Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1111/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolnun və həmin protokol əsasında verilmiş əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10790/2021 saylı 12.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə qarşı hərracın yekunları barədə protokolunun və həmin protokol əsasında əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İşin faktiki hallarına görə İddiaçı, qardaşı Altay Abbasova xahişi ilə 03.04.2008-ci il tarixində Dənyalov Elsaldar Şahmərdan oğlu adında şəxslə 40.000 manat məbləğində borc müqaviləsi bağlamış və bunun təminatı olaraq ipoteka müqaviləsi imzalamışdır. Borc məbləği ödənilmədiyindən X5 borcalan İddiaçı qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin 2(004)-1485/2009 saylı, 03 aprel 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 19,0 kv m yaşayış sahəsi 29,7 kv m ümumi sahəsi olan iki otaqlı evin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin cavabdeh İddiaçı Dənyalov Elsaldar Şahmərdanoğluna olan 40.000,00 manat borcunun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Yasamal rayon Ə.Hüseynzadə küçəsi 28 ünvanında yerləşən evin satışından əldə olunan artıq məbləğin İddiaçı qaytarılması qət olunmuşdur (Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(004)-1485/2009 saylı 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.) Yasamal rayon Məhkəməsinin həmin qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin qərarı əsasında icrasına başlanılmış və ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən borcluya məxsus mənzil - 22 sentyabr 2014-cü il tarixində Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirlən hərracın yekunlarına barədə 78/03 saylı protokola əsasən mənzil tələbkar X1. 24 sentyabr 2014-cü il tarixində isə həmin protokol əsasında Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən şahadətnamə yə əsasən İddiaçı məxsus olmuş mənzil X3 mülkiyyətinə keçmişdir. İddiaçı hesab edir ki, həmin protokol və şəhadətnamə etibarsız hesab olunmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10790/2021 saylı 12.11.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mahiyyətinə uyğun ədalətli və hüquqi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin qətnaməsi 5 il 5 aydan sonra ondan və ailə üzvlərinin xəbərsiz hərraca çıxarılıb. Evin ucuz qiymətə satılaraq evin mənimsənilməsinə şərait yaradan Yasamal rayon İcra şöbəsinin icra məmuru etdiyi əməllə ona külli miqdarda ziyan dəymişdir. İPM-in tələblərinə görə işə inzibati məhkəmədə baxılmalıdır. İşə baxan hakim sifariş əsasında qərardad qəbul etməklə özünün dəlilil və arqumentlərini inkar etmiş, tədqiq etdiyi hüquqi normativ aktların tələblərini düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdehlər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında iddianın mümkünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, “tərəflərdən heç biri inzibati orqan olmadığından, tərəflər arasında yaranmış hüquq münasibəti isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılar görə razılaşır. Belə ki,“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının tələbindən göründüyü kimi, üç cavabdehə qarşı yönəlmişdir:
1. "xxxx" MMC;
2. Bakı şəhəri 9 saylı Notariat Kontoru;
3. Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi.
Birinci cavabdeh - "xxxx" MMC - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi göstərilsə də “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinin tələbi baxımından dövlət tərəfindən verilmiş inzibati akt qəbul etmək səlahiyyəti də mövcud deyil və konkret halda, Yasamal rayon İcra şöbəsinin icra sənədinin icrası ilə bağlı onun sifarişi əsasında ipoteka predmeti olan mənzilin açıq hərracdan satışının həyata keçirilməsini təşkil edən hərrac təşkilatçısıdır - mülki dövriyyənin iştirakçısıdır. Odur ki, onun tərəfindən hərracın təşkili və ipoteka predmetinin satışının həyata keçirilməsi ilə bağlı hərəkətləri, o cümlədən hərracın nəticələrinə dair protokolun tərtib olunması publik sahəyə aid olan hərəkətlər və həmin tərətib olunan protokol inzibati akt kimi qiymətləndirilə bilməz. İkinci cavabdeh - Bakı şəhəri 9 saylı Notariat Kontoruna gəldikdə, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş həmin Təsnifatda Ədliyyə Nazirliyinin dövlət notariat ofisləri inzibati orqanlar sırasına aid edilsə də, konkret halda, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən verilən mübahisəli şəhadənamə açıq hərracda təşkil olunmuş alqı-satqının nəticələrinə dair tərtib olunmuş protokol əsasında verilmişdir. Alqısatqı münasibətləri isə mülki qanunvericiliklə tənzimlənir və bu halda publik məsələnin həllindən söhbət gedə bilməz. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixdi 12 saylı qərarı ilə, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 2015-ci il 10 aprel tarixli 04 №-li qərarında aşağıdakılar qeyd edilmişdir: “...8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməlidir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericiliyin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı X6 8.1.3-1-ci, «Notariat haqqında» Qannunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 №-li qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyətininin dəqiq müəyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamandı, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə tcraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin...» Üçüncü cavabdeh - Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların qeyd olunan “Təsnifatı”nda icra xidməti də təsbit olunsa da, konkret halda, mübahisəli hüquq münasibətləri Bakı şəhəri Yasmal rayon Məhkəməsinin, yəni, ümumi məhkəmənin qəbul etdiyi qətnamənin icrasından irəli gələn münasibətləri həatə edir. Mülki iş üzrə verilmiş icra sənədinə əsasən başlanılmış icraat çərçivəsində, həmin icraatın iştirakçıları tərəfindən qaldırılan istənilən məsələnin həllinə isə bu icraatdan kənar qaydada, o cümlədən, inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün saylılmır. Çünki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhz, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» «İcra haqqında» Qanunun 29.1-ci maddəsi də məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək (ondan şikayət vermək) hüqüquna malikdir. Konkret halda da icra sənədi üzrə icraatın iştirakçısı olan iddiaçı tərəfindən cavabdeh icra orqanının hərəkətlərindən irəli gələn məsələlər mübahisələndirilmişdir. Yəni həmin mülki icraatın əhatə çərçivəsindən kənar bir məslə deyil. İcra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qəradadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımdan, icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra orqanı tərəfindən icra icraatından kənara çıxmalarla, yol verildiyi və həmin icraatdan kənar şəxslərin hüquq və azadlıqları pozulduğu hallarda yalnız, belə şəxslərin icra orqanının hərəkət və həkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahəsələrin inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. İddiaçının etibarsızlığını tələb etdiyi sənədlər “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində verilən inzibati akt anlayışını da ifadə etmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının qeyd olunan cavabdehlərə qarşı “hərracın yekunları barədə protokolnun və həmin protokol əsasında verilmiş əmlakın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi inzibati icraat qaydasında baxılan iddia növlərinə aid edilməsi istisna olunur. İPM-in 2.1-ci maddəsinin tələbində də məhz şərtləndirilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd olunanlar baxımından qeyd olunan iddiaçının həmin cavabdehlərə qarşı hazırkı iddiası, İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun qaydada qaldırılan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna edilir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı idlə iddianın inzibati məhkəmə icraatının yolverilməz hesab edilərək, məhkəmə icraatının mümkün sayılmaması İPM-in 35.1-ci və 35.3-cü maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə normativ-hüquqi aktların düzgün tətbiq edilmədiyini vurğulayan və həmin qərardadla onun iddia tələbinin mümkün sayılmamasının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10790/2021 saylı 12.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ:
İddiaçı qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10790/2021 saylı 12.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Cahangir Yusifov
Hakimlər Həmid Həmidov
Elmira Nağıyeva