Məhkəmə qərarları › İş №2-1(103)-1112/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1112/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1112/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. DSMF Səbail rayon Şöbəsi tərəfindən İddiaçı 1 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5012/2023 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 3851,52 manata azaldılmışdır. Pensiya alt sistemindən görünür ki, iddiaçının pensiyasından xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə hər ay 243.15 manat, xx.xx.2024-cü il tarixə isə 544,26 manat məbləğində tutulmalar olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan “Artıq ödənilmiş pul vəsaiti haqqında” 6 mart 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq iddiaçının əmək pensiyasının 2023-cü ilin fevral ayında 4859,46 manat məbləğində müəyyən edilmiş, həmçinin ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14366,68 manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 5403,73 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 544,27 manat fərq məbləği hesablanıb. Həmin 544,27 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 14366,68 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 13822,41 (14366,68-544,27) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 50122023 №-li qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, pensiyanın bərpa edilməsi, artıq tutulmuş 1.030 manatın qaytarılması və ödənilməyən pensiya məbləğinin fərqinin bərpa edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ildən prokurorluq orqanlarının əməkdaşı kimi iddiaçıya xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyətində qanunların icrasına nəzarət idarəsində böyük prokurormetodisti vəzifəsində işləyirdi. 2007-ci ilin iyun ayında iddiaçı Baş prokurorluğun Kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Əmək haqqının artdığı ücün o, DSMFnun Səbail rayon şöbəsinə ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş və onun pensiyası yenidən hesablanmışdır. 2013-cü ilin fevral ayında o, Ağsu rayon prokuroru vəzifəsinə təyin edilmiş və 2016-cı ilin iyun ayına kimi qulluq illərinə görə təyin edilmiş 50% pensiya alırdı. 2016-cı ilin iyun ayında həmin vəzifədən yaşa görə pensiyaya çıxmış və tam (100 %) pensiyanı (orta əmək haqqının 80%-i) almağa başlamışdır. 2022-ci ilin sonuna kimi o, kadrlar idarəsinin rəis müavini kimi həmin pensiyanı heç bir problem olmadan alırdı. 2022-ci ilin noyabr ayında prokurorluq işçilərinin əmək haqqlarının artırılması ilə əlaqədar həmin ilin dekabr ayından pensiya yenidən hesablanmaqla 2023-cü ilin yanvar ayında indeksasiya edildi, lakin iddiaçıya pensiya artımsız verildi. Növbəti ayda pensiya qismən artırıldı, 2023-cü ilin mart ayından iddiaçıya 4859 manat pensiya təyin edildi. 2024-cü ilin indeksasiyası nəticəsində bu məbləq 5403,73 manata çatdırıldı. Halbuki artım və indeksasiyalar ilə əlaqədar pensiya daha çox olmalı idi. İddiaçıya təyin edilmiş bu pensiya isə təqribən Baş prokurorluğun idarə prokurorunun pensiyası qədərdir. 2023-cü ilin iyun ayında iddiaçıya cavabdehdən 8 iyun 2023-cü il tarixli 3-17-1/2-M-130200/2023№-li “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktub daxil olmuşdur. Məktubda qeyd edilmişdur ki, pensiya işi yenidən araşdırılıb və müəyyən edilib ki, iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasında dövr ərzində 15915.24 manat artıq pul vəsaiti ödənilib. Həmin məbləğdən iddiaçıya ödənilməli olan lakin ödənilməyən 439.51 və 1109.05 manat çıxılaraq 14366.68 manat pul vəsaitinin pensiyadan tutulmasına dair Mərkəzi Filiala yazılı razılıq təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı buna razılıq verməmişdir. Məktubun sonunda əlavə qeyd edilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 486.30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin məbləğ də onun razılığı olmadan və ona bildirilmədən 2023-cü ilin iyun-iyul aylarında pensiyasından qanunsuz olaraq tutulmuşdur. Cavabdeh məktubunda gəldiyi nəticəni əsaslandırmamışdır. Eyni qayda ilə 2024-cü ilin yanvar ayında indeksasiya edilmiş pensiyadan 544 manat tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının pensiya işi ilə əlaqədar qəbul etdiyi qərar iddiaçıya göndərilməmiş, gəldikləri nəticə hər hansı bir qanuna əsaslanmamış və heç bir izah verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə yazılan ərizə ilə əlaqədar 6 mart 2024-cü il tarixli 3/-17/2-M-55524/2024 №-li cavab məktubu verilsə də, şikayət mahiyyəti üzrə araşdırılmamış, dəlillər, suallar cavabsız qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1505,00 manat, qulluq illərinə görə əlavəsi 677,25 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrini 1392,15 manat olmaqla orta aylıq əmək haqqı 3712,40 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3712,40 manat) 80 faizi-2969,92 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 15915,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1980,00 manat, qulluq illərinə görə əlavəsi 891,00 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrinin 1805,40 manat olmaqla orta aylıq əmək haqqı 4814,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4814,40 manat) 80 faizi-3851,52 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 439,51 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4236,67 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4859,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar və fevral ayları üzrə 9718,92 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin aylar üzrə 8609,87 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ona ödənilməli olan 1109,05 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 14366,68 (15915,24- 439,51-1109,05) manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 486,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 5403,73 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 544,27 manat fərq məbləği hesablanıb. Həmin 544,27 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 14366,68 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 13822,41 (14366,68-544,27) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 5012/2023 nömrəli qərarın ləğv edilməsi, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilməklə ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsinin və artıq tutulmuş 1.030 manat pul vəsaitinin qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara almışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ona münasibətdə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1505,00 manat, qulluq illərinə görə əlavəsi 677,25 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrini 1392,15 manat olmaqla orta aylıq əmək haqqı 3712,40 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3712,40 manat) 80 faizi- 2969,92 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 15915,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1980,00 manat, qulluq illərinə görə əlavəsi 891,00 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələrinin 1805,40 manat olmaqla orta aylıq əmək haqqı 4814,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4814,40 manat) 80 faizi-3851,52 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 439,51 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 4236,67 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4859,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya cari ilin yanvar və fevral ayları üzrə 9718,92 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin aylar üzrə 8609,87 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ona ödənilməli olan 1109,05 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 14366,68 (15915,24-439,51-1109,05) manat artıq pul vəsaiti ödənilib. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 486,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022- ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6- 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 5403,73 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 544,27 manat fərq məbləği hesablanıb. Həmin 544,27 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 14366,68 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 13822,41 (14366,68-544,27) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh onun pensiyasıyla əlaqədar qərar qəbul edərkən çoxsaylı kobud qanun pozuntularına yol vermişdir. Onun tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının, Avropa İnsan Hüquqları Konvensiyasının tələbləri pozulmuşdur. Təkcə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-dan cox maddəsinin tələbləri pozulmuşdur, (həmin qanun pozuntuları iddia ərizəsində və məhkəmənin qərarında göstərildiyindən onların məzmununa toxunmur.) Cavabdehin səlahiyyətli nümayəndəsi tərtib etdiyi apellyasiya şikayətində, iddia ərizəsində və məhkəmənin qərarında göstərilmiş kobud qanun pozuntularının heç birini mübahisələndirməmiş, təkzib etməmişdir. Şikayətdə yalnız cavabdehin göndərdiyi “Artıq ödənilmiş pul vəsaiti haqqında” 6 mart 2024-cü il tarixli məktubda göstərilən əsassız dəlilləri təkrar yazmaqla və heç bir səbəb, əsas göstərmədən məhkəmənin qərarının ləgv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti formal olmaqla şikayət etmək xətrinə yazılmış kimi qəbul edilməlidir. Hətta məhkəmə qərarı ilə iddia tələbi tam təmin olduğu halda apellyasiya şikayətində onun qismən təmin olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin rədd edilməsi və məhkəmənin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı cavabdeh qurumun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarının ləğvini tələb edir. Cavabdeh inzibati orqan həmin qərar barədə iddiaçıya 6 mart 2024-cü il tarixli məktubla məlumat vermişdir. Həmin qərarların iddiaçıya hansı tarixdə təqdim olunması iş materiallarından müəyyən olunmur. Lakin iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 50122023 nömrəli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, pensiyasının bərpa edilməsi, artıq tutulmuş 1.030 manatın qaytarılması və ödənilməyən pensiya məbləği fərqinin bərpa edilib ödənilməsi” ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, DSMF Səbail rayon Şöbəsi tərəfindən iddiaçıya 1 yanvar 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh qurum tərəfindən ƏPQ-nun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 4236,67 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4859,46 manat məbləğində hesablanmışdır. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5012/2023 nömrəli qərarı ilə ona xx.xx.2023-cü il tarixdən hesablanmış 4859,46 manat pensiya 3851,52 manata azaldılmışdır. Pensiya alt sistemindən görünür ki, iddiaçının pensiyasından xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə hər ay 243.15 manat, xx.xx.2024-cü il tarixə isə 544,26 manat məbləğində tutulmalar olmuşdur. Hazırda iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 5012/2023 nömrəli qərarı mübahisələndirir. Cavabdehin “Artıq ödənilmiş pul vəsaiti haqqında” 6 mart 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq iddiaçının əmək pensiyasının 2023-cü ilin fevral ayında 4859,46 manat məbləğində müəyyən edilmiş, həmçinin ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14366,68 manat artıq pul vəsaiti hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası cari ilin fevral ayında 5403,73 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 544,27 manat fərq məbləği hesablanıb. Həmin 544,27 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 14366,68 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 13822,41 (14366,68-544,27) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının pensiya işi təqdim olunmuşdur. Pensiya işində olan çıxarışdan görünür ki, hazırki günə iddiaçıdan tutulan məbləğ 1.030,56 manat təşkil edir. Belə ki iş materiallarında olan pensiya alt sistemindən çıxarışdan görünür ki, iddiaçının pensiyasından xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə hər ay 243.15 manat,xx.xx.2024-cü il tarixə isə 544,26 manat məbləğində tutulmalar olmuşdur. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan 21 aprel 2025-ci il tarixli, 3-17-1/2-88550/2025 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı pensiya işinə dair sənədlərdə ona Fondun Səbail rayon şöbəsi tərəfindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla İddiaçı pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1505,00 manat, qulluq illərinə görə əlavəsi 677,25 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1392,15 manat olmaqla orta aylıq əmək haqqısı 3712,40 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3712,40 manat) 80 faizi-2969,92 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də İddiaçı həmin dövr üzrə ümumilikdə 15915,24 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, qulluq illərinə görə əlavəsi 891,00 manat, rütbəyə görə əlavəsi 138,00 manat, digər növ əlavələri 1805,40 manat olmaqla orta aylıq əmək haqqı 4814,40 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 35 il 5 ay 29 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4814,40 manat) 80 faizi-3851,52 manat məbləğində hesablanmalı olduğu halda, 3412,01 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 439,51 manat pul vəsaiti hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 4236,67 manat, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4859,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə 2023-cü ilin yanvar və fevral ayları üzrə 9718,92 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin aylar üzrə 8609,87 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ona ödənilməli olan 1109,05 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 14366,68 (15915,24-439,51- 1109,05) manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd olunan xx.xx.2023-cü il tarixindən adıçəkilən şəxsin pensiyasının 4859,46 manat məbləğində müəyyən edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5012/2023 nömrəli Qərarında göstərilib. Aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən ƏPQ-nun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 4236,67 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4859,46 manat məbləğində hesablansa da, sonradan xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5012/2023 nömrəli qərarla pensiyası 3851,52 manata azaldılmışdır. Beləliklə, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5012/2023 nömrəli qərar inzibati icraat aparılmadan qəbul edilmişdir, buna görə də həmin inzibati akt ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5012/2023 nömrəli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Hazırki işdə iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz 4859,46 manat məbləğində pensiyanın hesablanması cavabdehin özü tərəfindən müstəqil şəkildə hesablamalar aparılmaqla qəbul edilmişdir, həmin hesablamalar aparılarkən düzgün hesablanmamaya iddiaçının təqsiri üzündən yol verilməmişdir. Oxşar işlər üzrə formalaşan məhkəmə təcrübəsinə görə vaxtilə inzibati orqanın səhv hesablamalarına görə təqsirlilik iddiaçıların məsuliyyət sferasına aid edilmir. Kollegiya onu da qeyd edir ki, həmin səhv hesablamalar inzibati orqana məhz xx.xx.2023-ci ildə, yəni elə hesablamaların aparıldığı dövrdə məlum olmuş, bu halların sonradan, yəni xx.xx.2024cü ildə məlum olması faktı da iş üzrə sübuta yetirilmir. Məhkəmə kollegiyası həm də nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5012/2023 nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı qaydalara riayət olunmamışdır ki, bu da qanunun tələbinə görə inzibati aktın ləğvi üçün əsas yaradır. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin artıq ödənilmiş 13822,41 manat manat pul vəsaitinin tutularaq büdcəyə bərpa ediləcəyini göstərməklə kifayətlənmişdir. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığı olmadan tutulmalar aparmışdır. Belə olan halda iddiaçı hazırki işdə mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın icrası ilə əlaqədar pensiyasında yaranmış fərq məbləğinin ona qaytarılması və əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb etməkdə haqlı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır.(2-1(102)-2641/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-1573/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar) Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar 2-1(102)-2478/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadda cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən mümkün sayılmamışdır. Sonuncu adıçəkilən qərardadda qeyd olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X6 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)- 331/2024 saylı, xx.xx.2024-cü il tarixli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, X7 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli, X10 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, X4 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar və X11 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2- 1(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Hazırki işdə iddiaçı onun pensiyasından ona artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılıq verməmişdir. Belə olan halda iddiaçı hazırki işdə onun pensiyasından artıq ödəmə adı altında tutulmuş 1.030 manat pul vəsaitinin (i.v. 81-82-də olan alt sistemdən çıxarışdan görünür) geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5012/2023 nömrəli qərarın ləğv edilməsi, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilməklə ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi və artıq ödəmə kimi tutulmuş 1.030 manat pul vəsaitinin qaytarılması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2024 saylı 03 oktyabr 2024-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar