Məhkəmə qərarları › İş №2-1(103)-1111/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1111/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1111/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X7 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)-2674/2020 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)-2674/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş 0.055 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 409,6 m2 olan tikilinin bazar dəyərini təşkil edən 448.425 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdırır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi və həmin sahədə olan 409,6 kvadrat metr tikilinin bugünkü bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin və 30 manat dövlət rüsumunun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 20.02.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi və həmin sahədə olan 409,6 kvadrat metr tikilinin bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin Cavabdehndən alınaraq ona ödənilməsi” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində 0,055 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsində yaşayış sahəsi 168.9, köməkçi sahə 240.7 metr kvadrat olmaqla ümumilikdə 409,6 kvadrat metr ev tikmişdir. Torpaq sahəsi yaşayış məntəqələrinə aid olduğundan mülkiyyətçisi özü olduğundan, həmçinin həmin sahədə olan tikililərin heç birinin sənədi verilmədiyindən iddiaçı da evinə çıxarış ala bilməmişdir. Torpaq sahəsi və yaşayış evi “Ağ şəhər” layihəsinə düşdüyündən təxminən 4 il bundan əvvəl ona heç bir kompensasiya ödənilmədən Cavabdeh tərəfindən sökülmüş və həmin sahədə tikinti işlərini davam etdirmişlər. Mülkiyyətinə vurulan ziyanla bağlı dəfələrlə Cavabdehndə olsa da, bu günədək ziyanın ödənilməsinə söz verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İlkin məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X14 apelllyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə, soasial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 iyun 2013cü il tarixli, 225 saylı Sərəncamı ilə Cavabdehnə həvalə edilmişdir. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Cavabdeh Başçısının Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat. Yaşayış evləri sökülən sakinlər fərdi qaydada komissiyaya dəvət olunmuş və onlara ödəniləcək vəsait hər bir ailə başçısı ilə razılaşdırılaraq komissiyanın aktı tərtib olunmuşdur. Lakin evləri köçürülmə ərazisinə düşən və köçürülməyə məruz qalan şəxslərin siyahısında iddiaçı X1 məxsus fərdi yaşayış evinin olması barədə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyada məlumat olmamış və bu barədə 5 il müddət keçməsinə baxmayaraq Bəhram İsmayılov komissiyaya müraciət etməmişdir. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edib-etmədiyinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi eləcə də onların qiymətləndirilməsinin məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət mühakiməsinin qanununa uyğun aktı kimi qəbul oluna bilməz. Cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən ümumi sahəsi 409.6 kvadrat metr olan tikilinin iddiaçıya məxsus olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla (dövlət reyestrindən çıxarışla) əsaslandıra bilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi qeyd olunan əmlakların sahəsi və iddiaçıya məxsusluğu ilə bağlı hallar məhkəmə tərəfindən tam araşdırılmamış və lazımi sübutlarla əsaslandırılmamışdır. Məhkəmə qərarının əsaslandırıcı hissəsində məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarını düzgün tövsif etməyərək, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə istinad etmişdir. Belə olan halda tikilinin 1 kv. m üçün müəyyən edilmiş kompensasiyanın (1000 manatın) 20 faiz əlavəni də ehtiva etdiyi məlum olur. Bununla bağlı qeyd edirik ki, sözügedən Fərmanın 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İş materiallarından məlum olur ki, iddiaçıya məxsus əmlak “Ağ şəhər” layihəsi (yəni abadlıq məqsədilə) ilə əlaqədar sökülmüşdür. Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, o nların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 20.04.2020-ci il tarixli məktubla müvafiq sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə txxxxim etmişdir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli 28.11.2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X6 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının müraciətinə 22.01.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrası Cavabdehnə həvalə olunmuşdur. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Cavabdeh müvafiq Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasını təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Nobel prospekti dalan 1, ev 47/38 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyada heç bir rəsmi məlumat olmadığından xahişin yerinə yetirilməsi imkan xaricindədir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Google Earth” xəritə proqramının ortofoto görüntülərinə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin koordinatları daxilində 2014-cü ilin sentyabr ayına qədər tikili mövcud olmuşdur. ünvan 1 ünvanda yerləşən, txxxxim olunmuş torpaq sahəsinin üzərində 2014-cü ilin avqust ayına qədər mövcud olmuş tikilinin qabarit ölçüləri iş materialında olan sxem-planda göstərilən ölçülərdədir. Plan-sxemə əsasən tikilinin yaşayış sahəsi 168,9 m2 , köməkçi sahəsi 240,7 m2 olmaqla, ümumi sahəsi 409,6 m2 olmuşdur. İş materiallarından görünür ki, “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin 23.12.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanında yerləşən torpaq sahəsinin 1 m2 -nin bazar dəyəri: 180 (bir yüz səksən) manat, ümumilikdə (0.055 ha) bazar dəyəri: 99 000 (doxsan doqquz min) manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 1191 nömrəli 15.12.2020-ci il tarixli məktubla bildirmişdir: “Sizin icraatınızda olan 2-1(112)- 2674/2020 saylı, 03.12.2020-ci il tarixli inzibati işlə əlaqədar məktubunuzda iddiaçı X2 Cavabdehnə və iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” ilə əlaqədar iddia tələbinin obyektiv araşdırılması məqsədi ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yarandığı halda torpaq sahələrinin qiymətləndirmə dəyəri barədə məhkəməyə məlumat verilməsi tələb olunur. Məlumat üçün bildiririk ki, “xxxx” Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən Cavabdeh müraciəti əsasında qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evlərinin yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla birlikdə yaşayış və köməkçi sahələrinin bir kv.m alqı-satqı orta bazar qiyməti 1000 manat, əlavə yardımçı tikililərin sahəsinin 1 kv.m alqı-satqı orta bazar qiyməti 750 manat və Xüsusi Mülkiyyətdə olan torpaq sahələrinin 0.01 ha orta bazar qiyməti 10.000-12.000 arası olaraq müəyyən edilmişdir.” İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq 7-364/17 nömrəli 13.02.2020-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamının təsdiq olunmuş surəti məhkəməyə txxxxim etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə həvalə edilsmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Cavabdehnə tapşırılmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən 0.055 ha ümumi sahəsi olan torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi 168,9 m2 , köməkçi sahəsi 240,7 kv.m olmaqla, ümumi sahəsi 409,6 m2 olan tikilinin mövcud olması, həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamının çərçivəsinə düşməsi və həmin əmlaka (torpaq sahəsi və onun üzərində olan tikiliyə) dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X8rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbacan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetriməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda 3-cü şəxsin dövlət büdcəsinin maraqlarından çıxış etməsini nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəsində ödənilən kompensasiya məbləği, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyi, “xxxx” (Konsaltinq xidmətləri) MMC-nin 23.12.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyi və Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq txxxxim etdiyi 1191 nömrəli 15.12.2020-ci il tarixli məktubu nəzərə alınmaqla iddia tələbi təmin edilməli və İddiaçı məxsus 0.055 ha torpaq sahəsinə görə 99.000 (doxsan doqquz min) manat, həmin torpaq sahəsində mövcud olmuş tikiliyə görə 349.425 (üç yüz qırx doqquz min dörd yüz iyirmi beş) manat (yaşayış sahəsi – 168,9 x 1000 = 168.900 və köməkçi sahə - 240,7 x 750 = 180.525), ümumilikdə torpaq sahəsi və onun üzərində mövcud olmuş tikiliyə görə 448.425 (dörd yüz qırx səkkiz min dörd yüz iyirmi beş) manat məbləğində kompensasiya ona ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir. Belə ki, iş materiallarında (i.v.4) olan vətəndaş İddiaçı məxsus Nobel prospektində yerləşən yaşayış evin sxeminə əsasən iki mərtəbəli evin yaşayış sahəsi 168,9 kv.m, köməkçi sahə - 240,7 kv.m, ümumi sahə 409,6 kv.m göstərilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həmin sxem Xətai İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş və o onların sökülən evə təklif etdikləri kompensasiya ilə razılaşmadığına görə həmin sxem təsdiq edilməmişdir. Sonradan dəfələrlə bu məsələyə bağlı Cavabdehnə müraciət edilməsinə baxmayaraq məsələ həllini tapmamışdır. Həmçinin, məhkəməyə txxxxim edilmiş “xxxx” ASC-nin tərtib etdiyi 30.12.2007-ci il tarixli, 073139 saylı aktdan görünür ki, İddiaçı yaşadığı Nobel prospekti 41 ünvanda yerləşən mənzildə elektrik enerjisindən istifadə etdiyi, lakin Xətai EŞİ-də qeydiyyyatda olmadığı və sayğacın quraşdırılması tələbi qoyulmuşdur. Məhkəməyə txxxxim edilmiş “xxxx” ASC-nin abunə haqqında məlumatda Xətai rayonu, Qara şəhər, Nobel prospekti, ev (bina) 0041 mənzil 0061 yaşayan İddiaçı (abunə nömrəsi **********10061) 19.01.2008-ci ildən qeydiyyatda olduğu, 19.01.2008-13.10.2014cü illərdə abunə ödənişləri haqqında, 14.10.2014-cü ildə sayğacən təhvil verilməsi barədə məlumatlar öz əksini tapmışdır. Məhkəməyə txxxxim edilmiş Xətai rayonu Enerji Təchizatı və satışı İdarəsinin 23.04.2021-ci il tarixli, XS-092 saylı arayışdan görünür ki, həqiqətən İddiaçı Xətai rayonu, Nobel prospekti ev 41 mənzil 61 (abunə kodu **********10061) xxxx tərəfindən abonent 19.01.2008-ci il tarixində qeydiyyata alınmışdır, “Ağ şəhər” pilot layihəsi zamanı sökülmüşdür, mənzil mövcud olmadığından kod passiv edilmişdir. Məhkəməyə txxxxim edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 nömrəli uşaq Poliklinikasının məhkəməyə ünvanlandığı 26.04.2021-ci il tarixli, 42 saylı məktundan görünür ki, 22.01.2000-ci il təvəllüdlü X3 18 yaşı tamam olduğu səbəbdən 2 nömrəli uşaq poliklinikasında 01.2018-ci ildə qeydiyyatdan çıxarılıb; 02.02.2003-cü il təvəllüdlü X4 18 yaşı tamam olduğu səbəbdən 2 nömrəli üşaq poliklinikasında 02.2021 qeydiyyatdan çıxarılıb; 06.04.2008-ci il təvəllüdlü X10 o 11.04.2008-ci ildən bu günə kimi, 2 nömrəli poliklinikasında Xətai rayonu 41 ünvanından götürülüb. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)-2674/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan txxxxim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar