Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1107/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixində Azərbaycan Respublikası, Ağdam rayonunda anadan olmuşdur. İki il Sovet Ordusunda, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmişdir. 13 il əlil olmağına baxmayaraq, dəfələrlə tibb müəssisəsinin göndərişi cavabdehə göndərilsə də, cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə əlilik təyinatından imtina etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü ildə o tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səbətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir. Belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəstədir, 13 il əlil olmuş, bu səbəbdən də, hesab edir ki, cavabdehin ona xx.xx.2023cü ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 3-cü dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Ali Məhkəmənin 2-1(102)-1906/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1944/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1012/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1053/2022 nömrəli, xx.xx.2022-ci il tarixli analoji qərarlarını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. Qeyd etmək istəyir ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuş, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını zəruri hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının elektron məlumatından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Sol budun sarğı nahiyyəsini dəlib keçən güllə yaralanmasından sonraki vəziyyət. Xr qasrirodioduodenit” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində iddiaçıda olan xəstəliklərin əlilliyin təyininə əsas vermədiyi qeyd olunmuşdur. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-4/2-C-7626/2023 nömrəli imtina məktubuna əsasən iddiaçının hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, o, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciəti əsasında xx.xx.2022- ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətində ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - Ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü tarixdə ElmiTədqiqat Travmotologiya və Ortopediya İnstitutunda mütəxəssis-travmotoloqların və rentgenoloji müayinələrin, nevroloqun tibbi rəyi əsasında ona “Odlu silah yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç səthində və sol sağrı nahiyəsində, sol saidin aşağı 1/3-nin iç ön səthində kobud ağrılı dartıcı çapıq toxumaları, sol əlin barmaqları yarım bükülmə vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofıyası, daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması, sol oturaq sinirinin neyropatiyası, pəncənin sallanması, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, G56.2, R52.1, Z73.6, G57.0, M21.3, M62.5, R26.8.)” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma N2 0217003AAJKV göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah güllə yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç və ya sol sağrı nahiyəsinin çapıq toxuması, daimi ağrı sindromu, oynaqların kontrakturası, sol əl barmaqlarının yarım-bükülmüş vəziyyətində açıcı-bükücü kontrakturası” diaqnozu ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Sol budun sarğı nahiyyəsini delib keçən güllə yaralanmasından sonraki vəziyyət. Xr qasrirodioduodenit” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Son müayinə nəticəsində onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik təyin etmir əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş ekspert rəyindən görünür ki, “Odlu silah yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç səthində və sol sağrı nahiyəsində, sol saidin aşağı 1/3-nin iç ön səthində kobud ağrılı dartıcı çapıq toxumaları, sol əlin barmaqları yarım bükülmə vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofıyası, daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması, sol oturaq sinirinin neyropatiyası, pəncənin sallanması, əzələ atrofıyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, G56.2, R52.1, Z73.6, G57.0, M21.3, M62.5, R26.8.)” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma N2 0217003AAJKV göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah güllə yaralanmasından sonra, sol budun yuxarı 1/3-nin iç və ya sol sağrı nahiyəsinin çapıq toxuması, daimi ağrı sindromu, oynaqların kontrakturası, sol əl barmaqlarının yarım-bükülmüş vəziyyətində açıcı-bükücü kontrakturası” diaqnozu ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda həmin xəstəliklərin mövcudluğu müəyyən olunsa da, adıçəkilən xəstəliklər XBT kodları nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-2252/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1107/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1107/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver