Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1102/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının prosessual hüquq varisi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3120/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx xxxxx 1957-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətindən görünür ki, 1976-1978-ci illər (2 il) ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 iyul 1978-ci il tarixdən 19 oktyabr 1981- ci il tarixinə kimi Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı trestinin “Mexaniki suvarma idarəsi”ndə texniki nizamlayıcı vəzifəsində (3 il 3 ay 13 gün), 16 noyabr 1981-ci il tarixdən 18 noyabr 1993-cü il tarixinədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (12 il 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a ), 18 noyabr 1993-cü il tarixdən 01 dekabr 1996-cı il tarixinədək həmin idarədə sahə rəisi vəzifəsində (3 il 12 gün), 13 may 2000-ci il tarixdən 15 yanvar 2001 -ci il tarixinədək “Qaradağ-Sement” səhmdar Cəmiyyətində qurğuların təmiri üzrə çilingər vəzifəsində (8 ay 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a ), 02 yanvar 2004-cü il tarixdən 19 mart 2004-cü il tarixinədək “Baksementtəmiri” müəssisəsində sahə rəisi vəzifəsində (2 ay 17 gün), 23 mart 2004-cü il tarixdən 02 iyul 2012-ci il tarixinədək 11 saylı Təmir-Tikinti İdarəsində iş icraçısı vəzifəsində (8 il 2 ay 29 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 29, bənd b-“iş icraçıları”), 21 yanvar 2013- cü il tarixdən 01 oktyabr 2013-cü il tarixinədək "xxxx" ASC- də sement istehsalı sahəsində çilingər vəzifəsində (8 ay 9 gün), 01 oktyabr 2013-cü il tarixdən 30 aprel 2014-cü il tarixinədək "xxxx" ASC-nin sement zavodunda usta(çilingər) vəzifəsində (6 ay), işləmiş,01 may 2014-cü il tarixindən bu günədək “X13”nda çilingər vəzifəsində işləyir. Beləliklə, 24 aprel 2014-cü il tarixinə (57 yaşı tamam olanadək) ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 5 ay 24 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 20 il 11 ay 3 gün müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışıb. Bununla da 01 yanvar 2006cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 30 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanıb. 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 57 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənləri nəzərə alaraq, iddiaçıya pensiya almaq hüququ yarandığı 24 aprel 2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3120/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. İşin apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş AZ-İİ № 260185 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən mərhumun oglu X8 iddiaçının prosessual hüquq varisi qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, mərhumun digər vərəsələri X3,X4 və X5 tərəfindən X6 müvafiq etibarnamələr verilmiş, həmçinin göstərilən şəxslər X2 iddiaçının prosessual hüquq varisi qismində məhkəmə icraatına cəlb edilməsinə razılığını bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq, mərhum iddiaçının tələbinin onun birbaşa şəxsiyyəti ilə bağlı olduğundan, iddiaçının hüquqi varisinin bu tələbə dair hər hansı bir iddiasının mümkün ola bilməyəcəyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə Mexaniki suvarma idarəsi Mexaniki emalatxanaya tex. normalaşdırıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1981-ci ildə AzərbaycaSSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1981-ci ildə Bakı xüsusi sement tikinti-təmir Tİ Sement zavodunda 1 saylı Sahəyə texnoloji avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə çilingər işi üzrə 4-cü dərəcə təhkim olunmuşdur. SSRİ Tikinti Materiallarının Sənayesi Nazirliyinin xx.xx.1981-ci il tarixli 99 N-li əmrə uyğun olaraq “Bakı xüsusi sement tikinti-təmir Tİ” adı dəyişdirilərək Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir” adlandırılmışdır. xx.xx.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə təhkim olunmuşdur. xx.xx.1984-cü ildə Yanaşı strop (yükləri və s. qaldıran və endirən) işçi işinə təhkim olunmuşdur. xx.xx.1986-cı ildə çilingər işi üzrə 6-cı dərəcə təhkim olunmuçdur. SSRİ Tikinti Materiallarının Sənayesi Nazirliyinin xx.xx.1987-ci il tarixli 697 N-li əmrə uyğun olaraq “İttifaq xüsusi sement tikintitəmir” trestinin ləğvi ilə əlaqədar Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir” adı dəyişdirilərək Xüsusiləşdirilmiş İdarə “Bakı sement təmir” adlandırılmışdır. Kvalifikasiya komissiyasının protokollarına və yeni maaş dərəcəsinə əsasən 6-cı dərəcəli çilingər İddiaçı sement avadanlığının təmiri üzrə çilingər işi üzrə 6-cı dərəcəsi təhkim olunmuşdur. SSRİ Nazirlər Kabinetinin Qərarına əsasən sement avadanlığının təmiri üzrə çilingər güzəştli şərtlərlə pensiyaya çıxacağına görə 2 N-li siyahısına əsasən işə qəbul edilən gündən texnoloji avadanlığının təmiri üzrə çilingər hesab edilmişdir. xx.xx.1993-cü ildə 3 saylı sahəyə sahə ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə “Bakısementtəmir” müəssisəsi Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə “Qaradağsement” SC mexaniki sexə təmir üzrə 6-cı dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə Təmir xidmətinə avadanlığın təmiri üzrə 6-cı dərəcəli çilingər işinə keçirilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 b bəndinə əsasən (əmək müqaviləsinin başa çatması) işdən azad edilmişdir. xx.xx.2004-cü ildə “Bakısementtəmiri” müəssisəsi 1 saylı sahəyə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cüildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2004-cü ildə 11 saylı Təmir Tikinti İdarəsi bağlanmış müqaviləyə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublkiası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. xx.xx.2013-cü ildə Sement İstehsalı sahəsinə çilingər qəbul edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublkiası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. xx.xx.2014-cü ildə “X13” MMC-nin Mexanika bölməsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya verilmiş 18 noyabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlər göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 gün) təşkil edir, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi bildirilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının 01 iyul 2017-ci il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 05 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olması təşkil etmişdir. Bununla əlaqədar olaraq, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən “Bakıxüsusisementtəmirtikinti” İdarəsinə və "xxxx" ASC-yə sorğular ünvanlanaraq İddiaçı "xxxx" ASC-də (“Qaradağ-sement” Səhmdar Cəmiyyəti) və “Bakıxüsusisementtəmirtikinti” İdarəsində işləməsi barədə məlumatların (arxiv kitablarına əsasən), o cümlədən işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin Siyahısına aid olub-olmadığını təsdiq edən ətraflı güzəştli arayışın (işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri) Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. “Bakısementtəmir” kollektiv müəssisəsi tərəfindən təqdim edilmiş 28 №-li, 17 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 16 noyabr 1981-ci il tarixdən 01 dekabr 1996-cı il tarixinədək "xxxx" İdarəsində işləmişdir. Arxiv sənədlərinə əsasən, onun İdarədə işlədiyi vəzifələr barəsində məlumatlar aşağıdakı kimidir: 1.xx.xx.1981-ci il (əmr №73-k) tarixdən xx.xx.1982-ci il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 3-cü dərəcəli çilingər;
2. xx.xx.1982-ci il tarixdən (əmr №76-k) xx.xx.1983-cü il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 4-cü dərəcəli çilingər;
3. xx.xx.1983-cü il tarixdən (əmr №73k) xx.xx.1984-cü il tarxinədək texnoloji avadanlığın təmiri üzrə 5-ci dərəcəli çilingər;
4. xx.xx.1984-cü il tarixdən (əmr №27-k) 05.03 1986-cı il tarixinədək yanaşı stop (yükləyici); 5.05.03 1986-cı il tarixdən (əmr №8-k) xx.xx.1993-cü il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 6-ci dərəcəli çilingər;
6. xx.xx.1993-cü il tarixdən (əmr №71-k) xx.xx.1996-cı il tarixinədək 3-cü sahəyə sahə ustası. "xxxx" Müəssisəsinin direktorunun 8-k №-li 17 mart 1997-ci il tarixli əmri ilə öz xahişinə əsasən işdən azad edilmişdir.” “Bakısementtəmir” kollektiv müəssisəsi tərəfindən verilmiş 27 №-li, 17 may 2022-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, “24.04 1957-ci il təvəllüdlü İddiaçı ondan otrü ki, o, həqiqətən xx.xx.1981-ci ıl tarixdən xx.xx.1993-cü il tarixinədək “Bakıxüsusementtəmirtikinti" idarəsində texnoloji qurğuların təmiri üzrə (3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli) çilingər vəzifəsində (xx.xx.1981-ci il tarixli, 73 №-li əmr) və 18.11. 1993-cü il tarixdən 01.12 1996-cı il trarixinədək tikinti sahəsinin ustası vəzifəsində (xx.xx.1993-cü il tarixli 71-k-04 №-li əmr) işləmişdir. Onun həmin peşələrdə iş stajı 15 il 1 ay 12 gün təşkil etmişdir. Yuxarıda adları çəkilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər” peşəsinə, həmçinin həmin bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000b-23419 kodu üzrə “tikinti və quraşdırma işlərinin ustaları” peşəsinə, eyni zamanda 2 nömrəli Siyahıda qeyd olunan XVİİ “Tikinti materialları istehsalı” bölməsinin 21801000a-18559 saylı kodu üzrə “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti ilə məşğul olan təmirçi-çilingərlər” peşəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsbit edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısının müvafiq olaraq paraqraf 14.1, bənd “a” və paraqraf 29, bənd “b” bəndləri ilə müəyyən edilmiş qaydalarla əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən hazırkı işin apellyasiya icraatı zamanı vəfat etmiş İddiaçı xx.xx.2017-ci ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq (30 il 05 ay 24 gün) ümumi və 15 il 11 ay 3 gün güzəştli iş stajı mövcud olmuşdur. Onun 57 yaşı tamam olan xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi İddiaçı 57 yaşı tamam olan xx.xx.2014-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olmasını və bu səbəbdən də xx.xx.2014-cü il tarixdən pensiya hüququnun yarandığını düzgün olaraq qeyd etsə də, pensiya məbləğinin hansı tarixdən etibarən ödənilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il müddətinə, yəni xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanaraq prosessual hüquq varisi X6 ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qəraraaldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3120/2021 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il müddətinə, yəni xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2022ci il tarixədək olan dövr üzrə hesablanaraq prosessual hüquq varisi X6 ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin . Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.