Məhkəmə qərarları › İş №2-1(103)-111/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-111/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-111/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndələri X20 və X22 iştirakları ilə, İddiaçı “X12 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı “X12 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarın və aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanının “İnzibati şikayətin təmin edilməməsi haqqında” 29 aprel 2020-ci il tarixli, **********285400 nömrəli qərarının ləğv edilməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının və 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar vergi yoxlaması aktının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) ilə əvəz edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019- cu il tarixli, **********195477 nömrəli qərarının və 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar vergi yoxlaması aktının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının mübahisələndirilən hissədə, yəni 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Milli Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 29 iyun 2018-ci il tarixli, **********155055 nömrəli Qərarına əsasən, vergi orqanı tərəfindən "xxxx" MMC (bundan sonra iddiaçı) üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan vergi növləri və müvafiq dövrlərin siyahısı 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar X29 (bundan sonra, “Akt”) öz əksini tapmışdır. Akta əsasən, iddiaçı tərəfindən bəyan edilmiş və ödənilmiş vergilər, o cümlədən, 2016 və 2017-ci illər üzrə Mənfəət və Əmlak vergisi, 2016-cı ilin avqust ayından 2018-ci ilin aprel ayınadək olan dövrü əhatə edən müddət üzrə X32 (bundan sonra, “ƏDV”) və qeyrirezidentlərin X32 (bundan sonra, “QR ƏDV”), eləcə də, 2016-cı ilin 3-cü rübündən 2018-ci ilin 1-ci rübünədək olan dövrü əhatə edən müddət üzrə X26 (bundan sonra, “ÖMV”) yoxlanılması həyata keçirilmişdir. Belə ki, aktda qeyd edilən dövrlər üzrə müvafiq vergi bəyannamələrinin yoxlanması nəticəsində iddiaçı tərəfindən yuxarıda qeyd olunan vergilər üzrə bəyan olunmuş məbləğlərin azaldıldığı iddia edilmiş və həmin vergi məbləğlərinə 50% miqdarında maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bununla əlaqədar, 18 dekabr 2019-cu il tarixində iddiaçı Milli Gəlirlər Baş İdarəsinə aktda qeyd olunan kənarlaşmalarla razılaşmamağının səbəblərinin ətraflı şəkildə izah edildiyi etiraz məktubu ilə müraciət etmişdir. 25 dekabr 2019-cu il tarixində vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxılması məqsədi ilə vergi orqanı iddiaçının nümayəndəsi ilə Milli Gəlirlər Baş İdarəsinin inzibati binasında görüş keçirilmiş və müvafiq məsələlər müzakirə edilmişdir. Lakin 29 dekabr 2019-cu il tarixli **********195477 nömrəli Qərara (bundan sonra, “Qərar”) əsasən, iddiaçıya ümumilikdə 12.193.900,78 manat olmaqla, 8.579.652,18 manat məbləğində əlavə vergi və 3.614.248,60 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Qərarın qəbulunun ardınca 30 dekabr 2019-cu il tarixində iddiaçı müvafiq qərarın razılaşmadığı hissələrinə dair inzibati şikayətlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. 29 aprel 2020-ci il tarixində vergi orqanı “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********285400 nömrəli qərar qəbul edərək, müvafiq inzibati şikayətin təmin edilməsindən imtina etmişdir. Müvafiq qərarda şikayətin təmin edilməməsinin əsasları izah edilməmiş, yalnız Vergi Məcəlləsinin (bundan sonra, “VM”) bir sıra maddələrinin adı çəkilmiş və hansı səbəbdən bu maddələrin Qərarda yer alması naməlum qalmışdır. Müvafiq qərarda qeyd edilən və razılaşmadıqları əlavə hesablanmış vergi məbləğlərinin ətraflı izahı aşağıdakı kimidir: ƏDV ilə bağlı qərarda qeyd edilir ki, yoxlama dövrü ərzində ƏDV məbləğinin ümumilikdə 6.499.743,55 manat azaldılması (o cümlədən, 2016-cı ilin avqust-dekabr aylarında 1.503.764,53 manat azaldılması, 2017-ci il üzrə 4.056.045,7 manat azaldılması, 16.647,01 manat artıq hesablanması, 2018-ci ilin yanvar-aprel aylarında 956.580,33 manat azaldılması) aşkar edilmişdir. QR ƏDV ilə bağlı Qərarda qeyd edilir ki, qeyri-rezidentlər tərəfindən göstərilmiş 32.368.122,36 manat dəyərində xidmətlərə görə ödənilməli olan məbləğlər ƏDV dövriyyəsində nəzərə alınmamış və ümumilikdə 5.826.262,02 manat ƏDV məbləği iddiaçı tərəfindən azaldılmışdır. Ümumilikdə azaldılmış 6.499.743,55 manat ƏDV məbləğinin 5.826.262,02 manat hissəsi QR ƏDV-i ilə bağlıdır. ÖMV ilə bağlı qərarda qeyd edilir ki, ödəmə mənbəyində tutulan verginin ümumilikdə 2.018.876,48 manat azaldılması, 554,34 manat artıq hesablanması müəyyən edilmişdir. Beynəlxalq rabitə xidmətlərinə görə yoxlanılmış dövr üzrə qeyri-rezidentlərə ödənilmiş cəmi 9.019.674,65 manat məbləğ ÖMVyə cəlb olunmamış və bu, ümumilikdə 541.180,48 manat ÖMV-nin azaldılmasına gətirib çıxarmışdır. Vergi orqanı yuxarıda qeyd olunan ƏDV və ÖMV-nin tətbiqi ilə bağlı məsələni düzgün şəkildə əsaslandırılmamış, bu isə VM-in müvafiq müddəalarının qeyri-düzgün tətbiqi, əhəmiyyətli məbləğdə əlavə vergilərin hesablanması və beləliklə də İddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Aktı nəzərdən keçirdikdə bu qənaətə gəlmək olar ki, yoxlanılan dövr, yəni avqust 2016-cı il - aprel 2018- ci il (bundan sonra, “Dövr”) ərzində hesablanmış ƏDV bəyannamələrində göstərilmiş ƏDV məbləğləri ilə bu məbləğlərlə bağlı sənədləşmələr üzləşdirilmişdir. Nəticədə, vergi orqanı iddiaçı tərəfindən müvafiq əməliyyat üzrə ƏDV öhdəliyinin ümumilikdə 598.456,82 manat məbləğində azaldıldığı iddiasını irəli sürmüşdür. Bu məbləğin hansı hissəsinin bəyan olunmaması və ya düzgün dövrdə bəyan olunmaması aktda açıqlanmamışdır. Akta əsasən, iddiaçı ƏDV tutulan əməliyyatların ƏDV-nin məqsədləri üçün tanınma dövrünün şərtlərini pozmuşdur. Belə ki, iddia olunur ki, ƏDV tutulan əməliyyatların tanınması dövrünün müəyyən olunması üçün xidmətlərin təqdim edilməsini sübut edən sənədin imzalanma tarixi deyil, həmin xidmətlərin təmin olunması dövrü nəzərə alınmalıdır. İddiaçı tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək həyata keçirilir və bu zaman VM-in 166.1 və 166.3-cü maddələrinin şərtlərinə müvafiq qaydada ƏDV bəyan edilir. Eyni vergi orqanı xidmətlərin müntəzəm xarakterli xidmət olduğuna qəbul etmişdir. Belə ki, VM-in 166.1-ci maddəsinə müvafiq olaraq, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının (bundan sonra, “e-VHF”) verildiyi vaxt sayılır. Yəni ƏDV-yə cəlb olunan gəlirin tanınması günü, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 30 gün ərzində ödəniş həyata keçirildikdə, ödənişin keçirildiyi tarix, ödəniş 30 gün sonra həyata keçirildikdə və malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 5 gün ərzində ƏDV-nin e-VHF verilirsə, eVHF-nın tarixi, əks halda malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi tarixi əsas götürülməlidir. Göründüyü kimi, sözügedən maddə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən edir və xüsusi hallarda müvafiq qaydadan kənar digər qaydaların mövcudluğunu istisna etmir. Bununla bağlı qeyd olunmalıdır ki, VM-in 166.3-cü maddəsinə əsasən, xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV- nin e-VHF-nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Qeyd edilən müddəaya əsasən aydındır ki, iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün VM-in 166.1-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğundan, bu verginin məqsədləri üçün müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər dedikdə, həmin xidmətlərin hər ay üzrə mütəmadi olaraq göstərilməsi başa düşülür. Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, bu əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların vaxtı ödəmənin əvvəlcədən həyata keçirildiyi hal istisna olmaqla, xidmətlərin tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF-nın verildiyi vaxt, xidmətlər tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF verilmədiyi halda isə həmin xidmətlərin tam başa çatdığı vaxt hesab edilir. Aktı nəzərdən keçirdikdə məlum olur ki, yuxarıdakı əməliyyatlardan başqa, vergi orqanı həmçinin iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda həyata keçirilmiş xidmətlərin tanınma dövrü ilə razılaşmır və VM-in 166.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV kənarlaşmalarının olduğunu iddia edir. Bu məsələdə bir məqama diqqət yetirmək çox vacibdir. Belə ki, biznes praktikası və mövcud qanunvericilik əsasında tərtib edilən xidmət müqavilələrində xidmətin göstərilməsi, bir qayda olaraq, tərəflər arasında imzalanan akt və ya onu əvəz edən sənədlə yekunlaşır (əksər müqavilələrdə aktın xidməti alan tərəfindən imzalanmasının son tarixi göstərilir və bu tarix ərzində xidmət alan aktı imzalamazsa, eyni zamanda öz iradını da bildirməzsə, son tarixdə akt imzalanmış hesab edilir). Məhz müqavilə əsasında xidmət göstərənin xidmətin dəyərini əldə etmə hüququ və xidməti alanın bu xidmətin əvəzini ödəmə öhdəliyi bu tarixlərdə (imzalama və ya son tarixdə) yaranır. Buna görə də, VM-in 166-cı maddəsindən əvvəl VM-in 159 və 161-ci maddələri nəzərdən keçirilməlidir. VM-in 159-cu maddəsinə əsasən, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar VM-in 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, ilk növbədə vergitutma obyekti yaranmalıdır. VM-in 161-ci maddəsinə əsasən isə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında formalaşır. Bu isə o deməkdir ki, tərəflər arasında imzalanmış (qəbul olunmuş) akt yoxdursa, bu halda VM-in 159 və 161-ci maddələri təmin olunmamış hesab edilir. Yəni, 166-cı maddədə nəzərdə tutulmuş 5 gün və 30 gün müddətlərini hesablamaq üçün işlərin hər hansı ayda deyil, ayın hansı günündə başa çatması əsasdır. Belə ki, VM-in 68.2-ci maddəsinə əsasən, vergi məqsədləri üçün hər hansı müddət göstərilən dövrün sonuncu gününün axırında bitir. Müntəzəm xarakterli xidmətlərdə, xidmətlər təkrarlanan qaydada hər gün (hər saat, dəqiqə, saniyə) göstərilə bildiyi üçün VM-in xidmətin göstərildiyi dövrü məhz e-VHF-nın verildiyi tarixə əsasən müəyyən etməsi məntiqlidir. İddiaçı qeyd olunan tələbə əməl edərək bu kimi xidmətləri vergi-hesab fakturanın verildiyi dövrdə və ödəmə əvvəl baş verdiyi təqdirdə ödəmə tarixi dövründə ƏDV dövriyyəsində tanımış və müvafiq ƏDV hesablamışdır. Ayrıca olaraq, VM-in 166.1ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) sonra 30 gün ərzində ödənişin edilməməsi, və ya bu tarixdən etibarən e-VHF-nın 5 gün ərzində verilməməsi halında, ƏDV tutulan dövriyyənin məhz xidmətlərin göstərilməsi (işlərin görülməsi) ayının əsas götürülməsi tələbi yoxdur. Bundan başqa, VM-in 166.2-ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində VM-in 166.1-ci maddəsinə istinad yoxdur. Onu da qeyd etmək lazımdır ki, VM- in 166-cı maddəsinin bütün müddəaları bərabər hüquqi qüvvəyə malikdir və biri digərindən üstün hesab edilə bilməz. Bu isə, Aktda göstərilən “Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən bu əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların vaxtı ödəmənin əvvəlcədənhəyata keçirildiyi hal istisna olmaqla, xidmətlərin tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF-nın verildiyi vaxt, xidmətlər tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF verilmədiyi halda isə həmin xidmətlərin tam başa çatdığı vaxt hesab edilir” nəticəsinin VM-in 166.3-cü maddəsinin VM-in 166.1-ci maddəsi ilə qanunsuz olaraq əlaqələndirilməsi deməkdir. Yuxarıda qeyd olunanları və iddiaçı özünün apardığı ilkin hesablamalara əsasən yuxarıda qeyd olunan vergi məbləğinin 224.162.56 manat hissəsinin iddiaçı tərəfindən sonrakı hesab dövrlərində bəyan olunduğunu, lakin vergi orqanı tərəfindən nəzərə alınmadığını müəyyən etmişdir. Qalan 374,294.26 manat məbləğin (598,456.82- 224,162.56) isə vergi orqanı tərəfindən necə hesablandığını aşkar etmək mümkün olmamışdır. Beləliklə, vergi orqanının ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların tanınması vaxtına dair VM-in tələblərinin pozulmasına dair iddiası əsassızdır. Aktda həmçinin qeyri-rezidentlərin vergi öhdəlikləri ilə bağlı kənarlaşmaların aşkarlandığı qeyd olunur. Belə ki, akta müvafiq olaraq, qeyri-rezidentlər tərəfindən göstərilmiş 32.368.122.36 manat dəyərində xidmətlərə görə ödənilməli olan məbləğlər ƏDV dövriyyəsində nəzərə alınmamış və ümumilikdə 5.826.262,02 manat ƏDV məbləği iddiaçı tərəfindən azaldılmışdır. Bundan əlavə, qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daha bir vergi öhdəliyi olan ÖMV məbləğlərinin də 2.018.876.48 manat azaldıldığı göstərilmişdir. Aktda vergidən kənarlaşmalarla bağlı QR ƏDV-si üzrə VM-in 169-cu maddəsinin tələblərinin və ÖMV üzrə VM-in 125.1-ci maddəsinin tələblərinin gözlənilmədiyi qeyd olunur. Bununla yanaşı, vergidən yayınma barədə iddianı dəstəkləmək məqsədilə X11 Reqlamentinin 6.3-cü maddəsinə istinad olunur. Belə ki, sözügedən maddədə təklif olunan azadolma güzəştləri yalnız qeyri-rezident tərəfindən əldə olunan telekommunikasiya xidmətlərinə münasibətdə tətbiq olunur və İddiaçı və qeyri-rezidentlər arasında aparılan əməliyyatlara, yəni qeyrirezidentdən Azərbaycan istehlakçılarına satılmaq üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinə tətbiq edilmir. İddiaçı Azərbaycan Respublikasında yerli telekommunikasiya şirkətlərinin abunəçilərinə beynəlxalq telekommunikasiya xidmətləri göstərmək məqsədilə xarici telekommunikasiya şirkətindən (bundan sonra “qeyrirezident”) müvafiq telekommunikasiya xidmətlərini alır və beləliklə, xidmətləri göstərən qeyri-rezident ƏDV məqsədləri üçün VM-in 168.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında xidmət göstərmiş hesab olunur. Bundan əlavə, VM-in 13.2.16.17-ci maddəsinə əsasən, qeyri- rezident belə xidmətlərin göstərilməsinə görə ÖMV məqsədləri üçün Azərbaycan mənbəyindən gəlir əldə etmiş hesab olunur. VM-in 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində VMin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Eyni zamanda, VM-in 169.2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. VM-in 168.1.5-ci maddəsində isə telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı işlərin görüldüyü yer belə xidmətlərin alıcısının qeydiyyatda olduğu yer kimi göstərilir. Yuxarıda qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, qeyri-rezident mobil operator iddiaçıya telekommunikasiya xidmətləri göstərdiyinə və İddiaçının qeydiyyatda olduğu yer Azərbaycan Respublikası olduğuna görə, bu əməliyyatlar QR ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 mart 2000-ci il tarixində imzalanmış 826-İQ nömrəli “X5 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası X4 1992-ci il dekabrın 22də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 fevral 2014-cü il tarixində imzalanmış 895-İVQ nömrəli “X6”nin təsdiq edilməsi haqqında Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış “X6”-nin (bundan sonra, “TR”) müddəalarına qoşulmuşdur. TR-in 1.1-ci maddəsinə əsasən, əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (authorized operating agency), eləcə də, belə xidmətlərin göstərilməsi üçün istifadə olunan beynəlxalq telekommunikasiyanın əsas ötürülmə vasitələri ilə əlaqədar tətbiq edilə bilən müddəalar əks olunur. TR-in A. abis) bəndinə əsasən, TR-də əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra, “səlahiyyətli istismar təşkilatları”) tətbiq edilə bilən müddəalar da əks olunur. Beynəlxalq telekommunikasiya xidməti isə öz TR-ın 2.2-ci bəndinə əsasən müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi kimi müəyyənləşdirilir. İddiaçının Nizamnaməsinə əsasən, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir və onun əsas məqsədi kimi Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında beynəlxalq telekommunikasiya və poçt xidmətlərinin təşkil edilməsi, operatorlararası hesablaşmaların aparılması, telekommunikasiya və informasiya texnologiyaları sahəsində xidmət göstərən yerli və beynəlxalq operatorlarla (müəssisə və təşkilatlarla) işgüzar fəaliyyətin genişləndirilməsi və gəlir əldə etməsi göstərilir. TR-in 6-cı maddəsinə və onun istinad etdiyi Əlavə 1 və 2-yə əsasən göstərilən xidmətlər və onların haqqı iki hissəyə bölünür: səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən səlahiyyətli istismar təşkilatları arasında baş verən. TR-də müştəriyə anlayış verilməsə də, səlahiyyətli istismar təşkilatlarına verilən anlayışdan bəllidir ki, o müştəri deyil. Bu, həm də müştəri və səlahiyyətli istismar təşkilatlarının müxtəlif tərkibdə olan eyni maddələr daxilində, eyni zamanda istifadə olunmasından da aydınlaşır. Belə ki, TR-ın 2.7-ci bəndinə əsasən hesablaşma məzənnəsi - səlahiyyətli istismar təşkilatları arasında razılaşmaya əsasən bu qarşılıqlı əlaqədə tətbiq edilən və beynəlxalq hesabların təqdim edilməsi üçün istifadə olunan məzənnə (accounting rate) hesab edilir. TR-ın 2.8-ci bəndinə əsasən isə, tutulan haqq (collection charges) səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqq hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hər iki növ əməliyyatın vergiyə cəlb edilməsi aşağıda göstərilir. Səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən əməliyyatlar TR-in 6.3-cü maddəsinə əsasən, üzv ölkələrin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqqa görə vergi qoyulması nəzərdə tutularsa, o zaman hesablanan vergi yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu maddə faktiki olaraq, vergi qoyma sahəsini məhdudlaşdıraraq, onun 1) səlahiyyətli istismar təşkilatlarına deyil, onların müştərilərinə, 2) məhz bu tələbi irəli sürən qanunvericiliyin aid olduğu üzv ölkənin müştərilərinə münasibətdə tətbiq olunmalı olduğunu şərtləndirir. Bu şərtlər çərçivəsində, faktiki olaraq VM əsasında İddiaçı öz yerli müştərilərinə göstərdiyi xidmətlər üzrə haqqa (collection chagres) ƏDV tətbiq edir, bu cür haqlardan mənfəət vergisi hesablayır. Səlahiyyətli istismar təşkilatları arasında baş verən əməliyyatlar. Əlavə 1-in 1.6cı bəndinə əsasən, səlahiyyətli istismar təşkilatının hesablaşma məzənnəsi və ya digər mükafatlarından tutulan öhdəliklər və ya vergilər olduqda, o, öz növbəsində sözügedən öhdəlikləri və vergiləri digər səlahiyyətli istismar təşkilatına tətbiq etmək (ötürmək) hüququnu malik deyil. Bununla aydın olur ki, səlahiyyətli istismar təşkilatının (qeyrirezident) digər səlahiyyətli istismar təşkilatından (rezident, İddiaçı) əldə etmək huququ olduğu haqlara görə yaranacaq, bu haqq üzrə vergi öhdəlikləri səlahiyyətli istismar təşkilatının (qeyri-rezident) üzərindədir. Eyni zamanda, TR-nin Əlavə 1-nin 3.3.4-cü bəndinə əsasən (yəni, ödəniş şərtləri hissəsi) debitor tərəfin (qeyri-rezidentin) ölkəsində nəzərdə tutulmuş ödəniş xərcləri (vergilər, komissiyalar və s.) debitor (qeyri- rezidentin) tərəfindən ödənilir. Kreditor (rezident, İddiaçı) tərəfin ölkəsində isə tətbiq olunan hər hansı bir ödəniş xərcləri kreditor (rezident, İddiaçı) tərəfindən ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan müddəaları birlikdə nəzərdən keçirdikdə aydın olur ki, səlahiyyətli istismar təşkilatlarının arasında olan əməliyyatların nəticəsi olaraq, hər biri aid olduğu üzv ölkənin qanunvericiliyinə əsasən öz vergi öhdəliklərinin öz ölkəsində yerinə yetirilməsi məsuliyyətini daşıyır. Eyni zamanda, qeyri- rezident səlahiyyətli şəxsə ödəniləcək məbləğlərdən heç bir ödəniş tutula bilməz və ödəniləcək belə məbləğə görə hər hansı xərclər yaranarsa bunu rezident səlahiyyətli şəxs çəkməlidir. Bu isə o deməkdir ki, qeyri-rezident səlahiyyətli şəxsə edilən ödəniş Azərbaycanda vergiyə cəlb olunarsa, bu vergi xarici səlahiyyətli şəxsdən tutula bilməz. Eyni zamanda, bu verginin yerli səlahiyyətli şəxs tərəfindən ödənilməsini də 1.6-cı maddə qadağan edir, yəni belə bir vergi yerli səlahiyyətli şəxsin boynuna qoyula bilməz. X4 2013-cü ildə dərc etdiyi “Telekommunikasiyada vergiqoyma” haqda hesabatının “Daxil olan beynəlxalq zənglərin vergiyə cəlbedilməsi” adlı 6-cı bəndində (X7 bölməsi) daxil olan zənglərin vergiyə cəlb olunmasının beynəlxalq zənglərin artmasına mənfi təsir göstərdiyini irəli sürər. Belə ki, hesabatda bildirilir ki, əgər həm zənglərin edildiyi (çıxan zənglər) , həm də zənglərin başa çatdığı (daxil olan zənglər) ölkələr bu zənglərə vergi qoysalar və öz aralarında bu məsələni razılaşdırmasalar bu zənglərin qiymətinin çox baha olmasına gətirib çıxarar. Bu isə öz növbəsində bütün telekommunikasiya gəlirlərinin azalması ilə nəticələnəcək. Aydındır ki, bu arzuolunan hal deyil, amma bu baş versə, sözügedən iki ölkənin bu vəziyyətdən çıxması mürəkkəb olacaq. Bu səbəbdən 2012-ci ildə BƏƏ, Dubayda X4 Dünya Konfransında TR yenidən nəzərdən keçirilmişdir. Nəzərə almaq lazımdır ki, TR hər bir ittifaq üzvü üçün üstün qüvvəyə malik, beynəlxalq qarşılıqlı əlaqə və əməliyyatları, həmçinin bunların səmərəliliyini, ictimaiyyət tərəfindən geniş istifadəni təmin edən beynəlxalq müqavilədir. Hesabat, 2012-ci ildə, yenilənmiş TR-da yer alan yuxarıda qeyd olunmuş maddəyə diqqət çəkir və qeyd edir ki, ciddi mənfi nəticələrin qarşısını almaq üçün bu maddəni diqqətə almaq və bu maddədə göstərilən vergi şərtlərinin düzgün və ədalətli tətbiqi vacibdir. Bundan başqa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Beynəlxalq zənglərin sonlandırılması” mövzusunda hazırladığı 2014-cü il tarixli hesabatında (6-cı bəndi “Daxil olan beynəlxalq zənglərin vergiyə cəlbedilməsi”) TR-ə toxunaraq bildirir ki, TR-ın 6.1.3 və Əlavənin 1.6-cı maddələrinin hər ikisinin məqsədi bir ölkənin başqa ölkədə olan operator və ya müştərinin vergiyə cəlb edilməsinin qarşısını almaqdır. Həmçinin göstərilir ki, 2012-ci ildə yenilənmiş TR ikiqat vergiqoymanı qadağan edir. İkiqat vergiqoyma isə, eyni gəlirin, aktivin və ya əməliyyatın iki və daha artıq ölkədə vergiyə cəlb edilməsi kimi müəyyən edilir. Qeyd etmək zəruridir ki, eyni məsələ, yəni İddiaçı tərəfindən beynəlxalaq telekommunikasiya xidmətinə görə xarici səlahiyyətli istismar təşkilatlarına (qeyrirezidentlərə) ödənilən məbləğlərin TR əsasında vergiyə cəlb edilməməsi məsələsi ilk dəfə vergi orqanı tərəfindən yalnız 24 fevral 2014-cü il tarixli X29 da qaldırılmış, 14 aprel 2014-cü il tarixli, **********746223 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarında əks olunan həmin məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2931/2014nömrəli 17 iyun 2014-cü il tarixli Qərarı ilə vergi orqanının müvafiq inzibati aktı qanunsuz hesab edilmiş və İddiaçının müvafiq mövqeyi düzgün hesab edilərək iddia təmin edilmişdir. Belə ki, məhkəmə öz qərarında TR və VM-in müvafiq maddələrinə istinad edərək əsaslandırmışdır ki, TR-ın 6.1.3 və Əlavənin 1.6-cı maddələrinə əsasən xarici səlahiyyətli istismar təşkilatlarına (qeyri-rezidentlərə) ödənilən məbləğlərdən Azərbaycanda vergi tutulması əsassızdır. Bundan sonra, vergi orqanı apelyasiya şikayəti verməmiş və 14 aprel 2014-cü il tarixli, **********746223 saylı Qərarının sözügedən məsələyə dair hissəsni ləğv etmişdir. Eyni zamanda, İddiaçı öz mövqeyinin düzgünlüyünə bir daha əmin olmuş, Vergi Məcəlləsi, TR və Məhkəminin sözügedən Qərarını əsas tutaraq həmin ödənişlərdən vergi tutmamağa davam etmişdir. Baxmayaraq ki, Məhkəmə Qərarı eyni vergi ödəyicisi və eyni məsələ üzrə yekun mövqe bildirmişdir, vergi orqanı bu Qərara da məhəl qoymadan müvafiq eyni məsələni yenidən mübahisələndirmişdir. Qeyd edilənləri nəzərə alaraq, VMin və TR-in 2014-cü ildən sonrakı dövrlrədə müvafiq müddalarının dəyişmədiyi nəzərə alınaraq, hesab edilir ki, vergi orqanının mövqeyi tamamilə əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “X12 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində verginin və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(103)- 1017/2021 nömrəli qərarı ilə qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1017/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 saylı qərarı ilə 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində X26 və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 saylı qərarı 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində ödəmə mənbəyində vergi və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, iş iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 saylı qərarının 598.456,82 manat ƏDV və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində yenidən araşdırılması üçün təkrar baxışa göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “VM-nin 166.1-ci və 166.3-cü maddələri birbirindən asılı olmayan müddəalardır və müstəqil şəkildə tətbiq olunur. Belə olan halda iddiaçı tərəfindən hər hansı vergidən yayınma halına yol verilib-verilməməsi ilə bağlı məsələnin araşdırılması üçün, ilk növbədə iddiaçı tərəfindən ƏDV üzrə 2016-cı ilin sentyabr ayından 2018-ci ilin aprel ayınadək verilmiş bəyannamələrdə əks olunan dövriyyə məbləğlərinin yaranmasının əsasında duran malın təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi haqqında məlumatlar əldə edilməlidir. Bundan sonra, həmin əməliyyatların xarakterindən asılı olaraq (daimi və müntəzəm olubolmamasından asılı olaraq) həmin vergiyə cəlb edilən əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilib-edilməməsi qiymətləndirilməlidir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim ediləcək məlumatlarla cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi cədvəllərdəki məlumatlar müqayisə edilməklə fərqliliklər müəyyən edilməli və həmin əməliyyatların Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin (daimi və müntəzəm olub-olmamasından asılı olaraq) tələbləri baxımından düzgün bəyan edilibedilməməsi müəyyən edilməklə mübahisələndirilən qərarla 598.456,82 manat məbləğində ƏDV-nin hesablanmasının qanuniliyinə qiymət verilməlidir” Azərbaycan Respublikası İPM-nin 96.1-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 saylı qərarı ilə 5.826.262,02 manat məbləğində qeyri-rezident ƏDV, 2.007.524,15 manat məbləğində X26 və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyasının hesablanmasının ləğv edilməsi hissəsində təmin edildiyindən, işin hazırkı apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarı yalnız iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195477 saylı qərarı ilə 598.456,82 manat məbləğində ƏDV-nin hesablanmasının ləğv edilməsi hissəsində yoxlanılır. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli **********156724 №li Səyyar X29n görünür ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2018 tarixli **********155055 saylı qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Qeyri-dövlət müəssisələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X9, Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Qeyri-dövlət müəssisələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vergi xidməti müşaviri X25 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə - Sadələşdirilmiş vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Mənfəət vergisi 2016-cı il - 2017-ci il; Aksiz vergisi-Sentyabr 2016 - Aprel 2018; Mədən vergisi Sentyabr 2016 - Aprel 2018; Əmlak vergisi 2016-cı il - 2017-ci il; X32 Avqust 2016 - Aprel 2018; Torpaq vergisi-2017-ci il - 2018-ci il; Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2016-cı il - 2017-ci il; Ödəmə mənbəyində tutulan vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. - Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195477 №li qərardan görünür ki, Milli Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini kiçik vergi xidməti müşaviri X28 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019 tarixli **********156724 nömrəli akta və xx.xx.2019 tarixli **********625000 nömrəli sənədə baxılaraq aşağıdakılar müəyyən edilmişdir: Mənfəət vergisi üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesabfakturaları, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 132-ci və 133-cü və 108-ci maddələrinin tələbləri pozulmaqla mənfəət vergisi 2016-cı il üzrə 13904,91 manat, 2017ci il üzrə 47133,98 manat, cəmi 61038,89 manat azaldılmışdır. Mənfəət vergisinin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 2016-cı il üzrə: -Əmək haqqı xərcləri 114459,41 manat, Sosial Sığorta Fonduna ayırmalar 351,0 manat, nəqliyyat vasitələrinin təmir xərci 10148,79 manat, cəmi 124959,20 manat gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Yanacaq xərcləri 2827,14 manat, rabitə xərcləri 13626,12 manat, digər xərclər 35175,14 manat (o cümlədən, konsaitinq xidmətləri 31742,94 manat, audit xidmətləri 3432,2 manat), əmlak vergisi 892,06 manat, torpaq vergisi 377,0 manat, nəqliyyat vasitələrinin normadan artıq təmir xərcinə hesablanmış 2537,20 manat amortizasiya xərcləri, cəmi 55434,66 manat gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 108-ci, 133.1-ci və 133.2-ci maddələrinin tələbləri pozulmuşdur. 2017-ci il üzrə: -Malların, iş və xidmətlərin təqdim olunmasından gəlir 109188,52 manat azaldılmış, bununla da, Vergi Məcəlləsinin 132.1-ci maddəsinin tələbləri pozulmuşdur; -Əmək haqqı xərcləri 3834,1 manat, Sosial Sığorta Fonduna ayırmalar 61564,47 manat, rabitə xərcləri 112975,80 manat, digər xərclər 11513,0 manat, əmlak vergisi 344,47 manat, cəmi 190231,84 manat məbləğ gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Enerji xərcləri 34377,01 manat, su və kanalizasiya xərcləri 1842,05 manat, digər xərclər 27531,0 manat, cəmi 63750,06 manat məbləğ gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 133.1 və 13312-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ümumilikdə azaldılmış 61038,89 manat vergi məbləğinə 50% miqdarında, yəni 30519,45 manat məbləğində (o cümlədən, 2016-cı il üzrə 6952,46 manat, 2017-ci il üzrə 23566,99 manat) maliyyə sanksiyası tətbiq edilsin. Əmlak vergisi üzrə Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə ilin əvvəlinə və sonuna vergiyə cəlb olunan əsas vəsaitlərin qalıq dəyərləri düzgün göstərilməmiş, nəticədə 2016-cı ildə əmlak vergisi 892,06 manat azaldılmış, 2017-ci ildə isə 344,47 manat artıq hesablanmışdır. Bununla da Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 2016-cı ildə azaldılmış 892,06 manat vergi məbləğinə 50% miqdarında, yəni 446,03 manat maliyyə sanksiyasının tətbiq edilsin. Ödəmə mənbəyində tutulan vergilər üzrə Yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan vergi ümumilikdə 2018322,15 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin 3-cü -4-cü rüblərində 654224.11 manat, 2017-ci ildə 1165678,18 manat, 2018-ci ilin 1-ci rübündə 198419,86 manat). Bununlä da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur, Cəmiyyət tərəfindən ödəmə mənbəyində tutulan vergilərin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1. Qeyrirezidentlər Almaniyanın "Equinix", Türkiyənin "X3 A.Ş.", X2 Union, X27 Hizmerleri, X19 LLP, Kanadanın Neotelis, X21 Club, X17 B.V., Bolqarıstan Respublikasının Bulqarian Volleyball Federation, X23 İtaly, X14 X18 LTD, Bolqarıstanın MKM-2012LTD, Kanadanın Univercity of Regina, X24 NCC, İngiltərənin GSM Association şirkətlərinə və fiziki şəxslərə göstərilmiş xidmətlərə görə yoxlanılan dövr üzrə ümumilikdə ödənilmiş 107979,96 manat (o cümlədən 2016-cı ilin 4-cü rübü üzrə 19407,63 manat, 2017-ci ilin 1-4-cü rübləri üzrə 88572,33 manat) xidmət haqqı ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunmaması və 10798,00 manat vergi məbləğinin az hesablanması, eyni zamanda, 2016-cı ilin 3-cü rübü üzrə 176,53 manat, 2018-ci ilin 1-ci rübü üzrə 377,81 manat, cəmi 554,34 manat ödəmə mənbəyində tutulan verginin artıq hesablanması olmuşdur. Bununla da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyri-rezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X10 xidmətlərinə görə ödənişlər Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6 % dərəcə ilə vergiyə cəlb edilməmişdir. Yoxlamaya təqdim edilmiş mühasibat sənədlərinə (dövriyyə cədvəllərinə, jurnal (memorial)-orderlərə və digər analitik uçot məlumatlarına) və ilkin uçot sənədlərinə (vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış hesablaşma məlumatlarına, xidmətlərin görülməsini təsdiq edən aktlara, ödəniş sənədlərinə və s.) əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin maddələrinin tələbləri pozularaq, beynəlxalq rabitə xidmətlərinə görə qeyri-rezidentlərə (beynəlxalq telekommunikasiya operatorlarına) ödənilmiş 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 119047,16 manat, 2017-ci il üzrə 7729365,83 manat və 2019-cü ilin 1-ci rübü üzrə 1171261,66 manat, cəmi 9019674,65 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 541180,48 manat, ö cümlədən 2016-cı ilin 3-cü- 4-cü rübləri üzrə 7142,83 manat, 2017-ci il üzrə 463761,95 manat və 2018-ci ilin 1-ci rübü üzrə 70275,70 manat vergi hesablanmamışdır. Bundan başqa, vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni, alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də ödəmə mənbəyində 6% dərəcə ilə verginin hesablanmaması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.17-ci, 125.1.4-cü və 150.1.6-cı maddələrinin tələbləri pozularaq beynəlxalq rabitə xidmətlərinə görə İddiaçı MMC ilə beynəlxalq telekommunikasiya operatorları arasında debitor və kreditor borclarının qarşılıqlı əvəzləşdirilməsi nəticəsində 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə bağlanmış 10755284,0 manat, 2017-ci il üzrə 11550983,16 manat və 2018-ci ilin 1-ci rübü üzrə 2142032,83 manat, cəmi 24448299,99 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 1466898,0 manat, o cümlədən 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 645317,04 manat, 2017-ci il üzrə 693058,99 manat və 2018-ci ilin 1-ci rübü üzrə 128521,97 manat vergi hesablanmamışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış 2018322,15 manat vergi məbləğinə 50% miqdarında, yəni 836439.07 manat məbləğində (o cümlədən, 2016-cı ilin 3-cü rübü üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 172722.01 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016cı ilin 4-cü rübü üzrə 154390.05 manat, 2017-ci il üzrə 582839,09 manat, 2018-ci ilin 1-ci rübündə 99209,93 manat) maliyyə sanksiyası tətbiq edilsin. X32 üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesab-fakturaları, qaimə fakturalar, işlərin, xidmətlərin təhviltəslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 157,3. 159.1,159.2, 161.1 və 166.3,169, 85.4 və 175.1-ci, 175.1.2-ci maddələrinin tələbləri pozulmaqla yoxlanılan dövr ərzində ümumilikdə ƏDV 6605169,26 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin avqust-dekabr aylarında 1569723,94 manat azaldılmış, 2017-ci il üzrə manat azaldılmış, 16647,01 manat artıq hesablanmış, 2018-ci ilin yanvar-aprel aylarında 956580,33 manat azaldılmışdır). Yoxlama ilə müəyyən edilmiş ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 1) Cəmiyyət tərəfindən göstərilmiş xidmətlər (uyğunluq sertifikatlarının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, "Data Mərkəz" və s. xidmətlərin göstərilməsi) üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələr nəzərə alınmamış, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar iizrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən vergi ödəyicisi tərəfindən kənarlaşmalara yol verildiyi və VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilmiş bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyələrə daxil edilmədiyi müəyyən edilmişdir. Belə ki, ƏDV-yə cəlb olunan dövriyyə ayrı-ayrı hesabat aylan üzrə ümumilikdə 3748528,58 manat (o cümlədən 2016-cı il üzrə 813730,29 manat və 2017-ci il üzrə 2285204,65 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 649593,64 manat) azaldılmış, eyni zamanda 423768,42 manat (o cümlədən 2017-ci il üzrə 77789,37 manat və 2018-ci il üzrə 345979,05 manat) artıq hesablanmışdır. Nəticədə, ayrı-ayrı hesabat ayları üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV 598456,82 manat (o cümlədən 2016-cı il üzrə 146471,44 manat və 2017-ci il üzrə 411336,84 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 116926,86 manat) az hesablanmış, eyni zamanda ayn-ayn hesabat ayları üzrə -76278,32 manat (o cümlədən 2017-ci il üzrə 14002,09 manat və 2018-ci il üzrə 62276,23 manat) artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 159.1, 159,2, 161.1 və 166.3-cü maddələrinin tələbləri pozulmuşdur; 2) Qeyri-rezidentlər tərəfindən göstərilmiş xidmətlərə görə hesablanmış ƏDV-nin düzgünlüyü yoxlanarkən 2017-ci ildə ödənilmiş 15204,57 manat xidmət haqqı 18% dərəcə ilə vergiyə cəlb olunmamış və 2736,82 manat vergi məbləği az hesablanmışdır. Eyni zamanda, 2018-ci ilin yanvar-aprel ayları üzrə 28131,98 manat xidmət haqqı vergiyə cəlb olunan dövriyyəyə artıq daxil edilmiş və 5063,75 manat ƏDV artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur; 3) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş malın dəyəri 585698,48 manat, ƏDV 105425,73 manat olan xx.xx.2013-cü il tarixli HF seriyalı 902334 nömrəli vergi hesab-fakturası üzrə, 2016-cı ilin sentyabr ayında 366441,23 manat malın dəyəri, 65959,42 manat ƏDV, 2017-ci ilin aprel ayında təkrar olaraq malın dəyəri 366441,23 manat, ƏDV 65959,42 manat, cəmi 131918,84 manat ƏDV malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq düzgün olmayaraq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 157.3.3-cü və 85.4-cü maddələrinin tələblərinin pozulduğu aktda qeyd edilmişdir. Lakin araşdırma nəticəsində müəssisə tərəfindən ƏDV əvəzləşdirilməsinin yalnız 26493.11 manat artıq aparıldığı müəyyən edilərək əlavə olaraq hesablanmış, 105425.73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. 4) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesab -fakturası üzrə 27138,74 manat ƏDV, xx.xx.2017-ci il tarixli HM seriyalı 998151 nömrəli vergi hesab - fakturası üzrə 224640,0 manat, cəmi 251778,74 manat ƏDV, mallar 2017-ci ilin fevral ayında alındığı üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin fevral ayında əvəzləşməü idi. Eyni zamanda "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 720190 nömrəli vergi hesabfakturası üzrə 301,31 manat və xx.xx.2016-cı il tarixli HM seriyalı 642567 nömrəli vergi hesab-fakturası üzrə 39908,07 manat, cəmi 40209,38 manat ƏDV, ödəniş 2017-ci ilin fevral ayında aparıldığı üçün, əvəzləşmə cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin iyun ayında deyil, 2017-ci ilin fevral ayında aparılmalı idi; 5) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli HN seriyalı 210573 nömrəli vergi hesab -fakturası üzrə 53595,90 manat ƏDVnin əvəzləşməsi malların dəyərinin və ƏDV-nin 2017-ci ilin mart ayında ödənildiyi üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin mart ayında əvəzləşdirilməli idi; 6) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-cİll tarixli HO seriyalı 158372 nömrəli vergi hesab-fakturaları iizrə əvvəlki dövrlərdə aparılmış əvəzləşmələr nəzərə alınmaqla 34799,69 manat ƏDV artıq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur; 7) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli HP seriyalı 602349 nömrəli vergi hesab-fakturası üzrə malın dəyərinin və ƏDV-nin ödənişi 2017-ci ilin noyabr ayında aparıldığı üçün, həmin vergi hesab-fakturası üzrə 58481,89 manat məbləğində ƏDV-nin əvəzləşməsi, cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin sentyabr ayında deyil, 2017-ci ilin noyabr ayında aparılmalıdır; 8) "xxxx" MMC (VÖEN-**********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesabfakturası üzrə 27138,74 manat ƏDV 2016-cı ilin oktyabr ayında əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin fevral ayında təkrar əvəzləşdirilmişdir, eyni zamanda qeyrirezidentə görə əvəzləşdirilən ƏDV məbləği şəxsi hesab vərəqədə qeyri-rezidentə görə ödənilmiş ƏDV-dən 10,58 manat artıq göstərilmişdir; 9) Cəmiyyət tərəfindən 2017-ci ilin iyun aymda idxalda ödənilmiş 11306,3 manat ƏDV əvəzləşmədə nəzərə alınmamış, nəticədə ƏDV büdcəyə 11306,3 manat artıq hesablanmışdır; 10) "xxxx" ASC (VÖEN 9********) tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli HM seriyalı 049144 nömrəli vergi hesab-fakturası üzrə 125,7 manat ƏDV-nin əvəzləşməsi 2016-cı ilin oktyabr aymda aparılmasına baxmayaraq, 2016-cı ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir; 11) “Toyota” Bakı Mərkəzi” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2016- cı il tarixli HL seriyalı vergi hesabfakturası üzrə 88,02 manat ƏDV-nin 2016-cı ilin noyabr aymda əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin yanvar aymda təkrar əvəzləşdirilmişdir; 12) "xxxx" QSC (VÖEN **********) tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli HP seriyalı 964945 nömrəli vegi hesab-fakturası üzrə 2017-ci ilin oktyabr ayında 2,07 manat ƏDV ödəniş olmadan artıq əvəzləşdirilmişdir. 13) Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X12 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin 2016-cı ilin sentyabr-dekabr aylarında 7539818,73 manat, 2017-ci ildə 19789451,18 manat və 2018-ci ilin yanvar-aprel aylarında 5038852,45 manat, ümumilikdə 32368122,36 manat göstərilmiş xidmətlərə görə qeyri rezidentə ödənməli olan məbləğə 2016-cı ilin sentyabrdekabr aylarında 1357167,37 manat, 2017-ci ildə 3562101,21 manat və 2018-ci ilin yanvar-aprel aylarında 906993,44 manat, ümumilikdə 5826262,02 manat ƏDV hesablanmamışdır. Bununla da Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur. Müəssisə tərəfindən ƏDV-nin və ÖMV-nin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, hər hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə aylar üzrə azaldılmış 6499743,43 manat vergi məbləğinə 50% miqdarında, yəni 2724295.11 manat məbləğində (o cümlədən, 2016-cı ilin sentyabr, oktyabr, noyabr ayları üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 533900.11 manat və 2017-ci ilin aprel ayı üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 19733.15 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016-cı ilin dekabr ayı üzrə 217982.15 manat, 2017-ci il üzrə 2028022.80 manat, 2018-ci ilin yanvar-aprel ayları üzrə 478290,16 manat) maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: "xxxx" MMC xx.xx.2019-cu il tarixli **********061000 nömrəli məktubla yoxlamada müəyyən edilmiş məsələlərə aşağıdakı etirazlarını bildirmişlər. 1. Səyyar X29 izahlı əsaslandırılmalar üzrə məbləğlərin cəmi müvafiq xülasədə qeyd olunan yekun əlavə hesablanmış vergi məbləğindən fərqlənir. Belə ki, 2017-ci il üzrə əlavə hesablanmış ƏDV məbləğinin yekunu 4078864.99 manat müəyyən olduğu halda, yalnız 4012900.0 manat ƏDV məbləğinin əlavə hesablanması ilə bağlı izahlı əsaslandırma təqdim olunmuşdur. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, qeyd olunan hesablamalar yenidən aparılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Belə ki, 2017-ci il üzrə hesablamaların yekunu 4078864.99 manat (o cümlədən 411336.84 - 14002.09 + 2736.82 + 65959.42 + 34799.69 + 27138.74 + 10.58 - 11306.3 + 88.02 + 2.07 + 3562101.2) təşkil etmiş və aktda göstərilmişdir. 2. Malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq aparılmış ƏDV əvəzləşdirilməsinin VM-nin 157.3.3-cü maddəsinin zidd olduğu bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, göstərilmiş xidmətlərin dəyərinin ödənildiyi tarixlərdən 3 il keçmədiyi üçün vergi ödəyicisinin əvəzləşdirilmə hüququnun olduğu əsaslı hesab edilmiş və 105425.73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. Bir sıra şirkətlər üzrə əvəzləşdirilən ƏDV-nin tanınması vaxtının düzgün qeyd olunmadığı, ƏDV məbləğinin əvəzləşdirilməsinin malların və ya xidmətlərin təqdim edilməsinin tamamlanması, e-VHFnin təqdim edilməsi, əsas məbləğin bank hesabına, ƏDV məbləğinin isə depozit hesabına ödənilməsi şərti əsasında aparılmalı olduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, ƏDV əvəzləşdirilmələrinə yenidən baxılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Aparılmış ƏDV əvəzləşdirilmələri barədə səyyar X29 və qərarda geniş açıqlama verilmişdir. 4. ƏDV tutulan əməliyyatların ƏDV-nin məqsədləri üçün tanınma dövrünün yoxlama zamanı düzgün müəyyən edilmədiyi və bununla da VM-nin 166.1-ci və 166.3-cü maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur. Bağlanmış müqavilə üzrə xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasmın verildiyi vaxt hesab edilir. Lakin Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyat üçün elektron vergi hesab-fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDV-nin elektron vergi-hesab fakturası təqdim edilmədiyi halda ƏDV tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı vaxt və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 5. Vergi Məcəlləsinin 2.5-ci maddəsi və X1 6.1.3-cü bəndin əsas gətirilərək beynəlxalq müqavilələr üzrə qeyri-rezidentin ƏDV-si və ÖMV hesablanması ilə əlaqədar məsələlərlə razı olmadıqları bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X12 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin ƏDV və ÖMV hesablanmamışdır. Müəssisə tərəfindən ƏDV-nin və ÖMV-nin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirildiyi göstərilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, har hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan qərarla vergi orqanı tərəfindən vergi ödəyicisi "xxxx" MMC-yə cəmi 8.579.652,18 manat əlavə vergi hesablanmış və 3.614.248,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********580500 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan cəmi 12.193.900,78 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyinin verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1-ci maddəsinə (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2- ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud (166.1.1.); malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda (166.1.2.) Həmin Məcəllənin 166.3-cü maddəsinə (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarda və həmin qərarın istinad etdiyi xx.xx.2019-cu il tarixli **********156724 saylı səyyar X29 598.456,82 manat məbləğində ƏDV hesablanmasının əsası kimi iddiaçı tərəfindən göstərilmiş xidmətlər üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələrin nəzərə alınmaması, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar üzrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən iddiaçı tərəfindən kənarlaşmalara yol verildiyi, VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilən bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyəyə daxil edilməməsi, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 159.1, 159.2, 166.1 və 166.3-cü maddələrinin tələblərinin pozulması göstərilmişdir. Göründüyü kimi Vergi Məcəlləsinin 166.1 və 166.3-cü maddələrinin tətbiqi ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. Belə ki, işin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etirazda qeyd edilmişdir ki, qanunvericilik 166.1-ci maddə ilə əməliyyatların vaxtının müəyyən edilməsinin əsas mühüm şərtlərini konkretləşdirmiş, 166.3-cü maddə ilə isə əməliyyatların vaxtının hissə-hissə müəyyənləşdirilməsinin mümkünlüyünü vurğulamışdır. 166.3-cü maddənin mövcudluğu 166.1-ci maddənin mövcud müddəalarını inkar etmir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur. Xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesab fakturasının verildiyi vaxt hesab edilir. Lakin Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyat üçün elektron vergi hesab fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDVnin elektron vergi hesab fakturası təqdim edilmədiyi halda vergi tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. İddiaçının əsaslandığı hal kimi 166.3-cü maddə xüsusi norma olması və xidmətlər müntəzəm və ya daimi əsasda göstərildikdə məhz bu normanın tələblərinin tətbiq olunması çıxış edir. Göründüyü kimi VM-in 166.1-ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) sonra 30 gün ərzində ödənişin edilməməsi, və ya bu tarixdən etibarən e-VHF-nın 5 gün ərzində verilməməsi halında, ƏDV tutulan dövriyyənin məhz xidmətlərin göstərilməsi (işlərin görülməsi) ayının əsas götürülməsi tələbi yoxdur. Bundan başqa, VM-in 166.2-ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində VM-in 166.1-ci maddəsinə istinad yoxdur. Belə olan halda, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166.3-cü maddəsinin müntəzəm və ya daimi əsasda göstərilən xidmətlərə tətbiqi və bu zaman Məcəllənin 166.1-ci maddəsi ilə 166.3-cü maddəsinin birgə tətbiq edilməməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cəmiyyət tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək, həyata keçirilir və bu zaman VM-in 166.1 və 166.3-cü maddələrinin şərtlərinə müvafiq qaydada ƏDV bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, sözügedən maddə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən edir və xüsusi hallarda müvafiq qaydadan kənar digər qaydaların mövcudluğunu istisna etmir. İddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün VM-in 166.1-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğundan, bu verginin məqsədləri üçün müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər dedikdə, həmin xidmətlərin hər ay üzrə mütəmadi olaraq göstərilməsi başa düşülür. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən VM-nin müvafiq normaları yanlış tətbiq edilmiş və nəticə etibarilə əsassız olaraq 598.456,82 manat məbləğində ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar