Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1095/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3689/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X6 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01.07.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 28.09.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27 avqust 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 02.01.1990-01.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İnşaat firmasında izolyasiyaçı-örtükçü, 01.09.2002- 29.09.2007-ci il, 10.07.2015-12.07.2017-ci il tarixləri arasındakı dövrlər ərzində və 02.09.2019-cu il tarixindən bugünədək X5 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifələrində və 12.03.2008-31.10.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada tsdiq edilmiş surətindən görünür ki, o, 21.04.1979-cu ildən 08.05.1981-ci ilə qədər (2 il 0 ay 18 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 21.04.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 1 ay 25 gün), 18.08.1981-ci il tarixindən 05.05.1985-ci ilə qədər Yığma sexində deşiçi şagirdi, 2-ci dərəcəli deşiçi, 2-ci və 3-cü dərəcəli tornaçı-oymaçı (03 il 08 ay, 18 gün), 14.06.1985-ci ildən 13.05.1986-cı ilə qədər “Polyot” İB-də 4-cü və 3-cü dərəcəli nəql edən (11 ay, 0 gün), 06.06.1986-cı ildən 18.10.1986-cı ilə qədər Lenin Sovxozunda tikinti sexində işçi (04 ay, 13 gün), 25.09.1986cı ildən 19.12.1986-cı ilə qədər “Omskselimstroy”-un 346 №-li X1 5-ci dərəcəli malaçırəngsaz (02 ay 25 gün), 04.05.1987-ci ildən 31.05.1989-cu ilə qədər SSRİ Energetika Nazirliyinin “Soyuzenerqo troyprom” ÜİB-nin “Yujenerqoteploizolyasiya” Kombinatına 4-cü dərəcəli istilik ötürücüsü (02 il 0 ay 28 gün), 01.06.1989-cu ildən 01.01.1990-cı ilə qədər “Yujenerqoteploizolyasi” Rostov TQİ-də 3-cü dərəcəli izolyasiya örtücüsü (07 ay, 01 gün), 02.01.1990-cı ildən 16.04.1997-ci ilə qədər “Qafqazenerjiquraşdırmaizolyasiya” Tİ-də 3cü, 4-cü, 5-ci və 6-cı dərəcəli izolyasiya örtücüsü (07 il 03 ay 15 gün), 17.04.1997-cu ildən 01.06.1997-ci ilə qədər “Azərenerjiistilikizolyasiya” İM-də 5-ci dərəcəli izolyasiya örtücüsü (01 ay 15 gün), 01.06.1997-ci ildən 28.02.2001-ci ilə qədər “Azərnerjiquraşdırmaizolyasiya” İdarəsində 6- cı dərəcəli izolyasiya ötürücüsü (03 il 08 ay 28 gün), 01.03.2001-ci ildən 08.10.2001-ci ilə qədər “Azərnerjiquraşdırmaizolyasiya” İdarəsində 5-ci dərəcəli izolyasiya ötürücüsü (07 ay 08 gün), 01.09.2002-ci ildən 29.09.2007-ci ilə qədər "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli izolyasiya ötürücüsü (05 il 0 ay 29 gün), 12.03.2008-ci ildən 28.11.2008-ci ilə qədər "xxxx"ASC-də usta (08 ay 17 gün), 01.12.2008-ci ildən 30.09.2009-cü ilə qədər "xxxx" MMC-də sahə rəisi (10 ay), 01.10.2009-cu ildən 31.10.2013-cü ilə qədər "xxxx" ASC-də sahə rəisi, 11-ci və 12-ci dərəcəli sahə rəisi (04 il 01 ay 1 gün), 01.11.2013-cü ildən 30.06.2015-ci ilə qədər "xxxx" MMC-də 12- ci dərəcəli sahə rəisi (01 il 08 ay), 10.07.2015-ci ildən 12.07.2017-ci ilə qədər "xxxx" Birgə Müəssisədə nəzarətçi (2 il 03 gün), 02.09.2019-cu ildən halhazıradək "xxxx" Birgə Müəssisədə nəzarətçi vəzifəsində işləyir. - Fililal tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19107,94 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 78249,33 manat olmaqla cəmi pensiya kapitalı 97357,27 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38600,00 manat məbləğində hesablanmışdır. - Fililalın iddiaçının 28.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 17.11.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 27 avqust 1981-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanda qeyd olunan 02.01.1990- 01.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İnşaat firmasında izolyasiyaçı örtükçü, 01.09.2002-29.09.2007-ci il, 10.07.2015-12.07.2017-ci il tarixləri arasındakı dövrlər ərzində və 02.09.2019-cu il tarixindən bugünədək X5 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifələrində və 12.03.2008- 31.10.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 qarşı 57 yaşının tamam olduğu 01 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12 il 06 aylıq xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. İşdən aydın olduğu kimi, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, 01.07.2017-ci ildə 57 yaşı tamam olmuşdur. İşin hallarından və apelyasiya şikayətindən aydındır ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasından da aydın olduğu kimi, iddiaçının ümumi iş stajı 25 il 01 ay 15 gün ((15.06.1981 – 21.04.1979 = 2 il 01 ay 24 gün) + (05.05.1985 – 18.08.1981 = 3 il 08 ay 17 gün) + (13.05.1986 – 14.06.1985 = 10 ay 29 gün ) + (18.10.1986 – 06.06.1986 = 04 ay 12 gün) + (19.12.1986 – 25.09.1986 = 02 ay 24 gün) + (31.05.1989 – 04.05.1987 = 2 il 27 gün) + (01.01.1990 – 01.06.1989 = 07 ay) + (16.04.1997 - 02.01.1990 = 7 il 03 ay 14 gün) + (01.06.1997 – 17.04.1997 = 01 ay 14 gün) + (28.02.2001 – 01.06.1997 = 03 il 08 ay 27 gün) + (08.10.2001 – 01.03.2001 = 07 ay 07 gün) + (01.01.2006 – 01.09.2002 = 3 il 04 ay) = 25 il 01 ay 15 gün)) Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan mövqeyni iddiaçının 02.01.1990-01.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İnşaat firmasında izolyasiyaçı-örtükçü, 01.09.2002-29.09.2007-ci il, 10.07.2015-12.07.2017-ci il tarixləri arasındakı dövrlər ərzində və 02.09.2019-cu il tarixindən bugünədək "xxxx" Birgə Müəssisəsinin layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifələrində və 12.03.2008-31.10.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması ilə əsaslandırır. Apelyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. - SSRİ Energetika Nazirliyinin “Soyuzenerqotroyprom” UİB-nin “Yujenerqoteploizolyasiya” Kombinatının 66 №-li, 19.02.1990-cı il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də 04.05.1987-ci ildən 19.02.1990-ci ilədək olan müddətdə istilik izolyasiya təmiri, filtr izolyasiya, korroziyaya qarşı işləri və digər işlər üzrə “Yujenerjikimyavimühafızə” Birgə müəssisədə 4-cü dərəcəli istilik ötürücüsü qismində çalışıb. 1991-ci il tarixli xalq təsərrüfatı sahəsinin imtiyazlı pensiya təminatının soraq kitabçasında göstərilən elektrostansiya, sex istehsalatının peşə və vəzifələrin 1 №-li sihyahısının Xİİ fəsilinə əsasən Enerji avadanlığın korroziyaya qarşı qazanların müdafiəsi və digər işlər üzrə istilik ötürücüsü vəzifəsində çalışaraq imtiyazlı pensiya (təqaüd) almaq hüququna malikdir. - "xxxx" firmasının 01 №-li, 18.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.01.1990-cu ildən “Qafqazenerqomontajizolyasiya” ixtisaslaşdırılmış İdarəsində (hal-hazırda "xxxx" İnşaat Firması Ədliyyə Nazirliyinin 435 saylı qeyd 24.07.1998-ci il Nizamnaməyə əsasən 01.08.1998-ci il özəlləşdirmə nəticəsində "xxxx" X2 Əmr № 01 01.08.98) 6-cı dərəcəli izolyasiyaçı-örtükçü (plonoşnik) vəzifəsində işləmişdir, 01.11.1997-ci il tarixdə işdən azad edilmişdir (Əmr 26 K. 01.11.97). Yuxanda göstərilən müddət ərzində İddiaçı energetika sahəsində isti və soyuq səthinin şüşə pambıqla izolə edilməsində, məmulatların, pəsthların, makaraların, bölmələrin mikofil, mikalent, mikalentlə krem əsaslı üzvü birləşmələrlə izolə edilməsi, elektrik maşınlarının, pəsthların şüşəli parça və şüşə lentlərlə yeddi qat izolə edilməsi, boya, kimyəvi turşularla istifadə edilməsi, statorun və lövbərin dolaqlarının və bölmələrinin epoksid kopmaundla çoxtəbəqəli izolyasiyanın aparılması. Güc transformatorların dolaqlarının və çıxışlarının sxeminin izolya edilməsi. Üçüncü qabaritdən yuxarı güc transformatorlarının diskvari makaralarının izolyasiyası. Qətran mastikanın, lakin və ilkin örtüyün hazırlanmasında çalışmışdır. İş rejimi 8 saatlıq olmuşdur. İddiaçı işlədiyi izolyasiyaçı-örtükçü (plonoşnik) vəzifəsi Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli, 12 saylı qərarının 29-cu maddəsi əsasında güzəştli təqaüd hüququna malikdir. - "xxxx" İnşaat Firması tərəfindən məhkəməyə ünvanlanmış 06 №-li, 01.11.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 1990-1997-ci illər ərzində "xxxx" İnşaat Firmasında izolyasiyaçı- örtükçü (plonoçnik) vəzifəsində işləmişdir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarının 29.a) maddəsi əsasında güzəştli təqaüd hüququna malikdir. - "xxxx" ASC-nin 01-ZP/283 №-li, 03.07.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 12.03.2008-ci ildən (əmr № 51/4-kş, 12.03.2008-ci il) 28.11.2008-ci ilədək (Əmr № 04/11-kş, 28.11.2008-ci il ) "xxxx" MMC-nin X3 Təmiri və Sazlanması İdarəsinin Kimyəvi Mühafızə və İstilik İzolyasiyası sexində usta və 01.10.2009-cu ildən (əmr № 12/17-kş, 30.10.2009-cu il) 31.10.2013-cü ilədək (əmr № 22/11-kş, 31.10.2013-cü il) "xxxx"ASCnin Energetika Avadanlıqlarımn Təmiri İdarəsinin Bakı sahəsinin Kran Təsərrüfatı, Kran Yollarının təmiri və Kimyəvi Mühafizə sexində sahə rəisi vəzifələrində işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsirtin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarının 24-cii fəslinə əsasən bilavasitə zərərli əmək şəraitində işləyən vəzifələr hesab edilir. Güzəştli pensiya üçün staj: 04 il 09 ay 06 gün təşkil edir. "xxxx"ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - "xxxx" B.M-nin AZF-2020/67-K №-li, 21.07.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən X5 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifəsində işləyir. X10 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edillməli: 01.09.2002-29.09.2007 - X5 Azf-067 layihəsində 5 il 29 gün boyaçı, boya və qumlama işçiləri üzrə supervayzer; 10.07.2015-11.07.2017 - X5 Azf-086 layihəsində 2 il 1 ay boya və qumlama işləri üzrə nəzarətçi, usta; 02.09.2019- hal-hazırkı dövrədək X5 Azf-100 layihəsində 10 ay 20 gün boya və qumlama işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Cəmi: 7 il 11 ay 22 gün. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzilələrin və göstəricilərin Siyahısı»-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının, 35-ci maddəsində «Ümumi peşələr» başlığı altında nəzərdə tutulmuş «Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" B.M. tərəfindən məhkəməyə ünvanlanmış AZF-2021/475/L №-li, 15.11.2021ci il tarixli məktubdan görünür ki, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) hazırda Azfen BM-in X9 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularınm emalatı layihəsində boya və qumlama işləri üzrə nəzarətçi vəzifəsində çalışır. Onun 01.09.2002—29.09.2007, 10.07.2015—12.07.2017-cü illər dövrlərində və 02.09.2019-cu il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Boyaçının əsas əmək funksiyaları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafıq xüsusiyyətləri bilmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq. Boyadılan səthlərin lazımi keyfiyyətdə saxlamaq və ehtiyac olduqda təmir etmək. Boya işlərinin həcmi, yeri haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tanımaq, onlardan düzgün istifadə etmək. Boya ustasının əsas vəzifə borcları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlığına dair müvafıq xüsusiyyətləri bilmək, bu xüsusiyyətləri tabeliyində olan boyaçılara izah etmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthlərin boyalanmasını təşkil etmək, bu işlərə bilavasitə rəhbərlik etmək. Boyadılan və qumlanılan səthlərin lazımi keyfıyyətdə saxlanamasını və ehtiyac olduqda təmir edilməsini bilavasitə təşkil etmək. Boya və qumlama işlərinin həcmi haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tabeliyində olan işçilərə tanıtmaq. Tabeliyində olan işçilərə istehsalat tapşırığı vermək, həmin istehsalat tapşırıqlarının müvafıq Prosedur Qaydalarına əməl olunmaqla keyfıyyətlə yerinə yetirilməsinə, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə aparılmasına nəzarət etmək, yerinə yetirilən işləri qəbul etmək. Tabeliyində olan işçilər tərəfindən əmək və icra intizamına, əmək funksiyalarına düzgün riayət etmələrinə nəzarət etmək. İş sahəsində tabeliklərində olan işçilərin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimidən düzgün istifadə etmələrinə nəzarət etmək. Hər gün tabeliyində olan işçilərin işə davamiyyətini yoxlamaq, bu barədə qeydlər aparmaq. Əməyin mühafızəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafıq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək. Boya və qumlama işləri üzrə nəzarətçinin əsas vəzifə borcları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafıq xüsusiyyətləri bilmək, bu xüsusiyyətləri tabeliyində olan ustalara izah etmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalanmasını təşkil etmək, bu işlərin gedişatını nəzarətdə saxlamaq. Boyadılan və qumladılan səthlərin lazımi keyfıyyətdə saxlanamasını və ehtiyac olduqda təmir edilməsini bilavasitə təşkil etmək. Tabeliyində olan işçilərin ixtisasının, peşəkarlıq səviyyəsinin artırılması istiqmətində iş aparmaq. Təhlükəli, mürəkkəb işlərin yerinə yetirilməsinə bilavasitə rəhbərlik etmək. Yerinə yetirilən iş həcmlərinin gündəlik, həftəlik və aylıq uçotunu aparmaq və tələb olunduqda müvafıq hesabatları rəhbərinə təqdim etmək. Tabeliyində olan ustalara istehsalat tapşırığı vermək, həmin istehsalat tapşırıqlarını müvafıq Prosedur Qaydalarına əməl olunmaqla keyfıyyətlə yerinə yetirilməsinə, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə aparılmasına nəzarət etmək, yerinə yetirilən işləri ustalardan qəbul etmək. Tabeliyində olan işçilər tərəfındən əmək və icra intizamına, əmək funksiyalarına düzgün riayət etmələrinə ümumi nəzarəti nəzarət etmək. İş sahəsində işçilərin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimidən düzgün istifadə edilməsinə ümumi nəzarəti həyata keçirmək. Briqadaların, manqaların formalaşdırılmasını (üzvlərinin sayının, ixtisas tərkibini) müəyyənləşdirmək və onların fəaliyyətini əlaqələndirmək. Əməyin mühafizəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək. İddiaçı yuxarıda qeyd edilmiş dövr ərzində işlədiyi vəzifələrdə işləyərkən zərərli amillərə malik boya və qumlama materialları ilə sıx təmasda olmuşdur və buna görə də o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının, 35-ci maddəsində «Ümumi peşələr» başlığı altında nəzərdə tutulmuş «Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Göründüyü kimi, İddiaçı işlədiyi “izolyasiyaçı-örtükçü” və “boyaçı, boya və qumlama işləri üzrə supervayzer” vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında yarımbəndində nəzərdə tutulmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin a) yarımbəndində nəzərdə tutulmuş “izolyasiyaçılar” vəzifəsinə, b) yarımbəndində nəzərdə tutulmuş “mütəxəssislər” vəzifəsinə, «Ümumi peşələr» adlanan 35-ci bölməsində nəzərdə tutulmuş «təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» vəzifəsinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 17 il 08 ay 29 gün təşkil edir. ((31.05.1989 – 05.04.1987 = 2 il 27 gün) + (01.01.1990 – 01.06.1989 = 07 ay) + (16.04.1997 – 02.01.1990 = 7 il 03 ay 14 gün) + (01.06.1997 – 17.04.1997 = 01 ay 14 gün) + (28.02.2001 – 01.06.1997 = 3 il 08 ay 27 gün) + (08.10.2001 – 01.03.2001 = 07 ay 07 gün) + (01.01.2006 - 01.09.2002 = 3 il 04 ay) = 17 il 08 ay 29 gün)) Sadalananlardan da göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu 01.07.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan (azı 25 il ümumi iş stajı və azı 12 il 06 ay güzəştli staj) şərtlər ödənildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə iddianın “28.09.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsi” hissəsinı münasibətdə də düzgün olaraq qeyd etmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır və hesab edir ki, “28.09.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsi” hissəsində iddia təmin edilmədən saxlanılmalıdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3689/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1095/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1095/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver