Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-11/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X9 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X11, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs X13) “bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0.12 hektardan ibarət olan 5831 saylı bağ sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X5 Departamenti X6 və İstismarı Birliyi ilə İddiaçı oğlu arasında Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 5831 nömrəli bağın istifadəyə verilməsi haqqında 31817 saylı 5 avqust 2003-cü il tarixli müqavilə bağlanmışdır. Bununla da həmin bağ sahəsi iddiaçının tam şəkildə istifadəsinə verilmişdir. Bugünədək iddiaçı bağa lazımi qayğı və diqqət göstərərək onu kənar təsirlərdən qorumaq məsədilə hasara almışdır. O, həmin bağ sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona 22 noyabr 2018-ci il tarixli **********46 nömrəli “daşınmaz əmlakın üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə” bildiriş göndərmişdir. İmtina barədə bildirişdə göstərilmişdir ki, guya arxiv əsasında eyni nömrəli bağ sahəsinə başqa şəxsin adına order mövcuddur və eyni ərazi barəsində İdarəyə müraciət daxil olmuşdur, bundan başqa, bağ sahələri ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir, mərzləmə işləri aparılmamışdır. Lakin imtina barədə bildirişdə göstərilən bu xüsusatların heç biri reyestrdən çıxarışın verilməməsi üçün əsas deyil. 27 oktyabr 2001-ci il tarixdə X6 və X15 bağları üzrə böyük mühəndisi M.Ə.Ağakişiyev, sahə mühəndisləri A.S.Məmmədov və T.Ə.Ələkbərovun imza ilə təsdiq etdikləri həmin tarixli akt əsasında müəyyən olunmuşdur ki, əraziyə yoxlama baxış keçirilməsi zamanı 1988-1992-ci illər ərzində verilmiş torpaq sahələrinin bir çoxu istifadəsiz qalmış, həmin ərazilər antisanitariya vəziyyətinə düşmüş və zibilliyə çevrilmişdir. Həmin dövr ərzində torpaq sahələrində heç bir abadlıq, tikinti, çəpərləmə işləri aparılmamışdır, ərazi nəzarətsiz qaldığından, həmin bağ sahələrinin başqalarının istifadə verilməsi qeyd edilmişdir. Həmin aktlardan göründüyü kimi, iddiaçının istifadəsinə verilən bağ sahəsi baxımsız qaldığından, ona ayrılmışdır. Bu müddət ərzində iddiaçı həmin torpaq sahəsinə öz vəsaiti hesabına daş hasar çəkdirmiş, oraya darvaza qoydurmuşdur. Heç bir dövlət orqanı bununla bağlı ona qadağa qoymamışdır. Onunla bağlanmış bu müqavilə tam hüquqlu sənəd olmaqla onun bağ sahəsi üzərində istifadə hüququnu tanıdır. İddia ərizəsinə əlavə edimiş 27 oktyabr 2001-ci il tarixli akt isə digər şəxslərin həmin torpaq sahəsinə istifadə hüququnun məhdudlaşdırılmasını bildirir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı ŞİH başçısı Aparatı X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2171/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X3 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 nömrəli, 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərardadı ilə X7 ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş, X13 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1625/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-900/2019 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-11107/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hazırda həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13, əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********51 saylı bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5831 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına order mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. Bundan başqa 5830, 5831 və 5832 nömrəli bağ sahələri ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və mərzçəkmə işləri tam aparılmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti X6 və X15 ərazisindəki 5831 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 31817 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 381 nömrəli Sərəncamına əsasən Birlik tərəfindən Sabunçu rayonu Ləhiş ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 5831 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 381 nömrəli sərəncama əsasən vətəndaş İddiaçı Ləhiş bağ massivində 5831 nömrəli bağ sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan respublikası Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının intişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 nömrəli kooperativinin 107 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 106 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5831 nömrəli bağ X10 ayrılıb. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində 106 nömrəli BTK-da X10 bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, faktiki göstərilən torpaq sahəsi hasar daxili 1200.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Qərarddadda qeyd olunan X10 ayrılmış bağ sahəsinin nömrəsi 106 saylı X4 bölgü sxemində əks olunmadığından və həmçinin bağ sahəsi koordinatlar sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Bu səbəblərdən üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən X7 iddia etdiyi torpaq sahəsi faktiki olaraq **********32 reyestr nömrəsi ilə İddiaçı adına 5831 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4277 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən faktiki göstərilən torpaq sahəsi hasar daxili 1200.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Qərarddadda qeyd olunan X10 ayrılmış bağ sahəsinin nömrəsi 106 saylı X4 bölgü sxemində əks olunmadığından və həmçinin bağ sahəsi koordinatlar sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Bu səbəblərdən üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən X7 iddia etdiyi torpaq sahəsi faktiki olaraq **********32 reyestr nömrəsi ilə İddiaçı adına 5831 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan iddiaçı X7 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı, İddiaçı üçüncü şəxs qismində inzibtai məhkəmə icraatına cəlb olunmaqla, “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0.12 ha bağ sahəsinin İddiaçı ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli 381 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2-1(103)-834/2024 saylı qərarı ləğv edilmiş, iddiaçı X7 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 381 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddiası mümkün sayılmamış, şikayət qalan hissədə təmin olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq hasardaxili 0.12 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. İddiaçı X2 bağ sahəsini çöl tərəfdən (bağ sahəsinin darvazası bağlı olduğundan) göstərib. İddia olunan torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmiş bağ sahəsi ilə üst-üstə düşür. İddiaçı adına məhkəmə qərarı əsasında qeydiyyatdan keçmiş Ləhiş bağ sahəsi, 5831 saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlir. Torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş torpaq sahəsi 5831 saylı bağ sahəsi kimi **********32 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3525 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi İmran Bahadovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq hasardaxili 0.12 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. İddiaçı X2 bağ sahəsini çöl tərəfdən (bağ sahəsinin darvazası bağlı olduğundan) göstərib. İddia olunan torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmiş bağ sahəsi ilə üst-üstə düşür. İddiaçı adına məhkəmə qərarı əsasında qeydiyyatdan keçmiş Ləhiş bağ sahəsi, 5831 saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlir. Torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim edilmiş torpaq sahəsi 5831 saylı bağ sahəsi kimi **********32 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti tərəfindən 2 saylı Bakı İnizbti-İqtisadi Məhkəməsinə ünvanlanmış **********48 saylı 17 aprel 2019-cu il tarixli məktubu ilə məhkəməyə arayış təqdim edilmiş və həmin arayışda qeyd olunur ki, iddiaçı X13 ona aid olan 5831 saylı bağın təxminən 10-cu dalanda yerləşdiyini bildirmişdir. Uzun müddət bağa gedib-gəlmədiklərindən və bağ sahələrində tikinti-abadlıq işləri aparıldığından sğzügedən bağ sahəsinin yerini müəyyən edib göstərə bilməmişdir. Məlumat üçün bildirilir ki, arxiv siyahısında vətəndaş X7 adı var və order nüsxəsi mövcuddur. Həmçinin 5831 bağ nömrəsi 3817 nömrəli müqavilədə digər şəxsin adına təkrarlanır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamına və həmin sərəncam əsasında verilmiş Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının intişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 106 nömrəli kooperativinin 107 nömrəli orderinə əsasən Ləhiş bağlar sahəsində 106 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5831 nömrəli bağ üçüncü şəxs X10 ayrılmışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 381 nömrəli sərəncamına və həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti X6 və X15 ərazisindəki 5831 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 31817 nömrəli müqaviləyə əsasən Ləhiş ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 5831 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Hazırda iddiaçı həmin bağ sahəsinə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına orderin mövcud olduğunu və həmin ərazi ilə bağlı müraciətin daxil olduğunu, bundan başqa 5830, 5831 və 5832 nömrəli bağ sahələrinin ümumi hasar daxilində olduğunu, ara sərhədlərinin şərti olduğunu və mərzçəkmə işlərinin tam aparılmadığını qeyd etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir və məhkəmə qərarını onunla əsaslandırmışdır ki, «… məhkəmənin qənaətinə görə İddiaçı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X13 faktiki olaraq eyni bağ sahəsinə iddialı olduqlarından və hər iki şəxsə verilən hüquqmüəyyənedici sənədlər - müqavilə və order qüvvədə olduğundan, lakin müvafiq bağ sahəsi üçüncü şəxs X10 daha əvvəlki tarixdə (sərəncama görə 21 oktyabr 1992-ci il tarixdə) ayrıldığından, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “başqa şəxsin adına order mövcud olması” səbəbi ilə iddiaçının baö sahəsinə hüququnun qeydiyyata alınmasından imtinası qanuna zidd sayıla bilməz». Məhkəmə kollegiyası qeyd edir ki, hər iki sənəd - həm müqavilə, həm də order ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin mübahisəli bağ sahəsinə dair orderi olsa da, həmin bağ sahəsi faktiki olaraq üçüncü şəxs X1 deyil, əksinə, İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Üçüncü şəxs həmin bağ sahəsindən uzun müddət istifadə etdiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Həmin bağ sahəsi üçüncü şəxs X10 ayrılsa da, sonradan İddiaçı ayrılmış və onun faktiki sahibliyinə və istifadəsinə verilmişdir, uzun müddətdir onun faktiki sahibliyində və istifadəsindədir. Həmçinin hazırki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3525 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsinin üzərində tikili yoxdur, iddiaçı X2 bağ sahəsini çöl tərəfdən (bağ sahəsinin darvazası bağlı olduğundan) göstərmişdir, iddia olunan torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmiş (hazırki iş üzrə iddia tələbi təmin olunaraq icra edilsə də, sonradan üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə əlaqədar olaraq qərar ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş, X13 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir) bağ sahəsi ilə üst-üstə düşür və İddiaçı adına məhkəmə qərarı əsasında qeydiyyatdan keçmiş Ləhiş bağ sahəsi, 5831 saylı bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlir. Beləliklə, cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-11/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-11/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver