Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1110/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Əmək və Əhalı̇ nin Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yinə qarşı (3-cü şəxs: X4) “işsiz kimi qeydiyyata alınmaqla birdəfəlik ödəmə verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 №-li 30.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2017-ci il tarixdə ödənişli əsaslarla Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuşdur. 05.10.2018-ci il tarixdə “X1 Tesisat. X6 İtalat İhracat Sanayi ve Ticaret LTD-nin Azərbaycan Respublikasındakı filialında satış meneceri kimi əmək fəaliyyətinə başlamış, lakin həmin filial fəaliyyətini dayandırdığından 30.05.2019-cu il tarixdə öz arzusu ilə işdən azad edilmiş və həmin vaxtdan işsizdir. O, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcəyi nəzərdə tutulduğunu nəzərə alaraq işsiz kimi qeydiyyata alınması və birdəfəlik ödəmə almaq üçün “online” qaydada cavabdeh nazirliyiyə müraciət etmişdir. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılmışdır. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılmışdır. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “online” qaydada müraciət etmək üçün nazirliyin “e-sosial.az” portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “Online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkün idi. Müraciət şəxsiyyət vəsiqəsinin seriyasını və FİN nömrələrini daxil etməklə. “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilirdi. Lakin 23.04.2020-ci il tarixdə heç bir hüquqi əsası olmayan və həqiqəti əks etdirməyən səbəblə ona imtina sms bildirişi verilmişdir. Belə ki, həmin sms bildirişdə Məşğulluq haqqında qanunun 4.1.6-4 maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Halbuki həmin maddə (4.1.6.) ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanları nəzərdə tutur. O, isə qiyabi təhsil aldığından imtina səbəbini əsassız hesab edir. Bu səbəbi, də nazirliyin elan etdiyi kimi qaynar xəttinə (142) zəng vuraraq bu barədə məlumat vermiş, araşdırılacağ və dediklərinin doğru olacağı təqdirdə ona 190 manat birdəfəlik ödəmənin ayrılacağını bildirsələr də hazırki vaxtadək ona cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 saylı 30.11.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad birdəfəlik ödəmənin verilməsindən yayınmaq və işin uzadılması xarakterini daşıyır. Cavabdehin məktublarından məlum olur ki, iddiaçı işsiz kimi qeydiyyata alınmış, lakin 190 manat ödəmənin verilməsi üçün cavabdehə müraciət etməmişdir. Halbuki təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh orqan iddiaçının işsiz kimi qeydiyyata alınmasından imtina edilməsi barədə ona sms bildiriş göndərmiş, 190 manat birdəfəlik ödəmənin verilməsi üçün 142 çağrı mərkəzinə və apellyasiya şurasına edilən şikayətlər cavabsız qalmışdır. Yazılı və şifahi müraciətdə 190 manat birdəfəlik ödəmənin verilməsi üçün işsiz kimi qeydiyyata alınması xahiş edilmişdir. Hətta iddiaçı 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etməsə idi belə işsiz kimi qeydiyyata alınmış iddiaçıya həmin pulun ödənilməsi üçün cavabdeh orqan tərəfindən hərəkətlər həyata keçirilməli idi. Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzlıəri tərəfindən vətəndaşların qəbulu dayandırılmışdır. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılmışdır. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə onlayn qaydada müraciət etmək üçün e-sosial.az portalında hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkün idi. Müraciət şəxsiyyət vəsiqəsinin seriyasını və FİN nömrələrini daxil etməklə “İstiqamət” bölməsində “məşğullu sahəsində göstərilən xidmətlər”, “xidmət növü” bölməsində isə bölmələrini seçməklə həyata keçirilirdi. İddiaçı bu qaydada da müraciət etmişdir. Həmin vaxt Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunurdu və 1 ilə yaxın müddətdə ölkədə əksər iş yerləri bağlı olmuşdur. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədar dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəyəcəkdi. Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər almalıdır. Yəni birdəfəlik ödəmənin işsi olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulurdu. Lakin 23..04.2020-ci il tarixdə heç bir hüquqi əsası olmayan və həqiqəti əks etdirməyən səbəbdən iddiaçıya imtina “sms” bildirişi verilmiş, Məşğulluq haqqında Qanunun 4.1.6-cı maddəsinə əsasən iddiaçının işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Halbuki həmin maddədə ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanları nəzərdə tutur. İddiaçı isə qeyd edildiyi kimi qiyabi təhsil aldığından imtina səbəbini əsassız hesab edtmişdir. Bu səbəblə də nazirliyin elan etdiyi kimi qaynar xəttinə (142) zəng vuraraq bu barədə məlumat vermiş, ona araşdırılacağı və dediklərinin doğru olacağı təqdirdə iddiaçıya 190 manat birdəfəlik ödəmənin ayrılacağını bildirsələr də bu günə kimi heç bir rəsmi cavab verilməmişdir. Bundan sonra yenidən həmin nömrəyə zəng vursa da müraciətinin araşdırıldığını əsas gətirərək hələ də ona cavab verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda qeyd etmişdir ki, o, e-sosial.az portalında “online müraciət” bölməsində işsiz və ya işaxtaran kimi uçota alınmaq üçün qrafa olsa da, birdəfəlik ödəmə ilə bağlı müvafiq qrafa mövcud olmamış, bu səbəbdən ödəmə ilə bağlı müraciəti yerləşdirmək mümkün olmamışdır. Pandemiya vaxtı başqa müraciət formasının mümkünsüz idi. Odur ki, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır, məhkəmə icraatını axıracan davam etdirilərək, onun iddia tələbinə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev 2020-ci ilin aprel ayına qədər işsiz kimi qeydiyyata alınanlara münasibətdə nazirlik tərəfindən ilkin müraciət olunmadan da birdəfəlik ödəmələrin həyata keçirildiyini, lakin sonradan pandnemiya dövründə isə şəxsin işsiz kimi qeydiyyata alınma üçün üçün ilkin müraciət tələb olunduğunu, bu zaman 190 manat məbləğində ödəmə ilə bağlı müraciətə gəldikdə isə qanunvericiliyə baxmaq uyğun aoaşıdırlmalı olduğunu bildirərək, hər bir halda birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş üçüncü şəxs X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı “birdəfəlik ödəmə tələbinə dair hissəsində” ləğv edilməli, həmin hissədə iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilmiş 23.11.2021-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki, cavabdeh Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindən əldə olunan anket məlumatlarına əsasən iddiaçının 20.04.2020-ci il tarixində “e-sosial” onlayn platforması vasiəsilə müraciəti və onun anket məlumatları 22.04.2020-ci il tarixində təsdiq olunmuş və ona Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən 22.04.2020-ci il tarixində “İşsiz” statusu verilmiş və hazırki dövrə qədər də “Məşğulluq” altsistemində “işsiz”olaraq qeydiyyatdadır. Cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin, habelə iddiaçının qeyd olunan izahatlarından da göründüyü kimi, iddiaçının işsiz statusunun mövcudluğu mübahisələndirilmir. Belə olan halda, yəni, cavabdeh tərəfindən işsiz kimi qeydiyyata alındığı halda, iddiaçının təkrarən məhkəmə qaydasında həmin qeydiyyatı cavabdehdən tələb etməsi mümkünlüyü istisna olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddiaçının tələbinin birinci instiansiya məhkəməsi icraatının mümkün sayılmamasını məhkəmə kollegiyası qanuni və əsaslı sayır. İddiaçının Pandemiya dövründə işsizlərə hər ay 190 manat yaşayış minimumu məbləğində birdəfəlik ödəmənin verilməsi tələbinə gəldikdə isə həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırmanın apardığı müəyyən olunmur. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydaları” təsdiq olunduqdan sonra, işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edən şəxslərə münasibətdə, “e-Sosial onlain” platforması vasitəsilə “online” bölməsində işsiz kimi qeydiyyata alınmaq üçün müraciətlə yanaşı, eyni zamanda, 190 manat məblğində birdəflik ödənişlə bağlı müraciətin də yerləşdirilməsinin mümkünlüyü tədqiq edilməmişdir. Ən azından, həmin “online müraciət” bölməsində işsiz və ya işaxtaran kimi uçota alınma mümkün olduğu, birdəfəlik ödəmə ilə bağlı isə müvafiq qrafanın mövcud olmadığı, başqa sözlə, ödəmə ilə əlaqədar ikinci bir müraciətin həmin bölmədə yerləşdirilməsi mümkünsüz olduğu təqdirdə və iddiaçının pandemiya şəraitində tətbiq olunan məhdudiyyətlərdən irəli gələrək başqa üsulla cavabdehə müraciətini reallaşdırılmaq imkanı olmadığı halda, onun dövlət tərəfindən işsiz statusu olan şəxsələrə ödənilən 190 manat birdəfəlik ödəməni alması üçün Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi ilə müəyyən olunan, dövlət orqanlarına şəxsən müraciət etmək hüququnun pozulmasına gətirib çıxarır Cavabdehin nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, pandemiyəya dövrünə və Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı qəbul olunana qədər işsiz kimi qeydiyyatı olan vətəndaşlara münasibətdə sözügedən 190 manat birdəfəlik ödəmə verilməsi məsələsinə onların müraciət olmadan, baxılmışdır. Konkret halda isə Nazirlər Kabinetinin qeyd olunan qərarından sonra isə 20.04.2020-ci il tarixdə müraciət etmiş və 22.04.2020-ci il tarixində işsiz kimi qeydiyyata alınmış iddiaçıya İddiaçı münasibətdə isə cavabdeh orqanın hansı səbəbdən əvvəlki praktikasına uyğun olmayan tərzdə hərəkət etməsii də birinci instansiya məhkəməsi araşdırılmalı olduğunu tələb edir. Çünki, “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Ümumiyyətlə, məhkəmə pandemiya dövründə işsiz kimi qeydiyyata alınması ilə bağlı eyni “online” bölməsində birdəfəlik ödəmə ilə əlaqədar müraciətin də daxil edilməsi mümkünlüyü və həmin qeydin də tələb olunub-olunmadığı məsələləri məhkəmə tərəfindən aydınlaşdırmamış, bununla bağlı cavabdeh qurumdan izahatlar almamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadının birdəfəlik ödəmə ilə bağlı hissəsində iddianın mümkün sayılmamasının əsassız oldğunu mübahisələndirən dəliləri ilə razılaşır və yekunda biə qənaətə gəlir ki, həmin hissədə qərardad ləğv olumalı, iş yenidən baxılması və həmin hissədə yuxarıda qeyd olunan nöqsanlar nəzərə alınmaqla, araşdırma aparılıb, müəyyən edilən hallara qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 80, 87, 90, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 nömrəli iş üzrə 30.11.2021-ci il tarixli qərardadı qismən, “iddiaçının 190 manat birdəfəlik ödəmə tələbinin mümkün sayılmaması” hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qalan hissəsində qərardad dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1110/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1110/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver