Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1105/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı şəhadətnamənin dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1903/2020 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı xx xxxx 2018-ci il tarixli cavab məktubunun əsassız hesab edilərək, “ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1903/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, iddiaya mübahisələndirmə iddia növü kimi yox məcburetmə növü iddia kimi baxılmalıdır. Nəticədə inzibati akt qəbul edilməlidir. Bu iddia tələbində hər hansı inzibati aktın ləğvindən söhbət getmir. Birinci instanisya məhkəməsi qərardadında hazırki iddiaya mübahisələndirmə növü kimi baxılmalı olduğunu əsas gətirmiş, xx.xx.2018-ci il tarixli şəhadətnamənin dəyişdirilməsi ilə bağlı həmin inzibati aktın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi əsası ilə iddianı mümkün saymamışdır. Bu xüsusat hazırlıq icraatı üzrə məhkəmə iclasında tam araşdırılmamışdır. Bundan başqa iddiaçının arzuladığı inzibati akt sırf Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında dəyişiklik edilməsi deyil, yeni qərarın qəbul edilməsidir. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh məhkəmə bildirişində şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunduğundan şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, N saylı hərbi hissə komandirinin göndərişinə əsasən xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “İnsan immun çatışmazlığı virusu ilə yoluxma. Ümumi xəstəlikdir.” kimi şəhadətləndirilmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsindən elə həmin vaxt, yəni Şəhadətnamənin qəbul edildiyi vaxt məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddianın predmeti olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsi inzibati orqanın publik hüquq sahəsində konkret halın tənzimlənməsi üçün qəbul etdiyi, xaricə münasibətdə qüvvəsi olan hakimiyyət tədbiri olduğundan və iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratdığından inzibati akt hesab edilidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının iddia tələbini, yəni Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsinin dəyişdirilməsini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə (İPM-in 13 və 48.1-ci maddələri), söhbət İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirmə haqqında iddiadan gedir. Onun məqsədi mübahisələndirilən aktın dəyişdirilməsidir. Odur ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı xx.xx.2018-ci il tarixli Şəhadətnamənin dəyişdirilməsi ilə bağlı həmin inzibati aktın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən inzibati aktın məzmunundan həmin vaxt məlumatlı olsa da, inzibati aktın dəyişdirilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2019-cu il tarixdə, yəni 1 il 8 ay sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl edilməməsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçının tələbi - inzibati orqanın cavab məktubunun əsassız hesab edilərək, “ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. İddiaçı iddia tələbində hər hansı inzibati aktın ləğv edilməsini deyil, iddia vasitəsi ilə arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı tələb edir və bu növ iddialar məcburetmə haqqında iddialara aiddir. Lakin birinci instanisya məhkəməsi qərardadında hazırki iddiaya mübahisələndirmə növü baxılmalı olduğunu əsas gətirmiş, xx.xx.2018-ci il tarixli şəhadətnamənin dəyişdirilməsi ilə bağlı həmin inzibati aktın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazirki iddiaya inzibati icraatı qaydasında məcburetmə haqqında iddia kimi baxılmalıdır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular sə bəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1903/2020 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1105/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1105/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver