Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1101/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X13, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1* iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması” tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2*22 saylı 14.1*.2*22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54*-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təsisçilərinin *2.*2.2*22-ci il tarixli qərarına uyğun olaraq X6 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC *2.*5.2**5-ci il tarixdə *1*5- P116-429*8 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 2* manat həcmində hər biri 1 manat olmaqla 2* paydan ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinə edilmiş sonuncu dəyişikliklərə əsasən onun təsisçilərinin nizamnamə kapitalındakı payı aşağıdakı qaydada dövlət qeydiyyatına alınmışdır: 1. İddiaçı - 45 %, 2.X12 - 22,5 %, 3. X4 - 22,5%, X14 - 1*%. Nizamnaməyə edilmiş sonuncu dəyişiklikdən əvvəlki redaksiyada Cəmiyyətin iki təsisçisi - 18 paya malik X15 və 2 paya malik X14 olmuşdur. X3 *8.*6.2*11- ci il tarixdə vəfat etdikdən sonra onun nizamnamə kapitalındakı payı ər-arvadın birgə mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə, 45 %), vərəsəlik hüququ əsasında qanuni vərəsələri X12 (1/4 hissə, 22,5%) və X2 (1/4 hissə, 22,5%) keçmişdir. Bundan sonra İddiaçı, X12 və X1 müvafiq paylara malik təsisçiliyə qəbul edilməsi barədə nizamnaməyə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2662/2*12 saylı, 23.11.2*12-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh "xxxx" MMC-yə qarşı ümumi paylı mülkiyyət hüququ üzrə əmlaka payının müəyyən olunub ayrılması, həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC nizamnamə kapitalında 1* faiz payı olan X11 onun nizamnamə kapitalındakı payının əvəzinə cəmiyyətin digər təsisçisi X15 tərəfindən qarşılıqlı razılaşma əsasında Cəmiyyət tərəfindən inşa edilmiş binadan 25** kv.m yaşayış sahəsi və 8** *** manat pul verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2*12 saylı, 23.11.2*12-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-4*9/2*13 saylı, 1*.*9.2*13-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)- 3*5/2*14 saylı, 25.*9.2*14-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təsisçi X7 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilsə də, onun təsisçilikdən çıxması ilə bağlı təsis sənədlərinə müvafiq dəyişikliklər edilərək dövlət qeydiyyatına təqdim edilməmişdir. Ağstafa rayon Qeydiyyat şöbəsinin verdiyi 21.1*.2*21- ci il tarixli, *5/69- 137*/76 nömrəli arayışından görünür ki, X14 23.*1.2*21-ci ildə vəfat etmiş, onun ölümü haqqında *5.*3.2*21-ci ildə *8 №-li akt qeydi tərtib olunmuşdur. Təsis sənədlərinə dəyişikliklərin edilməsi ilə bağlı keçirilən yığıncaqda mərhum təsisçi R.Ə.Rəhimovun vərəsələrinin iştirakının zəruriliyi məsələsi aydınlaşdırılarkən məlum olmuşdur ki, R.Ə.Rəhimovun nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edildiyindən faktiki olaraq o, təsisçi hüquqlarına malik olmamış, bununla yanaşı o, vəfat etdikdən sonra yığıncağa çağırıla biləcək, onun mirasını qəbul edən vərəsəsi olmamışdır. Göstərilən məlumatlar və təsdiqedici sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin təsisçilərinin *2.*2.2*22-ci il tarixli qərarı ilə nizamnaməyə müvafiq dəyişikliklər edilmişdir. Belə ki, həmin qərarla X14 təsisçilikdən çıxarılmış və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. "xxxx" MMC-nin təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı tərtib edilmiş sənədlər - təsisçilərin qərarı, nizamnaməyə edilmiş dəyişikliyin layihəsi əlavə olunmaqla həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh təqdim edilən dəyişikliyi dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Belə ki, cavabdeh 18.*2.2*22-ci il tarixli, 22*1*2**125916** nömrəli imtina məktubunda qeyd etmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1*2)-3*5/2*14 nömrəli, 25.*9.2*14-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsasladırılmışdır ki, Hüquqi şəxsin direktor dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçisinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir.Cəmiyyətin təsisçilərindən X7 23.*1.2*21-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq vəfat etmiş təsisçinin varislərinin reyestrə daxil edilməsi barədə bildirilir ki, hüquqi şəxsin təsisçilərinin dəyişməsi özündə həm reyestrə, həm də cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsini ehtiva edir. İştirakçılar barədə məlumat nizamnamədə nəzərdə tutulduğundan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə) müvafiq ərizəyə əlavə edilməklə İdarəyə təqdim edilməlidir. Bundan başqa təsisçi X7 təsisçilikdən çıxmasına münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 96-cı maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2*22 saylı 14.1*.2*22-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin 1-ci dəlili üzrə: Təsis sənədlərindəki dəyişikliklə bağlı müvafiq məlumatları özündə əks etdirən qanunvericiliklə tələb olunan sənədlər cavabdehə təqdim edilmişdir. O ki qaldı, mərhum X7 təsisçilikdən çıxması barədə ərizəsinin olmamasına, nəzərə alınmalıdır ki, bu məsələ bilavasitə sonuncunun sağlığında öziradəsindən asılı olan məsələ olmuşdur. Əvvəlkimülkiməhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə aktlarından da görünür ki, Rövşən Rəhimov nizamnamə kapitalındakı payının əvəzini alsa da, təsisçilikdən çıxmamışdır. Məhkəmə nəzərə almalı idi ki, Rövşən Rəhimovun nizamnamə kapitalındakı payının əvəzini aldığı halda qanunvericiliyə və öz iradəsinə uyğun təsisçilikdən çıxma barədə ərizə verməməsi, digər təsisçilərin onun təsisçilikdən çıxarmaq hüququnu məhdudlaşdıra bilməz. Məhkəmənin 2-ci dəlili üzrə: Əvvəlki mülki məhkəmə icraatı zamanı Ali Məhkəmənin çıxardığı qərara görə iddiaçı X7 iddiası yalnız o, məhkəmə qaydasında payının əvəzini tələb edərkən məhkəmədən əvvəl bu barədə iştirakçısı olduğu cəmiyyətə ərizə ilə müraciət etmədiyi üçün rədd edilmişdir. Başqa sözlə, həmin mülki məhkəmə icraatında birinci və apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi halı, yəni Rövşən Rəhimovun cəmiyyətin nizamnamə kapitalında olan payının əvəzini alması faktını Ali Məhkəmə əsas kimi qəbul etməmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun qeyd etdiyi məsələ məhkəmə aktının əsasının dəyişdirilməsi, məsələsidir ki, Ali Məhkəmənin qərarında konkret olaraq belə bir mövqe ifadə edilməmişdir. Əgər Ali Məhkəmə aşağı məhkəmələrin göstərdiyi dəlil və müəyyən edilmiş hallarla, eləcə də əsaslarla razılaşmasaydı, mülki prosessual qaydalara uyğun olaraq şikayət olunan qətnamənin əsaslarının dəyişdirilməsi ilə bağlı konkret mövqeyini ifadə edərdi. Əksinə olaraq Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədə dəlillərini əsassız sayır. Məhkəmənin 3-cü dəlili üzrə: Nizamnamə kapitalında olan payının əvəzini almış, lakin təsisçilikdən çıxma barədə ərizə verməmiş təsisçinin təsisçilikdən çıxarılması məsələsini həmin təsisçinin və onun vərəsələrinin iradəsindən asılı vəziyyətə salmaqla yanlış mövqe ifadə etmişdir. Məhkəmə yenə də nəzərə almamışdır ki, iş materiallarına əlavə edilmiş rəsmi arayışlardan göründüyü kimi, təsisçilikdən çıxarılması məsələsi qoyulmuş X14 vəfat etmiş, onun mirasının qəbul edilməsi ilə bağlı isə notariat orqanlarında hər hansı vərəsəlik işi, yəni mirası qəbul edən vərəsəsi olmamışdır. Belə olan halda vəfat etmiş təsisçinin yaxud onun vərəsəsi ola biləcək hər hansı şəxsin nə vaxtsa öz iradəsinə uyğun olaraq onun mirasını qəbul edərək vərəsəsi hesab olunmasını, bundan sonra cəmiyyətə müraciət edərək təsisçiliyə daxil olmasını və təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı qərarın qəbulunda iştirak edəəcəyini gözləmək, digər təsisçilərin hüquqlarını məhdudlaşdırmaqla sözü gedən sahibkarlıq subyekti olan məhdud məsuliyyətli cəmiyyətini əsassız olaraq fəaliyyətisiz saxlamaqdan başqa bir şey deyildir. Bir daha xatırlatmağı zəruri bilirik ki, təsis sənədlərinə edilən dəyişikliyin dövlət qeydiyyatına alınmasının zəruriliyi sözü gedən məhdud məsuliyyətli cəmiyyətin inşa etdiyi çoxmənzilli binanın istismarına icazə verilməsi prosedurasının şərtlərindən irəli gəlmişdir. Çünki binanın istismarına icazə verilməsi prosesində məhzcəmiyyətin qanuni təmsilçisi iştirak etməli, sonda istismara icazə sənədləri məhz qanuni təmsilçiyə təhvil verilməlidir. Lakin Cəmiyyətin qeydiyyatda olan qanuni təmsilçisi vəfat etmiş, onun yerini vərəsələri tutaraq təsisçiliyə daxil olmuş, lakin digər təsisçi X14 da vəfat etdiyindən, sağlığında nizamnamə kapitalında olan payının əvəzini alsa da, təsisçilikdən çıxmadığından və onun yerini tutan vərəsə olmadığından yeni tətsisçilər yeni qanuni təmsilçinin təyin edilməsində problemlərlə qarşılaşmışlar. Məhkəmənin 4-cü dəlili üzrə: Məhkəmə nəzərə almamışdır ki, iş üzrə iddiaçının tələbi mülki hüquqi mahiyyət kəsb edən təsisçinin təsisçilikdən çıxarılmasına dair deyil, bilavasitə inzibati-hüquqi mahiyyət kəsb edən təsisçilkdən çıxarılma barədə məlumatların dövlət qeydiyyatına alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair olmuşdur. Bundan başqa, məhkəmənin bu mövqeyi belə də başa düşülə bilər ki, iddiaçı sözü gedən təsisçinin təsisçilikdən çıxarılması yaxud çıxarılmış hesab olunmasına dair iddia tələbi ilə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsinə müraciət etməlidir. Lakin qeyd etdildiyi kimi bu məsələyə əvvəlki mülki məhkəmə icraatında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verildiyindən həmin faktın əlavə olaraq yeni mülki məhkəmə icraatında təsdiqlənməsinə hüquqi lüzum qalmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülki prosessual qaydaların tələbinə görə iddia tələbləri bu tələblərə görə cavabdehlik daşıya biləcək şəxsə (şəxslərə) qarşı yönəlməlidir. Hazırkı iş üzrə təsisçilikdən çıxarılmalı şəxsin vəfat etməsini və onun miras əmlakını qəbul edən və bununla da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq miras qoyana qarşı yönəlmiş iddia tələblərinə cavabdehlik daşıyan vərəsənin olamaması həmin iddia tələbi ilə mülkiməhkəmə icraatı qaydasında məhkəməyə müraciəti mümkünsüz etmişdir. Məhkəmənin 5-ci dəlili üzrə: direktor dəyişikliyi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl olunmaqla, yəni məhkəmənin qanunvericiliyə istinadən qeyd etdiyi kimi, təsisçilər tərəfindən yeni direktorun seçilməsi barədə qərar və təsis sənədlərinə edilmiş mavafiq dəyişikliyi təsdiq edən zərurisənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir Birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməklə göstərilən maddi hüquq normasını , iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X7 payının əvəzini alaraq təsisçilikdən çıxması faktının müəyyən edilməsini nəzərə almamaqla, prossesual hüquq normasını pozmuşdur. İddia tələblərində təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb olunan təsisçi X7 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktını məhkəmə özlüyündə aydınlaşdıra bilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi, iş üçün əhəmiyyətli olan hal ondan ibarət olmuşdur ki, iddiaçının preyudisial məhkəmə aktları kimi istinad etdiyi aktlardan Ali Məhkəmənin qərarında təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb edilən təsisçinin payının əvəzini alması faktı müəyyən edilməmişdir. Halbuki, Ali Məhkəmə öz qərarında həmin faktı müəyyən edən Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla əslində həmin faktı təsdiq etmişdir. İşin hallarına görə təsisçilikdən çıxması faktının dövlət qeydiyyatına alınması tələb edilən təsisçinin payının əvəzini alması faktı müəyyən edilsə də, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin həmin halına uyğun gəlməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini mudafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi F.İlyasova isə onunla razılaşmamış, iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (”İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəlyin icrası haqqında iddia vasitəsilə "xxxx" MMC-nin təsisçilərinin *2.*2.2*22-ci il tarixli qərarına uyğun olaraq X6 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Qanunla müəyyən edilən öhdəlik isə ondan ibarətdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Lakin iş materiallarına əsasən iddiaçının tələbinin cavabdeh tərəfindən qeyd alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə olunmuş, *5.*1.2*22-ci il tarixli 22*1*2*****657** saylı hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışa (i.v.8) əsasən müəyyən olunur ki, sonuncu (qüvvədə olan) qeydiyyat göstəricilərinə görə - "xxxx" MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi müəyyən olunmuşdur:
1. İddiaçı - 45 %;
2. X12 -22.5 % ;
3. X4 -2.5 %;
4. X14 - 1* %. İşə əlavə olunmuş Ağstafa rayon Qeydiyyat şöbəsinin 21.1*.2*21-ci il tarixli arayışından isə görünür ki, təsisçilərdən 1*% paya malik olan X14 23 yanvar 2*21-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarılarından aydın olur ki, təsisçi X14 ölməmişdən əvvəl məhkəmədə cavabdehlər "xxxx" MMC-yə, İddiaçı və X5 qarşı “paylı mülkiyyət üzrə əmlak payınnın müəyyən olunub ayrılması və həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi tələbinə dair” barədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2*12 saylı, 23.11.2*təsis12-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-4*9/2*13 saylı, 1*.*9.2*13-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)-3*5/2*14 saylı, 25.*9.2*14-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin qeyd olunan tələb nəzərə alınmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan 2-2(1*2)- 3*5/2*14 nömrəli, 25.*9.2*14-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “iddiaçı (X14) cəmiyyətin təsisçiliyindən çıxmamış, onun bununla bağlı müraciəti olmamış, buna baxmayaraq ona payına uyğun əmlak hissəsinin naturada ödənilməsini tələb etmişdir. Digər tərəfdən Mülki Məcəllənin 96-cı maddəsinin tələbinə görə, çıxan iştirakçıya əmlakın dəyərinin naturada verilməsi yalnız cəmiyyət ilə razılaşmaya əsasən mümkündür. Hazırkı işin məhkəmə instansiyaları tərəfindən müəyyən edilmiş hallarından görünür ki, payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə iddiaçı (payçı) arasında hər hansı razılıq əldə olunmamışdır.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsisçi X7 qeyd olunan iddia tələbinin rədd olunması - nizamnamə kapitalında olan payının əvəzini alması ilə deyil, onun cəmiyyətin təsisçiliyində qalıb çıxmaması və payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə aralarında hər hansı razılığın mövcud olmaması ilə əsaslandırılmışdır. Başqa sözlə, həmin məhkəmə qərarı ilə təsisçi X7 nizamnamə kapitalındakı payının əvəzini alması təsdiq edilmir. İş materiallarına əsasən də onun nizamnamə kapitalındakı payını faktiki olaraq almasını təsdiq edən mötəbər sübutlar da mövcud deyildir. Lakin işin 36-37-ci vərəqlərində olan "xxxx" MMC-nin ümumi yığıncağının “MMC-in nizamnaməsinə dəyişiklik edilməsi haqqında” *2.*2.2*22-ci il tarixli qərarın görünür ki, təsisçisi X7 nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildiyi və onun sonradan ölməsi faktı nəzərə alınmaqla, onun adının təsiçilikdən çıxarılması, İddiaçı 45 %, X8 22.5 %, X2 isə 2.5% təsiçilik payları müəyyən edilməsi və İddiaçı direktor təyin olunması və reyestrdə müvafiq dəyişlik edilməsi üçün cavabdeh qeydiyyat orqanına müraciət edilməsi qərara alınmış və qeyd olunan dəyişiklərin təsdiq olunaraq reyestrə daxil edilməsi cavabdehdən xahiş olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinin tələbinə görə məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Həmin Məcəllənin 96.3-cü maddəsi isə nəzərədə tutur ki, cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. Məcəllənin qeyd olunan normalarının qeyd olunan tələblərindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iştirakçıya (təsisçisinə) nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi və onunla digər hesablaşmaların aparılması yalnız iştirakçıının (təsisçinin) cəmiyyətdən çıxdığı hallarda yol verilir. Başqa sözlə, konkret halda, təsisçi X14 və ya onun vərəsələri tərəfindən "xxxx" MMC-nin iştirakçılığından (təsisçiliyindən) çıxması tələb edildikdə, həmin məsələyə baxılması mümkündür. Bu baxımdan, MMC-nin təsisçiləri tərəfindən ilk öncə, vəfat etmiş X7 vərəsələri müəyyənləşdirilərək cəmiyyətdəki payının onlar arasında bölünməsi və paya uyğun əmlakı və ya dəyəri verilməklə iştirakçılıqdan (təsisilikdən) çıxmalması məsələsinə baxılmaqla, mübahisələndirilən məsələ öz həllini tapa bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən müraciət olunan dəyişikliyin qeydiyyata alınmasından imtina olunması qanunvericiliklə üzərinə düşən öhdəliyindən irəli gəlmişdir ki, bu da iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Kokret halda, isə qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qaunvericiliklə müəyyən olunan hüquqlarının pozulduğu öz təsdiqini tapmır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd edilməsi mahiyyət etibarı ilə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlarla müəyyən olunan halların nəzərə alınmadığını, onlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübubahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6561/2*22 saylı 14.1*.2*22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 9*, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2*22 saylı 14.1*.2*22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.