Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1098/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən təyin edilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3947/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3947/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı onun 1969-1974-cü illərdə təhsil aldığı müddət və əmək kitabçasında göstərilən iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının məbləğinin yenidən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin geri götürülməsinə dair ərizə təqdim edərək bildirdi ki, hazırki iş müvafiq quruma göndərilmiş və mübahisəli dövrlər iddiaçının sığorta stajına daxil edilərək pensiya yenidən hesablanmışdır. Bu səbəbdən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini və şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilməli, ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apelyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindən imtina edilməsi qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, apelyasiya şikayətinin geri götürülməsi qəbul edilməli və cavabdehə münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3947/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1098/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1098/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver