Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1104/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İşdə olan Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) Bakı baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində işləmiş, təqvim üzrə xidmət ili 26 il 10 ay 4 gün, ali təhsili 2 il 5 ay 15 gün olmaqla, cəmi xidmət ili 29 il 3 ay 19 gün təşkil etmiş, xx.xx.2018-ci ildə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 18/3386 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir və eyni zamanda, 26 noyabr 2018-ci il tarixdən - 14 fevral 2019-cu il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Maliyyəiqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarəttəftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 5 fevral 2019-cu il tarixdən - 31 yanvar 2023-cü il tarixinədək Nəzarəttəftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 01 fevral 2023-cü il tarixindən Nəzarət-təftiş idarəsinin rəis müavini vəzifəsində işləyir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-4777/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği dövlət qulluğunda işləməsi ilə əlaqədar 1824.98 manatdan 1332.05 manata azaldılmışdır.
5. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 8 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - ƏPQ) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 31 avqust 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 29 il 3 ay 19 gün (təqvimi xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində sektor müdiri vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, adıçəkilən şəxsin əmək pensiyası (1824,98 manat) yenidən hesablanaraq pensiyasının sığorta hissəsi tam (286,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1824,98- 286,54=1538,44x50%=769,22 manat) olmaqla ümumilikdə 1055,76 manat (286,54+769,22) məbləğində müəyyən edilib.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Gömrük Komitəsində işləməyi ilə əlaqədar 29 il 3 ay 19 gün (təqvim xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddəti olmaqla xüsusi rütbəli şəxs kimi ona pensiya təyin edilmişdir. Pensiya çıxdıqdan sonra xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmuş, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində işləmişdir. Hazırda Nəzarət-təftiş idarəsinin rəis müavini vəzifəsində işləyir və işlədiyi vəzifələr hərbi və xüsusi rütbəli vəzifə deyil. 2023-cü ilin yanvar ayından aldığı 1824.98 manat pensiyanın məbləği yenidən hesablanaraq, sığorta hissəsi 286.54 manat tam, qulluq stajına görə əlavə 1538.44 manatın 50%-i 769.22 manat ödənilməyə başlanılmışdır. Qulluq stajına görə əlavənin məbləği 50% hesablandığı üçün Mərkəzi filialın hesablamasına görə 29540.74 manat “artıq” ödənilmiş məbləğ müəyyən edilmişdir. Son üç ilin həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulur. “Əmək pensiyyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən smək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçının pensiyasından hər hansı bir məbləğin tutulması qanunsuzdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda-isə tam məbləğdə ödənilir. Göründüyü kimi Qanunda konkret olaraq 20-ci maddənin ayrı-ayrı bəndləri ilə müəyyən edilir ki, hansı işləyən pensiyaçılara 50% faiz ödənilməlidir. Lakin cavabdeh ümumi şəkildə 20-ci maddəyə istinad edir və bu barədə heç bir açıqlama vermir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 8 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 31 avqust 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 29 il 3 ay 19 gün (təqvimi xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı iddiaçıya xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində sektor müdiri vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, onun əmək pensiyası (1824,98 manat) yenidən hesablanaraq pensiyasının sığorta hissəsi tam (286,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1824,98-286,54=1538,44x50%=769,22 manat) olmaqla ümumilikdə 1055,76 manat (286,54+769,22) məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sözügedən maddənin tələbləri nəzərə alınmaqla əmək pensiyası keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ümumilikdə 29540,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya artıq ödənilmiş 29540,74 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən əmək əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasından 2023-cü ilin yanvar ayından etibarən hər ay tutulmalar aparılması qanunsuz hesab edilmiş və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçıya Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi, həmçinin onun hazırda Qanunun 20.1.1-20.1.21-ci maddələrində göstərilən vəzifədə çalışması tam təsdiq olunur.
12. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, İddiaçı 26 noyabr 2018-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 15 fevral 2019-cu il tarixdən Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 01 fevral 2023-cü il tarixdən isə Nəzarət-təftiş idarəsinin rəis müavini (dövlət qulluğu) vəzifəsində işləyir.
13. Belə olan halda aydındır ki, ƏPQ-nin 20.1.11-ci maddəsində nəzərdə tutulmuş (hərbi qulluqçu) şəxs kimi, həmin qanunun 20.1.8-ci maddəsində (dövlət qulluqçusu) göstərilən vəzifədə çalışan iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində ödənilməsi qanunun 37.3.4-cü maddəsinə uyğundur.
14. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 2200 manata qədər pensiya ödənişini tutmuşdur.
15. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi.
16. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır.
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh mənim pensiyamın dayandırılmasının konkret əsasını göstərmədiyi halda, məhkəmə qanunsuz olaraq ƏPQ-nin 20.1.8-ci maddəsinə istinad edərək, iddia tələbimi həmin hissədə rədd etmişdir. Bir daha qeyd edirəm ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.8-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) olan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddəni diqqətlə oxuduqda aydın olur ki, bu maddənin mənim pensiyama heç bir aidiyyatı yoxdur. 20.1.8-ci maddə vəfat etmiş dövlət qulluqçusunun ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası alması barədədir. Beləliklə, hesab edirəm ki, Məhkəmə tərəfindən iddia tələbimin qismən rədd edilməklə qanunsuz və əsassız qərar qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə mübahisələndirilən həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının qanunsuz hesab edilməsindən ibarətdir
35. Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı Bakı Baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində işləmiş, təqvim üzrə xidmət ili 26 il 10 ay 4 gün, ali təhsili 2 il 5 ay 15 gün olmaqla, cəmi xidmət ili 29 il 3 ay 19 gün təşkil etmiş, xx.xx.2018-ci ildə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən ehtiyata buraxılmışdır.
36. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 18/3386 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir və eyni zamanda 26 noyabr 2018-ci il tarixdən - 14 fevral 2019-cu il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Maliyyəiqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 5 fevral 2019-cu il tarixdən - 31 yanvar 2023-cü il tarixinədək Nəzarəttəftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 01 fevral 2023-cü il tarixindən Nəzarət-təftiş idarəsinin rəis müavini vəzifəsində işləyir.
38. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-4777/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği dövlət qulluğunda işləməsi ilə əlaqədar 1824.98 manatdan 1332.05 manata azaldılmışdır.
39. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 8 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - ƏPQ) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 31 avqust 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 29 il 3 ay 19 gün (təqvimi xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində sektor müdiri vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, adıçəkilən şəxsin əmək pensiyası (1824,98 manat) yenidən hesablanaraq pensiyasının sığorta hissəsi tam (286,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1824,98- 286,54=1538,44x50%=769,22 manat) olmaqla ümumilikdə 1055,76 manat (286,54+769,22) məbləğində müəyyən edilib.
40. Beləliklə, işin qeyd olunan hallarından məlum olur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmaqla azaldılmasına səbəb iddiaçıya ödənilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin 100 fazi deyil, ƏPQ-nin 37.3.4-cü maddəsinə əsasən 50 faiz həcmində ödənilməsi olmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən həmin maddədə sadalanan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Bu əlavələr əmək pensiyasına daxil olmaqla pensiya məbləğini təşkil edir. Həmin Qanunun 37.2-ci maddəsinə görə əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır.
42. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə görə bu Qanunun 20.1.1-ci—20.1.10-cu və 20.1.14-cü—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda, onlara əlavənin ödənilməsi dayandırılır.
43. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin mənasına görə həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (həmin orqanlarda azı 25 il qulluq stajı olduqda) qulluq stajına görə əmək pensiyasına əlavənin həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilməsi qaydası bu Qanunun 20-ci maddəsində göstərilən digər vəzifələrdə çalışan şəxslərə şamil edilmir.
44. İş materialları ilə iddiaçıya Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi, həmçinin onun hazırda Qanunun 20.1.1-20.1.21-ci maddələrində göstərilən vəzifədə çalışması tam təsdiq olunur.
45. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, İddiaçı 26 noyabr 2018-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 15 fevral 2019-cu il tarixdən Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 01 fevral 2023-cü il tarixdən isə Nəzarət-təftiş idarəsinin rəis müavini (dövlət qulluğu) vəzifəsində işləyir.
46. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququna malik olan bütün işləyən pensiyaçılar bir ümumi elementlə səciyyələnə bilər ki, onlar dövlətlə xidməti və ya əmək münasibətlərində olurlar. Bu meyara əsaslanmaqla qeyd olumalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində də göstərilmiş bütün şəxslər oxşar vəziyyətdə olmaqla qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququna malikdirlər. Lakin bu fakt öz-özlüyündə bütün kateqoriyalar üçün qulluq stajına görə əmək pensiyasına əlavələri almaq şərtlərinin, o cümlədən əmək fəaliyyətinin davam etdirilməsi zamanı eyni olmasını nəzərdə tutmur. Bu zaman yerinə yetirilən işin və xidmətin xarakteri və xüsusiyyətləri vacib əhəmiyyətə malikdir. Əgər qanunverici göstərilən şəxslərin bir hissəsinə qulluq stajına görə əmək pensiyasına əlavələri almaq imkanını ümumiyyətlə nəzərdə tutmursa, belə tənzimlənmə ilə yaranan fərqli rəftarın Konstitusiyanın 25-ci maddəsinə uyğun olmasını obyektiv olaraq əsaslandırmalıdır.
47. Bununla əlaqədar qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilmiş bütün şəxslər həmin Qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququna malikdirlər.
48. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində gostərilən bəzi işləyən pensiyaçıların həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulan şəxslərdən fərqli olaraq, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda həmin əlavələri almaq hüququna malik olmamasının Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğunluğunu yoxlayarkən qanunvericinin məqsədini nəzərə almaq vacibdir.
49. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin mətnindən göründüyü kimi, şəxsin bu maddə ilə müəyyən edilən qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda da, həmin əlavələri 50 faiz həcmində almaq hüququ müstəsna xarakter daşıyaraq, yalnız bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən dövlət orqanlarında 25 ildən az olmayan müddət ərzində qulluq stajına malik olan şəxslərə şamil olunur.
50. Bu cür uzun xidmət müddətinin müvafiq hüququn əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə - müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədardır. Buna müəyyən qədər “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə edilmiş dəyişikliklər də dəlalət edir. Belə ki, Azərbaycan Respublikasının 2006cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanunu ilə 37.3.4-cü maddəyə edilmiş ilk dəyişikliyə əsasən 50 faiz həcmində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ qulluq stajının həcmindən asılı olmadan verilirdi.
51. Lakin Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 474- İİİQD nömrəli Qanunu ilə 37.3.4-cü maddənin ikinci cümləsində birinci mötərizədə verilmiş “göstərilən şəxslər” sözləri “göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər” sözləri ilə əvəz edilmişdir. Nəticə etibarı ilə qanunverici qeyd edilən məqsədə çatmaq üçün ağlabatan və real meyarı müəyyənləşdirmişdir.
52. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci madddələrində göstərilmiş şəxslərin həmin Qanunun 37.3.4-cü maddəsində nəzərdə tutulan müvafiq hüququ əldə etməsi müstəsna olaraq həmin dövlət orqanlarının vəzifəli şəxslərinin qulluq fəaliyyətinin davamlılığının təmin olunmasının vacibliyinə əsaslanır. Bu səbəbdən Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində qeyd olunan şəxslər 20.1-ci maddədə nəzərdə tutulmuş digər şəxslərlə oxşar vəziyyətdə olan şəxslər kimi qəbul oluna bilməzlər.
53. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.
54. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.