Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1110/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Xüsusi X1rşı «ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı «ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5781/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hisə İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 11.02.1975-ci ildən 26.06.1975-ci ilədək Azərbaycan SSR 3 No-li Tikiş Fabrikində mexanik şagirdi, 04.09.1975-ci ildən 26.04.1976-cı ilədək Azradiotelmərkəzdə 2-ci dərəcəli işıqçı işləmiş, 26.04.1976-cı ildə Sovet Ordusu sıralarına çağırılmış, 11.06.1976-cı ildən 13.03.1977-ci ilədək “Azon” Zavodunda Satış bürosunda fəhlə işləmiş, 10.06.1977-ci ildən Sovet ordu sıralarında qulluq 1977-ci il may ayından 1979-cu ilin may ayına kimi uzadılmış, 08.08.1979-cu ildən 07.03.1980-ci ilədək Azradiotelmərkəzdə Fond yazıları sexində 3-cü dərəcəli maqnit yazısı operatoru işləmiş, 05.05.1980-ci ildən 22.09.1980-ci ilədək 2-ci dərəcəli fəhlə işləmiş, 01.04.1981-ci ildən 18.08.1981-ci ilədək Azradiotelmərkəzdə işıqlandırma sexində 3-cü dərəcəli işıqçı vəzifəsində işləmiş, 02.12.1981-ci ildən Bakı təcrübə eksperimental zavoduna mexanik texnoloq vəzifəsinə işə qəbul olunmuş, 26.07.1983-cü ildə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, 08.08.1983-cü ildən işdən azad edilmiş, 18.08.1983-cü ildən Lenin adına maşınqayırma zavoduna mexanik-texnoloq vəzifəsinə işə qəbul olunmuş, 27.08.1985-ci ildə işdən azad olunmuş, 30.09.1985-ci ildə 162 nömrəli şöbəyə mühəndis vəzifəsinə işə qəbul olunmuş, 15.09.1986-cı ildə 10C2 şöbəsinə mühəndis keçirilmiş, 01.12.1988-ci ildə işdən azad olunmuş, 02.12.1988-ci ildə SSRİ Dövlət Komitəsi B.Sərdarov adına maşınqayırma zavoduna məhsulun dövlət qəbulu orqanına köçürülmə yolu ilə dövlət qəbulu orqanına nümayəndə vəzifəsinə qəbul olunmuş, 11.03.1990-cı ildə işdən azad olunmuş, 12.03.1990-cı ildə Dövlət qəbulu orqanından B.Sərdarov adına maşınqayırma zavoduna mexaniki Sİ metrik attestasiya və geometrik ölçülərin dövlət yoxlanışı şöbəsinə SSRİ Nazirlər Kabineti VSSPS 22.12.87 No 1457 b. 16a ilə müəyyən edilmiş güzəştlərin verilməsi ilə 1 dərəcəli metrologiya mühəndisi təyin olunmuş, 15.11.1993-cü ildə Fəhlə və qulluqçuların əməyinin vahid tarif cədvəli əsasında ödənilməsi ilə əlaqədar həmin şöbənin metrologiya üzrə 13-cü dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, 15.10.1994-cü ildə həmin şöbənin metrologiya üzrə 15-ci dərəcəli aparıcı mühəndisi vəzifəsinə keçirilmiş, 01.11.1997-ci ildə həmin şöbədə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, 27.12.2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 623 saylı Fərmanına əsasən Azərdövlətstandartın ləğvi ilə əlaqədar vəzifəsindən azad olunmuş, 01.08.2003-cü il tarixdən 02.01.2004-cü il tarixədək “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış təmir tikinti müəssisəsində usta, 01.10.2005-ci ildən 01.06.2008-ci ilədək “xxxx” Orqaniks MMC-də qrup rəhbəri, 16.09.2010-cu ildən 29.11.2019-cu ilədək “X8 və Avtomatika” ASC-də istehsalat proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsinə NÖÇ və A çilingəri və rəhbərlik yanında aparata 14-cü dərəcəli metroloq vəzifələrində işləmişdir. İddiaçı müvafiq dövlət qulluqçusu stajının olmasına istinad edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 12.06.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdi ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir, həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq dövlət qulluğunda iş stajı 15 ildən az (13 il 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı oğlu hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdı ki, o, 1975-ci il tarixdən 1990-ci il tarixinə kimi 15 il dövlət qulluğunda çalışmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2- ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əlavə və İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən onun dövlət qulluğuna aid vəzifələrdə qulluq stajı 15 ildən az (13 il 24 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5781/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən hesablama aparılarkən səhvə yol verilmiş, belə ki, onun 01.04.1981-ci il tarixdən 18.08.1981-ci il tarixədək 4 ay deyil, 04.09.1975-ci il tarixdən 07.03.1980-cı il tarixədək 4 il 6 ay dövlət qulluqçusu kimi stajı nəzərə alınmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı tələbi “onun dövlət qulluğunda işlədiyi müddət 15 ildən artıq olduğuna görə ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının dövlət qulluğunda ümumi iş stajının 13 il 05 ay 12 gün təşkil etməsinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, onun yuxarıda qeyd olunan Qanunun məzmununa görə yaşa görə pensiya hüququ 64 yaş 06 aydan, yəni 06.05.2020-ci il tarixdən yaranmışdır. Apellyasiya baxışı zamanı təqdim olunmuş iddiaçıya məxsus pensiya işindən çıxarış nəzərdən keçirilərkən aydın oldu ki, iddiaçıya yaşa görə pensiya 06.05.2020-ci il tarixdən təyin edilmişdir. Lakin iddiaçı ona 15 il dövlət qulluqçusu kimi iş stajının olmasına istinad edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət qulluğu vəzifəsində minimum 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının 02.12.1988-ci il tarixdən 27.12.2001ci il tarixədək işlədiyi dövrü dövlət qulluğu vəzifəsində iş stajına aid edərək həmin dövr üzrə iddiaçının dövlət qulluqçusu kimi iş stajının tələb olunan minimum 15 ildən az, yəni 13 il 25 gün təşkil etməsinə əsaslanaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması tələbini əsassız hesab etmişdir. İddiaçı apelyasiya şikayətində onun 04.09.1975-ci il tarixdən 07.03.1980-cı il tarixədək dövlət qulluqçusu kimi işlədiyi 4 il 6 ay müddətin məhkəmə tərəfindən nəzərə alınmadığına istinad etdiyi üçün məhkəmə kollegiyası bu dəlili araşdırmış və müəyyən etmişdir ki, iddiaçının nəinki şikayətində dövlət qulluğu olduğunu iddia etdiyi vəzifələr- 04 sentyabr 1975-ci il tarixdən 26 aprel 1976-ci il tarixə kimi Azradiotelmərkəzdə işıqçı, 11.06.1976-cı il tarixdən 13.03.1977-ci il tarixədək “Azon” Zavodunda Satış bürosunda fəhlə, 08.08.1979-cu ildən 07.03.1980-ci ilədək Azradiotelmərkəzdə Fond yazıları sexində 3-cü dərəcəli maqnit yazısı operatoru işlədiyi vəzifələr, həmçinin 05.05.1980-ci ildən 22.09.1980-ci ilədək 2-ci dərəcəli fəhlə, 01.04.1981-ci ildən 18.08.1981-ci ilədək Azradiotelmərkəzdə işıqlandırma sexində 3-cü dərəcəli işıqçı, 02.12.1981-ci ildən Bakı təcrübə eksperimental zavodunda mexanik texnoloq, 26.07.1983-cü ildən 08.08.1983-cü ilədək mühəndis-texnoloq, 18.08.1983-cü ildən 27.08.1985-ci ilədək Lenin adına maşınqayırma zavodunda mexanik-texnoloq, 30.09.1985-ci ildə 162 nömrəli şöbədə mühəndis, 15.09.1986-cı ildən 01.12.1988-ci ilədək 10C2 şöbəsində mühəndis işlədiyi vəzifələr nə Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında, nə də həmin Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2007ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün onun dövlət qulluğu hesab edilən vəzifədə 15 il qulluq stajı yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5781/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5781/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1110/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1110/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver