Məhkəmə qərarları › İş №2-1(103)-1095/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1095/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1095/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) «kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər Cavabdehndən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ev 1-ci mərtəbəsinə yerləşən 5 yaşayış otağının kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə verərək, cavabdeh Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində və istifadəsində olmuş Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı evin 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m sahəsi üzrə 186.900 manat; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 84.380 manat; çətinliyə görə 42.90 manat; torpaq sahəsinə dair istifadə hüququ üzrə 1-ci mərtəbənin 124,6 kv.m olması nəzərə alaraq 186.900 manat, vəkil xərcinə görə ödənilmiş 210 manat vəsaitin cavabdeh Bakı şəhərə Yasamal rayonu İcra Hakimiyyətindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)719/2020 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbayan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati icraata cəlb olunması qərara alaınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbayan Respublikasının Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün iddiaçının yaşadığı ünvan 2 saylı ünvan a həmin söküntü zonasına yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuş, göstərilən ünvanın 1ci mərtəbəsində yerləşən 5 yaşayış otağından ödənilməmiş kompensasiyanın ödənilməsi dair xx xxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdehin təşkil etdiyi komissiyaya dəvət edilmiş, orada ona bir daha kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsinə imtina edilmişdir. 64/209 saylı layihə üzrə hesablanmış sahələrdən də görünür ki, iddiaçıya məxsus evin birinci mərtəbəsində olan 5 yaşayış otağının kompensasiyası ona ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən məhkəməyə iddiaya dair «Etiraz»ını təqdim edilərək bildirilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və iddiaçıya onun mülkiyyətində olan əmlaka dair 235838 manat kompensasiya ödənilmişdir. İddia tələbindən tam şəkildə aydın olur ki, iddiaçı mübahisəli sahəni alqı-stqı müqaviləsi əsasında Yasamal rayon İra Hakimiyyətinin hesabına özgəninkiləşdirilmişdir. Tərəflər arasında əqd, yəni müqaviləi münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin norması əsas verir ki, məbləğində asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifaə etmiş və bununla da onu mübahisələnirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müvaqilə (əq) üzrə narazılığını ifaə edən şəs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisləndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam zərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin alqıdlarını bir-birinə tam qaytarılması prosedurudur. Başq sözlə işin bu halınd iddiaçı aldığı 235.838 manatı tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Əgər ətrafdakı yaşayış sahəsinə yükəsk kompensasiya hesablanırsa, bu həmin sahənin təmir vəziyyəti (mövcu şəraiti) və digər xüsusiyyətlərinə görə daha yüksək qiymətləndirilməsini və həmin əmlaka sosial əalət prinsipi əsasında yanaşmanı zəruri edir. Belə olan halda hər bir daşınmaz əmlaka onun xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirmə aparılır. Əlavə kompensasiyaların hesablanması məsələsinə gəldikdə isə qeyd edirik, daşınmaz əmlak qiymətləndirilərkən «daşınmaz əmlaka dair əlavələr» qiymətləndirmə zamanı nəzərə alınan yeganə xüsusiyyətdir ki, istisnasız olaraq bütün daşınmaz əmlaka bu xüsusiyyət tətbiq eilir və həmin əlavələr isə yekun kompensasiyanın tərkibində əksini tapır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrəİddiaçıpellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncüşəxsAR Maliyyə Nazirliyininnümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncüşəxsinnümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Azərbayan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 verdiyi izahatında apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı və onun vəkili Ə.Ə.Cavadov iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi H.Ə.Talıbov iddiaya qarşı verilmiş «Etiraz»a uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materillarında olan, Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1951-ci il təvəllüdlüdür, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materillarından müəyyən olunur ki, Azərbayan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2002-ci il tarixli 653 nömrəli sərəncamına əsasən M.A.Əliyev küçəsi 34 saylı evin vətəndaş İddiaçı aid hissəsində 3 saylı mətbəxin 6,8 kv.m ölçüdə böyüdülməsi, E tikintisinin üstündə 13,6 kv.m və 19,5 kv.m yaşayış otaqları, 4,4 kv.m sanitar qovşağı tikilməsi faktı təsdiq edilmiş; M.A.Əliyev küçəsi 34 saylı evin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilmişdir. İş materillarında olan, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-2250/2005 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək; Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 34 saylı fərdi yaşayış evinin üzərində olan 3mərtəbədə inşa edilmiş 5 yaşayış otağından ibarət olan evin İddiaçı tərəfindən inşa edilməsi faktı təsdiq edilmiş və Bakı şəhəri Yasamal rayonu, M.A.Əliyev küçəsi 34 saylı fərdi yaşayış evinin üzərində olan 3-mərtəbədə inşa edilmiş 5 yaşayış otağına dair rəsmiləşdirmənin aparılması Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. İş materillarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 019140 nömrəli FM seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, paylı mülkiyyət üzrə 10/20 hissədən ibarət 5 otaq xx xxxx 2001-ci il tarixində 30/1533 qeydəalınma nömrəsi ilə 191 nömrəli kitabın 9890-ci səhifəsində İddiaçı adına qeydiyyatına alınmışdır. İş materallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi,ev 34 ünvanında yerləşən xüsusi mülkiyyətin 10/20 hissədən - 5 otaq İddiaçı mülkiyyətindədir. İş materillarından görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli AN-İ-0723526 nömrəli «Daşınmaz əmlakın» alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən «satıcı» İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 528.35 kv.m, yaşayış sahəsi 374.2 kv.m, yardımçı sahəsi 143.35 kv.m olan 29 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/20 hissədən 5 otağı Bakı şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən alıcı Bakı şəhəri Cavabdeh satıcı İddiaçı satdığı 10/20 hissədən 5 otağı ondan 235.838 manat qiymətinə almışdır. İş materillarında olan, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev 34 ünvanında yerləşən yaşayış evi üçün «xxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qiymtələndirmə hesabatından çıxarışan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı şəhəri, Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu, M.A.Əliyev 34 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş «xxxxxxxxxxx» MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azəraycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla əmlak 235.838 manat kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq onu qeyd etməyi zəruri hesab edir ki, hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçının mülkiyyətində mübahisəli ünvandakı daşınmaz əmlakın 10/20 hissəsindən 5 otaqdan ibarət payı olması müəyyən edilsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya kompensasiya onun faktiki istifadəsində olan 7 otaq və 1 otaq-mətbəxdən ibarət 123,21 m2 əsas sahəyə (hər m2 üçün - 1500 manatdan), 32,93 m2 köməkçi sahəyə (hər m2 üçün - 1500 manatdan) və 1,57 m2 taxta pilləkənə (hər m2 üçün - 400 manatdan) görə 235.838 manat məbləğində müəyyənləşdirilmişdir. İş materillarında olan, Bakı şəhəri Cavabdeh Başçısının məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 3084/d nömrəli xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda «Sovestki» adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin əkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 7 ünvanına yerləşən yaşayış sahəsinin alınması ilə bağlı X1 məxsus olan sahələrə görə müvafiq olaraq hesablanmış kompensasiya ödənilmişdir. Qiymətləndirmə zamanı M.A.Əliyev küçəsi, ev 34 ünvanında yerləşən yaşayış sahəsi sökülməmişdir. Beləliklə, iş materiallarından belə müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 10/20 hissəsi-5 otaq paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı satın alınmışdır. İddiaçı iddia tələbində bəyan edərək bildirmişdir ki, mülkiyyətindəki olan əmlak 3 mərtəbədən ibarət olmuş, cavabdeh yalnız 2-ci və 3-cü mərtəbələri ödəmiş, 1-ci mərtəbə üçün kompensasiya alqı-satqı müqaviləsində nəzərdə tutmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edilməsi nəticəsinə gələrkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının xx xxxxxxxx 2018-ci il tarixli 142 nömrəli əmrinə əsasən Azərbaycan Rspublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun müəyyən edilmiş ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 142 nömrəli xx xxxxxxxx 2018ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdehlə iddiaçı arasında müqavilə imzalanmışdır. İşin faktiki hallarına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev,34 ünvanda yerləşən yaşayış evi üçün «xxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış»da Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanmış və iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir, eyni zamanda kompensasiya məbləği hesablanarkən 123,21 kv metr əsas sahə, 32,93 kv metr köməkçi sahə, 1,57 kv metr taxta pilləkən də nəzərə alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət ehtiyacları üçün satınalmalar zamanı əmlak sahibərinə hər hansı başqa kompensasiya növlərinin ödənilməsi nəzərdə tutulmadığı üçün məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq nomalarına məcmu halda qiymət verərək, birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar