Məhkəmə qərarları › İş №2-1(103)-110/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-110/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-110/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X15 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 946/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Təcili və X8 Stansiyasi” X28 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həkim-cərrah İddiaçı həqiqətən Səhiyyə Nazirliyinin sərəncamına əsasən Sanaviasiya xətti ilə ağır yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci il tarixli 207 nömrəli əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına 1 (bir), 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on), 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə ezam olunub. Əsas: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitar Aviasiya X18”. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X28 tərəfindən Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 28 iyul 2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X28i 1992-ci il və 1993-cü il tarixlərində İ Qarabağ müharibəsi dövründə Qarabağ bölgəsinə ezam olunmuş İddiaçı ezamiyyə vərəqələrinin surətləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X24 Şəxs “Akademik M.A.Topçubaşov adına X22 X28 tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, M.A.Topçubaşov adına X19 PHŞ-in damar cərrahiyyəsi şöbəsinin rəhbəri, professor X4 “Damar cərrahlarının müharibə zonalarına ezamiyyət növbəsi haqqında” xx.xx.1992-ci il 34 saylı əmrə əsasən 27 yanvar 1993, 07 fevral 1993-cü ildə ezam olunmuşdur. Məktuba əmrin surəti əlavə edilmişdir. İstinad olunan 34 saylı xx.xx.1992-ci il tarixli Əmrdən görünür ki, müharibə zonasında yaralılara yüksək ixtisaslı tibbi yardım göstərmək məqsədilə, institutun damar və mikrocərrahiyə şöbələrinin əməkdaşların növbə ilə 10 gün müddətində hərbi hospitallara ezam edilmişlər. Siyahıya əlavə edilmişdir: ezam olunacaq əməkdaş hər hansı bir üzrlü səbəbdən gedə bilmirsə, həmin həkim siyahıda sıra ilə ondan sonra gələni əvəz edir. Əmri yerinə yetirməyənlər institutda işdən azad edilərək bu məsələyə baxılmaq üçün Respublika Səhiyyə Nazirliyinə göndərilir. Əlavə olunan siyahıda adı 9-cu sırada qeyd olunan İddiaçı 27 yanvar-07 fevral tarixləri arlığında ezam olunma vaxtı qeyd olunmuşdur. Sanaviasiyanın rəisi P.M.Kazımov tərəfindən təsdiq olunan arayışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X25 Təbabət İnstitutunun damar cərrahı İddiaçı xx.xx.1992-ci il tarixdə -1 gün Goranboy, xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunda 8 gün, xx.xx.1993-cü il tarixdə 7 gün müddətində Ağdərə cəbhə bölgələrində yerləşən hərbi hospitallarda Sanaviasiya xətti üzrə yaralılara cərrahi tibbi yardım göstərmiş və onları Sanaviasiyanın vertolyotları ilə Bakı şəhərinə evakuasiya etmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi ilə cavabdehə müraciət etmiş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş 18 noyabr 2022-ci il tarixli, A/4651 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və təqdim edilmiş sənədlər hüquqi əsas vermədiyi (döyüşlərdə iştirakını təsdiq edən hüquqi sənədlər yoxdur) əsası ilə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X9 Stansiyası” X27 xx.xx.2022-ci il tarixli arayışına əsasən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 207 nömrəli əmrilə Goranboy rayon Mərkəzi xəstəxanasına 1 (bir) gün, 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalında 10 (on) gün və 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün, “Akademik M.A.Topçubaşov adına” X14 xx.xx.2022-ci il tarixli arayışına əsasən həmin Mərkəzin “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında” xx.xx.1992-ci il tarixli 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına 12 (on iki) gün müddətinə ezam olunmağı ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi» verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının nəzdində sanaviasiya idarəsinin 207 nömrəli əmri ilə xx.xx.1992-ci ildə 1 gün Goranboy rayon Mərkəzi Xəstəxanasına, 253 nömrəli xx.xx.1992ci il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına, 42 nömrəli, xx.xx.1993-cü il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına ezam edilmiş və həmin bölgələrdə hərbi hospitallarda yaralılara ixtisaslaşdırılmış cərrahi tibbi yardım göstərmiş və yaralıları sanaviasiyanın vertolyotları ilə Bakı şəhərinə evakuasiya edilməsində iştirak etmişdir. Həmçinin “Akademik M.A.Topçubaşov adına” X14 “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında’’ xx.xx.1992-ci il, 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına ezam edilmişdir. Müvafiq qanunvericiliyə əsasən “Müharibə veteranı adı və vəsiqəsi» nin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş olması faktı yetərlidir. Bu fakt isə həmin normada deyildiyi kimi, bir neçə alternativ sənəd əsasında müəyyən edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ona veteran adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müvafiq arayış alınması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən Sanitar aviasiya xətti ilə Ağdərə Hərbi Hospitalına ezam barədə arayışın, İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X9 Stansiyası” X27 xx.xx.2022-ci il tarixli, Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının xx.xx.2022-ci il tarixi və “Akademik M.A.Topçubaşov adına” X19 X27 xx.xx.2022-ci il tarixli, 377 nömrəli arayışları yenidən cavabdehə göndərilmiş, lakin Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Çünki təqdim edəcəyi sübutlar təsdiq edir ki, iddiaçı müharibə zamanı döyüş əməliyyatları gedən bölgədə iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə, «Veteranlar haqqında» 28 iyun 1994-cü il tarixli 841 saylı Azərbaycan Respublikası Qanununa istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilərək bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Bildirilir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Həmçinin analoji iş üzrə iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-428/2022 nömrəli qərarının 21 və 26-cı bəndlərini göstərmək olar. Sözügedən qərara əsasən, iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1712/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati orqanların təsnifatının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4.1 və 4-1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı-ayrı inzibati orqanlardır. İddiaçı iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Ağdərə Hərbi Hospitalına ezam olunmuşdur. Ağdərə Hərbi Hospitalının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-946/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində və iddia ərizəsinə əlavə edilmiş sənədlərdə onun Ağdərə Hərbi Hospitalına ezam olunduğu haqqında məlumat qeyd olunmuşdur. Ağdərə Hərbi Hospitalının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. İddiaçı hərbi qospitala ezam edildiyini nəzərə alaraq bildiririk ki, ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, zəruri sorğular verməmiş və ziddiyətli məqamları müəyyən etməmişdir. Xüsusilə diqqətinizə çatdırmaq istəyirik ki, 1991-ci il 18 oktyabr tarixdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilmişdir (“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 5 sentyabr tarixli, 334 nömrəli Fərmanı). Hətta, qeyd edilən dövrdə Azərbaycan Respublikasında özünümüdafiə dəstələri və birləşmələri də ümumilikdə Müdafiə Nazirliyinin tərkibinə verilmiş idi. Qeyd olunan nüans birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Nəzərə alındığı təqdirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə bu vəzifə qoyula bilməzdi. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs qismində işə cəlb olunmuş Müdafiə Nazirliyinin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisəyə münasibətdə iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunması və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan konteksdən qiymətləndirmək lazımdır, başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsininin verilməsindən Səfərbərlik Xidmətinin imtina etməsi qanunazidd olmuşdur. O ki qaldı hazırki işdə cavabdehin Müdafiə Nazirliyi olması barədə apellyasiya şikayətinin dəlilinə, bu barədə nümayəndə izahatında bildirdi ki, həmin dəlil də əsassızdır, belə ki, iddiaçı ilə Müdafiə Nazirliyi arasında əmək və ya xidməti münasibət mövcud olmamış və hazırda da mövcud deyildir. Ona görə də iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılması Müdafiə Nazirliyinin səlahiyyətinə aid deyildir. Qeyd olunanlarla bağlı Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə tərəfindən hazırki iş üzrə 3-cü şəxs qismində Müdafiə Nazirliyinin statusunun ləğv edilməsi məsələsinə də etiraz etmədiyini bildirirək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə gəlməməyin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh qurumun nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Qənimət Səfərov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə iddianın qeyri-mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində cəlb edilməsi ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdehin sonuncu imtina məktubunun tarixi 18 noyabr 2022-ci il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın əsas dəlili iddiaçının təqdim etdiyi sənədlərin ona mübahribə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas verməməsi ilə bağlıdır. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X24 Şəxs “Respublika Təcili və X9 Mərkəzi” X28 tərəfindən İddiaçı Sanaviasiya xətti ilə ağır yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci il tarixli 207 nömrəli əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına 1 (bir) və 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə, 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə isə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə ezam olunduğuna dair Səhiyyə Nazirliyinin Sanitar Aviasiya X18ndan çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -xx.xx.1993-cü il tarixli, 42 nömrəli əmrə əsasən həkim, damar cərrahı Abuşov X3 Hərbi Hospitalında olan ağır yaralılara təcili tibbi yardım göstərmək üçün 10 (on) gün müddətinə ezam olunmuşdur. Əsas: Səhiyyə Nazirliyinin sərəncamı. -xx.xx.1992-ci il tarixli, 207 nömrəli əmrə əsasən damar cərrahı İddiaçı yaralı R.A.Kərəmova təcili-tibbi yardım göstərmək üçün Goranboy rayonuna 1 (bir) gün müddətinə ezam olunmuşdur. Əsas: 42602№li teleqram. -253 nömrəli xx.xx.1992-ci il tarixli əmrə əsasən damar cərrahı Abuşov X3 Hərbi Hospitalında yaralılara təcili tibbi yardım göstərmək üçün 10 (on) gün müddətinə ezam olunmuş, hərbi vəziyyətlə əlaqədar iki gün əlavə edilmişdir. Əsas: X10. “Veteranlar haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Sadalanan normaların məzmununa görə, hərbi qulluqçu olmayan şəxslərə də müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. İşdən müəyyən olunur ki, iddiaçı döyüş zonalarına tibbi yardım məqsədilə ezam olunmuşdur. Belə ki, işdə olan əmrlərdən və arxiv çıxarışlarından görünür ki, iddiaçı döyüş zonaları olan Ağdərə və Goranboy rayonlarına yaralılara təcili-tibbi yardımın göstərilməsi ilə bağlı ezam edilmiş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Həmçinin işdən müəyyən olunur ki, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardımla bağlı xidməti vəzifəsini də yerinə yetirmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı- silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair madditexniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təsvir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunması və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan konteksdən qiymətləndirmək lazımdır, başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsininin verilməsindən cavabdeh qurumun imtina etməsi qanunsuz olmuşdur. O ki qaldı hazırki işdə cavabdehin Müdafiə Nazirliyi olması barədə apellyasiya şikayətinin dəlilinə, bu barədə qeyd olunur ki, həmin dəlil də əsassızdır. Belə ki, işdən də görünür ki, iddiaçı ilə Müdafiə Nazirliyi arasında əmək və ya xidməti münasibət mövcud olmamış, iddiaçı döyüş zonasında hərbi qulluqçu kimi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil, məhz döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunmuş və xidməti vəzifələrinin yerinə yetirərək ezmiyyətdən qayıtmışdır. Ona görə də iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılması Müdafiə Nazirliyinin səlahiyyətinə aid deyildir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının da qəbul etdiyi müvafiq məhkəmə qərarlarında cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qəbul edilmişdir (2-1(102)-252/2022 saylı xx.xx.2022ci il tarixli, 2-1(102)-2623/2023 saylı, 2-1(102)-2091/2023 saylı, 2-1(102)-1245/2023 saylı qərarlar). Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 946/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-946/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X23 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar