Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1102/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2- 1(112)-4484/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı Məhəmməd oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmağı ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinətinin, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləğinin, yəni əmək haqqındakı sonrakı artırmaların cəmi hesablanaraq əmək haqqının 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, bundan başqa 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqının 10% miqdarında artırılması ilə əlaqədar ona təyin edilmiş pensiyanın düzgün hesablanması, (yəni 182,53 manat məbləğində artırılması) və eləcə də, 2009-cu ilin dekabr ayından başlayaraq Ə.M.Məmmədova təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 01.04.1992-ci ildən 02.12.2009-cu ilədək prokurorluq orqanlarında xidmət etmişdir, xidmətinə xitam verildikdən sonra 09.12.2009-cu ildə DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən ona aylıq əmək haqqının 80% miqdarında yaşa görə pensiya təyin edilimişdir. Əmək pensiyası iddiaçının seçdiyi 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq müstəntiqi, Ağdam rayon prokurorunun köməkçisi, böyük köməkçisi və müavini vəzifəsində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır. Pensiya hesablanarkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, qanunvericiliyin ümumi prinsiplərinə əsasən prokurorluq işçilərinin əmək pensiyasına əmək haqqındakı artımlar şamil edilir. 2018-ci ilin mart ayında prokurorluq işçilərinin orta aylıq əmək haqqı 10% miqdarında artırılmışdır. Həmin artıma qədər onun əmək pensiyasının məbləği 1941,98 manat, artımdan sonra isə 2073 manat olmuşdur. Sadə hesablama ilə əslində 10% artımla onun pensiyası 194,98 manat artaraq 2135,98 manat olmalı idi. Lakin cəmi 131,20 manat artırılaraq 2073 manata çatdırılmışdır. Prokurorluq işçilərinin əmək haqqında baş vermiş artımların hesablanaraq ona təyin olunmuş pensiyaya əlavə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə 13.12.2019-cu ildə ərizə ilə müraciət etmiş, lakin pensiyasına qeyd olunan əlavələrin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı, prokurorluq orqanlarında 17 il 6 ay iş stajına malik olmuş və ona 07.12.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının öz arzusu ilə, 1992-1997-ci illərdə aldığı vəzifə maaşı və aldığı maddi yardımlar nəzərə alınmışdır. 01.01.2014-cü il tarixdən etibarən iddiaçının aldığı pensiya məbləği 1941,98 manat təşkil etmişdir. 01.01.2018-ci il tarixdən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10% artırılması ilə əlaqədar iddiaçıdakı artırma aşağıdakı kimi hesablanmışdır: artımdan sonrakı əmək haqqı (2655,65 manat) məbləğindən artımdan əvvəlki əmək haqqı (2427,48 manat) məbləği çıxılıb, əldə edilən məbləğin (228,17 manat) 57,5% miqdarında (131,2 manat) əmək pensiyasına artım hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4484/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Məhəmməd oğluna hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan 11.01.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və təmin olunmamış hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Həmin qərardan 11.01.2021-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsi nəzərə almamışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə 2016-cı ilin dekabr ayında deyil, 2009-cu ilin dekabr ayında, yəni yaşa görə pensiyaya çıxdıqdan sonra müraciət etmişdir və onun pensiyasının düzgün hesablanmaması fondun əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Daha dəqiq desək iddiaçı tərəfindən pensiya təyinatı ilə bağlı müraciət vaxtında olunmuşdur. 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqı 10% miqdarında artırılmışdır. Həmin artıma qədər İddiaçı əmək pensiyasının məbləği 1941.98 manat, artımdan sonra isə 2073.17 manat olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin 15 yanvar 2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, İddiaçı artımdan əvvəlki əmək haqqı 2427.48 manat olmuş, artımdan sonrakı əmək haqqı isə 2655.65 manat olmuşdur. Həmin 2655.65 manatdan 2427.48 manat çıxıldıqdan sonra yerdə qalan 228.17 manatın 57.5 % miqdarında əmək pensiyasının artımı hesablanmışdır. Daha dəqiq desək əmək pensiyasının artımının məbləği 131.20 manat təşkil etmişdir. Bu isə qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Çünki, İddiaçı pensiya hüququnu 2009-cu ilin dekabr ayında əldə etməklə o, həmin tarixdə orta aylıq əmək haqqının 80% miqdarında pensiya hüququ əldə etmişdir. Lakin prokurorluq işçilərinin əmək haqqının 10% miqdarında artırılması nəticəsində İddiaçı əmək haqqının artımına səbəb olmuş 228.17 manatın 80% miqdarında deyil, 57,5% miqdarında artım hesablanmışdır. Bakı İnzibati Məhkəməsi də Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 №-li fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının 2.3cü bəndinə istinad edərək həmin hesablanma zamanı qanun pozuntusuna yol verilmədiyini göstərmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı həmin qanuna edilmiş dəyişiklikdən 7 il əvvəl, yəni 2009-cu ildə pensiya hüququ əldə etmişdir və ona həmin tarixdə orta aylıq əmək haqqının 80% miqdarında pensiya təyin edilmişdir. 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqı 10% miqdarında artırılarkən İddiaçı pensiyasının artımı 131.20 manat deyil, 182.53 manat təşkil etməli idi və onun əmək pensiyasının ümumi məbləği 2124.51 manata çatdırılmalı idi. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 20.8, 20.9 və 21.4-cü, maddələrinin iddiaçıya şamil edilməsi hissəsində əsaslı deyildir. Belə ki, İddiaçı, prokurorluq orqanlarında 17 il 6 ay iş stajına malik olmuş və ona 07.12.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən İddiaçının öz arzusu ilə, 1992-1997-ci illərdə aldığı vəzifə maaşı və maddi yardımlar nəzərə alınmış və orta aylıq əmək haqqı hesablanmışdır. Yəni qeyd edilən illərdə aldığı pul təminatları 60 aya bölünmüş və İddiaçıya pensiya təyin edilmişdir. 01 yanvar 2014-cü il tarixdən etibarən İddiaçının aldığı pensiya məbləği 1.941,98 manat təşkil etmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun 29 iyun 2001-ci il tarixdə qəbul edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının öz arzusu ilə 1992-1997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hesablanıb. Həmin dövrdə isə, sözü gedən qanun qüvvədə deyildi, yəni 20.8, 20.9 və 21.4-cü maddələrdəki pul təminatları iddiaçı tərəfindən alınmamışdır. Məhkəmənin, “İddiaçının pensiyasına sığorta hissəsi hesablanmamışdır” deməklə, nəyi nəzərdə tutduğu anlaşılan deyildir. Böyük ehtimal, məhkəmə “İddiaçının 1997-2009-cu illər ərzində aldığı vəzifə maaşı və maddi yardımlara görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini, lakin pensiya təyin edilərkən bu ödənişlərin diqqətə alınmadığını demək istəyib. Halbuki belə bir yanaşma ƏPQ-yə ziddir. Belə ki, iddiaçı prokurorluq orqanlarında 17 il 6 ay qulluq edib. Məhkəmənin məntiqindən belə çıxır ki, pensiya təyinatı zamanı məcburi dövlət sosial sığorta haqqı ödənilən bütün pul təminatları diqqətə alınmalıdır. Halbuki ƏPQ-nin 20.8-ci maddəsi pensiya hüququ olan prokurorluq işçisinin orta aylıq əmək haqqının 2 qaydada hesablana bilməsini təsbit edib: prokurorluq işçisi ya son 24 ay, ya da istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləği əsasında pensiya təyin edilməsini istəyə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)- 4484/2020 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin 26.12.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya dekabr 2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində fəaliyyət göstərən Komissiyada iddiaçının pensiyasının məbləğinə yenidən baxılmış və təyin edilmiş 2073,17 məbləğdə pensiyanın məbləğinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 04.03.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, müvafiq qanunvericiliyə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətı verilir. Prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində maddi yardım verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 20.05.2013-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı oktyabr 1992 - dekabr 1992-ci il dövründə Azərbaycan Respublikası Baş prokurorluğunun istintaq idarəsinin müstəntiqi, 17.12.1992-06.1994-cü ilə kimi Ağdam rayon prokurorunun köməkçisi, 16.06.1994-cü ildə həmin rayon prokurorunun böyük köməkçisi, 05.08.1996-09.1997-ci ilə kimi həmin rayon prokurorunun müavini vəzifəsində işləmişdir, 01.1993-09.1997-ci ilə kimi işləyərkən kiçik ədliyyə müşaviri rütbə dərəcəsində olmuş, 200% əmək haqqı (vəzifə maaşı, 45% xidmət illərinə görə əlavə haqq) almış, illər üzrə aşağıdakı kimi mükafatlar almışdır: 1992-ci ilin dekabr ayında 200% vəzifə maaşı həcmində; 1993-cü ilin mart ayında 200%, may ayında 100%, dekabr ayında 200% vəzifə maaşı həcmində; 1994-cü ilin may ayında 100%, dekabr ayında 100% vəzifə maaşı həcmində; 1995-ci ilin may ayında 100%, noyabr ayında 200% vəzifə maaşı həcmində; 1996-cı ilin mart ayında 200%, may ayında 100%, dekabr ayında 100% vəzifə maaşı həcmində; 1997-ci ilin mart ayında 100%, aprel ayında 100% vəzifə maaş həcmində. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya ilk dəfə pensiya təyin edilməsi haqqında qərarın arxa tərəfində aparılmış hesablamaya əsasən iddiaçıya təyin edilən pensiya məbləği 1502,60 manat təşkil etmişdir, 26.06.2013-cü ildə pensiya məbləği artırılaraq 1712,74 manat müəyyən edilmişdir, həmin pensiyanın tərkib hissəsi 1446,8 manat orta aylıq əmək haqqından, qulluq stajına görə 337 manatdan, 223,13 manat mükafatdan, 134 manat rütbəyə görə əlavədən ibarət olmuşdur, pensiya işində olan nömrəsiz, tarixsiz məktuba əsasən iddiaçıya 02.12.2009cu ildən 17 il 6 ay prokurorluq orqanlarında iş stajı və 60 ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1941,98 manat məbləğində (1650,92 manat əmək haqqı +384,56 manat qulluq stajına görə 45% əlavə+258 manat maddi yardım+134 manat rütbəyə görə=2427,48 manat x 80%) əmək pensiyası təyin edilmişdir, 01.03.2018-ci ildən prokurorların vəzifə maaşları orta hesabla 10 faiz artırıldığı iddiaçının işləmiş olduğu vəzifə maaşları ümumilikdə 1815 manat müəyyən edilir, həmin tarixdən pensiyanın artım məbləği bu Qaydaların 2.2.3-cü bəndinə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır: PMA=131,2 manat (1815 manat əmək haqqı+423,01 manat qulluq stajına görə 45% əlavə+283,64 manat maddi yardım +134 manat rütbəyə görə=2655,65 manat – 2427,48 manat (artıma qədərki orta aylıq əmək haqqı x 57,5 (15 ilə 50% +7,5% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)= 131,20 manat. Pensiyanın yenidən hesablanmasından sonrakı məbləğ isə 2073,17 manat (1941,98 +131,20 manat) təşkil edir, bu hal 18.10.2019-cu il tarixli məktubda da qeyd edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra 2019-cu ildə cavabdehə müraciət edərək prokurorluq işçilərinin sosial müdafiəsilə bağlı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmasını və artımlarla pensiyasının yenidən düzgün hesablanmasını xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qismən-iddianın təmin edilməyən hissəsində, cavabdehin isə apellyasiya şikayəti həmin qərarın iddianın təmin edilən hissəsinin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində düzgün nəticəyə gəlsə də, qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, nəticədə iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşə baxan məhkəmə iddianı qismən təmin edərkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı il dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.8.1. Prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçıya 07.12.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının öz arzusu ilə,1992-1997-ci illərdə aldığı vəzifə maaşı və aldığı maddi yardımlar nəzərə alınmışdır. 01.01.2014-cü il tarixdən etibarən iddiaçının aldığı pensiya məbləği 1941,98 manat təşkil etmişdir. 01.01.2018-ci il tarixdən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10% artırılması ilə əlaqədar iddiaçıdakı artırma aşağıdakı kimi hesablanmışdır: artımdan sonrakı əmək haqqı (2655,65 manat) məbləğindən artımdan əvvəlki əmək haqqı (2427,48 manat) məbləği çıxılıb, əldə edilən məbləğin (228,17 manat) 57,5% miqdarında (131,2 manat) əmək pensiyasına artım hesablanmışdır. Hazırkı iş üzrə iddiaçının tələblərindən biri, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan-prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanmasıdır. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaqla əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı (1992-1997) almamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın əsaslılığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərin əsasında təhlil edilməlidir. Həmin qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi iddiaçının nəzərə alınmasını tələb etdiyi əlavələr, ona ödənilmədiyinə görə həmin artımların pensiya məbləğinə hesablanması mümkün deyildir. İşdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən özünü istədiyi dövrün orta aylıq əmək haqqısının içərisində qulluq stajına görə 5 faiz (28 ay üçün) və 10 faiz (32 ay üçün) əlavə nəzərə alınıb. Həmin 60 aylıq dövrdə (1992-1997-ci illərdə) əlavə almayıb. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, bu hissədə iddia rədd edilməlidir. İddia tələbinin təmin olunmamış hissəsinə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 №li Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.3-cü bəndində göstərilmişdir ki, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Belə olan halda 01 yanvar 2018-ci ildən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10 faiz artırılması ilə əlaqədar iddiaçının pensiyasındakı artımın cavabdeh tərəfindən hesablanması zamanı qanun pozuntularına yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4484/2020 saylı qərarı qisməniddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-4484/2020 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dayişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1102/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1102/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver