Məhkəmə qərarları › İş №2-1(103)-1113/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1113/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1113/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********381200 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 83322,68 manat vergi borcu və ona hesablanmış faiz borcunun vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti göstərdiyi müddətdə dövlət büdcəsinə olan vergilərini vaxtında və tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə xx.xx.2023-cü il tarixli **********38 nömrəli qərarla 2020-ci ilin mənfəət vergisinə 83322.68 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının əsası kimi göstərilmişdir ki, tərəflərindən xx.xx.2023-cü il tarixində 2020-ci il üçün mənfəət vergisi üzrə təqdim edilmiş vergi bəyannaməsində kənarlaşmalar yaranmış və bu səbəbdən də əlavə olaraq 83322,68 manat vergi məbləği hesablanmışdır. Göründüyü kimi, 2020-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə (xx.xx.2023-cü il tarixində) hər hansı bir kənarlaşma vardırsa həmin kənarlaşma ilə bağlı 30 iş günü müddətində kameral vergi yoxlaması ilə hesablama aparılmalıdır. Lakin vergi orqanı mənbəyi bəlli olmayan məlumatlar əsasında 2020-ci ilin mənfəət vergisi üzrə 2023-cü ilin sentyabr ayında hesablama aparmışdır. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilən zaman Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə hesablama aparılan zaman iddiaçı tərəfindən gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini əsaslandırarkən göstərmişdir ki, mübahisələndirilən 18 sentyabr 2023-cü il tarixli **********381200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın hazırda qüvvədə olmadığı səbəbindən, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmış, iş üzrə hazırlıq iclası xx.xx.2024-ci il tarixə təyin edilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymış, tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən iddianın mümkünlüyü müzakirə edilməmişdir. Daha sonra məhkəmə göstərmişdir ki. iddiaçının hazırda mübahisələndirdiyi vergi orqanının qərarı18 sentyabr 2023-cü il tarixli **********381200 saylı qərarı ilə qüvvədən düşmüş və vergi orqanı tərəfindən 15 dekabr 2023-cü il tarixdə **********817000 nömrəli qərar qəbul edilmişdir. Yəni, hazırda iddia ərizəsində mübahisələndirilmiş qərar mövcud deyildir. Lakin, qərardadın təsviri hissəsində iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi göstərilsə də, məhkəmə tərəfindən bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməmiş, bununla da AR İPM-nin 13-cü maddəsinin tələbi pozulmuşdur. Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəməni hüquqi yardım göstərmək vəzifəsindən azad etmir və hüquqi yardım göstərmək imkanını məhdudlaşdırmır. Belə ki, formalaşmış məhkəmə təcrübəsində, şəxsi kabinet vasitəsilə hüquqi yardım məktubunun göndərilməsinə dair təcrübə mövcuddur. İşi nelektron qovluğundan göründüyü kimi, belə bir məktub mövcud deyil. İşdən görünür ki, inzibati mübahisə üzrə 6 iclas keçirilmiş, daha əvvəl keçirilmiş çoxsaylı məhkəmə iclaslarında iddiaçıya hüquqi yardım göstərilməsi məsələsi həll edilməmişdir. Bu səbəbdən, iddiaçı xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda təmsil olunmasa belə, məhkəmə tərəfindən iddiaçıya tələbin dəqiqləşdirilməsi üçün şərait yaradılmalı idi. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia tələbinin “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********817000 saylı qərarının ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının iddianın dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizənin məhkəmə icraatına qəbul edilməsinə etiraz etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qərardadı ilə iddia tələbi “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********817000 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İs materiallarından müəyyən olunur ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 sentyabr 2023-cu il tarixli, **********381200 nömrəli Qərarına əsasən 2020 hesabat dövrü üçün mənfəət vergisi üzrə iddiaçıya 83.328,68 manat vergi borcu hesablanmış və sözügedən inzibati aktda vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət vermə hüququ və müddəti göstərilmişdir. Lakin sonradan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 dekabr 2023-cu il tarixli, **********422200 nömrəli Qərarına əsasən 2020 hesabat dövrü üçün mənfəət vergisi üzrə iddiaçıya 84.612,75 manat vergi borcu hesablanmışdır. Bundan sonra Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 dekabr 2023-cu il tarixli, **********817000 nömrəli Qərarına əsasən 2020 hesabat dövrü üçün mənfəət vergisi üzrə iddiaçıya 1.844,45 manat vergi borcu hesablanmışdır. İddiaçının hazrki iş üzrə tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********381200 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 83322,68 manat vergi borcu və ona hesablanmış faiz borcunun vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlıdır. İşin birinci instansiya məhkəməsinin icraatında olarkən 18 sentyabr 2023-cü il tarixli **********381200 saylı qərar qüvvədən düşmüş və vergi orqanı tərəfindən 15 dekabr 2023cü il tarixdə **********817000 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqana qarşı göstərilən tələb ilə mübahisələndirilən inzibati akt öz hüquqi qüvvəsini itirdiyindən, həmçinin iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddia tələbi – ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 dekabr 2023-cu il tarixli, **********817000 nömrəli Qərarının ləğv edilməsi” formasında dəqiqləşdirilməmişdir. Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddiasının mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslarla iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, hazırki iş üzrə iddianın birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılması üçün əsas kimi istinad olunan “hüquqi yardımın göstərilməsinə baxmayaraq iddia tələbinin dəqiqləşdirilməməsi” barədə hallar araşdıralarkən məlum olur ki, iş materiallarında (i.v.50) olan İddiaçı MMC-yə iddianın dəqiqləşdirilməsi ilə bağlı ünvanlanan məktub olsa da, həmin məktubun iddiaçı tərəfindən alınmasını təsdiq edən hər hansı sübut iş mateririallarında mövcud deyil. Belə olan halda məhkəmə “iddiaçıya hüquqi yardım göstərməsinə baxmayaraq sonuncunun iddia tələbini dəqiqləşdirmədiyi”nə istinad edə bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi edilmiş hüquqi yardımla bağlı iddia tələbini hüquqi marağına uyğun olaraq dəqiqləşdirmiş və tələbini “cavabdehin xx.xx.2023-cü il tarixli **********817000 saylı qərarının ləğv edilməsi” kimi qoymuş, həmin dəqiqləşdirmə ərizəsi də məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********817000 saylı qərarının ləğv edilməsi” barədə tələbinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığını nəzərə alaraq hesab edir ki, inzibati iş yeni tələbə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəməsinin aktında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq müvafiq qərar (və ya qərardad) qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-4322/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar