Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1097/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qanun pozuntularının müəyyən edilməsi məqsədilə təftiş keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11702/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, X12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "xxxx" Kollektiv Müəssisəsinin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədilə təftiş keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə "xxxx" Müəssisəsi özəlləşdirilərək "xxxx" özəl kollektiv müəssisəsi yaradılmışdır. Müəssisə 300dən çox kollektiv üzvlərinin əmək haqqları hesabına dövlətdən alınaraq özəlləşdirilməsi nəticəsində yaradılmışdır. Sonradan, 03 sentyabr 1996-cı il tarixində müəssisə yenidən təşkil edilmiş, nizamnaməsi kollektivin ümumi iclasında təsdiq edilmiş və 25 noyabr 1996-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunaraq “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. 1991-ci ildən 2017-ci ilədək müəssisənin direktoru X13 olmuş və o, 2017-ci ildə vəfat etmişdir. Bundan sonra heç bir yığıncaq, iclas keçirilməmişdir. "xxxx" Kollektiv müəssisəsinin 23 avqust 2010-cu il tarixli ümumi iclasında əmlakların inventarlaşdırılması, qiymətləndirilməsi və satılması üçün 7 nəfərdən (Hüseynov Loğman, İddiaçı1, Efendiyev Sahib, Həsənov İlqar, Şahverdiyev Cəbrayıl, Cahangirova Rəbiyə, Əliyeva Svetlana) ibarət aşağıdakı komissiya yaradılmışdır. Kollektiv müəssisənin direktorunun ölümündən sonra, guya 18 may 2017-ci il tarixində keçirilmiş ümumi yığıncaqda müəssisənin yeni idarə heyətinin sədri X14, üzvü isə X1. Bildirirlər ki, belə bir iclas ümumiyyətlə keçirilməmiş, sadəcə formal olaraq protokol tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Həmin iclas barədə müəssisə üzvlərinin, hətta yuxarıda qeyd edilən komissiya üzvlərindən X14 və X2 başqa digərlərinin belə xəbəri olmamışdır. Həmçinin onu da qeyd etmişlər ki, cavabdeh X14 18 may 2017-ci il tarixində idarə heyətinin sədri seçilməsinə baxmayaraq, müəssisə üzvlərinin xəbəri olmadan 15 aprel 2016-cı il tarixdən qanuni təmsilçi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmişdir. Bu isə onu göstərir ki, kollektiv müəssisənin rəhbərliyi onun əmlaklarını mənimsəmək məqsədi ilə qanunsuz olaraq təşkil edilmiş, bununla da, müəssisənin üzvlərinin konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Digər tərəfdən, qanunsuz seçilməsinə baxmayaraq, müəssisənin rəhbəri nizamnamənin maddələrinin tələblərinə də, əməl etməmiş, müəssisə üzvlərinə (sahibkarlara) müəssisənin təsərrüfat fəaliyyəti, onun əmlaklarının vəziyyəti, hansı əmlakın nə məqsədlə və hansı qiymətə satılaraq haraya sərf edilməsi barədə heç bir məlumat verməmişdir. Halbuki, Nizamnaməyə görə müəssisənin əmlakları yalnız ümumi yığıncaqda səsvermə vasitəsilə satıla və ya barəsində rəhbərlik tərəfindən üzvlərə hesabat verilməlidir. Bundan başqa, bugünə kimi müəssisədə nizamnamədə nəzərdə tutulan daxili komissiyalar yaradılmamış, möhür, ştamp və müəssisəyə aid olan digər rəsmi sənədlər, əmlakların faktiki qalığının təhvil-təslim aktları tərtib olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, 15 aprel 2016-cı il tarixində "xxxx" X4rumlarının dövlət reyestrində qeydə alınmış (VÖEN: **********) və X3 qanuni təmsilçisi təyin olunmamışdır. "xxxx" Kollektiv Müəssisəsinin təsərrüfat fəaliyyəti və əmlakları ilə bağlı mübahisə yaranmışdır. Dəfələrlə üzvlər tərəfindən müəssisənin rəhbərliyinə müraciət edərək, yığıncaq keçirilməsi, onlara lazımi məlumatların və hesabatın verilməsini xahiş etsələr də, rəhbərlik tərəfindən buna əməl olunmamış, müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş qanuni hüquqları pozulmuşdur. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə müraciət edərək, müəsisədə təftiş aparılaraq vergi ödənişləri ilə əlaqədar qanun pozuntularının, müəssisənin fəaliyyəti ilə bağlı məlumatların müəyyən edilməsini xahiş etsələr də, rəhbərlik tərəfindən buna əməl olunmamış, müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş qanuni hüquqları pozulmuşdur. Bununla bağlı dəfələrlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, müəssisədə təftiş aparılaraq vergi ödənişləri ilə əlaqədar qanun pozuntularının, müəssisənin fəaliyyəti ilə bağlı məlumatların müəyyən edilməsini xahiş etsələr də, onlara müsbət cavab verilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən **********525200 saylı, 21 yanvar 2021-ci il tarixli məktubla onlara bildirilmişdir ki, vergi orqanının səlahiyyətinə aid olan məsələlər Vergi Məcəlləsinin 24.0.5.1-ci maddəsinə əsasən, "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək vergi nəzarəti tədbirləri zamanı araşdırılma məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. Lakin, bu günə kimi cavabdeh tərəfindən müraicəti ilə bağlı heç bir tədbir görülməmiş, müraciətlərinə cavab məktubunda verilən vədlərə əməl olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətə əsasən, hazırki iddia tələbi üzrə isə iddiaçıların subyektiv hüquqlarının olmaması ilə yanaşı, cavabdeh qismində göstərilmiş Dövlət Vergi Xidmətinin üzərinə hər hansı müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirtmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, vergi ödəyicilərinə münasibətdə hər hansı nəzarət tədbirinin keçirilməsi vergi orqanının vəzifələrinə deyil, imperativ səlahiyyətlərinə aid olduğundan iddiaçıların tələbi əsassız və qanunvericiliyin normalarına ziddir. Digər tərəfdən isə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin həmin Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxslərə ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsində həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırki iddia ərizəsinə nəzər salındıqda görünür ki, iddia tələbi "xxxx" kollektiv müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin həvalə edilməsi”dən ibarət olmuş və məhkəməyə təqdim olunmuş iddia ərizəsi İddiaçı1, İddiaçı3, İddiaçı4 və X12 tərəfindən imzalanmışdır. Lakin, həmin şəxslərdən heç biri kollektiv müəssisənin adından məhkəmədə çıxış etmək, onu təmsil etmək hüququna malik deyildirlər, o cümlədən iddia tələbi üzrə hər hansı subyektiv hüquqları mövcud deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin həm subyektiv hüquqları olmadığına görə, həm də cavabdeh Dövlət vergi Xidmətinin həmin iddia üzrə cavab verməli şəxs olmadığına görə "xxxx" kollektiv müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11702/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərardadı (hakim A.Abdullayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların bir neçə şəxs olması və onlardan yalnız birinin cavabdehə müraciət edərək imtina cavabı almasına görə məhkəməyə müraciət etmələrində heç bir qanun pozuntusu yoxdur. İşin mahiyyəti ilə bağlı bir nəfərin və ya iddiaçıların hamısının birgə cavabdehə müraciəti, cavabdehin münasibətində dəyişikliyə səbəb olmayacaq bir xüsusatdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd) Hazırki halda iddia tələbi "xxxx" kollektiv müəssisəsinin təsdərrüfat fəaliyyətinin tam araşdırlması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir, iddiaçıların hüquqi marağı müəssisənin üzvləri kimi onların xəbəri olmadan, yığıncaq keçirilərək X10 müəssisənin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyatdan keçirilməsinin qanunsuz hesab edilməsi və ümumiyyətlə müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması, baş vermiş qanun pozuntularının müəyyən edilməsidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********525200 nömrəli “Müraciətə baxılması barədə” məktubun surətindən görünür ki, İddiaçı1 "xxxx" Kollektiv müəssisəsində qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2020-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Aparılan araşdırma zamanı "xxxx" kollektiv müəsisəsinin (VÖEN: **********) vergi uçot baza məlumatlarına əsasən fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı ona xx.xx.2019cu il tarixli, **********239700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********091500 nömrəli məktublarla məlumat verilmişdir. Bir daha bildirilmişdir ki, müraciətində vergi orqanlarının səlahiyyətinə aid olan məsələlər Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********489200 nömrəli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, İddiaçı1 "xxxx" Kollektiv Müəssisəsinin (VÖEN:**********) vergidən yayınması və digər məsələlər barədə müraicətinə Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələr barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir. Vergi ilə bağlı qeyd edilən məsələlər "xxxx" Kollektiv Müəssisəsinin fəaliyyətləri üzrə aparılacaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alaraq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə əlavə məlumat veriləcəkdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçılar hazırki tələb üzrə subyektiv hüquqa malik olmamışdırlar. İddiaçılar kollektiv müəssisəsinin adından məhkəmədə çıxış etmək, onu təmsil etmək hüququna malik deyildirlər. Belə ki, İPM-in 26.2-ci maddəsinə görə dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Həmçinin, işin araşdırılmış hallarından göründüyü kimi, məhkəmədə iddiaçı qismində iddia qaldırmış şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4 və X12 olmasına baxmayaraq, məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana yalnız İddiaçı1 müraciət etmişdir. İddianın mümkün sayılmaması əsaslarından biri də, Dövlət Vergi Xidmətinin cavabdehlik daşımaması ilə bağlıdır. İddia tələbində Dövlət Vergi Xidməti tərəfindən iddiaçılara münasibətdə konkret olaraq hansı hərəkətlərin edilməsi onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı əsaslandırılmamışdır. Belə ki, cavabdeh qismində göstərilmiş Dövlət Vergi Xidmətinin üzərinə hər hansı müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədilə təftiş keçirilməsi vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə əsasən 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzaətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci maddəsində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, İddiaçı1 bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı "xxxx" Kollektiv Müəssisəsinin (VÖEN: **********) vergi uçot baza məlumatlarına əsasən fəaliyyətini dayandırdığı müəyyən edilmiş və müraciətində qeyd edilən vergi orqanlarının səlahiyyətinə aid olan məsələlərin Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıların subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa əsasən iddiaçıların əsas hüquqi marağı müəssisənin üzvləri kimi onların xəbəri olmadan, yığıncaq keçirilərək X10 müəssisənin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyatdan keçirilməsi və müəssisənin digər təsərrüfat fəaliyyəti və əmlakları ilə bağlı yaranmış mübahisədir ki, iddiaçıların müəssisənin fəaliyyəti ilə bağlı həmin tələblərinə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11702/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1097/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1097/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver