Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1097/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məhərrəmova Sevda Səfər qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X6 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı Məhərrəmova Sevda Səfər qızının və iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Məhərrəmova Sevda Səfər qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xəstəliyinə görə əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti ##.##.2015-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası" diaqnozu ilə ona bir il müddətinə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti ##.##.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası"diaqnozu ilə, "ümumi xəstəlik " səbəbi ilə ona beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. İddiaçı əlillik müddəti bitdikdən sonra müxtəlif vaxtlarda tibb müəssisələrində stasinoar və ambulator şəraitdə müalicələr almışdır. İddia ərizəsinə qoşulmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan çıxarışla müəyyən edilir ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2023cü il tarixədək Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi "X2" X1 müalicədə olmuş, diaqnostik müayinələrdən keçərək ona, "fəqərəarası disklərin, fəqərə cismlərinin degenativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5 fəqərəarası diskin arxa median, ostoefitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması, C4-C7 səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi, L5-Sl fəqərəarası diskin arxa median sol paramedian yırtığı, duran kisənin və sol lateral sinir kökcüyünün minimal sızılması. Tetered cord. Diastematomiyeliya" diaqnozu qoyulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəsrtəxanası X1in ##.##.2023cü il tarixli müayinə ptorokoluna əsasən, orada müayinə olunduğu və həmin tibb müəssisəsinin ambulator kitabçasından çıxarışdan göründüyü kimi, iddiaçı göndəriş əsasında həmin müəsisədə mülaciə almış və ona Tetered cord. Diastematomiyeliya" diaqnozu qoyulmuşdur. "Tetered cord. Diastematomiyeliya" əlilliyə əsas verən xəstəlikdir. Yəni, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi “X2” X1 müalicə üçün tələb etdiyi müddətə iddiaçı tərəfindən tam əməl olunmuşdur. Bundan sonra həmin səhiyyə müəssisələri tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün TSEK-ə sənədlər verilmişdir. İddiaçıda ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin iddiaçıya ## ###### 2023-cü il tarixdə göndərilən sms məlumatlarda, ona əlilliyin təyinatından imtina edilmişdir. Əlillik dərəcəsinin təyin edilməsindən imtinanın səbəbi kimi, əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh əlilliyin təyin edilməsi üçün etdiyi müraciətinə imtina verməkdə haqlı olmamışdır. Onun xəstəliyi nəzərə alınaraq, qoyulmuş diaqnozlar əsasında ona əlillik təyin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının əvəllər ikinci qrup əlil olması və hal-hazırda da müvafiq müalicə alaraq əlillik dərəcəsinin təyin edilməsinə əsas verən xəstəliyinin olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının əsas diaqnozunun "fəqərəarası disklərin, fəqərə cismlərinin degenativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5 fəqərəarası diskin arxa median, ostoefitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması, C4-C7 səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi,L5-Sl fəqərəarası diskin arxa median sol paramedian yırtığı, duran kisənin və sol lateral sinir kökcüyünün minimal sızılması. Tetered cord. Diastematomiyeliya" "olmasına dair Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi "X2" X1 arayışının olduğu və müvafiq səhiyyə müəssisəsi tərəfindən F-88 Tibbi Sosial Ekspert Komissiyasına göndərildiyi halda, əlavə müalicəyə ehtiyacının olması səbəbindən iddiaçıya əlillik təyin edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin əlavə müalicəyə ehtiyacının olması halının mövcudluğu, özü-özlüyündə qanunvericilikdə hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməməlidir və onun üçün hüquqlarının məhdudlaşdırın nəticələr doğurmamalıdır. Çünki, cavabdehin imtinasının əlavə müalicəyə ehtiyacın olması ilə bağlı həmin dəlili mübahisəyə dair işin halları və iddia ərizəsinə əlavə edilmiş sənədələrlə təkzib olunur. Belə ki, iddiaçı uzun müddət qeyd edilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış və müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim olunan sənədlərdə iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından ##.##.2016-cı il tarixdə göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və qeyd olunan halların hazırda da mövcud olmasına rəğmən, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. 2015-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları imtinasında açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Göründüyü kimi yuxarıda göstərilən qanunun tələblərinə əsasən, əlilliyin təyin edilməsindən imtina əsaslı sayıla bilməz, iddiaçının xəstəliyi nəzərə alınaraq, qoyulmuş diaqnozlar əsasında ona əlillik təyin edilməlidir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi(G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 Ta diskin yırtığı,diskoqen radikulopatiya Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası, .L5-S1 f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı, Bilək kanalı sindromu, Karpal tunel sindrom. [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya II dər. məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016-dən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsində səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2016-dan 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının müalicə almasını təsdiq edən sənədləri əlavə etməklə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür.
4. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli E********BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili, iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, İddiaçı əlillik dərəcəsinin 65-80 % olmaqla 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, İddiaçı əlillik dərəcəsinin 65-80 % olmaqla 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdhein nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin * saylı Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2015-ci il tarixli, *******0003 nömrəli elektron müayinə sənədinə əsasən “ilkin və ya təkrar olması barədə məlumat: təkrar, əlillik qrupu: ikinci dərəcə əlillik, səbəb: ümumi xəstəlik, müayinə tarixi: ##.##.2015, növbəti müayinə tarixi: ##.##.2016, TSEK-in diaqnozu: "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4- L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası; əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə; əmək zəmanəti barədə: əmək qabiliyyətsiz” səbəbi ilə ##.##.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
12. İddiaçının əlillik vəziyyəti ##.##.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “ilkin və ya təkrar olması barədə məlumat: təkrar, əlillik qrupu: ikinci dərəcə əlillik, səbəb: ümumi xəstəlik, müayinə tarixi: ##.##.2015, növbəti müayinə tarixi: ##.##.2016, TSEK-in diaqnozu: "Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya, tez-tez təkrarlanan vegeto-damar paroksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişikləri. Torlu qişanın angiopatiyası; əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə; əmək zəmanəti barədə: əmək qabiliyyətsiz” səbəbi ilə ##.##.2016-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası X1 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli müayinə protokolunda qeyd olunmuşdur: - Müayinə olunan nahiyə: Boyun, bel- oma nahiyyələrinin МВТ müayinəsi: - Sagital proyeksiyada seTl,tse T2,aksial proyeksiyada tseT2 rejimlərində: - Boyun nahiyəsi: Servikal lordoz düzlənmişdir. Kifotik defromasiya qeyd edilir.Boyun fəqərə cisimlərinin yüksəkliyi normaldır. - C4,C5,C6,C7-fəqərə cismlərində degenerativ və subxondral sklerotik dəyişiklik mövcuddur. - C5,C5,C6,C7-fəqərərlərində ön və yan istiqamətlərdə inkişaf etmiş osteofitlər izlənilir. - C2 C7 səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir… - …Spinal kanalda həcmli patologiya təyin olunmamışdır.Onurğa beyninin genişliyi və intenivliyi dəyişməmişdi/. Aon paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. - Bel oma nahiyyəsi: Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yüksəklikləri normal dəyərləndirilmişdi/ L3-L4-fəqərəarası diskin hissəvi assifikasiycfsı (L3- L4- fəqərə cisimlərinin hissəvi blokvertebra) izlənilir. - L5,S1-fəqərə cismlərində degenerativ və subxondral sklerotik dəyişiklik mövcuddur. - Ll-S1-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. - Ll-S1-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2-ağırlıqlı sekanslarda zəifləmişdir. - L4-L5-səviyyədə stabilliyin pozulması, L4 fəqərəsinin ön listezi (5,0mm), L5- Slfəqərəarası diskin arxa median sol paramedian yırtığı (ölçüsü-4,Отт), dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması, Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. - Onurğa beyni L4-səviyyəsində tamamlanir və fiksə olunur, bu səviyyədən fibrolipoma ilə qalınlaşmış filyaterminales. Ll-L2-səviyyəsindən başlayaraq II tip diostematomiyeliya. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Nəticə: Mətndə qeyd edilən fəqərəarası disklərin, fəqərə cisimlərinin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları. C4-C5-fəqərəarası diskin arxa median,osteofitləşmiş yırtığı, onurğa beyninin minimal sıxılması. C4-C7- səviyyələrində Tarlov kistaları L4-L5-səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listezi, L5- Slfəqərəarası diskin arxa median sol paramedian yırtığı, dural kisənin və sol lateral sinir kökçüyünün minimal sıxılması. Tetered cord. Diostematomiyeliya.
14. İnzibati icraat materiallarına əsasən: İddiaçının əlillik vəziyətinə ##.##.2013-cü il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: IX Sinif – Qan dövranı sistemi xəstəlikləri => I60- I69 – Serebrovaskulyar xəstəliklər => I67-Digər Serebrovaskulyar xəstəliklər => I67.2 – Serebral ateroskleroz; Diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyətinə ##.##.2014-cü il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: IX Sinif – Qan dövranı sistemi xəstəlikləri => I70- I79 – Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => I70 – Ateroskleroz => I70.8 – Digər arteriyaların aterosklerozu; Diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə, ÜÇ II; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə ##.##.2015-ci il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: VI Sinif – Sinir sistemi xəstəlikləri => G90- G99- Sinir sisteminin digər pozğunluqları => G93-Baş beynin digər zədələnmələri => G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya; diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. Torlu qişanın angiopatoyası; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə ##.##.2016-cı il tarixdə baxılmış və “səbəbi: ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: VI Sinif – Sinir sistemi xəstəlikləri => G90- G99- Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya; diaqnozun mətni: Serebral ateroskleroz. Dissirkulyator ensefalopatiya tez-tez təkrarlanan vegeto damar parksizmlərlə. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin, L4-L5 fəqərəarası diskin protruziyası. Durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya tip2. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. Torlu qişanın angiopatoyası; Meyar: ikinci dərəcə əlillik => 2.2.10 Baş beyin qan dövranınınn xroniki çatmamazlığı (ateroskleroz, hopertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın... ” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə ##.##.2021-ci il yenidən tarixdə baxılmış və “xəstəliklərin beynəlxalq təsnifatı: XVII Sinif – anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q00-Q07 - Sinir sisteminin anadangəlmə anomaliyalari (inkişaf qüsurlarI) => Q07 – Sinir sistemin...; diaqnozun mətni: sinir sistemin digər anadangəlmə inkişaf qüsurları, Tethered-cord, Diastematomieliya, II tip.; imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb: ixtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə ##.##.2022-ci il yenidən tarixdə baxılmış və “Tibbi-sosial yardım və reabilitasiya vasitələri: reabilitasiya müalicəsi, ixtisaslaşmış müalicə; diaqnozun mətni: Tethered-Cord Diastomatometriya II tip. Karpal tunel sindromboyun fəqərə osteoxondroz C4-C5 f/a, diskin yırtığı, diskogen radikulopatiya, diskogen radikulopatiya, aşağı ətrafların hərəkət və nisbi pozulması ilə, davamlı kökçük funk. Ağırlarla; imtina edilmənin səbəbi: əlavə müalcəyə ehtiyacın olması – səbəb: xəstənin müalicə müddəti yetərli deyil, diaqnozu dəqiqləşdirilsin” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
15. İddiaçı İddiaçı əlillik vəziyyətinə ##.##.2023-cü il tarixdə imzalanmış ##.##.2023cü il tarixli göndəriş əsasında ##.##.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 f/a diskin yırtığı, diskoqen radikulopatiya, Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası, L5-S1 f/arası disk sol laterial kökcüyü sıxan yırtığı, Bilək kanalı sindromu, Karpal tunel sindrom. (Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən, ürəyin zədələnməsi ilə hiperenziv (hipertoniya) xəstəlik (- yi), Arterial hipertaniya II dər. Imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2016-dan 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur. Ixtisaslaşdırılmış müalicəni davam etdirməsi məsləhət görülür. Əsas diaqnoz – Q07 Sinir sisteminin digər anadangəlmə inkişaf qüsurları, TetheredCord (RNCX: 0208-##.##.2021, 29.09-##.##.2023, 05.10-##.##.2023) (AzRDN 13.06- ##.##.2013); Ağırlaşma – Q06.2 Diastematomieliya. Diastematomieliya II tip. Yanaşı xəstəliklər – M50.0 Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2*), Boyun fəqər osteoxondroz C4-C5 f/a diskin yırtığı, diskoqen radukulopatiya; Yanaşı xəstəliklər – M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskoqen radikulopatiya aşağı ətrafların hərəki və hissi pozulması, davamlı kökcük ağrılarla (NYM: 23.07-##.##.2021 il, ##.##.2021, 16.02-##.##.2016); Yanaşı xəstəliklər – I20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası, FS İ (ETKİ: ##.##.2022, 21.11-##.##.2022); Yanaşı xəstəliklər – G56.0 Bilək kanalı sindromu, Karpal tunel sindrom; Yanaşı xəstəliklər – M51.3 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degeneriyaslyasl, L5-S1 f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı; Yanaşı xəstəliklər – I11.9 (durğunluq) ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hopertenziya II dər; Yanaşı xəstəliklər – H52.4 Presbiopiya, VİS OS=1.0, VİS OS= 1.0. Presbiopiya.
16. Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı İddiaçı mövcud olan xəstəliklərin həm ona ilkin əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının 30 gün müddətində müayinəsinin aparılması qərara alınmışdır.
17. Məhkəmə qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2024-cü il tarixli, 3-17-4/2-13928/2024 məktubu ilə təqdim edilmiş Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...##.##.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş, boyun və belində olan daimi küt agrılardan, ətraflarda keyimə hissinin olması, baş gicəllənməsi, yaddaşın pozulması, təngnəfəslik, ürəkdöyünmə, tərləmə, tez yorulma, fiziki gərginlik zamanı ürək nahiyyəsində olan göynədici xarakterli ağrılardan, yerişin çətinləşməsi, ümumi zəiflik və halsızlıqdan olmuş, mütəmadi olaraq həkim-kardioloq və nevroloq nəzarətində olduğunu bildirmişdir.
18. Təqdim edilmiş sənədlər arasında, X8 İnstitutunun ##.##.2023-cü il tarixli **** nömrəli epikrizinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası İ f.s. arterial hipertoniya II dərəcə”; Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2023-##.##.2023cü il tarixli **** nömrəli epikrizinə əsasən “Bel fəqərələrinin skoliozu. Tetered-cord. Diastematomiyeliya, tip II. L4-L5 və L5-S1 fəqərəarası disklərin yırtıqları, davamlı kökcük ağrı sindromu ilə. Aşağı ətrafların hərəkət pozulmaları. Karpal tunel sindromu” şəklində göstərilmiş, ##.##.2023-cü il tarixində orada aparılmış MRT müayinəsinin nəticəsi “C4-C5 fəqərəarası diskin arxa median, osteofitləşmiş yırtığı, onurğa beynin minimal sıxılması. C4- C7 səviyyələrində Tarlov kistaları L4-L5 səviyyədə stabilliyin pozulması, L4 fəqərəsinin ön listezi, L5-S1 fəqərəarası diskin arxa median sol paramedian yırtığı, dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması. Tetered cord. Diastematomiyeliya” kimi qiymətləndirilmiş, “Medistyle Hospital”da ##.##.2022-ci il tarixində aparılmış EMG müayinəsi zamanı əldə olunan elektrofizioloji göstəricilər sol ayaqda daha ifadəli olmaqla L4, L5, S1 və sağ L5,SI İnnervasiyalı əzələlərdə radikulopatiya lehinə dəyərləndirilmişdir.
19. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 90 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən yuxarı və aşağı ətraflarda parez qeyd edilməmiş, reflekslər D=S orta canlı olmuş, atrofiya izlənilməmiş, tonus normal, yuxarı və aşağı ətraflarda hərəkət həcmi tam olmuş, kontraktura, patoloji reflekslər müəyyən edilməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit aşkarlanmamışdır..
20. ##.##.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə: Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar fibrotikdir. Perikard təmizdir.) əlilliyin təyininə əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir.
21. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir
22. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X1 Bakı Baş Səhiyyə Mərkəzi X1in * nömrəli şəhər poliklinikasının Vəkil sorğusuna ##.##.2024-cü il tarixli, *** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yaşayan, ##.##.1968-ci il təvəllüdlü, İddiaçı ##.##.2013-cü ildən Nəsimi rayon * nömrəli şəhər Poliklinikasında dispanser qeydiyyatdadır, II qrup əlildir. ##.##.2021-ci ildə xəstənin əlillik müddəti bitdiyinə görə TSEK-na forma 088 göndərilmişdir. TSEK-dan imtina cavabı gəlib .Səbəb : "Əlavə müalicəyə ehtiyacın olması. Xəstə NTM-dən tibbi rəy gətirəndən sonra təkrar ##.##.2022-ci ildə TSEK-na forma 088 doldurulmuşdur. Diaqnoz: Boyun şöbəsinin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2). Boyun fəqərələrinin ostexondroz C4-C5 f/a diskin yırtığı,diskogen radikulopatiya. Fəqərarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası, L5-Sl f/arası disk sol laterial sinir kökcüyü sıxan yırtığı. Bilək kanalı sindromu, Karpal tunel sindrom. (Durğunluq) ürək çatmamazlığı olmadan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi .Arterial hipertenziya II dər. ##.##.2022-ci il tarixdə TSEK-dan imtina cavabı gəlib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Stasionarlar: 13.06-##.##.2013- Az.RDİN Hospital (İ 67.2) 16.02-##.##.2016- Az.RDİN Hospital (İ 67.2) 23.07-##.##.2021-X2 (M51.1) ##.##.2022- ETKİ (İ 20.1, 125.2) 21.11-##.##.2022-ETKİ (120.8) 29.09-30.09-2023-Neyrocərrahiyyə Xəstəxanası (Q.07, Q06.2, M41, M54.2) 05.10-##.##.2023-X2 (Q07, Q06.2, M51.1, R26, M50.1). Müayinələr: Boyun və bel oma nahiyyələrinin MRT (20.08.23) Neyrocərrahiyyə xəstəxanası. Mətndə qeyd edilən fəqərəarası disklərin, fəqərə cisimlərinin degen düyünləri və protruziyaları C4-C5 f/a diskin arxa median, osteofitləşmiş yırtığı (4,6 mm), onurğa beyninin minimal sıxılması C4-C7 səviyyələrində Tarlov kistaları pozulması, L4-L5 səviyyədə stabilliyin pozulması, L4-fəqərəsinin ön listeri, ,L5-Sl f/a diskin arxa median sol paromedian yırtığı (4,0 mm), dural kisənin və sol lateral sinir kökcüyünün minimal sıxılması. Tethered kord. Diastomatomeliya 2 tip. EMQ (aşağı ətraf) ##.##.2022. EMQ (Medera Hospital): bilateral orta dərəcədə karpal tunel sindromu və C8-Th1 kökcük innervasiyalı əzələlərdə xronik dövr aksonal dgenerisiyalı neyropatik dəyişiklik lehinədir…
23. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “* nömrəli şəhər Poliklinikası” ## #### 2024-cü il tarixli, **-*-*-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yaşayan, ##.##.1968-ci il təvəllüdlü, İddiaçı ##.##.2013-cü il tarixdən Nəsimi rayon * nömrəli şəhər Poliklinikasında dispanser qeydiyyatdadır. ##.##.2013-cü ildən II qrup əlildir. Xəstə ##.##.2022-ci il tarixdə nevropatoloq tərəfindən müayinə olunub və “Q06.2 - TetheredCord Diastomatomeliya II tip Kapral tunel sindrom. M50.0-Boyun fəqərələrinin osteoxondrozu C4- C5 funksional ağrılarla diskin yırtığı, Diskogen radikulopatiya, aşağı ətrafların hərəki və hissi pozulmaları ilə, davamlı kökcük ağrılarla” diaqnozu ilə ##.##.2022-ci il tarixdə poliklinikanın HMK tərəfindən əlillik müddəti bitdiyinə görə təkrar TSEK-ə göndərilib. ##.##.2022-ci il tarixində imtina cavabı gəlib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Xəstə ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixə qədər ETKİ-da müalicə alıb. Diaqnoz:“120.8-UİX-satbil gərginlik stenokardiyası III F/S. I11.9-Arterial hipertoniya III dər. Ekstrasistolik aritmiya. Xroniki ürək çatmamazlığı II F/S“. ##.##.2023-cü il tarixdə təkrar stasionardan sonra (29.09-##.##.2023cü il RNX,05.10-##.##.2023-cü il NTM) forma 088 yazılaraq TSEK-ə göndərilib. ##.##.2023cü il tarixdə TSEK-dan imtina cavabı gəlmiş, səbəb: “Əlavə müalicəyə ehtiyacın olması” olaraq bildirilmişdir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Transtorakal Exokardioqrafiyanın ##.##.2024-cü il tarixli müayinə nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol madəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir” olaraq müəyyən edilmişdir.
25. * nömrəli şəhər Poliklinikasının iddiaçıya aid ambulator kitabçadan çıxarışda iddiaçıda müşahidə olunan xəstəliklərin diaqnozları XBT üzrə M51.1, Q07, Q06.2, M51.2, R26, G56.0 olaraq göstərilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- (***)-****/**** saylı qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ### 2025-ci il tarixli, T***/**** saylı ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: Q07 Sinir sisteminin digər anadangəlmə inkişaf qüsurları, Tethered-Cord. Ağırlaşma: Q06.2 Diastematomiyeliya. Diastomatomiyeliya II tip. Yanaşı xəstəliklər: M50.0 Boyun şöbəsinin fəqərərəası disklərinin mielopatiya ilə zədələnməsi (G99*2), Boyun fəqər osteoxondroz C4-C5 f/a diskin yırtığı, diskogen radikulopatiya. M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə,. Diskogen radikulopatiya aşağı ətrafların hərəki və hissi pozulması, davamlı kökcük ağrılarla. M51.3 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası,. L5-S1f\arası disk sol lateral sinir kökcüyü sıxan yırtığı. G56.0 Bilək kanal sindromu, Karpal tunel sindrom. İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası. FS İ. İ11.9 [Durğunluq] ürək çatmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], Arterial hipertenziya II dər. H52.4 Presbiopiya. Vis OS=1.0, Vis OS=1.0” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Qiymətləndirmə nəticələrində onun əmək fəaliyyətinin itirilməsi ilə əlaqədar sosial ekspertlər tərəfindən hər hansı bir qeydiyyat aparılmamışdır. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da ##.##.2024-cü il tarixdə əyani müayinəsi zamanı əlillik təyinatına əsas verəcək patofunksional dəyişikliklər aşkar olunmamışdır. İddiaçı Respublika Neyrocərrahiyyə Xəstəxanasında 28-##.##.2024-cü il tarixlərdə müayinə olunmuş və ona “Q07 Bel fəqərələrinin skoliozu. Tethered-Cord. Q06.2 Diastematomiyeliya. M51.2, M51.1 C4-C5 və L5-S1 fəqərəarası disklərin yırtıqları, davamlı kökcük ağrı sindromu. G56.0 Karpal Tunel sindromu” diaqnozu qoyulmuşdur. İddiaçı Bakı X2ndə 16-##.##.2024-cü il tarixlərdə “Əsas xəstəlik: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Əsas xəstəliyin ağırlaşmaları: R26 Hərəkətin və yerişin pozulmaları. Yanaşı xəstəliklər: İ10 Essensial [birincili] hiperenziya. M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi. Q06.2 Diastematomiyeliya. Q07 Sinir sisteminin digər anadangəlmə inkişaf qüsurları” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. İddiaçı Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda müayinə olunmuş və ona ##.##.2025-ci il tarixdə “Əsas xəstəlik M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Əsas xəstəliyin ağırlaşması: G83.1 Aşağı ətrafların monoplegiyası. Yanaşı xəstəliklər: M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi. M54.2 Servikalgiya” diaqnozu qoyulmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
29. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
31. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
32. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda müşahidə olunan, həmçinin göndərişdə öz əksini tapan xəstəliklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların” da öz əksini tapmışdır.
33. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
34. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.
35. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
36. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
38. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
39. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından ##.##.2016-cı il tarixdən əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
41. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
42. Belə olan halda, ##.##.2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
43. Əlavə olaraq məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.
44. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.
45. Beləliklə, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilibedilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklərlər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir.
46. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
49. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli E********BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilməlidir və iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli E********BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin 65-80% olmaqla 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı “iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli E********BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixli E********BQV nömrəli göndəriş əsasında, göndərişin imzalandığı ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin 65-80% olmaqla 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov