Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-111/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1972-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 29.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,1992-ci ilin may ayın əvvəlində Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin hərbiləşdirilmiş mühafizə xidməti tabeliyində olan oğurluğa qarşı xüsusi təyinatlı dəstəsində baş müfəttiş vəzifəsində işləməyinə baxmayaraq erməni vəhşiliyinə dözməyərək könüllü olaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Milli qəhrəman polkovnik Eldar Ağayevin tabeliyində olan N nömrəli hərbi hissəyə daxil oldu. Xaqani Rüstəmovun təşkil etdiyi Əfqanıstan döyüşçüləri adlı hissənin azlığına görə N nömrəli hərbi hissə elan edildi və o, həmin hərbi hissənin tərkibində qulluğa başladı. Xocavənd rayonunun Qrapatkina və Əmiralla kəndində olan Qurtuluş adlı batalyonla birlikdə qulluğa başladı. 1992-ci ilin iyun ayında onu ordan çıxararaq Fizuli rayonu X2 kəndində orta məktəbə yerləşdirdilər.1992-ci ilin son günlərinə qədər Fizuli rayonu kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin avqust ayının 30-da gecə saat 04.00 da həyəcan siqnalı ilə qaldırılaraq Bakıya Müşfiq qəsəbəsində yerləşən hərbi hissəyə gətirdilər. N gün sonra onlara bildirdilər ki, könüllü döyüşçülər tərxis olunurlar və Mill ordu yaradıldı. İddiaçı qeyd edilənlərə istinad edərək ona veteran vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 28.01.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 09.07.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarının ləğv edilməsini və barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus AO ******* seriya və nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Xətai rayonu hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, N noyabr 1990-cı ildə hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətini 22 iyul 1991-ci ildə ailə vəziyyətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, 16 iyul 1994-cü il tarixdən etibarən Seyfəli hərbi təlim mərkəzindən göndərilmiş İddiaçı hərbi hissənin taborların şəxsi heyət siyahısına salınmış və ümumi təchizatlarla təmin olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30 yanvar 2013-cü il tarixli 10/2-115 nömrəli məktubundan görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin iyul 1996-cı il tarixli əmrindən sonrakı xidməti barədə məlumat yoxdur və N saylı hərbi hissənin sənədləri arxivə daxil olmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 25 sentyabr 2018-ci il tarixli 469 nömrəli arayışdan görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı 05.1992-ci il tarixdən 09.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, 07.1994-cü il tarixdən 07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.02.08.1991-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 sentyabr 2018-ci il tarixli A-10554 nömrəli arayışından görünür ki, DİN-in Baş Əməliyyat və Statistik İdarəsində xx xxxxxxxx 1972-ci ildən Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 04 noyabr 2019-cu il tarixli, 1/A-15612 saylı məktubunda qeyd edilir ki, N və N nömrəli hərbi hissələrdə İddiaçı xidməti barədə məlumatlar arxiv sənədlərində aşkar olunmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir . - Azərbaycan Respublikasının Hərbi Prokuroluğunun 22 aprel 2002-ci il tarixli qərarından görünür ki, İddiaçı həqiqi hərbi xidmətini qanunla müəyyən edilmiş müddətini faktiki olaraq başa vurduğu üçün barəsində cinayət işinin başlanılması rədd edilmişdir. - İşin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 04 noyabr 2019-cu il tarixli, 1/A-15612 saylı məktubunda qeyd edilir ki, N və N nömrəli hərbi hissələrdə İddiaçı xidməti barədə məlumatlar arxiv sənədlərində aşkar olunmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir .Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 22 aprel 2002-ci il tarixli qərarından görünür ki, İddiaçı həqiqi hərbi xidmətinin qanunla müəyyən edilmiş müddətini faktiki olaraq başa vurduğu üçün barəsində cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı cinayət təqib məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən məhkəməyə göndərilmiş şəxsi kartoçkadan çıxarışdan görünür ki, İddiaçı 01.11.1990-cı ildən- 20.07.1991-ci ilə qədər əsgər(kursant) olmuşdur. Həmçinin işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən 10.09.2020-ci il tarixdə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə, “xxxx” QSC-yə müvafiq sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə ünvanlanmış sorğularda İşin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının hansı dövrlərdə həqiqi və könüllü hərbi xidmətdə olması barədə ətraflı məlumatı, ******* nömrəli hərbi biletin təkrar verilməsinin səbəblərini, hərbi biletin 21-ci səhifəsində qeyd olunan “hərbi bilet:H/bilet əvəzi vəsiqənin əvəzinə verilib” qeydinin açıqlaması barədə ətraflı məlumatı və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. “xxxx” QSC-yə ünvanlanmış sorğuda İşin obyektiv və hərtərəfli araşdırılması üçün “xxxx” QSC tərəfindən iddiaçıya verilmiş 26.09.2018-ci il tarixli, NÜA-A/47 nömrəli arxiv arayışında olan əmrlərin (əmr № NO-14/k, 25.05.1992-ci il tarixli; əmr №34/E, 17.08.2018-ci il tarixli (mətn üzrə), əmr № NO-81/Ş, 29.07.1994-cü il tarixli; əmr № No-184/L, 02.11.1994-cü il tarixli) təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olmuş sənədlərin surətlərini (məsələn: N №-li hərbi hissənin arayışı, N №-li hərbi hissənin 22.05.1992-ci il tarixli arayışı və s.), və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda Məhkəmə tərəfindən 03.11.2020-ci il tarixdə “xxxx” QSC-yə təkrar sorğu ünvanlanmışdır. 21.01.2021-ci il tarixdə “xxxx” QSC-yə yenidən sorğu ünvanlayaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün əmr № NO-14/k, 25.05.1992-ci il tarixli; əmr №34/E, 17.08.2018-ci il tarixli (mətn üzrə), əmr № NO-81/Ş, 29.07.1994-cü il tarixli; əmr № No-184/L, 02.11.1994-cü il tarixli) təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olmuş sənədlərin surətlərini (məsələn: N №-li hərbi hissənin arayışı, N №-li hərbi hissənin 22.05.1992-ci il tarixli arayışı və s.), və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. 08.12.2020-ci il tarixdə “xxxx” QSC tərəfindən məhkəmənin 03.11.2020-ci il tarixli sorğusuna cavab olaraq daxil olmuş məktuba qoşma kimi İddiaçı iş stajı barədə arayış məhkəməyə təqdim edilmişdir. 12.02.2020-ci il tarixdə “xxxx” QSC tərəfindən məhkəmənin 21.01.2021-ci il tarixli sorğusuna cavab olaraq, əmr № NO-81/Ş, 29.07.1994-cü il tarixli və əmr № No-184/L, 02.11.1994-cü il tarixli əmrlərdə çıxarışın surəti, eyni zamanda 0055 №-li kartoçkaarayışın surəti məhkəməyə təqdim edilmişdir. 06.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən məhkəmənin 10.09.2020-ci il tarixli sorğusuna cavab olaraq, göndərilmiş 02.10.2020-ci il tarixli, 1372 №-li məktubda qeyd edilmişdir ki, “ xx.xx.1972-ci il təvəllüdlü İddiaçı 05.1992-ci il tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunmuş, 05.1992-ci il tarixdən 09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində 07.1994-cü il tarixdən 07.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçmiş, AR Hərbi Prokurorluğunun 03.04.2002-ci il tarixli HP-7-1/345 nömrəli məktubuna əsasən AR CM-nin 74-cü, CPM-nin 40.2.3 və 212 maddələrini rəhbər tutaraq cinayət işi başlanması rədd edilmiş və hərbi qeydiyyata alınması üçün Xətai rayon Hərbi Komissarlığına göndərilmişdir. Xidmət zamanı İddiaçı aid NZ № ******* hərbi bilet itmişdir. İtmiş hərbi biletin əvəzinə 06.06.2003-cü il tarixdə ona 4/225 nömrəli hərbi bileti əvəzi verilmişdir, İddiaçı hərbi bileti əvəzi vəsiqəsinə 24.11.2004-cü il tarixdə AO № ******* nömrəli hərbi bilet verilmişdir. (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi polkovnik – Əqid Bayroyev) Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki “Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə tam məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. İşin hallarından və iş materiallarında olan hərbi biletin təsdiq edilmiş surətinə və müvafiq əmrlərdən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı N noyabr 1990-cı ildə hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətini 22 iyul 1991-ci ildə ailə vəziyyətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, daha sonrakı məlumatlara əsasən isə 07.1994-cü il tarixdən 07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçdiyi dövr 07.1994-cü il tarixdən başlasa da, qanunvericilik aktlarından göründüyü kimi müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi iddiaçının N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçdiyi dövr 1994-cü il mayın 12-dən sonrakı dövrə təsadüf edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi N və N nömrəli hərbi hissələrində xidmət keçməsi və qanuni şəkildə tərxis olunması dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərlə sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. AR İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2009/2020 saylı iş üzrə 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-111/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-111/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver