Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1096/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1967-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsində ünvan 2 mənzil 16 göstərilmişdir) cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-268/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhкəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X4 İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ehtiyatda olan mayor İddiaçı, xx xxxx 2006-cı il tarixində təqaüdə çıxmışdır. Həmin vaxtı hərbi təqaüdünün xidmət illərinə görə hesablanması üçün kifayət qədər xidmət illərinin olmasına baxmayaraq, onun hərbi təqaüdü Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin təqsiri ucbatından xəstəliyinə görə az məbləğlə hesablanmışdır. Nəticədə də hər ay xeyli miqdarda az təqaüd alırdı. Bütün bunları nəzərə alaraq DTX-ya ərizə ilə müraciət edərək yol verilən qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. DTX-nın Maliyyə İdarəsi tərəfindən ərizəsinə əsasən hərbi təqaüdünün xidmət illərinə əsasən hesablanması barəsində ƏƏSM Nazirliyinin yanında DSMF-nin Hərbi Qulluqçular və X4 İdarəsinə 004420 saylı xx.xx.2016-cı il tarixli 21/365 qeydiyyat nömrəli yeni məlumat vərəqəsi göndərmişdir. 2016-cı ilin may ayında, barəsində yazılan yeni məlumat vərəqəsinə əsasən xəstəliyə görə onun üçün hesablanan 640 manat təqaüdü, təqaüdə çıxdığı vaxtdan 928 manata qaldırıldı. Fərq də göründüyü kimi, 288 (iki yüz səksən səkkiz) manat təşkil etmişdir. xx xxxx 2006-cı il tarixindən xx xxxxx 2016-cı il tarixinə qədər keçən 118 (yüz on səkkiz) ay müddətinə, hər ay 288 manat (118x 288 = 33.984) olmaqla ona cəmi ödənilməli olan 33.984 (otuz üç min doqquz yüz səksən dörd) manat pul məbləğindən 27.154 (iyirmi yeddi min yüz əlli dörd) manat ödənilmişdir. Bu da onu göstərir ki, ona 6.830 (altı min səkkiz yüz otuz) manat pul az ödənilmişdir. Bundan əlavə, xidmət illərinin səhv göstərilməsi ucbatından da ona təqaüdünün az hesablanması nəticəsində 19.599 manat maddi ziyan vurulmuşdur. xx xxxxxx 2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xidmət illərinin düzgün hesablanması barəsində verilən məhkəmə qərarına əsasən, ödənilməyən məbləğ bölünərək aylar üzrə təqaüdünə əlavə olunmağa başlanmışdır. Həmin məbləğin hesablanması zamanı da qanunsuzluğa yol verilərək, təqaüdünə 1.564 manat az pul əlavə olunmuşdur. Belə ki, DTX-nın xx.xx.2018-ci il tarixli 21/138 saylı yeni məlumat vərəqəsinə əsasən onun pensiyası pul təminatının 79 faizdən 91 faizə qaldırılmışdır. Belə olan halda pensiyanın məbləği 141 manat artaraq 9xx xxxxxxxx 1069 manata yüksəlmişdir. Belə ki, 139 ayı 141-ə vuranda 19.599 (on doqquz min beş yüz doxsan doqquz) manat edir. 19.599 manatdan da 18.035 manatı çıxanda 1.564 manat fərq qalır. Həmin məbləğ də ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqinin nəzərə alınaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı iddianın təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixində qərardan apellyasiya şikayəti verərək, 2- 1(112)-268/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DTX tərəfindən İdarəyə göndərilmiş ən sonuncu xx.xx.2018-ci il tarixli, 004420 nömrəli yeni Məlumat Vərəqəsindəki məlumatlara əsasən , xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yenidən hesablanmış və hissə-hissə ödənilməklə iddiaçının kart hesabına köçürülməkdədir. Həmin sonuncu məlumat vərəqəsində vəzifə maaşı 450, rütbə maaşı 130, xidmət illərinə görə 80% əlavə 464, məharət dərəcəsinə görə 15% əlavə 67,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. İddiaçıya 32 il cəmi xidmət illərinə görə əmək pensiyası təmin olunması müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası DTX-nin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubu ilə göndərilmiş Məlumat Vərəqində göstərilənlər nəzərə alınaraq iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək pensiya yenidən hesablanmış və yaranmış 27004,55 manat pensiya fərqi 2016-cı il oktyabr ayında ödənilmişdir. xx.xx.2018-ci il tarixli, 004420 nömrəli yeni və ən sonuncu məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yuxarıda göstərilən rəqəmlərə əsasən yenidən hesablanmış və nəticədə yaranmış 18080,77 manat məbləğində fərq 2018-ci ilin fevral ayından etibarən iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməkdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qərardan apellyasiya şikayəti verməsə də narazıdır. Çünki iddia tələbi həm tam təmin edilməmişdir, həm də məhkəmə qərarının qərara aldı hissəsində iddia tələbi məbləğ olaraq deyil, dövr olaraq göstərilmişdir. Eyni zamanda cavabdeh orqanın rəhbərliyi tərəfindən bilərəkdən saxtakarlığa yol verildiyini və ona ödəniləcək məbləğin 5037 manat olması barədə daxili komissiyanın guya sərəncam verdiyini və 2006-cı ildən ömürlük təqaüddə olduğu halda bu barədə qeydin üzərindəki Azərbaycan Respublikası MTN-dən verilmiş pensiya vəsiqəsində və DSMF-dəki iş qovluğunda olmasına baxmayaraq ona 2015-ci ildən ömürlük təqaüddə olmağı barədə yeni pensiya vəsiqəsi təqdim edildiyini, ikinci qrup hərbi əlil olduğunu, iş yerində ağır xəstələndiyini bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçı barəsində göndərilən dəqiqləşdirilmiş məlumat vərəqələrində göstərilənlər nəzərə alınsa da, pensiya fərqi fərqli tarixlərdən hesablandığından və iddiaçıya pensiya xx.xx.2006-cı il tarixdən təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddianın qalan hissəsinin hüquqi əsası olmadığından, həmin hissədə iddia təmin edilməməlidir. İş materiallarında olan AS № 0522 nömrəli, xx.xx.2006-cı il tarixində iddiaçıya verilmiş pensiya vəsiqəsinin surətinə əsasən qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı” qanununun 19b, 20b bəndinə uyğun olaraq ikinci qrup əlilliyə görə 301 manat 37 qəpik miqdarında xx xxxx 2006-cı ildən xx xxxx 2007-ci ilədək pensiya təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 003539 nömrəli Məlumat Vərəqəsi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinə göndərilmiş və İddiaçı xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli və xx.xx.2018-ci il tarixli 21/138 nömrəli məktubu ilə İddiaçı barəsində dəqiqləşdirilmiş məlumat vərəqi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X5 İş İdarəsinə (hazırkı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi) təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X5 İş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubu ilə göndərilmiş Məlumat Vərəqində göstərilənlər nəzərə alınaraq iddiaçıya xx xxxxxx 2007-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək pensiya yenidən hesablanmış və yaranmış 27004,55 manat pensiya fərqi 2016-cı il oktyabr ayında ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X5 İş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2018-ci il tarixli 21/138 nömrəli məktubu ilə təqdim edilən Məlumat Vərəqində göstərilənlər nəzərə alınaraq iddiaçıya xx xxxx 2006-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək pensiya yenidən hesablanmış və yaranmış 18035,32 manat pensiya fərqi 2018-ci ilin fevral ayından başlayaraq xx xxxxxx 2021 -ci il tarixədək hər ay 503,00 manat olmaqla hissə-hissə təmin edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2018-ci il tarixli 21/138 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı pensiya fərqi xx.xx.2006-cı il tarixdən hesablanaraq ödənilsə də, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı pensiya fərqi xx.xx.2007-ci il tarixdən hesablanaraq ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2018-ci il tarixli 21/138 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı pensiya fərqi xx.xx.2006-cı il tarixdən hesablanaraq ödənilməsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı pensiya fərqinin xx.xx.2007-ci il tarixdən hesablanaraq ödənilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənlərə istinad edərək birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqi nəzərə alınaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qənaətə gəlinsə də, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsi araşdırılmamış, iddiaçıya hansı məbləğdə pensiya fərqinin ödənilməsini öz qərarında əks etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir ərizə mövcud deyildir. Bundan əlavə işə baxan məhkəmə AR İPM-in 52-ci maddəsinin tələblərinə zidd olaraq iddia tələbindən də kənara çıxaraq, qaldırılan iddia üzrə mahiyyəti üzrə qərar qəbul etməmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqinin nəzərə alınaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilmiş, qanunvericiliyin tələb etdiyi əhəmiyyətli sayda həcmdə sübutlar araşdırılmamış, eyni zamanda, mahiyyəti üzrə deyil, iddianın predmetindən kənara çıxılmaqla qərar qəbul olunmuşdur. Belə olan halda, həmin Məcəllənin 87.7-ci maddəsinin tələbinə görə: - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda (87.7.1) və; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə (87.1.2) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək, məhkəmə icraatının davam etdirilməsi üçün işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-268/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Hərbi Qulluqçular və X4 İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1096/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1096/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver