Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1095/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14840/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmaqla həmin torpağa çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizə verilərək, hazırkı inzibati iş üzrə icraata X2 və X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X7) order mövcuddur. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən “888T” saylı torpaq sahəsi 30860 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında bağ evi kimi X1 adına qeydiyyatdan keçmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-14840/2023 saylı 23 noyabr 2023-cü il qərardadı ilə vəsatət qismən təmin edilərək, Abbasova (Metin) Sevinc Soltan qızının zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və vəsatətin X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-14840/2023 saylı qərardadının vəsatətin rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin adına (X7) order mövcud olmasını nəzərə almamış, dəlillə bağlı araşdırma aparılmamış və əsassız olaraq vəsatət həmin hissədə təmin edilməmişdir. Tərəflərin izahatları Üçüncü şəxs X10 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunubolunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı mübahisələndirilən- işə X2 üçüncü şəxs qismində cəlb olunmasından imtina edildiyi hissədə yoxlanılır. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Abbasova (Metin) Sevinc Soltan qızının və X2 iş üzrə 3-cü şəxs qismində icraata cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək, Abbasova (Metin) Sevinc Soltan qızını zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə, lakin X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməməsinə dair qərardad qəbul etmişdir və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 şəxsiyyəti hazırkı halda müəyyən edilmədiyinə görə işin hazırkı mərhələsində həmin şəxsin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzubati orqanın X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə cavabdeh ərizəsini onunla əsaslandırır ki, idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “888T” nömrəli bağa dair digər şəxsin- X2 adına order mövcuddur. İşin apellyasiya baxışı zamanı məlum oldu ki, birinci instansiya məhkəməsinin verdiyi sorğu məktublarına cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13- 9320/23 saylı məktubunda qeyd olunmuşdu ki, M.Tahirova xx.xx.1965-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1925-ci təvəllüdlü Bəşir Səfər oğlu ilə nikaha daxil olmuşdur. Onların xx.xx.1955-ci ildə Afaq Səfərova adlı övladı doğulmuşdur. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.Tahirovanın ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-9791/23 saylı Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, X4 aid vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri barədə məlumatın istənilməsinə dair müraciətə baxılmış və bildirilmişdir ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X2 xx.xx.1965-ci ildə - Bəşir Səfər oğlu ilə Yasamal rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu müəyyən edilmişdir. Valideynləri - Bəşir Səfər oğlu ilə X7 olan xx.xx.1955-ci İl təvəllüdlü Afaq Səfərovanın doğumu həmin qeydiyyat şöbəsində qeydə alınmışdır. Müvafiq akt qeydinə baxış keçirilərkən ana haqqında məlumat qrafasında məlumatların “X8”dan “X7”na dəyişdirildiyi, uşaq haqqında məlumat qrafasında “Səfərova” soyadının əlavə edildiyi məlum olmuşdur (Yasamal rayon İcra Komitəsinin xx.xx.1967-ci il tarixli sərəncamına əsasən). Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi X2 şəxsiyyəti barədə məlumatları, o cümlədən onun sağ olması, olmadığı halda hüquq varislərinin kimliyi barədə araşdırma aparmamış, cəlb olunması xahiş edilən şəxs sağ olduğu halda onun, olmadığı halda isə onun hüquq varislərinin işə cəlb olunması məsələsi obyektiv həllini tapmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanları araşdırmamış və nəticədə tez-tələsik qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-14840/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı qismən- ərizənin təmin edilməyən hissəsində ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14840/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı qismən- cavabdeh inzibati orqanın ərizəsinin təmin edilməyən hissəsində ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1095/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1095/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver