Məhkəmə qərarları › İş №2-1(103)-1105/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1105/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1105/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X10 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndələri X5 və X2, Cavabdehin nümayəndələri X8 və X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2023 saylı 25 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində kameral vergi yoxlaması keçirmiş və 22 sentyabr 2020-ci il tarixdə İddiaçı MMCyə münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Həmin qərardan görünür ki, dövriyyə azalmasına baxmayaraq təsdiqedici sənəd təqdim edilməmiş, 2019 təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 306-ci sətirlərinin dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütunlarının cəmində 272754,54 manat göstərilməsinə baxmayaraq həmin hesabat ili üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 200-cü sətri üzrə 403240,68 manat +201-ci sətri üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+ 206-cı sətri üzrə 0 manat+ 217-ci sətri üzrə 0 manat+ bəyannamənin 1 nömrəli əlavəsinin alınmış avanslar sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 403240,68 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 130486,14 manat məbləğində fərq müəyyən edilmişdir. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin işin məhkəmə araşdırılması zamanı məlum olmuşdu ki, cavabdeh tərəfindən 22 sentyabr 2020-ci il tarixli qərar qəbul edildikdən sonra yenidən kameral vergi yoxlaması keçirilərək iddiaçı barəsində 30 mart 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Bununla bağlı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehin 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı MMC (bundan sonra MMC) 06 may 2014-cü il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı- vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı- vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 22 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması haqqında **********524300 №-li qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə dəyər vergisi 2019 mart ayı üçün 26.083.06 manat hesablanmışdır. Sonradan həmin vergi borcunun olması ilə bağlı cavabdeh orqan tərəfindən 30 mart 2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərar qanunsuz və əsassız olmaqla vergi qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyindən ləğv edilməlidir Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, 23 avqust 2020-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 26083,06 manat məbləğində azalma aparılmışdır. Tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə VM-nin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üzrə ƏDV bəyannaməsi üzrə 26083,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə qərar göndərilmişdir. Hesablmanın mahiyyəti odur ki, vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamənin daha sonra dəqiqləşdirilərək əvvəlki bəyannamədə bəyan edilən verginin azaldılması və azaldılma barədə vergi orqanına məlumat və təsdiqedici sənədlərin təqdim edilməməsi olmuşdur. Etirazda həmçinin qeyd edilmişdir ki, vergi ödəyicisinə 2019-cu il mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201249,41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq 22 dekabr 2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləğinin 56343,5 manat qeyd edildiyi, bunun isə kənarlaşmaya səbəb olduğu bildirilmişdir. Bunun əsası kimi müvafiq sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2023 saylı 25 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2019cu ilin mart ayı ƏDV bəyannaməsi üzrə 26 083,09 manat məbləğində dövriyyə azalmasının olduğu müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********042300 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı ƏDV üzrə 26 083,09 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********035300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********042300 nömrəli uyğunsuzluq məktubu ilə vergi ödəyicisinə bildirilmişdir ki, xx.xx.2019-cu il tarixində 2019-cu ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201 249.41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56 343.5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin (bank hesablarından çıxarışlar, kassa mədaxil orderləri, NKA çekləri, qəbz, müəssisənin mühasibatlıq kitablar, baş kitab, azaldılmış dövriyyəyə uyğun qalıqda qalmış mallar barədə ətraflı məlumatların vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin müvafiq sənədlər vergi orqanına təqdim edilməmiş və buna görə vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən azaldılmış vergi məbləği bərpa edilmişdir. Eyni zamanda xx.xx.3022ci il tarixli **********964400 nömrəli məktub ilə yaranmış uyğunsuzluqlar barədə vergi ödəyicisinə məlumat verilmiş və aidiyyəti sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin tələb olunan məlumatlar vergi orqanına təqdim edilməmişdir. Məhkəmə qərarında, ümumiyyətlə 2019-cu ilin mart ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərkən dövriyyənin azaldılmasının əsaslı olması barədə göstərilən xususatların nə dərəcədə düzgün olduğu müəyyən edilmir. Məhkəmə qərarında əsas kimi göstərilən təhvil-təslim aktı və təqdimedilməyə dair göstərilmiş kassa çeki 2019-cu ilin mart ayı üzrə ƏDV-nin azalmasına əsas verən hal kimi qiymətləndirilməməlidir. İddiaçı təhvil-təslim aktında göstərilən malların təqdim edilməsinin səhvən 2019-cu ilin mart ayının ƏDV bəyannaməsində göstərildiyini qeyd etsə də, təqdim edilən kassa çekindən təhvil-təslim aktında qeyd edilən malların təqdim edilməsi müəyyən edilmir. İddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********035300 nömrəli, xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə elektron qaydada iddiaçıya göndərilmiş, xx.xx.2022-ci il tarixdə onun tərəfindən oxunmuşdur. İddianın qaldırılması üçün müəyyən edilmiş 30 gün müddət ötürülməklə, iddiaçı tərəfindən **********035300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı ərizə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş və bununla qanunvericiliyə uyğun olaraq prosessual müddət ötürülmüşdür. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X8 və X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndələri X12 və X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərar məhkəmə icraatı dövründə qəbul edildiyindən, iddiaçı tərəfindən həmin qərar mübahisələndirərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdehin 22 sentyabr 2020-ci il tarixli qərar ilə dövriyyə azalmasına baxmayaraq təsdiqedici sənəd təqdim edilməmiş, 2019 təqvim ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 306-cı sətirlərinin dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütunlarının cəmində 272754,54 manat göstərilməsinə baxmayaraq həmin hesabat ili üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 200-cü sətri üzrə 403240,68 manat +201-ci sətri üzrə 0 manat+202-ci sətri üzrə 0 manat+203-cü sətri üzrə 0 manat+ 206-cı sətri üzrə 0 manat+ 217-ci sətri üzrə 0 manat+ bəyannamənin 1 nömrəli əlavəsinin alınmış avanslar sətrinin hesabat dövrünün sonuna olan 0 manat avans məbləği ilə hesabat dövrünün əvvəlinə olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 403240,68 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 130486,14 manat məbləğində fərq müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən 04 iyun 2021-ci il tarixli qərar qəbul olunmuş və dövr üzrə təqdim olunmuş sonuncu bəyannamədə dövriyyə azalması olmasına baxmayaraq müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyindən iddiaçıya münasibətdə 26083,06 manat vergi hesablanmışdır. Sonradan məhkəmə baxışı dövründə cavabdeh tərəfindən iddiaçıya 03 mart 2022ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmiş və məktubda bildirilmişdir ki, təqdim olunmuş bəyannamədə, hesabatda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********8714 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531.01 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531 manat təşkil etdiyi üçün -0.01 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********3792 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18605.6 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18605.58 manat təşkil etdiyi üçün -0.02 manat kənarlaşma yaranmışdır. 2019 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 272754.54 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 360941.21 manat + 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətri üzrə 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətri üzrə 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri)) sətri üzrə 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər, o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri üzrə 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (“Alınmış avanslar”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0 manat avans məbləğinin fərqi 0 manat, cəmi 360941.21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 88186.67 manat məbləğində fərq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən təkrar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmiş və bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201.249.41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56.343.5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Daha sonra cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərar qəbul etmiş və qərarda qeyd olunmuşdur ki, Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisinin hesablanmış vergi və ya sığorta haqqı- 26.994,78 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı-911,69 manat və əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği -26.083,09 manat. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Göstərilənlərlə əlaqədar olaraq vergi, sığorta haqqı və ya cari vergi ödəmələri üzrə borcları Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyi vacibdir. İddiaçı hazırda sözügedən “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 6.1.3-cü maddəsinə əsasən əlavə dəyər vergisi dövlət vergilərinə aiddir. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 54.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 159.1-ci maddəsinə əsasən Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 5/7 şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. 159.4-cü maddəsinə əsasən Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 163.1-ci maddəsinə əsasən Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2-ci maddəsinə əsasən Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. 177.1-ci maddəsinə əsasən Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. İşdən görünür ki, vergi ödəyicisi ilə vergi orqanı arasında mübahisə vergi məbləğinin hesablanması ilə əlaqədardır ki, mübahisələndirilən qərarda istinad olunan 14 mart 2022-ci il tarixli və 18 mart 2022-ci il tarixli uyğunsuzluq məktublarında qeyd edilmişdir ki, təqdim edilmiş yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531,01 manat Komitədən daxil olmuş məlumatlara əsasən eyni yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18531 manat təşkil etdiyi üçün 0,01 manat kənarlaşma yaranmışdır. Digər yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 18605,6 manat Komitədən daxil olmuş məlumatlara əsasən eyni yük gömrük bəyyannaməsi üzrə ƏDV məbləği 18605.58 manat təşkil etdiyi üçün 0,02 manat kənarlaşma yaranmışdır. 2019 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyanamələrinin müvafiq sütunlarının cəmində 272754,54 manat məbləğ göstərilməsinə baxmayaraq 360941,21 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə 88186,67 manat məbləğində fərq müəyyən edilmişdir. 20 aprel 2019-cu il tarixində 2019-cu il mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201249,41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq 22 dekabr 2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56343,5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur. Bunun əsası kimi müvafiq sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Apelyantın əsas dəlili vergi ödəyicisinin təqdim etdiyi kassa çekindən təhvil-təslim aktında qeyd edilən malların təqdim edilməsinin müəyyən edilməməsi ilə bağlıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cü il tarixli 45 nömrəli təhvil- təslim aktı satıcı İddiaçı MMC-nin direktoru X13 və fiziki şəxs alıcı Sabir Murtuzayev tərəfindən imzalanmış və tərəflər aktda qeyd edilən malların tam təhvil verilib təhvil alınmasını təsdiq etmişlər. Malların yekun dəyəri isə 108.846,94 manat təşkil etmişdir. xx.xx.2019-cü il tarixli 321112 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, qarışıq malların satışına görə 108.846,94 manat məbləğində vəsait kassaya mədaxil olmuşdur. Eyni zamanda xx.xx.2019-cü il tarixli 05 nömrəli təhvil- təslim aktı satıcı İddiaçı MMC-nin direktoru X13 və fiziki şəxs alıcı Səməd Əliyev tərəfindən imzalanmış və tərəflər aktda qeyd edilən malların tam təhvil verilib təhvil alınmasını təsdiq etmişlər. Malların yekun dəyəri isə 111.612,04 manat təşkil etmişdir. xx.xx.2019-cü il tarixli 321113 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, qarışıq malların satışına görə 111.612,04 manat məbləğində vəsait kassaya mədaxil olmuşdur. İş materiallarında olan xx.xx.2019-cü il tarixli kassa çekindən görünür ki, ümumilikdə 220458,98 manat məbləğində vəsaitin ödənişi aparılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, vergi ödəyicisinin fəaliyyəti dövründə (həmçinin vergi orqanının mübahisələndirdiyi dövrdə) yuxarıda adı çəkilən təhvil-təslim aktı ilə iddiaçının əldə etdiyi mallar onun tərəfindən həm kassa mədaxil orderi, həm də kassa çekindən göründüyü kimi, satılmış və bunun əvəzində müvafiq gəlir əldə edilmişdir ki, bunun da ƏDV-si qanuna müvafiq şəkildə vergi ödəyicisi tərəfindən müvafiq dövrdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə ilə bəyan olunmuşdur. Həmin bəyan olunan məbləğin iddiaçının məhz təhvil-təslim aktlarına əsasən əldə edib, sonradan kassa çeki və mədaxil orderi vasitəsilə satdığı mallara görə əldə etdiyi vəsaitdən ödənilməli olan vergi məbləği olması vergi orqanı tərəfindən mübahisələndirilsə də, sonuncu bu əsassız şübhənin nə ilə bağlı olduğunu və vergi ödəyicisinin təhvil-təslim aktlarına əsasən əldə etdiyi malların sonradan onun tərəfindən satılmış və kassa çeki, mədaxil orderi ilə dəyəri ödənilən mallar olmadığını əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki müvafiq dövrdə vergi ödəyicisinin təhviltəslim aktları ilə əldə etdiyi malların məhz vergi ödəyicisinin satdığı, gəlir əldə etdiyi və bu gəlirdən təqdim etdiyi bəyannamələrə, o cümlədən dəqiqləşdirilmiş bəyannamələrə əsasən ƏDV-ni bəyan etdiyi mallar (nəzərə alınmalıdır ki, təhvil alınan mallarla satılmış malların dəyəri eynilik təşkil edir) olması açıq-aydın görünür. Belə ki, qeyd olunan dövrdə iddiaçının başqa mallar alması faktı mövcud olmamışdır ki, bu da onun sözügedən kassa çeki, kassa mədaxil orderi ilə əldə etdiyi vəsaitin başqa mala görə əldə edilməsinə əsas vermiş olsun. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunması onun vergi qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan vaxtında istifadə kimi qiymətləndirilməli və bu zaman nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır. O ki qaldı həmin dəqiqləşdirilmiş bəyannamələrdəki məlumatların nəzərə alınmadan iddiaçı barəsində müvafiq kameral vergi nəzarəti nəticəsində qərarların qəbul edilməsinə, həmin qərarların qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğu onu qəbul edən inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh orqan vergi ödəyicisinin mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair X1 Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, kameral vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun barəsində cavabdeh qurumun qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbi də əsaslı olub təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-139/2023 saylı 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2023 saylı 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X15 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar