Məhkəmə qərarları › İş №2-1(103)-1107/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1107/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1107/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olduğundan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.331). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…xx.xx.1962-ci ildə anadan olmuş və Xaçmaz rayonu “Pravda kolxozunda” işə başlamış, müxtəlif idarə və müəssisələrdə qaz elektrik və elektrik qaynaqçısı kimi çalışmış, xx.xx.2017-ci ildən bu vaxta kimi (4 il 2 ay) "xxxx" MMC-də elektrik qaz qaynaqçısı vəzifəsində çalışır. Onun Bakı Qazanxana Mexaniki zavodunda, həmin zavodun nəzdində yaradılmış "xxxx" Birliyində, Caspian modulları LTD Şirkətində işlədiyi elektrik qaynaqçısı peşəsində işlədiyi müddət, ümumilikdə təxminən, 18 ildən çox və "xxxx" MMC-də 4 ildən çox əmək fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №İi və xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalçıların, peşələrinn, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən zərərli sahə hesab olunur. Ümumilikdə, əmək stajı 25 ildən çoxdur. Bununla əlaqədar Filiala müraciət edərək güzəştli şərtlərələ pensiya təyin edilməsini xahiş etmiş, lakin sonuncu 05 noyabr 2022-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, onun ümumi əmək stajı 25 ildən az təşkil edir...” Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 1 ay (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999 dövrlər) 2006-2022-ci illər üzrə cəmi 5 il 11 ay təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21576,80 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olduğundan ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 1 ay (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-ci il,xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il,xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 5 il 11 ay)) təşkil edir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli BA-06486-2022 nömrəli arxiv arayışına əsasən iddiaçı bəzi dövrlərdə əmək haqqı almamışdır. Həmçinin, 1999-2003-cü illərə dair arxiv sənədlərinin əmək haqqı cədvəllərində İddiaçı barəsində heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21576,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi mübahisələndirlən dövrdə iddiaçının əmək fəaliyyəti barədə şəxsi vərəqinin arxiv surətini məhkəməyə edərək, birinci instansiya məhkəmsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü iddiaçı xx.xx.2022-ci (şəxs.vəs. No 155367385; ASAN-4 xx.xx.2015) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29.iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixinə 25 ildən də çox ümumi iş stajı və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən xsusilə zərərli iş şəraitində iş stajı toplapınr. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. ...; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Eyni zamanda, iddiaçının peşə təhsili aldığı və həqiqi hərbi xidmətdə olduğu vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, iddiaçının işdə olan diplomuna, hərbi biletinə və əmək kitabçasına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1979-xx.xx.1980: Xaçmaz rayonu “Pravda kolxozunda fəhlə - 10 ay 24 gün; xx.xx.1980-xx.xx.1982: müddətli həqiqi hərbi xidmət – 2 il 1 ay 11 gün; xx.xx.1982- xx.xx.1983: Xaçmaz hərbiləşdirilmiş mühaficə bölməsində gözətçi- 7 ay 15 gün; xx.xx.1983-xx.xx.1984: 86 N:li X5 Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili – 7 ay 15 gün; xx.xx.1984-xx.xx.1996: Bakı Qazanxana Mexaniki zavodunda elektrik qaz qaynaqçısı- 11 il 10 ay 28 gün; xx.xx.1996-xx.xx.1998:Bakı Qazanxana Mexaniki zavodun nəzdində yaradılmış "xxxx" birgə müəssisəsində qaynaqçı – 2 il 6 ay; xx.xx.1998-xx.xx.2003: Bakı Qazan Mexaniki zavodunda - elektrik qaynaqçısı – 4 il 7 ay 1gün; xx.xx.2006-xx.xx.2006: Caspian modulları Bildinqs LTD Şirkətində (filialda)- qaynaqçı –8 ay; xx.xx.2006-xx.xx.2007: həmin filialda- qaynaqçı -1 il 17 gün. Hazırkı mərhələdə iddaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş AR Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2023-cü il tarixli məktuna əsasən əldə olunmuş iddiaçının Bakı Mexaniki zavadunda əmək fəaliyyətini əks etdirən şəxsi vərəqəsində (T-2 kartında) əmək kitabçasının tədqiq olunan qeydlərində işlədiyi dövrlərin mövcudluğu öz təsdiqini tapır. Eyni zamanda, onun işlədiyi həmin Filialın işə əlavə olunmuş 7 oktyabr 2022-ci il tarixli arxiv arayışına əsasən də müəyyən olunur ki, iddiaçı həmin 1998-ci ilə kimi zavodda çalışmış ona əmək haqqı hesablanmışdır. Sözügedən arayış üzrə iddiaçının 1994-1998-ci illərdə ümumilikdə 12 ay ərizində əmək haqqı almadığı günlər nəzərə alınmaqla iddiaçının əmək kitabçasının tədqiq olunan qeydləri üzrə xx.xx.2007-ci il tarixə kimi 23 il 11 ay 22 gün təşkil edir. Bundan əlavə, işə əlavə olunmuş "xxxx" MMC-nin D-22 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən ( xx.xx.2022-ci il tarixə qədər 4 il 7 ay 18 gün) həmin müəssisədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» xx.xx.2007-ci il tarixli 12 saylı qərar bölmə 11 «Metal emalı» 11,5 bənd «Metal emalı üzrə sair peşələr, fəhlələr bölməsində (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları) nəzərdə tutulan güzəştli pensiya hüququ verənə 4-cü dərəcəli əli ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində çalışmışdır ( Qeyd olunmalıdır ki, əli ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi həmin Siyahının 35-ci «Ümumi peşələr) bölməsində də nəzərdə tutulmuşdur.) Cavabdeh, ümumiyyətlə, iddiaçının müraciətinə imtina cavabında, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində iddiaçının "xxxx" MMC-də işlədiyi dövrü mübahisələndirilmir və onun 2006-2022-ci illər üzrə cəmi 5 il 11 ay iş tajının mövcudluğu qəbul edilir. İddiaçının 2017-2022-ci illərdə "xxxx" MMC-də işlədiyi işlədiyi 4 il 7 ay 18 gün əmək fəaliyyəti onun əmək kitabçasının tədqiq olunan qeydləri və arxiv arayışları üzrə xx.xx.2007-ci il tarixə qədər toplanan 23 il 11 ay 22 gün iş stajı ilə cəmləndikdə, onun ümumi stajı - 28 il 7 ay 10 gün təşkil edir ki, onun həmin stajının 12 il 6 aydan da çox hissəsini elektrik qaz qaynaqçısı və əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 35-ci bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələrdə işləmişdir (Oxşar işlər üzrə məhkəmə təcrübəsində də qeyd olunan peşələr üzrə iş stajı güzəştli pensiya hüququ verən sığorta stajı kimi qiymətləndirilmişdir). Beləliklə də, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin, o cümlədən, 25 il ümumi və 12 il 6 aydan çox xüsusi stajının mövcudluğu sübuta yetirilir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddia tələbinin təmin olunaraq, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının araşdırılmadığını, qərar qəbul qəbul edilərəkən maddi və prosessual hüquq normalarını pozdulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar