Məhkəmə qərarları › İş №2-1(103)-1116/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1116/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1116/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), X10 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçının iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra mətndə – DSMF-nun XŞTİ) qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (ünvan 1 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF-nun XŞTİ-nə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaş tamam olduğu xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2016-cı il tarixdən birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilin xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə doğulmuş, 1979- 1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1995 və 1997-ci illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında, X13 filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 173 saylı arayışda qeydiyyat aparılmışdır. Nikaha daxil olmamış (ailə həyatı qurmamış) və xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək xx.xx.1932-ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X5 ilə bir mənzildə yaşamaqla, sonuncuya qulluq etmişdir. Bu barədə xx.xx.2019-cu il tarixli müayinə aktı tərtib olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan sənədlərlə Şəki Regional «Asan Xidmət Mərkəzi»nə müraciət etmişdir. Mərkəz tərəfindən sənədlər Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, lakin adıçəkilən idarə tərəfindən ona məktub göndərilərək, əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir və bunun səbəbi kimi 20 il ümumi iş stajının olmaması göstərilmişdir. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasına və arxiv arayışına əsasən onun 17 il 4 ay tütünçü kimi güzəştli və ümumi sosial sığorta stajı vardır. xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək xx.xx.1932- ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X2 bir mənzildə yaşayaraq qulluq etdiyi müddət də nəzərə alınmaqla 20 ildən artıq ümumi sosial sığorta stajı yaranır ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilinin, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh DSMF-nun XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iş üzrə cavabdeh DSMFnin XŞTİ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi, xx xxxx 2019-cu il tarixli Akta əsaslanmaqla İddiaçının 20 illik ümumi stajı topladığı qənaətinə gəlib. Həmin Akt, Şəki şəhər İHB Suçma kənd icra nümayəndəsi, Suçma Bələdiyyəsinin sədri və 4 nəfər Dərəcənnət kənd sakininin iştirakı ilə tərtib edilib. Məhkəmə sözügedən Aktı mötəbər qəbul etməklə hüquq pozuntusuna yol verib. Belə ki, DSMF Kollegiyasının xx xxxxxx 2011ci il tarixli, 17 saylı Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın tələblərinə əsasən, ahıl şəxsə qulluq etmiş şəxsin qulluq müddətinin əmək stajına daxil edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. bu hüququ əldə edən şəxs ahıl şəxsə qulluq etməli; 2. qulluğun faktiki həyata keçirilməsi və müddəti barədə müayinə aktı tərtib olunmalı; 3. müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunmalı; 4. Akt xidmət edilən şəxsin sağlığında onun və qonşularının ifadələri və digər məlumatlar əsasında tərtib edilməlidir. İşdən isə görünür ki, iddiaçı, anası Eminə Mustafayevaya baxdığını iddia etsə də, səlahiyyətli orqanlar tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı tərtib olunmamışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan əlavə, qanunvericiliklə tələb olunan qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktının tərtib edilməsi, İddiaçının anası xx xxxxxxxx 2017-ci ildə vəfat etdiyindən, faktiki cəhətdən artıq mümkün deyil. Göründüyü kimi, İddiaçı ona pensiya təyin edilə bilməsi üçün tələb olunan 20 illik sığorta stajına malik deyil. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM, m. 14.3). İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehDSMF-nun XŞTİ-nin nümayəndəsi və vəkili X4pellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsininizahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğvedilməli, işüzrəyeniqərarqəbuledilməkləiddiatəminedilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1960-cı ildə verilmiş İİ-İE seriyalı 017953 №li doğum haqqında şəhadətnamənin və iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı ildə Şəki rayonu Dərəcənnət kəndində doğulmuş və doğum haqında şəhadətnamənin «anası» bölməsində X6 qeyd olunmuşdur. İş materiallarında olan, surəti Notarial qaydada təsdiq edilmiş AZE seriyalı ******* nömrəli xx.xx.1979-cu il tarixli «Kolxozçunun Əmək kitabçası»nda və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X11 Filialı tərəfindən verilmiş 173 №li xx.xx.2016-cı il tarixli arayışda qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1979-cu il tarixindən 1991-ci ilədək Şəki rayon Suçma kəndi M.F.Axundov adına kolxozda 4 №-li tütün briqadasında, xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək M.F.Axundov adına kolxozun ayrılması ilə əlaqədar yeni yaranmış Dərəcənnət kolxozunda tütüncü vəzifəsində işləmişdir (arayışda 1996 və 1998-ci illərdə işlədiyi günlər və ona ödənilən pullar qeyd olunmamışdır). İş materiallarında olan, xx xxx 1953-cü il tarixdə İE seriyalı 983090 nömrəli doğum haqqında şəhadətnamədən (bərpa olunmuş) və Şəki ŞRPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03777308 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, müvafiq olaraq Məmmədova (Mustafayeva) Eminə Məmmədalı qızı xx.xx.1932-ci ildə Nuxa rayonu Dərəcənnət kəndində doğulmuşdur. İş materiallarında olan, surəti Notarial qaydada təsdiq edilmiş AZ-İ seriyalı 864088 nömrəli xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan, Şəki şəhər İca Hakimiyyəti Başçısının Suçma kənd İcra nümayəndəsinin, Şəki rayon Suçma Bələdiyyəsinin sədrinin və Dərəcənnət kənd sakinlərinin imzaları ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli aktdan və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayənəsi tərəfindən verilmiş 397 №li xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Şəki rayonu Dərəcənnət kənd sakini İddiaçı doğma anası xx.xx.1932-ci il təvəllüdlü 70 yaşdan yuxarı ahıl yaşlı X3 xx.xx.2002-ci il tarixindən xx.xx.2017-ci il tarixədək bir mənzildə yaşayaraq qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamışdır. 2 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur və gəldiyi qənaətini məhkəmə aşağıda qeyd olunanlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cümaddəsinin «z» bəndinə əsasənkolxozlarda, sovxozlardavədigərdövlətaqrarsənayemüəssisələrindəbilavasitəkəndtəsərrüfatıməhsullarıi stehsalınlaçalışantraktorçu-maşinistlər, köçəriheyvandarlıqişçiləri, tütününbecərilməsi, yığılmasıvəyığımdansonrakıemalında, pambığınbecərilməsivəpambığınbecərilməsivəpambıqyığımındatammövsümərzindəçalışa nkişilər – 55 yaşınaçatdıqdavəazı 25 ilümumiişstajıolduqdabumüddətinazı 20 ilinihəminişlərdəçalışarsa, qadınlar – 50 yaşınaçatdıqdavəazı 20 ilümumiişstajıolduqdabumüddətinazı 15 ilinihəminişlərdəçalışarsaaxırıncıişyerindənasılıolmayaraqəməkşəraitinəgörəgüzəştlişərtlərl əyaşagörəpensiyahüququnamalikdirlər. ««Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən olan şəxslərə 52 yaşdan «Vətəndaşların pensiyatəminatıhaqqında» AzərbaycanRespublikasıQanununun 13-cümaddəsinin «z» bəndinəəsasəngüzəştlişərtlərləyaşagörəpensiyatəyinolunmasıüçünikielementmövcudolmal ıdır: 1) xx.xx.2006-cıiləqədərazı 20 ilümumiişstajı; 2) xx.xx.2006-cıiləqədərazı 15il kolxozlarda, sovxozlardavədigərdövlətaqrarsənayemüəssisələrindəbilavasitəkəndtəsərrüfatıməhsull arıistehsalınlaçalışantraktorçu-maşinistlər, köçəriheyvandarlıqişçiləri, tütününbecərilməsi, yığılmasıvəyığımdansonrakıemalında, pambığın becərilməsi və pambığın becərilməsi və pambıq yığımında iş stajının mövcud olması. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti ümumi iş stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinə aiddir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 70 yaşına çatmış qoca anasına qulluq edilməsi də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq, yəni 17 il 04 ay kolxoz stajı, 3 il 7 ay qulluq müddəti olmaqla, cəmi 20 il 11 ay ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır və bununla əlaqədar məhkəmə bu qənaətə gəlmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 15 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «z» bəndinə əsasən müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən İddiaçı xx xxxxxx 2006-cı il tarixinədək 20 ildən çox ümumi əmək stajına malik olması əsasından çıxış edib. Məhkəmənin mövqeyinə əsasən, iddiaçının əmək kitabçası ilə onun 17 il 4 ay ümumi stajı olması təsdiqlənir. Eyni zamanda, işdəki xx xxxx 2019-cu il tarixli Aktla iddiaçı S. Mustafayevanın xx.xx.1932-ci il təvəllüdlü anası Eminə Mustafayevaya xx xxx 2002-ci ildən vəfat etdiyi tarixədək (xx.xx.2017-ci ilədək) qulluq etməsi müəyyən edilir. Bu müddətin xx xxxxxx 2006-cı ilədək olan hissəsini (3 il 7 ay) diqqətə aldıqda iddiaçının xx xxxxxx 2006-cı ilədək tələb edilən 20 illik ümumi əmək stajını topladığını qəbul etmək mümkündür. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 13-cü maddəsinin z) bəndinə əsasən, kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınlar—52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, cavabdeh DSMF-nun XŞTİ xx xxxx 2019-cu il tarixli, **********1 nömrəli imtina məktubunu onunla əsaslandırıb ki, iddiaçı S. Mustafayevanın ümumi iş stajı 20 ildən az təşkil edir. İddiaçı S. Mustafayeva 20 il ümumi iş stajını topladığını təsdiq edən sənəd kimi, əmək kitabçası və xx xxxx 2019-cu il tarixli Akta əsaslanır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində əmək kitabçası ilə təsdiqlənən iş stajının qəbul edilib-edilməməsi ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Lakin cavabdeh inzibati orqan xx xxxx 2019-cu il tarixli Aktın qeyri-mötəbər olduğunu ifadə etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi məhz bu hissədə qiymətləndirmə aparmalıdır. Məlum olduğu kimi, ki, istər əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin d) bəndi, istərsə də, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunun 21.2.4-cü maddəsi 70 yaşına çatmış qocalara qulluq edilməsi müddətini iş stajına aid edilir. Lakin, qeyd olunmalıdır ki, bu faktın təsdiqlənməsi (rəsmiləşdirilməsi) ilə bağlı xüsusi qayda müəyyənləşdirilmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiqlənmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.3.3-cü bəndinə əsasən, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Müvafiq göstərişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.9-cu bəndində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, ahıl şəxsə qulluq etmiş şəxsin qulluq müddətinin əmək stajına daxil edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: bu hüququ əldə edən şəxs ahıl şəxsə qulluq etməli; qulluğun faktiki həyata keçirilməsi və müddəti barədə müayinə aktı tərtib olunmalı; müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunmalı; Akt xidmət edilən şəxsin sağlığında, onun və qonşularının ifadələri və digər məlumatlar əsasında tərtib edilməlidir. Buna baxmayaraq, iş materiallarında İddiaçı anası Eminə Mustafayevaya qulluq etməsini təsdiqləyən və yuxarıda adı çəkilən normaların tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktı yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi Şəki şəhər İHB Suçma kənd icra nümayəndəsi, Suçma Bələdiyyəsinin sədri və 4 nəfər Dərəcənnət kənd sakininin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli akt istər müvafiq səlahiyyətli orqanlar (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri) tərəfindən rəsmiləşdirilməməsinə, istərsə də, Eminə Mustafayevanın vəfatından sonra tərtib edilməsinə görə ümumi stajı təsdiqləyən müayinə aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdeh DSMF-nun XŞTİ-nin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar