Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1097/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4774/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış xəsarətlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş müavinətin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…O, N993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 04 nömrəli əmri ilə şəxsi heyət siyahısına daxil edilmişdir. Füzuli rayonu ərazisində erməni işğalçılara qarşı gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zonasında xidmət keçərkən xx.xx.N994-cü il tarixdə yaralanmış və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Xəstəxanasında müalicədə olmuş, "Sağ saidin dəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı, mil sümüyünün zədələnməsi" diaqnozu qoyulmuş, hərbi Hissə komandirinin 22 yanvar N994-cü il tarixli əmri ilə müalicə almaq üçün hospitala göndərilməklə 6-cı MAT-ın qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli qərarında "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" göstərilmişdir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin xx.xx.N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından 4 saylı Zona TSEK tərəfindən ona İİ qrup əlillik dərəcəsi verilmiş, əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Ona xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Lakin heç bir əsas olmadan xx.xx.202N-ci il tarixdə dayandırılmışdır. Əsas olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilir. Onun səhhətində heç bir yaxşılaşma halı, xəsarətin tam aradan qalxması halları baş verməmişdir. Ona İİ qrup əlillik dərəcəsi 2002-ci ildə verilmişdir və əlilliyin ləğv edilməsi üçün heç bir əsas yoxdur, göründüyü kimi xəsarət ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Əlillik dərəcəsinin bərpa edilməsi və təqaüdün verilməsi barədə cavabdehə müraciət etmiş, əsassız olaraq imtina edilmişdir. Belə ki, onun əlillik müddətinin bitməsi və qoyulan diaqnozun əlillik əlaməti təyin edilməməsi barədə tibbi göstəriş olmadan formal olaraq təqaüd dayandırılmışdır, müayinə edilməmişdir. Onun xəsarət aldığı zaman mil sümüyü zədələnmişdir, ona qoyulmuş diaqnoz əlillik əlaməti təyin etməsinə baxmayaraq nəzərə alınmamışdır və nəticədə əsassız olaraq müavinət dayandırılmışdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbuletməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər poliklinikasının xx.xx.202N-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: Xİİİ Sinif – Sümük -əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00- M25- Artopatiyalar => M20-M25-Oynaqların digər zədələnmələri => M2N –Ətrafların digər qazınılma deformasiyaları...Diaqnozun mətni: Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq. Saidin funksiyasının pozulması ilə.Sağ saidin orta N/3- nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3nin bitişmiş sınığı, ağrılı çapıq, saidin funksiyasının pozulması ilə. Hipertoniya xəstəliyi İİ mərhələ Nevrasteniya Presbiopiya, os-billurun sklerozu, presbiopiya. "Meyar: imtina edilir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı barəsində 03 sentyabr 202N-ci il tarixdə **********4 nömrəli protokola əsasən əyani müayinə olunmuş və diaqnoz əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir...» Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4774/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Agentliyinin tibbi sosial ekspert komissiyası sadəcə ötəri müayinə ilə təkzib edərək əlilliyin müəyyən edilməməsi qənaətinə gəlmişdir. Döyüşlərdə aldığı xəsarətlər, həmçinin daxili xəstəliklərlə bağlı olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir. Yalnız ətraflı müayinə ilə məlum olan xəstəliklərin Agentliyin tibbi-sosial ekspert komissiyası tərəfindən üzdən müayinə ilə təkzibi əsassızdır. Həm Məhkəmə, həm də Məhkəmə tərəfindən təyin olunmuş ekspertizanı həyata keçirmək üçün dəvət olunmuş ekspert öz əsaslandırmalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli Qərarının N-ci bəndi ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etsələr də, “Əlilliyin müəyyən olunması meyarlan”nm təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərannda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli Qərarının 2-ci bəndi ilə müvafiq olaraq 4N3 nömrəli Qərarın N-ci bəndi ləğv olunmuş və nəticə etiban ilə həmin Əsasnamə də qüvvədən düşmüşdür. Bu səbəbdən də iddiaçı Azərbaycan Respublikasının Əlillərə münasibətdə göstərdiyi sosial və mənəvi qayğıdan məhrum qalmışdır. Həmçinin, iddiaçının verdiyi analizlərin cavablarına dair məlumatda göstərilənlər kifayət qədər əsas verir ki, şəxs üçün əlillik dərəcəsi təyin olunsun. Ona münasibətdə ilkin döyüşlərdə aldığı zədələrdən dolayı əlillik dərəcəsinin verilməsi halının mümkünlüyü olduğu təqdirdə, onun sağlamlıq vəziyyətinin eyni qalması və heç bir dəyişikliyin olmaması, hətta verilən analiz və digər tibbi yoxlamaların nəticələrinin də dəyişməməsi halı açıq-aşkar görülməsinə baxmayaraq əlillik dərəcəsinin verilməsindən imtina əsassız hesab olunmalıdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, 35 saylı Şəhər poliklinikasının xx.xx.202N-ci il tarixli sonuncu göndərişinə əsasən TSEK tərəfindən iddiaçının əlillik vəziyyəti aşağıdakı kimi qiymətləndirlmişdir: - “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: Xİİİ Sinif – Sümük -əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artopatiyalar => M20-M25- Oynaqların digər zədələnmələri => M2N –Ətrafların digər qazınılma deformasiyaları... Diaqnozun mətni: Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq. Saidin funksiyasının pozulması ilə.Sağ saidin orta N/3nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, saidin funksiyasının pozulması ilə. Hipertoniya xəstəliyi İİ mərhələ Nevrasteniya Presbiopiya, os-billurun sklerozu, presbiopiya.» diaqnozu əlillik əlaməti təyin etmir.» İPM-in N.2-ci maddəsinin tələbi baxımından, MPM-in 8N-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, imtinanın əsaslılığının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən T483/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə ekspertlər tərəfindən məhkəmənin sualları üzrə aşağıdakı rəyə gəlinmişdir: -vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, sağ saidin orta N/3-nin güllə yaralanması, sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, sağ saidin orta N/3-nin güllə yaralanması, sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, hipertoniya xəstəliyi İİ mərhələ, nevrasteniya, presbiopiya, os-billurun sklerozu, presbiopiya” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Lakin göndərişdə qeyd edilən ətrafların deformasiya və funksiyasının pozulması əyani müayinə zamanı öz təsdiqini tapmadı. -vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın N-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.N-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.» Tədqiq olunan rəydən göründüyü kimi, ekspertiza tədqiqatı aparılarkən, iddiaçının əyani müayinəsinin həyata keçirilməsi zamanı 35 saylı Şəhər poliklinikasının xx.xx.202N-ci il tarixli sonuncu göndərişində qeyd edilən “ətrafların deformasiya və funksiyasının pozulması” mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın N.5-ci bəndi isə nəzərədə tutur ki, göndəriş aşağıdakı hallarda verilə bilər: - N.5.N. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son N2 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - N.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -N.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın N.5.N-ci və N.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - N.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - N.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda işin halları onu göstərir ki sözügedən «Qayda»da nəzərdə tutulan həmin hallar öz tamlığı ilə iddiaçıda aşkar olunmamışdır ki, belə olan halda da ona əlillik təyinatı aparılması mümkünsüzdür. İPM-in N4.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin qeyd edilən hallarından isə göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, ona əlillik dərəcəsinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğu təsdiqlənir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya əlillik təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.N-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini, mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin ekspert rəyi ilə razılaşmayan və birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4774/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4774/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1097/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1097/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver