Məhkəmə qərarları › İş №2-1(103)-1094/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1094/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1094/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “ona 55 yaşdan, xx.xx.2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4733/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 2020-ci il tarixində bir neçə dəfə ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavabdeh təşkilat tərəfindən 21 dekabr 2020-ci il tarixdə **********6 saylı məktubla imtina verilmişdir. Halbuki iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı mövcuddur. On il ərzində əmək haqqından hesablanan və çıxılan vergilər nəzərdə tutulan 45.600 manat həddində deyilsə, bu onun günahı deyil. Qanunun əvvəlki redaksiyada tələblərində pensiyanın yığım və sığorta hissəsi anlayışı nəzərdə tutulmamışdır. Ona görə də vətəndaşın hüquqi vəziyyətini yüngülləşdirən qanun normasının geriyə qüvvəsi, qanunverici tərəfindən müəyyən edilmişdir, digər tərəfdən isə, hazırki qanunda da birmənalı olaraq yığım hissəsinin formalaşması, əmək haqqı ona yol verirmi ki, tələb olunan məbləğ pensiya təyin olunarkən nəzərə alınmasın. Bu barədə imperativ bir fikir mövcud deyildir. Cavabdeh təşkilat ona güzəştli pensiya təyinatının təyin edilməsindən imtina etməkdə haqlı deyildir. Əmək kitabçasının surətindən və mövcud olan arayışlardan görünür ki, yaşa görə güzəştli şərtlərlə pensiya alma hüququ pozulmamalıdır. Cavabdeh tərəfin cavabı qanunsuz və qərəzlidir. Cavabdeh təşkilata təqdim edilən arayışlar mötəbər və hüquqi qüvvəyə malikdirlər. Odur ki, ərizəsindən formal olaraq imtina olunması, onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4733/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş ərizə təmin edilsin və iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar