988; 4474682,789; 4474683,988; 4474667,847; 4474662,037; 4474664,910; 4474671,107. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, 3- **-*-**/*-*****/**** saylı mütəxəssis rəyində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, 2442-ci məhəllə ** saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141,5 kv.m olan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması qeyd olunur. Lakin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci və 59-cu maddəsində qeyd olunanlara və “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsində göstərilənlərə əsasən ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olmasını nəzərə alaraq, eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin xəritəsi təqdim olunmadığından sözügedən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd olunan bütün göstərişlər üzrə araşdırma həyata keçirildi. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, Bakı şəhəri Nizami Bələdiyyəsinin torpaqlarına aid olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci və üçüncü sualları üzrə: Iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.m torpaq sahəsinin planlı yerləşməsinin, konfiqurasiyasının və ölçüsünün ##.##.2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə və müqaviləyə əlavə edilmiş planına uyğun olması müəyyən edilmişdir. Lakin torpaq sahəsinin müqaviləyə əlavə edilmiş planında göstərilən döngə nöqtələri arasındakı məsafələr ilə təqdim olunan torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələr arasında müəyyən uyğunsuzluq olduğu müəyyən edilmişdir. Təqdim olunmuş şərti sərhədli 141,5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” ## ###### 1999-cu il tarixli fərmanına əsasən, Nizami rayonu üzrə Nizami Bələdiyyəsinə təhvil verilmiş 330 hektar torpaq sahəsinin Bakı şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən Təsdiq Edilmiş ## ####### 2000-ci il tarixli ayrıc aktında sahənin neçə hissədən ibarət olması göstərilsə də, Ayrıc Aktında qeyd olunan torpaq sahələrinin sxemi, xəritəsi və digər texniki papammetrləri əks olunmadığından sözügedən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyəti olmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.m torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi və başqa şəxsin adına qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.m torpaq sahəsinin sərhədləri şərti olduğu (hasara alınmamışdır), torpaq sahəsi yaşayış binasına birtişik olan qeyri-yaşayış sahəsinin yanında məhəllədaxili yol ilə qeyri-yaşayış sahəsinin arasında yerləşdiyi müəyyən edilmişdir. Ekspert rəyindən də görünür ki, iş materiallarında olan Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaqların daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşibyerləşməməsi barədə suallara ətraflı cavab verilməmişdir. Bununla əlaqədar iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaqların daxilində yerləşibyerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**- **/*-**/****/**** nömrəli ## ###### 2026-cı il tarixli məktubla məhkəməyə ünvanladığı ## ###### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, o cümlədən Bakı şəhəri, Nizami bələdiyyəsinə təhkim edilmiş torpaq sahələri ilə bağlı sərəncam və ayrıc göstəricilərini nəzərə alaraq iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri, Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 141.5 kv.metr torpaq sahəsi ayrılan zaman və hal-hazırda Bakı şəhəri, Nizami Bələdiyyəsinə (inzibati ərazi vahidi) ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə tərəflərin (mütəxəssisin) iştirakı ilə yerli baxış təşkil olunmuş, məhkəmə tərkibi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə, ** saylı binanın yaxınlığında yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi yaşayış binasına bitişik olan qeyri-yaşayış sahəsinin yanında məhəllədaxili yol ilə qeyri-yaşayış sahəsinin arasında yerləşir, piyada keçididir, yaxınlığında MKIS tərəfindən qoyulmuş zibil qabları vardır, şəxsin istifadəsində olması müəyyən edilmədi, sahə hasarsızdır. ##.##.2026-cı il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, vətəndaşın göstərdiyi torpaq sahəsi 4 tərəfdən şərti sərhədlənib. 1 tərəfdən piyadaların gediş-gəliş yolu, 2 tərəfdən məhəllədaxili yol, 1 tərəfdən isə 9 mərtəbəli yaşayış binası ilə qonşuluq təşkil edir. Iddia olunan torpaq sahəsində heç bir tikili mövcud deyil. Vətəndaşın göstərdiyi torpaq sahəsinə baxış keçirildi. Baxılması üçün koordinatlar işə əlavə olundu. Torpaq sahəsi faktiki olaraq piyadaların gediş-gəliş yolu olan ümumi istifadədə ərazidir. Ərazi daxilində ağaclar mövcuddur. Çoxmərtəbəli yaşayış binasına bitişikdir. Məhkəmə kollegiyasının yuxarı instansiya məhkəməsinin göstərişləri də nəzərə alınaraq araşdırma yekununda qənaəti ondan ibarətdir ki, iddia tələbi əsaslı sayıla bilməz. Kollegiya qənaətini onunla əsaslandırır ki, hazırkı mübahisənin həlli zamanı iki hüquqi məsələ bir-birindən fərqləndirilməlidir: bələdiyyə torpağının ümumiyyətlə uzunmüddətli müvəqqəti istifadəyə verilə bilməsi və konkret olaraq ümumi istifadədə olan piyada keçidi üçün nəzərdə tutulan səkinin təşkil etdiyi torpaq sahəsinin belə istifadəyə verilməsinin mümkünlüyü. Kassasiya instansiya məhkəməsi oxşar işlər üzrə əvvəllər qəbul edilmiş Ali Məhkəmənin Inzibati Kollegiyasının qərarlarına və qanunvericilik aktlarına istinad edərək göstərmişdir ki, qanunvericilik aktları ümumi istifadədə olan torpaqların xüsusi mülkiyyətə verilməsini, yəni üzərində sərəncam hüquqlarının tətbiqini istisna edir. Başqa sözlə ümumi istifadədə olan torpaq sahələri üzərində sahiblik və istifadə hüquqları reallaşa bilər. Kollegiya bu istiqamətdə araşdırma apararaq qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün uzunmüddətli müvəqqəti istifadə müddəti on beş ildən qırx doqquz ilədək müəyyən edilə bilər. Lakin həmin müddəa torpağın hüquqi rejimindən asılı olmayaraq bütün bələdiyyə torpaqlarının avtomatik olaraq 49 il müddətinə istifadəyə verilə bilməsi barədə ümumi səlahiyyət yaratmır. Torpaq sahəsinin istifadəyə verilməsinin mümkünlüyü onun məqsədli təyinatı və hüquqi rejimi ilə birlikdə müəyyən edilməlidir. Torpaq Məcəlləsinin 47.2 və 47.3-cü maddələrinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar, o cümlədən ümumi istifadədə olan torpaqlar ayrıca hüquqi rejimə malikdir. Ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Eyni yanaşma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində də təsbit edilmişdir. Həmin normaya görə bələdiyyə torpaqları istifadə xüsusiyyətlərinə görə, o cümlədən ümumi istifadədə olan torpaqlara bölünür. Qanunun 2.4-cü maddəsi isə müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız onların məqsədli təyinatı dəyişdirildikdən sonra yol verildiyini müəyyən edir. Bununla yanaşı, həmin Qanunun 11.7-ci maddəsində ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmədiyi, 11.8-ci maddəsində isə belə torpaqların tərkibində yerləşən meydan, küçə, keçid, yol kənarı və digər yerlərdə sahibkarlıq fəaliyyəti məqsədilə müəyyən obyektlərin müvəqqəti quraşdırılması üçün sahələrin hüquqi və fiziki şəxslərin icarəsinə qısa müddətə verilə biləcəyi nəzərdə tutulmuşdur. Beləliklə, qanunvericinin iradəsi ümumi istifadədə olan torpağın hüquqi rejimini qorumaqla, yalnız həmin ümumi istifadəyə mane olmayan və qanunda nəzərdə tutulmuş konkret məqsədlər üçün müvəqqəti istifadəyə imkan yaratmaqdan ibarətdir. Başqa sözlə, ümumi istifadədə olan torpağın müəyyən hissəsinin müvəqqəti istifadə olunmasının mümkünlüyü həmin sahənin ümumi istifadəyə xidmət edən funksiyasının aradan qaldırılması və konkret şəxsin uzunmüddətli fərdi istifadəsinə verilməsi ilə eyniləşdirilə bilməz. Iş üzrə məhkəmə tərkibinin təşkil etdiyi yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi yaşayış binasına bitişik tikilmiş qeyri-yaşayış sahəsinin yanında yerləşməklə piyada keçidinin faktiki davamıdır. Həmin sahə hasarlanmamışdır, ayrıca qapalı ərazi təşkil etmir və digər şəxslərin piyada hərəkəti üçün nəzərdə tutulmuş keçidlə funksional baxımdan bağlıdır. Bu hallar torpaq sahəsinin faktiki olaraq ümumi istifadəyə xidmət etdiyini təsdiq edən obyektiv hallardır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mübahisəli torpaq sahəsinin hazırda hasarlanmamış olması onun hüquqi statusunu müəyyən edən yeganə hal kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Əksinə, sahənin piyada keçidinin tərkibində yerləşməsi, tikiliyə bitişik olması və faktiki olaraq ümumi hərəkət üçün açıq qalması onun ümumi istifadəyə xidmət edən funksiyasını təsdiq edən qarşılıqlı əlaqəli hallardır. Bu baxımdan, bələdiyyənin qərarı ilə belə sahənin 49 il müddətinə konkret vətəndaşın istifadəsinə verilməsi yalnız həmin istifadə müddətinin qanunvericilikdə nəzərdə tutulması ilə əsaslandırıla bilməz. Çünki 49 il müddətinə müvəqqəti istifadəyə dair norma torpağın hər bir halda istifadəyə yararlı olması barədə deyil, qanuni olaraq istifadəyə verilə bilən dövlət və bələdiyyə torpaqları üçün mümkün müddət həddini müəyyən edir. Əks yanaşma, yəni Torpaq Məcəlləsinin 50.3-cü maddəsində 49 illik müddətin nəzərdə tutulmasını ümumi istifadədə olan hər bir bələdiyyə torpağının 49 il müddətinə fərdi istifadəyə verilə bilməsinin hüquqi əsası kimi qəbul etmək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.7 və 11.8-ci maddələrində ümumi istifadədə olan torpaqlar üçün müəyyən edilmiş xüsusi hüquqi rejimi faktiki olaraq mənasızlaşdırmış olardı. Kassasiya instansiya məhkəməsinin ümumi istifadədə olan torpaqların qanunvericiliklə müəyyən edilmiş hallarda müvəqqəti istifadəyə verilə bilməsi barədə mövqeyi də məhz bu çərçivədə qiymətləndirilməlidir. Həmin hüquqi mövqe ümumi istifadədə olan torpaqların heç bir halda istifadəyə verilə bilmədiyi nəticəsini istisna edir, lakin konkret torpaq sahəsinin hüquqi rejimi, istifadəyə verilmənin məqsədi və həmin istifadənin ümumi istifadəyə təsiri ayrıca araşdırılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı istinad edilən hüquqmüəyyənedici sənədin-bələdiyyə qərarının mövcud olması, iddia olunan torpaq sahəsinin ekspert rəyi əsasında Nizami Bələdiyyəsinə (inzibati ərazi vahidi) ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi hazırki halda iddia tələbinin hələ əsaslı hesab edilməsi anlamına gəlmir. Hazırkı işdə torpaq sahəsinin piyada səkisinin tərkibində yerləşməsi və ümumi istifadəyə xidmət etməsi müəyyən edildiyindən, onun konkret fiziki şəxsin (uzun müddətli) 49 il müddətinə fərdi istifadəsinə verilməsi üçün məhkəmə araşdırmaları zamanı qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi istifadədə olan piyada keçidinin konkret şəxsin uzunmüddətli istifadəsinə verilməsi nəticəsində həmin şəxsin torpaq sahəsindən digər şəxslərdən fərqli və müstəsna qaydada istifadə etmək imkanının yaranması həmin torpağın ümumi istifadəyə xidmət edən funksiyası ilə uzlaşmır. Bu səbəbdən mübahisəli bələdiyyə qərarının qanuniliyi yalnız qərarda torpağın 49 il müddətinə istifadəyə verilməsinin göstərilməsi və ya Torpaq Məcəlləsinin 50.3-cü maddəsində belə müddətin nəzərdə tutulması ilə müəyyən edilə bilməz. Bələdiyyə, ilk növbədə, həmin konkret torpaq sahəsinin hüquqi rejiminin belə istifadəyə imkan veribvermədiyini və nəzərdə tutulan istifadənin ümumi istifadəyə xidmət edən funksiyanı qoruyub-qorumadığını əsaslandırmalı idi. Iş materiallarında isə mübahisəli sahənin piyada keçidindən ayrılaraq müstəqil, ümumi istifadədən çıxarılmış torpaq sahəsi kimi formalaşdırılmasını və onun fərdi istifadəyə verilməsinin həmin sahənin ümumi istifadəyə xidmət edən funksiyasına təsir etmədiyini təsdiq edən kifayət qədər məlumat müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının yekunda formalaşmış bu qənaəti ümumi istifadədə olan torpaqların müvəqqəti istifadəyə verilməsinin ümumiyyətlə yolverilməz olması ilə deyil, konkret mübahisəli sahənin hüquqi və faktiki statusunun, onun piyada səkisi kimi ümumi istifadəyə xidmət etməsinin və həmin statusla uzunmüddətli fərdi istifadəyə verilməsinin uzlaşmamasının müəyyən edilməsi ilə şərtlənir. Yuxarıda qeyd edilənləri məcmu halda qiymətləndirərək, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə (3-16-16/2-10/7532 nömrəli, ##.##.2024-cü il tarixli; **/**** nömrəli, ##.##.2025-ci il tarixli və **/**** nömrəli, ##.##.2026-cı il tarixli) əsasən aparılmış tədqiqatların dəyəri ümumilikdə 200 (100+50+50) manat təşkil etmişdir. Iddia tələbi təmin edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manat iddiaçının üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı “torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli