Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1118/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi icraatına qəbul etdikdən sonra 30 gündən çox müddətdə ona bildiriş göndərməmiş, şifahi məlumat da verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarıını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq (iş materiallarında olan iddiaçının məhkəmə iclaslarının vaxtı və yeri barəsində xəbərdar olunmasına dair poçt qəbzlərinə və məhkəmə iclasından yayındığı təqdirdə iddia tələbinin geri götürülmüş sayıla biləcəyi barədə xəbərdar olunmasına dair məktuba əsasən), məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə məlumat verməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İşin hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclası, həmçinin iclasda iştirakdan yayınacağı təqdirdə iddia tələbinin geri götürülümüş sayıla biləcəyi barədə hüquqi yardım mətnli xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza edilməklə əldə edilmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmçinin xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişini şəxsən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə əldə etməsinə baxmayaraq yenidən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məhkəmə iclası barədə xəbərdar olmasına baxmayaraq iştirak etməməsinin nəticələri barədə növbəti xx.xx.2022-ci il tarixli xəbərdarlıq tipli məhkəmə bildirişi ünvanlanmış və üzrlü səbəbləri olduqda bunu məhkəməyə bildirməsi tələb edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı da məhkəmənin müvafiq bildirişlərini aldığını, lakin işdə olması səbəbindən iştirak etmədiyini bildirsə də, məhkəməyə bu barədə məlumat vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X1 məhkəmə iclasları barədə məlumatlı olduğu təqdirdə ştirak etməməsi, həmçinin hərəkətlərinin hüquqi nəticəsi barədə məlumatlandırılmasına baxmayaraq səbəbləri barədə məhkəməyə məlumat verməməsinə dair hərəkətləri özü mövcud iddia tələbinə münasibətdə hüquqi marağının itmiş olmasına dair iradə ifadəsini əks etdirir. Beləliklə, yuxarıda sadalananlara əsasən, kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini geri götürülmüş saymaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı X1 apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4659/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1118/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1118/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver