Məhkəmə qərarları › İş №2-1(103)-1115/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1115/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1115/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X7nın keçirilməsi haqqında” **********152899 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar X7nın təyin edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********152967 №-li, xx.xx.2022-ci il tarixli “X7 aktı”ndan görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə 30 gün uzadılmışdır. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində azaldılması, 6337.56 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, 8082,15 manat məbləğində maliyyə sanksiyası, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində azaldılması, 18083,67 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə gəlir vergisinin 15612,32 manat məbləğində azaldılması, 7806,16 manat məbləğində maliyyə sanksiyası heablanması müəyyən edilmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə sona çatmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının **********533300 saylı məktubu ilə “xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “X7nın keçirilməsi haqqında" Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi orqanının **********652000 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “X7nın keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən X7 ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib olunmuş və elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********653700 saylı məktubuna əsasən “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar yoxlama keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən yoxlama ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “MN” seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********638400 saylı məktubuna əsasən “Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “X7nın keçirilməsi haqqında” Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin X7 ilə əlaqədar heç bir sənəd əldə etməmişdir. Yoxlayıcı orqanın heç bir üzvünü görməmişdir. Vergi orqanının **********949700 saylı məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “X7nın keçirilməsi haqqında” Qərar, xx.xx.2021-ci il tarixli KY211701804 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə elektron poçt vasitəsi ilə ona göndərilmişdir. Vergi orqanının **********472200 saylı məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “X7nın keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən X7 ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt elektron poçt vasitəsi ilə ona göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********99 saylı X7 haqqında qərarda vergi orqanı yoxlamanın növbəti olduğunu qeyd etmişdir. Lakin qərarda qeyd olunanın əksinə X7 növbədənkənar keçirilmişdir. xx.xx.2021-ci il tarixində sənədlərin təqdim olunmasında imtina haqqında akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “X7nın keçirilməsi haqqında” qərarı, tələbnamə və digər sənədlərin göndərilməsi haqqında qərar iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hərəkətlərdən elektron kargüzarlıq vasitəsi ilə məlumat almışdır. O, yoxlayıcını görməmiş və müvafiq sənədlər ona təqdim olunmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019-cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin X7 keçiriməklə yoxlanılmasına zərurət yaranmışdır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “X7nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar X7 təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211701804; xx.xx.2021-ci il). Eyni zamanda, “X7nın keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2022-ci il tarixli **********154206 nömrəli və xx.xx.2022-ci il tarixli **********155807 nömrəli qərarlar da sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bu barədə məlumatlar X7 aktının 1.1-ci bəndində qeyd olunmuşdur. “X7nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Təlabnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022ci il və xx.xx.2022- ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı İddiaçı barəsində inzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsinə əsasən xx.xx.2022- ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)- 380/2022 nömrəli qərarı ilə Cəfərov X3 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar X7 aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur. X7 aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafel-metlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019- cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq X7 ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat). Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı-36.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyannamə məlumatı-15.612,32, azaldılmışdır; cəmi SVY bəyannamə məlumatı51.779,66 manat azaldılmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 94.4014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyəri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,47-27.743,06= 180.836,72) göstərilməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,63-9.551,35- 4.279,97+2.091,31=78.061,62) artıq göstərilməsi olmuşdur. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 80.619,07 manat məbləğində vergilərin (o cümlədən: X9 üzrə 28.839,41 manat, gəlir vergisi üzrə 51.779,66 manat) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına görə 40.309,54 manat (o cümlədən: ƏDV üzrə 14.419,71 manat, gəlir vergisi üzrə 25.889,03 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. X7nın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********152967 nömrəli X7 aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********158086 nömrəli qərar qəbul edilmişdir. X7nın nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etiraz və ona əlavələrin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz və ona əlavələr onunla əsaslandırılmışdır ki, vergi orqanı tərfindən verilmiş apellyasiya şikayətinin 10-cu səhifəsində qeyd edilmişdir ki, guya vergi orqanı əməkdaşları tərəfindən yoxlama keçirlən zaman hər hansı prosessual pozuntuya yol verilməmiş, hətta qüvvədə olan qanunvericiliyə zidd olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxalaması iş günləri əsasında aparılmalıdır. Lakin Bakı İnzibati Məhkməsi tərəfindən də qeyd edildiyi kimi vergi orqanı yoxlama müddətini ötürərək qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətdə müddətin 30 gün deyil 30 iş günü kimi qəbul edilməli olduğu göstərilmişdir. Bu barədə qeyd edilməlidir ki, Azaərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarxili dəyişikliklərinə nəzər yetirdikdə 38-ci maddə də X7nın 30 gündən artıq davam bilməz. Yəni 30 gün ərzində iş günlərini sayı və ya hər hansı digər hall burada qeyd edilməmişdir. Toplamda X7nın 30 gün davam etməsi qanunvericilkdə qeyd edilmişdir yəni vergi orqanı əməkdaşlarının 5 günlük iş rejimin oması bu halı istisna etmir yəni vergi orqanı əməkdaşları tərəfindən yoxlamalar 30 gün müddət ərizndə yekunlaşmalıdır. Həmçinin mübahisələndirilən inzibati aktın qəbulu üzrə aparılan icraat zamanı qanunuvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin (X7 keçirilən dövrdə və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) 38.1-ci maddəsinə əsasən X7, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X7 növbəti və növbədənkənar ola bilər. Növbəti X7 keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X7 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X7 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X7nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X6 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “X7nın keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda, yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, X7nın 30 gündən artıq davam edə bilməz (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş). Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, X7 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, X7 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3- cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50- 1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7- ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 saylı “X7nın keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar X7 təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “X7nın keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən xx.xx.2021-ci il tarixli **********152899 saylı “X7nın keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2021-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2022-ci il göstərilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamışdır (X7 aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2022-ci il tarixdə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi X7 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətin bitməsinə qədər verilməmişdir. Yoxlama aktına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş “X9” bəyannamələrinin düzgünlüyü yoxlanılmış 28839,41 manat kənarlaşma aşkar edilməsi göstərilmişdir. ƏDV hesablanamsı Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablandığı göstərilmişdir. X7 aktında səhifə 7-də göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim olunmadığına görə, fərdi sahibkarın 2018-ci il üzrə təqdim etdiyi “Gəlir Vergisi” bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə İdxal olunmuş 490936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq X7 ilə 1442031,51 manat (577235,23+490936,26) x 1,35 ) dövriyyə müəyyən olunmuşdur. Bu hesablama Vergi Məcəlləsinin heç bir normasına uyğun hesablama sayılmır. Sahibkar tərəfindən aktda da göstərildiyi kimi, 1281812,57 manat dövriyyə bəyan edilmişdir. Yoxlayıcı 35 faiz tətbir edib aldığı məbləğ (1442031,51-1281812,57) 160218,94 manat üzrə 28839,41 manat (160218,94 x 18%) ƏDV hesablandığını aktlaşdırmışdır. Beləliklə, sahibkar tərəfindən idxal olunmuş malların satışından dövriyyə məbləği Vergi Məcəlləsinin 67.1.9-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən 2018-ci ilin dekabr ayı üzrə 70417,31 manat, 2019-cu ilin may ayı üzrə isə 89801,63 manat, süni surətdə cəmi 160218,94 manat əlavə dövriyyə müəyyən etmişdir. VM-in 67.1.9 maddəsinə istinad edilməsi və hesablama tamamilə yalnışdır. Sahibkarın 2018-ci il üzrə təqdim etdiyi “Gəlir Vergisi” bəyannaməsində ümumi gəliri 981775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981775,50 manat), mənfi məzənnə fərqi 3774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər,o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 7800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2535,0 manat,malın dəyəri 944014,90 manat icarə haqqı 15258,09 manat,enerji xərcləri 851,37 manat,rabitə xərcləri 335,16 manat,bank xidməti üzrə xərclər 1989,56 manat,ümumilikdə gəlirdən çıxılan xərclər 972784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır. Yoxlama zamanı vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanlarına təqdim olunmuş “Gəlir Vergisi “ bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1052192,81 manat ( o cümlədən:malların təqdim edilməsindən gəliri 1052192,81 manat ), mənfi məzənnə fərqi 3774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləği 1048418,23 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iş materiallarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 saylı ‘‘X7nın keçirilməsi haqqında” qərarına əsasən növbədənkənar X7 təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və "X7nın keçirilməsi Qaydalan’nın müddəaları pozulmuşdur. Sözügedən xx.xx.2021 -ci il tarixli **********152899 saylı "X7nın keçirilməsi haqqında” Qərar isə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2021-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2022-ci il göstərilmişdir. Yoxlama xx.xx.2021 -ci il tarixdə başlamışdır (X7 aktının 1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2022-ci ıl tarixdə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi X7 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətin bitməsinə qədər verilməmişdir. Məhkəmənin X7nın müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasını hansı qaydada hesabladığı aydın deyil və bu barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə iddiaçının iddia ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinin gözlənilməməsi barədə həqiqəti əks etdirməyən dəlillərini əsas götürərək, həmin dəlilləri işin materiallarında olan digər sübutlar ilə əlaqəli araşdırmadan və qiymətləndirmədən işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Bununla da İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin gəldiyi nəticənin düzgün olmamasını “X7nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar əsasında yoxlamanın başlandığı gündən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-cu il tarixli **********158086 nömrəli qərarın qəbul edildiyi günədək olan müddəti sadə hesablama aparmaqla müəyyən etmək olar. İddiaçı fəaliyyəti üzrə X7 keçirilməsi haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, 25 və xx.xx.2021-ci il tarixləri qeyri iş günlərinə düşdüyünə görə müddətin axımı xx.xx.2021- ci il tarixdən başlanmışdır. xx.xx.2021-ci il tarixli KY211701804 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın başlanma və sona çatma tarixləri 30 iş günü nəzərə alınmaqla dəqiq göstərilmişdir. Belə ki, çıxarışda yoxlamanın başlanma vaxtı xx.xx.2021-ci il, sona çatma vaxtı isə xx.xx.2022-ci il qeyd olunmuşdur. Göründüyü kimi X7nın keçirilməsi ilə bağlı qərarda,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın başlanma və sona çatma tarixləri dəqiq göstərilmişdir. Bundan əlavə yoxlamanın müddətin artırılması barədə qərarlara diqqət etsək görərik ki, X7nın müddəti yuxarı vergi orqanının “X7nın keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli **********154206 nömrəli qərarla 30 (otuz) iş günü (İkin qərarla müəyyən edilmiş müddətin bitməsinə 3 gün qalmış), xx.xx.2022-ci il tarixli **********155807 nömrəli qərarla isə əlavə 30 (otuz) iş günü artırılmışdır. İşin materiallarında olan X7 aktının 1.1-ci bəndindən göründüyü kimi yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış xx.xx.2022-ci il tarixdə başa çatmış və X7 aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Vergi ödəyicisi aktı imzalamqdan imtina etdiyinə görə akt poçt vasitəsilə onun ünvanına göndərilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş X7nın nəticəsi barədə tərtib edilmiş akt və həmin akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-cu il tarixli **********158086 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri və məhkəmənin düzgün olmayan yanaşması həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinə dair yazılı etiraz və ona əlavələrə dair mülahizənin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz və ona əlavələrə dair mülahizə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 38.2-ci maddəsinə müvafiq əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, bunun nəticəsində işin faktiki hallarına uyğun olmayan qərarın qəbul edilməsi barədə məlumatlar dəqiq qeyd olunmuşdur. Lakin, İddiaçının elekton məhkəmə portalına yerləşdirdiyi etirazda göstərdiyi formal mülahizələri əsasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaması işin faktiki hallarına uyğun deyil. Məhkəmənin müddətlərlə bağlı hüquqi mövqeyi ilə əlaqədar bildirilmişdir ki, məhkəmə birmənalı şəkildə qənaətə gəlmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunan “gün” ifadəsi təqvim gününü nəzərdə tutur və vergi orqanının həmin ifadəni “iş günü” kimi təfsir və tətbiq etməsi qanuna ziddir və əsassızdır. Bu baxımdan da yoxlamanın keçirilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüş və Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hesab edilmişdir ki, məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedicı orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yalnış qənaətə gələrək maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən X7 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. İşin materialları arasında olan “X7nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərarın 3-cü bəndindən də göründüyü kimi, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının X7nı yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alınsa ki, vergi orqanı üçün beş günlik iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, X7 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, X7 ancaq 30 gün ərzində davam etməlidir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Lakin, işə baxan aşağı instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş etirazda (etiraza əlavədə) göstərilənlərə düzgün münasibət bildirməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamış və sübutların qiymətləndirilməsi zamanı nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Ələkər oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi üçün (məhkəmə icraatı dövründə) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X7nın keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********152899 nömrəli Qərarına əsasən İddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018- oktyabr 2021 dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar X7 keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********152967 nömrəli X7 aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində azaldılması, 6337.56 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, 8082,15 manat məbləğində maliyyə sanksiyası, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində azaldılması, 18083,67 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə gəlir vergisinin 15612,32 manat məbləğində azaldılması, 7806,16 manat məbləğində maliyyə sanksiyası heablanması müəyyən edilmişdir. X7 aktı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 saylı “X7nın keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar X7nın təyin edilməsinə, yoxlamanın müddətinin 30 iş günü müəyyən edilməsinə, bununla da Vergi Məcəlləsinin və “X7nın keçirilməsi Qaydaları”nın müddəalarının pozulmasına, **********152899 saylı xx.xx.2021-ci il tarixli “X7nın keçirilməsi haqqında” Qərarda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixinin xx.xx.2021-ci il tarixi, yoxlamanın sona çatma tarixinin isə xx.xx.2022-ci il göstərilməsinə, yoxlamanın xx.xx.2021-ci il tarixdə başlamasına, (X7 aktının 1.1-ci bəndi), yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmalı olduğu halda, yoxlamanın xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq davam etdirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 saylı “X7nın keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar X7 təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, vergi orqanı tərəfindən iddiaçı barəsində növbədənkənar X7nın keçirilməsi zamanı Vergi Məcəlləsinin və “X7nın keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Əvvəla birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, “sözügedən xx.xx.2021-ci il tarixli **********152899 saylı “X7nın keçirilməsi haqqında” Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2021-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2022-ci il göstərilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamışdır (X7 aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2022-ci il tarixdə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi, X7 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətin bitməsinə qədər verilməmişdir.” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən X7 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. “X7nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərarın 3-cü bəndindən göründüyü kimi, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Nəzərə alınsa ki, vergi orqanı üçün beş günlik iş həftəsi müəyyən edilmişdir, bu halda qeyri-iş günləri hesab edilən bayram günləri hətta nəzərə alınmasa belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, X7 30 gündən artıq davam edə bilməz. Qeyd olunan normanın təhlili onu deməyə əsas verir ki, X7 ancaq 30 gün ərzində davam etməlidir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə fikirləri ilə razılaşmasa da, hesab edir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. İddiaçının mübahisələndirdiyi inzibati aktın “növbədənkənar vergi yoxlamasının nəticəsi” olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıla qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. X7 həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar X7 keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar X7nın keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-cimaddəsi). Növbədənkənar X7nın həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar X7nın həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar X7nın həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar X7nın həyata keçirilməsi barədə **********152899 saylı xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də X7 aktında da onları qeyd etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar X7nın təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (X7nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün lmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, vergi orqanı iddiaçı barəsində növbədənkənar X7nın keçirilməsi üçün əsas olan rəsmi əlaqələri məlumatların mövcudluğunu sübuta yetirə bilməmiş, həmin rəsmi əlaqəli məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin yuxarıda da göstərildiyi kimi, hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6249/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar