Məhkəmə qərarları › İş №2-1(103)-1107/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1107/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1107/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək kitabçasında qeyd olunmuş xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı ilə qədər olan dövrü iş stajı kimi nəzərə almaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanaraq, tam əmək stajının 32 il 11 ay 2 gün hesab olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1953-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. Müxtəlif müəssisələrdə, müxtəlif vəzifələr üzrə çalışmışdır. Əmək kitabçasında 1973-cü ildən 2009-cu ilə qədər olan iş stajı aşağıdakı kimidir: 1973.xx.xx-1975.02.15 (1 il 2 ay); 1975.xx.xx-1977.08.01 (2 il 3 ay 9 gün); 1977.xx.xx-1978.07.26 (8 ay 25 gün); 1978.xx.xx-1981.02.06 (2 il 3 ay 25 gün); 1981.xx.xx-1985.04.01 (4 il 2 ay 12 gün); 1985.xx.xx-2006.11.30 (21 il 7 ay 18 gün); 2008.xx.xx-2009.06.01 (8 ay 16 gün). Ümumi iş stajı 32 il 11 ay 2 gün təşkil etmişdir. xx.xx.2011-ci ildə təqaüdə çıxmaq üçün sənədləri Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə təqdim etmiş, sonuncu tərəfindən 2000-ci ildən xx xxxxxx 2006-cı ilə qədər olan əmək stajı hesablanmışdır. Bununla əlaqədar məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarından sonra 2000xx.xx.2006-cı ilədək əmək stajı yenidən hesablanaraq ona 1.189,74 manat ödənmişdir. Əmək stajı yenidən hesablandıqda cavabdeh inzibati orqan tərəfindən 2006-cı il 01 yanvar tarixindən xx.xx.2006-cı ilə qədər olan on bir ay hesablanmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdehə etdiyi yazılı müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli **********9 saylı cabab məktubunda göstərilmişdir ki, 2006-cı il üzrə kompüter bazasında sosial sığorta ödənişi olmamışdır. Halbuki, araşdırma zamanı Bakı şəhəri Kiçik Sahibkarlarla iş Departamenti tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2018-ci il tarixli **********138800 saylı məktubda göstərilmişdir ki, xx xxxxxx 2018-ci il tarixə olan uçot baza məlumatlarına “xxxxxxxx” MMC-nin xx xxxx 2004-cü il tarixindən vergi ödəyicisi kimi qeydiyyatda olması müəyyən edilmiş, xx.xx.2000-ci il tarixindən xx xxxxxx 2006-cı il - 2007-ci il və 2008-ci il tarixlərinədək muzdlu işlə əlaqədar ödənilən məbləğ 2.117,83 manat təşkil etmişdir. Faktlardan göründüyü kimi, əmək stajı 32 il 11 ay 2 gün olduğu halda DSMF-nin xx xxxx 2019-cu il tarixli **********4 saylı məktubunda ümumi staj 31 il 3 ay 28 gün kimi qeyd olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun 25 il 04 ay əmək stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək stajının araşdırılması mümkün olmadığından (arxiv sənədlərinin olmamasından) həmin dövr nəzərə alınmamışdır. Qeyd edilən dövrlə xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2399/2018 saylı və xx.xx.2018-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2302/2018 saylı qərarlarına əsasən həmin dövr üzrə stajı nəzərə alınaraq pensiyası hüququ yarandığı tarixdən yenidən hesablanmışdır. Belə ki, 1.198,74 manat yaranmış fərqin 799,16 manatı ödənilmiş, qalan 399,58 manatı cari ayda ödənilmişdir. xx.xx.2019-cu il tarixdən vətəndaşın pensiyası 206,87 manat sığorta hissədən və 1,76 yığım hissədən ibarət olaraq 206,63 manat təşkil etmişdir. 2006-cı il üzrə kompüter bazasında İddiaçı adına heç bir sosial sığorta ödənişləri göstərilməmiş və 2008-2009-cu illərdə “Məktəbli və Tələbə İaşə” ATSC-də işlədiyinə görə Forma 4 əsasında pensiyanın yığım hissəsinə hüququ yarandığı tarixdən (xx.xx.2011-ci il) 1.22 manat əlavə edilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən sübutlara istinad etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. İddiaçı cavabdeh inzibati orqana sosial sığorta stajını təsdiq edən sənəd qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı 2011-ci il tarixindən pensiya alır. Mübahisənin predmeti 18 ay iş stajının hesablanmamasıdır. İddiaçının işlədiyi müəssisə hal-hazırda fəaliyyət göstərmir. Hesablanmayan 18 ay staj müddətinin 11 ayı 2006-cı ilə aiddir. Məhkəmə kollegiyasınıniclasındaiştirakedəncavabdehin nümayəndəsi X3 izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi müddət ərzində işlədiyi müəssisə tərəfindən sosial sığorta haqqları ödənilməmişdir və həmin müddət staja daxil edilmir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1953-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. İddiaçıya xx xxxxxx 2011-ci il tarixində cavabdeh tərəfindən 25 il 04 ay əmək stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı onun 8 il 17 gün stajının ümumi staja daxil olunaraq, yenidən hesablanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2399/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək olan iş illərinin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı ilə qədər olan dövrü iş stajı kimi nəzərə almaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanaraq, tam əmək stajının 32 il 11 ay 2 gün hesab olunması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********9 №li imtina məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun 25 il 04 ay əmək stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2000- ci il tarixdən xx.xx.2006cı il tarixədək stajının araşdırılması mümkün olmadığından (arxiv sənədlərinin olmamasından) həmin dövr nəzərə alınmamışdır. Qeyd edilən dövrlə xx.xx.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2399/2018 saylı və xx.xx.2018-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2302/2018 saylı qərarına əsasən həmin dövr üzrə stajı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanmışdır. Belə ki, 1.198,74 manat yaranmış fərqin 799,16 manatı ödənilmiş, qalan 399,58 manatı cari ayda ödənilmişdir. xx.xx.2019-cu il tarixdən pensiya 206,87 manat sığorta hissədən və 1,76 manat yığım hissədən ibarət olaraq 208,63 manat təşkil edir. 2006-cı il üzrə kompyuter bazasında müraciətçinin adına heç bir sosial sığorta ödənişlər göstərilməmiş və 2008-2009-cu illərdə “Məktəbli və tələbə iaşə” ATSC-də işlədiyinə görə Forma 4 əsasında pensiyanın yığım hissəsinə hüququ yarandığı tarixdən (xx.xx.2011) 1,22 manat əlavə edilmişdir. İddiaçı cavabdehin qeyd edilən imtinasını qanunsuz hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinası ilə razılaşaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikası Dövlət X6 Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 2006-cı il üzrə DSMF-nin kompyuter bazasında İddiaçı adına heç bir sosial sığorta ödənişləri müəyyən edilməmişdir. Yalnız 2008-2009-cu illərdə “Məktəbli və Tələbə İaşə” ATSC-də işlədiyinə görə Forma 4 əsasında pensiyasının yığım hissəsinə hüquq yarandığı tarixdən, yəni xx.xx.2011-ci ildən 1,22 manat əlavə edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunvericiliyinin müddəalarından göründüyü kimi, iş stajının sosial sığorta stajına əlavə edilməsi üçün Dövlət X9 müvafiq sosial sığorta ödənişləri həyata keçirilməlidir. xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubdan göründüyü kimi, sığortaedən “xxxxxxxx” MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqı sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunmamışdır. Göründüyü kimi, qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının pensiyası xx.xx.2000-ci ildən xx.xx.2006-cı il tarixinədək olan dövr sosial sığorta stajı olaraq nəzərə alınmaqla əmək pensiyası yarandığı xx.xx.2011-ci il tarixdən yenidən hesablanmışdır. İddiaçıya pensiya hesablanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini almaq hüququ yoxdur. İddiaçının xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməsi faktı müəyyən edilmədiyindən, iddiaçının qeyd olunan işlədiyi müddətin sosial sığorta stajına əlavə edilərək pensiyasının yenidən hesablanması üçün subyektiv hüququ yaranmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar