Məhkəmə qərarları › İş №2-1(103)-1100/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1100/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1100/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəci X1, 3-cü şəxsin nümayəndəsi Başxiyev Şıxəli Arif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı «xx.xx.2017-ci ildən hal-hazıradək ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)4524/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci ildən hal-hazıradək ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırırmışdır ki, o, İddiaçı ailəlidir. Qeydiyyatsız olaraq o, həyat yoldaşı və 2 uşaqları Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 49, mənzil 22də yaşayır, himayəsində 3 nəfər vardır. xx.xx.2017-ci ildən, N saylı hərbi hissədə qazanxana operatoru vəzifəsində mülki işçi olaraq işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin verdiyi xx.xx.2019-cu tarixli 32 saylı arayışa görə ona 2018-ci ildə cəmi 2856,33 manat sək haqqı hesablanmışdır. Onun ailəsinə 1 dəfə ünvanlı sosial yardım təyin olunmuşdur, xx.xx.2015-xx.xx.2017-ci il tarixə qədər 120,93 manat ünvanlı sosial yardım təyinatı aparılmış və mütəmadi olaraq ödənilmişdir (AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli 62/1872 saylı məktubu). Lakin xx.xx.2017-ci ildən ailəsinə ödənilən ünvanlı sosial yardım dayandırılmışdır. Ünvanlı Sosial yardımın dayandırılmasına səbəb kimi işlədiyi N saylı hərbi hissə barədə aidiyyatı qurumların informasiya sistemində məlumatın olmaması göstərilmişdir. O dəfələrlə sosial yardımın alınması xahişi ilə elektron formada cavabdehə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2019-cu ildə **********69202 nömrəli ərizə ilə sosial yardımın təyin olunması üçün elektron formada müraciət etmişdir, cavabdeh xx.xx.2019cu ildə sosial yardımın ödənilməsindən imtina etmişdir. O, dəfələrlə ƏƏSMN-də və Dövlət X2muş, oradan ona bildirmişlər ki, Müdafıə Nazirliyinin sistemi qapalı olduğundan əmək haqqınız barədə məlumat əldə edə bilmirik. Cavabdehin imtinasını əsassız hesab edir. Beləki yuxarıda qeyd olunduğu kimi ailəsinə xx.xx.2015-xx.xx.2017-ci illərdə ünvanlı sosial yardım ödənilmişdir. Flər ay 120,93 mat. Həmin vaxtda o N saylı hərbi hissədə mülki işdə işləmişdir. Qeyd edilənlərə əsaslanaraq bildirmişdir ki, onun son 2 ildə əmək haqqında və maddi durumunda müsbətə ğru heç nə dəyişməmişdir. Buna görə də cavabdeh tərəfindən imtina olunduğu tarixdən yəni 10.2017-ci ildən hal-hazıradək ailəmə ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi AR 3SMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-968/19 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi ilə əvəz edilmiş və məhkəmənin digər 2-1(085)-968/19 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4524/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçının xx.xx.2017-ci ildən halhazıradək ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrəcavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyiapellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)4524/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsindən imtina edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən X9 və X16 (VEMTAS) tərəfindən həyata keçirilir. Müdafıə Nazirliyinin sistemi qapalı olduğundan iddiaçının əmək haqqı barədə məlumat əldə etmək mümkün olmur və buna görə də iddiaçının daxil etdiyi məlumatların yoxlanması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na əsasən, vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. Göstərilənlərlə əsasən Bakı inzibatı Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan iddiaçının xx.xx.2017-ci ildən hal-hazıradək ünvanlı sosial yardım təyin edilməsi öhdəliyini Nazirliyə həvalə etməklə maddi hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayətində birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən, işin hərtərəfli və obyektiv araşdırması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1100/2020saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyininhazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bundan sonra üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Ş.Baxşiyev mübahisə ilə əlaqədar məhkəməyə iddia ilə əlaqədar, İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə müvafiq «Mülahizə» təqdim etmiş və mülahizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2014-cü il tarixli 118 №-li Qərarı ilə təsdiq edilmiş «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı»nın 34-cü bəndində «Müdafiə Nazirliyi üzrə» informasiya sistemləri və ehtiyatları nəzərdə tutulmuşdur. Bu bənddə ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların verilməsi nəzərdə tutulmamışdır. Buna görə də Müdafiə Nazirliyinin sistemində (Azərbaycan Ordusunda) işləyən mülki şəxslərin iş yeri və əmək haqqısı barədə məlumatlar kağız daşıyıcısı üzərində təqdim edilir. Üçüncü şəxs tərəfindən verilmiş «Mülahizə»də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü və 30.5-ci maddələrinə istinad olunmaqla iş üzrə çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Ş.Baxşiyev məhkəməyə təqdim olunan «Mülahizə»yə uyğun izahat vermiş və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4524/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materillarından müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə Yardımlı rayonunda anadan olmuşdur (Sumqayıt şəhər ŞRİ QŞVŞ şəxsiyyət vəsiqəsi), İddiaçı xx.xx.2011-ci ildə X4 ilə nikahlarını bağlamışlar (Sumqayıt şəhər VVAQ Şöbəsi tərəfindən verilən 726547 nömrəli nikah haqqında şəhadətnamə). İş materillarında olan,Sumqayıt şəhər İcra Hakimiyyəti MKT İB-nin 11 saylı 92 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri 17 mkr-n, ev 49, mənzil 22-də sahə ustasının tərtib etdiyi akta əsasən ailə tərkibi X6, X11və X10 qeydiyyatsız yaşayırlar. İş materillarında olan,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 32 saylı arayışından görünür İddiaçı 2017-2018-ci il üzrə aylıq əmək haqqı cəmi 2856,33 manat təşkil etmişdir. İş materillarında olan,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1113 saylı arayışından görünür İddiaçı xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə işləyir. İş materillarında olan,Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məkubu ilə bildirilmişdir ki, «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na əsasən, ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlər ailəni təmsil edən şəxs tərəfindən (notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizəyə əsasən) elektron qaydada (internet vasiləsilə) həyata keçirilir. Sosial yardımın yerilməsi üçün qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq X9 və X18 (VEMTAS) tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Ona görə də imtina səbəblərini aradan qaldırıb zəruri məlumatları təkrar elektron qaydada X9 və X14 (VEMTAS) göndərməyinizi Sizə tövsiyyə edirik». İş materiallarından görünür ki,birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar aşağıdakı hüquq normalarına müracit etmişdir. «Ünvanlı dövlət sosial yardım haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.3-cü maddəsinə (Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi) əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablaması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 20N-ci il 312 №-li Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi həyata keçirir. «Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 477 №-li Fərmanın 4.1-ci bəndinə əsasən üç ay müddətində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş «Ünvanl döviət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na əsasən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlər ailəni təmsil edən şəxs tərəfindən (notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizəyə əsasən) elektron qaydada (İnternet vasitəsilə) həyata keçirilir. Sosial yardımın veriiməsi üçün qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq X9 və X18 (VEMTAS) tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. HəminQaydaların 4.2-ci maddəsinə əsasən sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Birinciinstansiyaməhkəməsiqeydetmişdirki, iş materiallarından görünür ki, cavabdehin imtinasının əsas səbəbi iddiaçının işlədiyi müəssisə barədə aidiyyatı qurumların informasiya sistemində məlumatın olmamasıdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1113 saylı və xx.xx.2019-cu il tarixli 32 saylı arayışlarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə işləyir və 2017-2018-ci il üzrə aylıq əmək haqqı cəmi 2856,33 manat təşkil etmişdir. Məhkəmə kollegiyası bununla yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2014-cü il tarixli 118 №-li Qərarı ilə təsdiq edilmiş «Elektron hökumət» portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı»nın 34-cü bəndində «Müdafiə Nazirliyi üzrə» informasiya sistemləri və ehtiyatları nəzərdə tutulmuşdur. İş üzrə üçüncü şəxsin nümayəndəsinin izahatından da müəyyən olunmur ki, bu bənddə ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların verilməsi nəzərdə tutulmadığından Müdafiə Nazirliyinin sistemində (Azərbaycan Ordusunda) işləyən mülki şəxslərin iş yeri və əmək haqqısı barədə məlumatlar kağız daşıyıcısı üzərində təqdim edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun24.4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanununun 30.5-ci maddəsinə görə isə, inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Göründüyü kimi, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq məddələri ilə elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından istifadə ediməsi mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsinin ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunması və kağız daşıyıcıda təqdim edilə bilməsi müəyyən olunmuşdur. İş materiallarından da görünür ki, Müdafiə Nazirliyinin sistemində (Azərbaycan Ordusunda) işləyən iddiaçının iş yeri və əmək haqqısı barədə məlumatlarıelektron informasiya ehtiyatlarından istifadə ediməsi mümkün olmadığından, iddiaçının (ərizəçinin) müraciəti əsasında həmin məlumatlar kağız daşıyıcıda əldə olunaraq cavabdehə təqdim edilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq nomalarına məcmu halda qiymət verərək, birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4524/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar