Məhkəmə qərarları › İş №2-1(103)-1115/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1115/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1115/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülməyi barədə 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli, sərəncamda saxlanılma müddətinin uzadılmasına dair xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021ci il tarixli **********091400 nömrəli əmrlərinin ona aid olan bəndlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmağı barədə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini, müvəqqəti olaraq işdən kənarlaşdırıldığı və sərəncamda olduğu müddət ərzində məcburi iş buraxma ilə əlaqədar işdə olmadığı müddət ərzində əmək haqqı və digər ödənişlərin, əmək haqqına edilən əlavələrin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-8918/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməklə xx.xx.2020-ci il tarixindən hesablanan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və daha sonra xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İddiaçı dair 21-ci bəndi ləğv edilmiş və sonuncu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Sonradan iddiaçı xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə isə İddiaçı əmək müqaviləsinə xitam verilmiş və Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Bundan narazı qalan iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin ona aid hissəsinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2020-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh vergi orqanı bir sıra səbəblərə görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə razı deyil və həmin qərarın qanunsuz olduğunu hesab edir. Belə ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyrimümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirilir ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsası onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü olmuşdur. Bu baxımdan təşkilati-ştat tədbirləri həyata keçirildikdən sonra iddiaçıya vergi orqanlarında digər vəzifənin təklif edilməsi və onun digər vəzifəyə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması səbəblərinə gəldikdə isə bildirilir ki, DVX-nın Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X11 Tax and Consulting" MMC-də vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları İdarəsinin Ticarət sahəsi üzrə şöbənin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla cəmiyyətin direktoru X6 göndərdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı fiziki şəxs X1 sirri təşkil edən obyekt məlumatlarını R.Əlizadəyə smartfonla göndərmişdir. O, xx.xx.2019-cu il tarixdə R.Əlizadənin xahişi əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin keçmiş əməkdaşı Ceyhun Əliyevdən “Bigant” (DVX daxilindəki yazışma proqramı) vasitəsi ilə kommersiya sirri təşkil edən informasiya əldə etməklə “WhatsApp” proqramı vasitəsi ilə R.Əlizadəyə ötürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixli izahatında törətdiyi pozuntunu əsaslandıra bilməmişdir. Həmçinin, tərəflər arasında “WhatsApp” proqramı vasitəsi ilə olan yazışmalarından görünür ki, R.Əlizadə xx.xx.2019cu il tarixdə iddiaçıdan "xxxx" MMC-nin tenderdə iştirak üçün arayışın təqdim edilməsi barədə **********289800 nömrəli müraciətə baxmasını xahiş etmişdir. Bu xahişlə bağlı iddiaçıya R.Əlizadə arasında hansı danışıqların olması barədə sual ünvanlasa da, o, izahatında sualı cavablandırmaqdan yayınaraq qeyri-səmimilik nümayiş etdirmişdir. Belə ki, iddiaçı izahatında qeyd etmişdir ki, R.Əlizadə həmin müraciətin onun icrasında olubolmadığını soruşmuşdur. Halbuki, vergi orqanına elektron kargüzarlıq vasitəsilə müraciət göndərən vergi ödəyiciləri həmin müraciətin icraçısını elektron kargüzarlıqdan rahatlıqla görə bilirlər. Buna görə R.Əlizadənin müraciətin icraçısını soruşmadan belə rahatlıqla müəyyən etmək imkanı olduğu üçün iddiaçı qeyd olunan suala qeyri-səmimilik edərək düzgün cavab verməkdən yayınmışdır. Araşdırma materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı R.Əlizadə ilə xidməti köməklik göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasının yaxınlığında görüşmüşdür. Lakin o, izahatında ziddiyyətli cavablar verərək guya Bilgəh qəsəbəsində yerləşən bağ evini satmaq istədiyini və həmin əmlaka məxsus sənədləri göstərmək üçün R.Əlizadə ilə görüşdüyünü bildirmişdir. İddiaçı araşdırma zamanı özünü qeyri-səmimi aparmış, verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönəltməyə çalışmışdır. Beləliklə, iddiaçı məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmiş, həmçinin qadağan olduğu halda smartfon tipli mobil telefon ilə işlədiyi orqanın inzibati binasına daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, xx.xx.2014-cü il tarixli **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin, xx.xx.2006-cı il tarixli **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinin və xx.xx.2014-cü il tarixli **********320900 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında smartfon tipli, internetə çıxış imkanına və foto və video görüntüsünə malik olan mobil telefon cihazlarından, planşet və noutbuk tipli kompüterlərdən, foto və video görüntü, səs qeydə alan cihazlardan, xarici yaddaş qurğularından və elektron yaddaşa malik digər mobil cihazlardan istifadə Qaydaları”nın 2-ci bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntularına yol verilmişdir, məhz bu səbəblərdən iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və ona digər vəzifənin təklif edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən işin faktiki halları və qanunvericiliyin tələbləri tam araşdırılmadan qeyd olunan dəlil irəli sürməklə iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən və bununla da vergi orqanı ilə arasında olan əmək münasibətləri tamamilə başa çatdırıldığından yanvar ayının sonunda iddiaçı ilə son haqq edilmişdir. Daha sonra iddiaçı tərəfindən müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla “X11 Tax and Consulting” MMC-nin direktoru X6 göndərdiyi müəyyən edilmiş və araşdırma aparılması zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Lakin sonradan iddiaçı xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2021-ci il tarixli **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə isə iddiaçıya vəzifə təklif olunmadan əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Qeyd olunanları ümumiləşdirərək bildirilir ki, iddiaçı əvvəlcə sərəncama çıxarılmış, daha sonra vəzifədən kənarlaşdırılmış, vəzifədən kənarlaşdırma müddətinin sonunda yenidən sərəncama çıxarılmış və ən sonda əmək müqaviləsinə xitam verilərək sərəncamdan çıxarılmışdır. Yuxarıda qeyd olunlardan göründüyü kimi, iddiaçı vəzifədən kənarlaşdırma müddətinin sonunda tutduğu vəzifəyə qaytarılmamış və sərəncama çıxarılmışdır. Əsasnamədə isə vəzifədən kənarlaşdırılmış şəxsin vəzifəsinə qaytarıldığı halda ona əmək haqqının ödənilməli olması qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Çoxsaylı müraciətlərinin məzmununa əsasən iddiaçının əmrdən xəbərdar olması dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməyi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci bəndinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. DVX rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir. Məhkəmənin iddianın mümkünlüyü ilə bağlı irəli sürdüyü qeyd olunan dəlillə razılaşmayaraq qətiyyətlə bildirilir ki, irəli sürülən dəlil işin faktiki hallarının təhrif edilməsi ilə yanaşı qanunvericilikdə iddia müddətləri ilə bağlı əks olunmuş normaların məntiqinə ziddir. xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra iddiaçının yol verdiyi bir sıra intizam pozuntularının araşdırılması məqsədilə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Araşdırma yekunlaşdıqdan sonra iddiaçı xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. İddiaçının digər vəzifəyə keçirilməsi qeyri-mümkün hesab edildiyindən DVX-nın xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Şəxsiyyət vəsiqəsinə, habelə işlədiyi orqana, yəni DVX-ya təqdim etdiyi məlumatlara əsasən qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvana xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla sərəncamdan çıxarılması barədə məlumat göndərilmiş, əmək kitabçasını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunmuşdur. İddiaçı DVX-ya etdiyi bütün müraciətlərdə ünvan olaraq həmin ünvanı qeyd etmişdir. İddiaçı kifayət qədər zaman olmasına baxmayaraq səhlənkarlıq edərək işlədiyi orqanla təhvil-təslim aparılmasından da yayınmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli təhviltəslim aktından göründüyü kimi, o, təhvil-təslimə gəlməkdən imtina etmişdir. Guya xəstə olduğunu bildirən iddiaçı sağaldığı dövrdə də təhvil-təslimə gəlməmiş, məqsədli şəkildə əmrdən məlumatlı olması faktının rəsmən təsdiqlənməsinə maneələr yaratmışdır. Lakin sonda iddiaçı özünü ifşa etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********559100 nömrəli müraciətlə işə bərpa edilməsini xahiş etmişdir. Bu müraciətin məzmununa nəzər saldıqda açıq-aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. İddiaçının barəsində qəbul edilən əmrdən məlumatlı olmasını təsdiq edən bu mötəbər sübutu birinci instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmə tərəfindən bu məsələyə münasibət bildirilməmişdir. Əvəzində məhkəmə araşdırılmalı sübutlardan diqqəti yayındırmaq üçün iddiaçının hələ sərəncamda olduğu dövrlə etdiyi müraciətlərə istinad etmiş və həmin məktublara cavablardan özünəməxsus şəkildə istifadə edərək gəldiyi əsassız və qanunsuz nəticəsini əsaslandırmağa çalışmışdır. Halbuki cavabdeh orqan etirazında məhkəmənin adını qeyd etdiyi xx.xx.2020-ci il tarixli müraciətə istinad belə etməmişdir. Beləliklə, iddiaçı DVX-ya etdiyi xx.xx.2022-ci il tarixli müraciətində barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrdən məlumatlı olduğunu şəxsən təsdiq etmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsinin tarixi isə xx.xx.2022-ci il olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixli, **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” 06 dekabr 2021-ci il tarixli **********091400 nömrəli əmrinin ona dair hissədə ləğv edilməsi və əvvəlki vəzifəsinə işə bərpa edilməklə xx.xx.2020-ci il tarixindən hesablanan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən kifayət qədər araşdırma aparılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qərarının 27-ci bəndində qeyd olunan dəlili ilə razılaşmadığını, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olduğunu, bu baxımdan təşkilati-ştat tədbirləri həyata keçirildikdən sonra iddiaçıya vergi orqanlarında digər vəzifənin təklif edilməsi və onun digər vəzifəyə keçirilməsinin məqsədəmüvafiq hesab edilmədiyini qeyd etmişdir. İddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması səbəbini isə cavabdeh DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X11 Tax and Consulting” MMC-də vergi nəzarəti tədbirinin keçirildiyini, vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbənin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon tipli telefon və digər üsullarla cəmiyyətin direktoru X6 göndərdiyinin müəyyən edildiyini, İddiaçı araşdırma zamanı özünü qeyri-səmimi apardığını, verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yönəltməyə çalışdığını, İddiaçı məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etdiyini, həmçinin qadağan olduğu halda smartfon tipli mobil telefon ilə işlədiyi orqanın inzibati binasına daxil olduğunu, İddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntularına yol verməsi ilə izah etməyə çalışmışdır. Qeyd olunanlar heç bir əsası olmayan, həqiqəti özündə əks etdirməyən, tamamilə absurd ifadələrdir və cavabdehin məqsədi məhkəmənin diqqətini əsas istiqamətdən yayındırmağa çalışmasıdır. Cavabdehin qeyd etdiyi intizam pozuntuları əsaslı idisə, onun müəyyən etdiyini iddia etdiyi xx.xx.2019-cu il tarixdən 20 gün müddət ərzində, yəni 26 dekabr 2019-cu il tarixə qədər və ya araşdırmanın qurtardığı xx.xx.2020-ci il tarixindən bir ay müddətinə, yəni 28 may 2020-ci il tarixinə qədər iddiaçı barəsində Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tədbirlərindən birini tətbiq etməli idi. Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verərkən, xidməti fəaliyyəti zamanı bir neçə intizam pozuntularına yol verməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Habelə, əmək qanunvericiliyinin tələblərinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilir. Yəni əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında vergi orqanının vəzifəli şəxsi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmir. Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrindən görünür ki, həmin əmrin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********100 saylı xx.xx.2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərmişdir, işlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparmışdır, heç bir intizam tənbehi almamışdır, vergi işçisi adını bu peşəyə olan sonsuz hörmətilə hər zaman və hər yerdə uca tutmuşdur. Üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçmişdir, ixtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə etmiş və həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavələr və s. əldə etmişdir. İddiaçı 1ci dərəcəli dövlət vergi müfəttişidir. Vergi əməkdaşlarının peşəkar səviyyəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində cənab nazirin müvafiq əmrləri ilə əla və yaxşı qiymətlər almaqla yanaşı uğurlu fəaliyyətinin nəticəsi olaraq ona fərdi qaydada pul mükafatları təqdim edilmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları və qanunvericiliyin tələbləri tam araşdırılmadan qeyd olunan dəlil irəli sürməklə iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən və bununla da vergi orqanı ilə arasında olan əmək münasibətləri tamamilə başa çatdırıldığından yanvar ayının sonunda iddiaçı ilə son haqq-hesab edilmişdir. Daha sonra iddiaçı tərəfindən kommersiya sirri təşkil edən məlumatları vergi ödəyicilərinə smartfon telefon və digər üsullarla göndərdiyi müəyyən edilmiş və araşdırma aparılması zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrlə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya dair 21-ci bəndi ləğv edilmiş və o, xx.xx.2020-ci il tarixindən vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışdır. Lakin sonradan iddiaçıya xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlərlə sərəncamda saxlanılma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixli əmrlə iddiaçıya vəzifə təklif olunmadan əmək müqaviləsinə xitam verilərək DVX-nin sərəncamından çıxarılmışdır. Əvvəla bildirilir ki, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi qeyd edildiyi kimi həmin əmrdə onun 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi halları da qeyd edilmişdir. Bir sözlə həmin əmrə əsasən iddiaçı ilə vergi organı arasında olan əmək münasibətləri tamamilə başa çatdırılmamışdır. Sadəcə olaraq iddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar 3 ay müddətinə sərəncama çıxarılmışdır. Yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrə əsasən isə İddiaçı vəzifə təklif olunmadan onun əmək müqaviləsinə «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 75ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Halbuki həmin maddənin məzmunundan görünür ki, iddiaçıya vəzifə təklif olunmalı idi. Belə ki, iddiaçının sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati-ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cuzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdır, həmin ştat vahidi həmin sayda, yəni 423 nəfərdən ibarət idi. Habelə xx.xx.2021-ci il tarixdə və bundan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirilmişdi. Deməli, hətta iddiaçının tutduğu ştat vahidi ixtisar edilsəydi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüz olması barədə birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən heç bir tutarlı sübut və dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan görünür ki, cavabdeh Dövlət Vergi Xidməti iddiaçının işdən azad olunmasına əsas olan xx.xx.2021-ci il tarixli əmr qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. İddiaçı yalnız ilk dəfə xx.xx.2020-ci il tarixdə işdən azad edilməklə sərəncama götürülən zaman ona son haqq-hesab ödənilmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixinədək ona əmək haqqı və ona əlavələr ümumiyyətlə ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sərəncamda, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müvəqqəti kənarlaşdırmada, daha sonra xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yenidən sərəncamda olmuş, lakin bu müddət ərzində heç bir əmək haqqı və yaxud digər ödənişlər almamışdır. Halbuki, qanunvericilik vergi orqanı vəzifəli şəxsinin sərəncamda qalmasını əmək haqqının saxlanılması ilə şərtləndirmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri kobud pozularaq iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində heç bir əmək haqqı ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmri ilə işdən müvəqqəti kənarlaşdırılsa da, kənarlaşdırmanın nəticəsi olaraq onun barəsində hər hansı intizam tənbeh tədbiri görülməmiş və o, yenidən işdən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmişdir ki, bu hal da iddiaçının öz vəzifəsinə qayıtması kimi qiymətləndirilməsinə əsas verir. Başqa sözlə, iddiaçı öz vəzifəsindən kənarlaşdırıldığı halda yenidən öz vəzifəsinə qaytarılır və sonra başqa əsasla, yəni təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar yenidən tutduğu vəzifədən azad edilir. Göründüyü kimi, belə olan halda iddiaçıya vəzifədən kənarlaşdırıldığı müddətə görə əmək haqqı ödənilməlidir. Bir sözlə, qeyd olunanlardan görünür ki, cavabdeh Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan əlavə cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Buna görə də iddia mümkünsüz hesab edilməlidir. Hazırki əmək mübahisəsi ilə bağlı İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Belə ki, Vergilər Nazirliyi İddiaçı və digər vergi əməkdaşlarının barəsində xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmr qəbul etmiş və həmin əmrin İddiaçı aid olan 21-ci bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrlə adıçəkilən əmrin İddiaçı aid olan 21-ci bəndi ləğv edilmiş və iddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. Bundan sonra, iddiaçı DVX-nin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə yenidən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə xidmətin sərəncamına götürülmüş, xx.xx.2021-ci il tarixli **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli **********671500 nömrəli əmrlər ilə sərəncamda qalma müddəti uzadılmış, sərəncamda olduğu müddət ərzində dövlət vergi orqanlarında uyğun vəzifəyə təyin edilməyin mümkünsüz olduğu üçün xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə sərəncamdan çıxarılmış hesab edilmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək iddiaçı sərəncamda olmuş və xx.xx.2020-ci il tarixli əmr ilə əvvəlki əmrin iddiaçıya aid bəndi ləğv edildiyi üçün həmin əmr iddiaçıya aid hissədə qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunur ki, iddiaçı yekun olaraq xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə Vergilər Nazirliyi ilə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsinə və sərəncamdan çıxarılmasına baxmayaraq, sonuncu həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli müraciətlə işə bərpa olunmasını xahiş etmişdir. Bu müraciətin məzmununa nəzər saldıqda açıq-aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. Bununla bağlı bildirilir ki, iddiaçının həmin ərizə ilə etdiyi müraciətinin məzmununa baxdıqda görünür ki, iddiaçının əsas şikayəti xx.xx.2020-ci il tarixli müvəqqəti kənarlaşdırılması barədə əmrdəndir və həmin ərizədə iddiaçının hazırda mübahisələndirdiyi əmrdən heç bir söz qeyd edilməmişdir. Belə ki, iddiaçı Vergilər Nazirliyinə işə bərpa olunma ilə bağlı 10 və 15 mart 2022-ci il tarixlərində müraciət etmişdir və bu hal da onu göstərir ki, iddiaçı barəsində yekunda qəbul edilən xx.xx.2021-ci il tarixli əmrdən məlumatlı olmamış və yalnız Vergilər Nazirliyi tərəfindən iddiaçıya həmin xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq 2022-ci ilin aprel ayında ünvanlan məktub əsasında iddiaçının xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Bundan sonra iddiaçı 2022-ci ilin aprel ayında DVX-nin müvafiq inzibati binasına yaxınlaşaraq əmək kitabçasını götürərək, buna dair imza atdıqdan sonra hazırda mübahisələndirilən və işdən azad edilməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlərin mövcudluğundan məlumatı olmuş və qanunla nəzərdə tutulmuş müddət ərzində vaxtında məhkəməyə müraciət etmişdir. İddiaçının sərəncamdan çıxarılmasına əsas olan xx.xx.2021-ci il tarixli **********91400 nömrəli əmrlə bağlı mübahisəli, yəni iddiaçıya əmrin təqdim və ya elan edilməsi məsələsinə qiymət verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və inzibati prosessual qanunverciliyin tələblərinin əlaqəli təhlil edilməsi zəruri hesab edilir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də məsələ hər hansi bir qaydada tənzimlənməmişdir. Qanunvericiliyin tələblərinə əsasən işçinin əmrinin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü - işçiyə əmrin, yaxud əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün hesab olunmalıdır. Beləliklə, hazırda mübahisələndirilən sərəncamdan çıxarılması barədə əmr iddiaçıya rəsmi qaydada təqdim edilməsə də, sonuncu əmək kitabçasını 2022-ci ilin aprel ayında rəsmi qaydada buna dair kitabda imza ataraq götürmüşdür ki, bununla iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət ötürülmədən iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya iddiaçının sərəncamdan çıxarılma barədə məlumatın xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla göndərilmişdir. Bununla bağlı bildirilir ki, həmin məzmunda məktub iddiaçıya ümumiyyətlə çatdırılmamış və iddiaçı həmin məktubu almamışdır. Cavabdeh yalnız poçt göndərişinin göndərildiyinə və həmin məktubun geri qaytarılmadığına istinad etsə də, məktubun məhz iddiaçıya çatmasını təsdiq edən müvafiq sənəd və ya poçt xəbərnaməsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının hazırda mübahisələndirdiyi sərəncamdan çıxarılma əmrini iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada təqdim etməmiş, həmin əmrin məzmunu ilə iddiaçını tanış etməmiş və bunu təkzib edən heç bir tutarlı dəlil və sübut məhkəməyə təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1429/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1785/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1429/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1785/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilir: … “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi iki halda yolveriləndir: təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Hazırkı iş üzrə isə cavabdeh qurum iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinin əsası kimi birinci hala istinad etmişdir. Cavabdehin kassasiya şikayətində də qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyrimümkünlüyü halı təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə sözügedən normanı düzgün təfsir etməyərək bu istiqamətdə zəruri araşdırma və qiymətləndirmə aparmamışdır. Belə ki, həmin norma onu nəzərdə tutur ki, cavabdeh qurum təşkilati-ştat tədbirləri həyata keçirərkən hər hansı əməkdaşını həmin ana mövcud olan əsaslardan çıxış etməklə vəzifəyə keçirilməsini qeyri-mümkün hesab etdikdə, onun xidməti fəaliyyətinə xitam verə bilər. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən törədilmiş bir sıra pozuntulara istinad edərək və onları sadalayaraq iddiaçının digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. İşin hallarından isə məlum olur ki, iddiaçıya qarşı istinad edilən sözügedən pozuntu ilə bağlı cavabdeh, həm də xidməti araşdırma aparmışdır. Cavabdehin apardığı xidməti araşdırma ilə bağlı icraat materialları iddiaçı barəsində qəbul edilmiş inzibati aktın əsaslandırmasını təşkil edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda xidməti araşdırmanın nəticələrini, iddiaçıya cavabdeh tərəfindən istinad edilən xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntuları araşdırmalı və qiymətləndirməli, həmin halların təsdiq olunub-olunmadığını müəyyən etməli və nəticəsindən asılı olaraq digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü halını yaradıbyaratmadığını müəyyən etməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Vergilər Nazirliyinin **********098100 nömrəli xx.xx.2020-ci il tarixli Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında əmrinin 21-ci bəndinə əsasən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İş materiallarında olan Vergilər Nazirliyinin **********468300 nömrəli xx.xx.2020-ci il tarixli Əmrə dəyişiklik edilmə və tutduğu vəzifədən müvəqqəti kənar edilmə haqqında əmrinə əsasən Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrinin İddiaçı aid olan 21-ci bəndi ləğv edilmiş, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin **********025100 nömrəli xx.xx.2021-ci il tarixli İşdən azad edilmə və sərəncama götürülmə haqqında əmrinin 25-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İddiaçı 12 yanvar 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İş materiallarında olan Dövlət Vergi Xidmətinin **********326400 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamda saxlama müddətinin uzadılması barədə əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı sərəncamda saxlanılma müddəti xx.xx.2021ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin **********671500 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamda saxlama müddətinin uzadılması barədə əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı sərəncamda saxlanılma müddəti uzadılmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin **********091400 nömrəli xx.xx.2021-ci il tarixli Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında əmrinin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 nömrəli 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə:

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir.

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. İşin faktiki halları ondan ibarətdir ki, Vergilər Nazirliyinin **********098100 nömrəli xx.xx.2020-ci il tarixli Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında əmrinin 21-ci bəndinə əsasən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Vergilər Nazirliyinin **********468300 nömrəli xx.xx.2020-ci il tarixli Əmrə dəyişiklik edilmə və tutduğu vəzifədən müvəqqəti kənar edilmə haqqında əmrinə əsasən Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrinin iddiaçıya aid olan 21-ci bəndi ləğv edilmiş, iddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. Dövlət Vergi Xidmətinin **********025100 nömrəli xx.xx.2021-ci il tarixli İşdən azad edilmə və sərəncama götürülmə haqqında əmrinin 25-ci bəndinə əsasən isə iddiaçı 12 yanvar 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, Dövlət Vergi Xidmətinin **********326400 nömrəli xx.xx.2021-ci il tarixli, **********671500 nömrəli xx.xx.2021-ci il tarixli əmrlərinə əsasən iddiaçının sərəncamda saxlanılma müddəti uzadılmışdır. Dövlət Vergi Xidmətinin **********091400 nömrəli xx.xx.2021-ci il tarixli Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında əmrinin 2-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********025100 nömrəli 22 yanvar 2021-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İddiaçının vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020ci il tarixdən iddiaçıya əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, əvvəlcə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar 29 yanvar 2020-ci il tarixdən iddiaçının əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və sərəncama götürülmüşdürsə, sonradan xx.xx.2020-ci il tarixli əmrlə Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin iddiaçıya aid olan 21-ci bəndi ləğv edilmiş, iddiaçı xidməti araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. Lakin daha sonra iddiaçı xx.xx.2021-ci il tarixli əmrə əsasən 12 yanvar 2021-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və sərəncama götürülmüş, sərəncamda saxlanılma müddəti uzadılmış, nəhayət Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə 12 oktyabr 2021-ci il tarixdən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar aşağıdakı hallarda xitam verilə bilər: - əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda; - belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. İş materiallarından göründüyü kimi, iddiaçının xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, habelə iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının isə belə vəzifəyə keçirilmədən imtina etməsi müəyyən edilmir. Dövlət Vergi Xidmətinin **********091400 nömrəli xx.xx.2021-ci il tarixli Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında əmrindən görünür ki, dövlət vergi orqanının sərəncamında olan əməkdaşların, o cümlədən iddiaçının hal-hazırda uyğun vəzifələrə təyin edilmələrinin qeyri-mümkünlüyü nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən törədilmiş pozuntulara istinad etsə də, iddiaçının digər vəzifələrə təyin edilməsinin qeyrimümkünlüyünü bünunla əsaslandırmamışdır. Həm mübahisələndirilən əmrdə bununla bağlı hər hansı əsaslandırma mövcud deyil, həm də cavabdeh tərəfindən bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh mübahisələndirilən əmri iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkün olması ilə əsaslandırmış, bunun iddiaçı tərəfindən törədilmiş pozuntularla əlaqədar olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh mübahisələndirilən əmri iddiaçının hal-hazırda uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkün olması ilə əsaslandırsa da, bunun nədən ibarət olmasını göstərə bilməmiş, habelə iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının isə belə vəzifəyə keçirilmədən imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8918/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar