Məhkəmə qərarları › İş №2-1(103)-11/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-11/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-11/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin evin hər kv.m üçün 1.500 manat olmaqla cəmi 69.000 manatın cavabdehdən alınması tələbinə dair” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2- 1(81)-2551/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan, icraatı dayandırılmış işin təzələnməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı qaydada (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 23 may 2019-cu il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhər Yasamal rayon Ak.Qarayev küçəsi dalan 12-də yerləşən 7 saylı evin sökülməsinə dair Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin evin hər kv.m üçün 1500 manat olmaqla cəmi 57.000 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 2551/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-551/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2- 1(81)- 2551/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1504/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-551/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı qismən-26,37 kv.m sahəyə və 6,25 kv.m köməkçi sahəyə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşin təkrar apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyasıının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Quliyeva iddiaçının vəfat etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir (Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır). Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən işin təkrar apellyasiya icraatında toplanmış sənədləri araşdırıb belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli, 05/2-826/13 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı ölüm haqqında qeydinin kserosurətinə, Yasamal rayon qeydiyyat şöbəsinin № 0032 8 1271 25112020 ölüm haqqında akt qeydinə əsasən məlum olmuşdur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda vəfat etmiş və bu barədə104968 №-li, xx.xx.2020-ci il tarixli şəhadətnamə verilmişdir. İddiaçının vəfatı ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1(103)-158/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Lakin məhkəmənin uzun sürən həm telefon əlaqəsi, həm də müxtəlif orqanlara ünvanlanmış yazışmalarına baxmayaraq iddiaçının hüquq varis(lər)ini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə verilmiş sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubuna, habelə, Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, X5 ilə mərhumun (iddiaçının) xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuş, lakin bu nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, sözügedən məktublarda iddiaçının xx.xx.2001-ci il təvəllüdlü Xəlilzadə Ümid adında övladının olması barədə məlumat olsa da, məhkəmənin Yasamal Rayon Polis İdarəsinə verilmiş digər bir sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının övladı - X2 faktiki yaşadığı ünvan barəsində AR DİN-in İAMAS sistemində heç bir məlumat aşkar edilməmişdir. İddiaçının keçmiş həyat yoldaşı X3 telefon nömrəsi əldə olunub onunla bir neçə dəfə əlaqə saxlanılsa da, iddiaçı və oğlu ilə heç bir əlaqəsi və keçmiş ərinin iddia tələbinin ona dəxli və oğlunun da yerindən-yurdundan hər hansı xəbəri olmadığını qeyd edərək bildirmişdir ki, “məndən uzaq durun və bir daha məni telefon zəngləri ilə narahat etməyin.” Beləliklə də, məhkəmə tərəfindən iddiaçının prosessual hüquq varisini müəyyənlşdirmək mümkün olmamış, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən məhkəmənin 2-1(103)-11/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatı təzələmiş və hazırkı məhkəmə iclası təyin edilmişdir ki, həmin iclasda da iş üzrə icraata xitam verilməsi məsələsi müzakirəyə çıxarılmış və yuxarıda qeyd ediləndlərdən göründüyü kimi, cavabdehin işdə iştirak edən nümayəndəsinin işə xitam verilməsinə etirazı olmamış, məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin tərar apellyasiya qaydasında yoxlanılan hissəsində, yəni, “26,37 kv.m sahəyə və 6,25 kv.m köməkçi sahəyə kompensasiya ödənilməsi tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməlidir (Ali Məhkəmənin qeyd olunan qərarından göründüyü kimi, iddianın qalan hissəsinin rədd olunması hissəsində apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə icraata (yoxlanılan hissədə) xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar