Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1114/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin vəkili nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının: - “Torpaq sahəsinin geri alınması haqqında” 674 saylı xx.xx.1999-cu il tarixli sərəncamından (surəti) müəyyən olunur ki, DNŞ-nin Quruda Neft və Qazçıxarma Birliyinin xx.xx.1999-cu il tarixli JÇ-011/218 saylı məktubu nəzərə alınaraq, Səbail rayonu ərazisində yerləşən və DNŞ-yə məxsus “Bibiheybət” NQÇİ-nin istifadəsində olan torpaq sahələrindən 266,05 ha-nın geri alınması qərara alınmışdır.
3. “ARDNŞ-nə məxsus torpaq sahələrinin Bakı şəhərinin istifadəçiliyinə qaytarılmasına dair verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 211 saylı və xx.xx.1999-cu il tarixli 674 saylı sərəncamlarının ləğv edilməsi haqqında” 144 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı (surəti) ilə DNŞ-nin xx.xx.2010-cu il tarixli, İƏ-329 saylı müraciəti nəzərə alınaraq, ARDNŞ-ə məxsus Sabunçu rayonu, Balaxanı- SabunçuRamana yatağına və Səbail rayonu, “Bibiheybət” NQÇİ-yə aid torpaq sahələrinin Bakı şəhərinin istifadəçiliyinə qaytarılması barədə Bakı şəhər İHB-nın xx.xx.1999-cu il tarixli 674 saylı sərəncamlarının ləğv edilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-08133-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” 2618 №-li, xx.xx.1993-cü il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3/104 №-li xx.xx.1992-ci il tarixli qərarına əsasən, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda mənzil növbəsində qeydiyyatda olan, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması; İcra Hakimiyyətinin nəzdində yaradılmış torpaq bölgüsü komissiyasının 7 №-li xx.xx.1993-cü il tarixli protokolunun təsdiq edilməsi; Badamdar qəsəbəsində 2-ci massivdə “Xəzərneftdonanma” idarəsinin Gəmi təmiri zavodunun Azad Həmkarlar komitəsinin təsdiq etdiyi siyahıya əsasən torpaq sahələrinin palanılması; ___ №-li, 600 (altı yüz) kv. m. torpaq sahəsinin fərdi ev tikmək üçün Rövşən İmanova ayrılması barədə sərəncam verilmişdir.
5. Səbail rayonu İHB-nın Badamdar qəsəbəsində Nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 135 №-li çıxarışdan müəyyən olunur ki, Səbail rayon İHBnın 2618 №li 20 iyul 1993-cü il tarixli sərəncamı ilə vətəndaş X7 ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-döngədə yerləşən 39 №li 600 kv. m. torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib olunmuş və həmin cizgi Səbail rayon Hİ tərəfindən təsdiq edilmişdir.
6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İH-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İHB-nın 2618 nömrəli 20 iyul 1993-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Badamdar qəsəbəsi ünvanında yerləşən 600 kv. m. torpaq sahəsinin və onun üstündə tikib yaşadığı evin qeydiyyata alınmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin və həmin torpaq sahəsinin üstündəki evin cavabdeh tərəfindən qeydə alınması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması qərara alınmışdır.
8. 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 941237 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 04-cü ayının 26-cı günündə 735 nömrə ilə qeyd edilmişdir.
9. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 398 №-li, xx.xx.2018-ci il tarixli məktubu ilə, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 adına 18 may 2018-ci il tarixdə açılmış V-124/2018 saylı vərəsəlik işinin həlli üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, 2-ci massivdə yerləşən 600 kv. m. torpaq sahəsinə dair mərhumun adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun” 5.1.-1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat”ın 5-ci hissəsinə uyğun olaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın mərhumun vərəsəsi arvadı X2 verilməsi xahiş olunmuşdur.
10. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən:
11. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********38 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, döngə 2 ünvanında yerləşən 39 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 600,0 kv. m., faktiki sahəsi 635,0 kv. m. (35,0 kv.m., artıq) təşkil edir. Torpaq sahəsi dörd tərəfindən daş hasarla və tikilinin çöl divarı ilə sərhədləndiyi, üzərində bir mərtəbəli fərdi yaşayış evinin olduğu, çoxmərtəbəli yaşayış binasından 15,0 metr aralı məsafədə yerləşdiyi qeyd olunmuşdur.Faktiki sahənin koordinatı aşağıdakı kimi qeyd olunmuşdur. X 399051.189, 399053.817, 399036.371, 399022.674, 399020.993, 399033.272 Y4466362.548, 4466342.821, 4466340.925, 4466339.242, 4466360.188, 4466361.510
12. SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin (“Bibiheybətneft” NQÇİ-nin) daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin, vətəndaşın müraciətində qeyd olunmuş torpaq sahəsindən 80 m. məsafədə 2584 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur.
13. Məktuba əlavə olunmuş “Azneft” İB-nin Geodeziya və hidroqrafiya şöbəsinin arayışında sözügedən torpaq sahəsinin künc nöqtələrinin koordinatları aşağıdakı kimi qeyd olunmuşdur. S/s X Y
1. 399024 ******* 2 399054 ******* 3 399053 ******* 4 399023 4466338
14. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, mərhum X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 2, “32” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılmışdır. Müraciətdə göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən DNŞ-nin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, qeyd edilən ünvanla bağlı 1 sayiı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3244/2017 nömrəli inzibati iş üzrə mübahisənin yekunlaşması barədə məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçsının (bundan sonra mətndə Səbail rayon İHB) xx.xx.1993-cü il tarixli, 2618 №-li sərəncamı əsasında Badamdar qəsəbəsi, 2-ci Massivinin 39 nömrəli 600 kv. metr torpaq sahəsinin mərhum əri X6 adına mülkiyyət hüququnu təsdiq edən arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir.
16. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail rayon İHB-nın “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 №-li Sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 №-li sahədə) yerləşən 600 kv. metr torpaq sahəsinin mərhum əri X7 məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) ona verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ərinə Səbail rayon İHB-nın xx.xx.1993-cü il tarixli, 2618 saylı sərancamı əsasında Badamdar qəsəbəsinin, 2-ci massivində 39 nömrəli, 600 kv. metr. ev tikmək üçün torpaq sahəsi ayırılmışdır. Qeyd olunan torpaq sahəsi ayrılandan sonra əri torpaq sahəsini hasara almış və fərdi yaşayış evi tikmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Əri 2017-ci ildə cavabdeh orqana qeyd olunan torpaq sahəsinə çıxarış alınması üçün müraciət etmiş, lakin müraciətə imtina cavabı alımışdır. İmtina cavabı aldıqdan sonra mərhum əri Azərbaycan Respublikası 1 saylı Baki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir (işin nömrəsi 2-1(81)-3244/2017). Ərinin səhhəti pisləşmiş və o, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində təyin olunan məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Nəticədə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir, qərardaddan şikayət verilməmişdir. Mərhum əri X9 ağır sürən xəstəlikdən xx.xx.2018-ci il tarixində vəfat etmişdir, Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması ilə bağlı mərhum ərinin hüquqi varisi olaraq cavabdeh orqan - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, müraciətə imtina cavabı verilmişdir. İmtina cavabının əsası bundan ibarət olmuşdur ki, qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra mətndə DNŞ) istifadəsinə verilmiş ərazisində yerləşir. Lakin bu faktı təsdiq edən heç bir sənədi imtina məktubuna əlavə edilməmişdir. Bundan əlavə olaraq, cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin icraatında qeyd olunan torpaq sahəsi ilə bağlı 2-1(81)-3244/2017 işin yekunlaşması ilə bağlı məhkəmə aktı idarəyə daxil olmamışdır. Torpaq sahəsinin yerləşdiyi ərazinin DNŞ-nin istifadəsinə verilməsi qeyrimümkündür çünki 1993-cü il tarixində Səbail rayon İHB-nın müvafiq sərancamına əsasən qeyd olunan torpaq sahələri paylanmışdır və bu faktı təsdiq edən Səbail rayon İHB tərəfindən təsdiq edilmiş topraq sahəsinin yerləşmə cizgisini iddia ərizəsinə əlavə etmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin DNŞ-nin istifadəsinə verilməsini təsdiq edən heç bir sənəd cavabdeh orqan tərəfindən onlara təqdim edilməmişdir. Bundan əlavə olaraq qeyd olunan ərazidə, qonşu sahələr artıq mülkiyyət hüquqlarını təsdiq edən çıxarışları əldə etmişdilər.
18. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 2 ünvanında yerləşən 32 saylı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə mövqeyini göstərən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmiş və yerləşmə cizgisi səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********08 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsindən 50 metr şimalda işlək olmayan neft quyusu mövcuddur. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının “Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1993-cü il tarixli, 2618 №-li Sərəncamı ilə Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivində (döngə 2, 39 №-li sahədə) yerləşən 600 kv. metr torpaq sahəsinin İddiaçı mərhum əri X7 məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş ərazini əks etdirən fotoşəkillərdən və DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə təqdim olunmuş mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından (surəti) müəyyən olunmuşdur ki, dörd tərəfindən daş hasarla və tikilinin çöl divarı ilə sərhədləndirilmiş, üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş torpaq sahəsi yaşayış massivində yerləşməklə, çoxmərtəbəli yaşayış binasından 15,0 metr aralı məsafədə yerləşir.
21. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsindən 50 metr şimalda işlək olmayan neft quyusu mövcuddur.Torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.1993-cü il tarixli olsa da, sahəyə dair yerləşmə cizgisi xx.xx.2005-ci il tarixində tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin yerləşmə mövqeyini göstərən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir.Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.
24. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adi cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq 27 fevral 2024-cü il tarixli məktubla bildirmişdir ki, sorğuda qeyd edilən ərazi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində məxsusluq barədə arayışın verilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununum 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları, neft-qaz boru kəmərlərinin, eləcə də neft quyularının mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, SOCAR- in Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaradır. Sorğuya cavab olaraq, iddia edilən torpaq sahəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olduğunu təsdiq edən xəritədən çıxarışı bu məktubla təqdim edirlər. Qeyd olunanları nəzərə alaraq, həmçinin inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Azneft” İstehsalat Birliyini üçüncü şəxs qismində cəlb etməsinii, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə iddia tələbinin rədd olunmasını xahiş edirlər.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
26. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
28. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 27 fevral 2024-cü il tarixli cavab məktubunda göstərilənlərə istinad etməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
29. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
30. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
31. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
33. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
34. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
39. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
40. İşin hallarından müəyyən edilmişdir ki, Səbail rayon İHB-nın 20 iyul 1993-cü il tarixli 2618 №-li Sərəncamında qeyd edilən torpaq sahəsi həmin normaların tələblərinə uyğun olaraq iddiaçının mərhum əri Rövşən İmanovun istifadəsinə verilmişdir. Həmin sərəncamın qüvvəsi, mötəbərliyi (qanuna uyğunluğu) və iddia olunan torpaq sahəsinin koordinatlarının həmin sərəncamla ayrılan torpaq sahəsinə uyğunluğu qəbul edildikdə, sərəncamın qəbul edildiyi vaxtda ayrılan torpaq sahəsinin onun ayrılma məqsədinə və təyinatına uyğunluğu da qəbul edilməlidir. Bunun əksini, habelə torpağın təyinatının sonradan qanunla müəyyən edilmiş qaydada dəyişdirildiyini cavabdeh sübut etməlidir.
41. İddiaçının mərhum ərinə məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir.
42. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.
43. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsindən 80 m. məsafədə neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinə (“Bibiheybətneft” NQÇİ-nin) məxsus 2584 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur (SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu).
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 №li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: -3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: Neftqazçıxarma sənayesi obyektləri - Ləğv olunmuş quyular - aşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrdə 75 metr məsafədə.
45. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş ərazini əks etdirən fotoşəkillərdən və DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə təqdim olunmuş mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023cü il tarixli müayinə aktından (surəti) müəyyən olunmuşdur ki, dörd tərəfindən daş hasarla və tikilinin çöl divarı ilə sərhədləndirilmiş, üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş torpaq sahəsi yaşayış massivində yerləşməklə, çoxmərtəbəli yaşayış binasından 15,0 metr aralı məsafədə yerləşir.
46. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.
47. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin imtinasını və şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
49. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
50. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
51. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
52. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum əri X7 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.
53. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11041/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.