Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X18 X8 İdarəsinə (bundan sonra mətndə DSMF XŞTİ) qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-536/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan İddiaçı məhkəməyə «iddianın dəqiqləşdirilməsi barədə ərizə» təqdim edərək, ona 52 yaşının tamam olduğu tarixdən yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan əvəlki 3 ilin xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdeh DSMF XŞTİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1963-cü ildə Quba rayonun Çiçi kəndində doğulmuşdur. Hazırda 56 yaşı tamam olub. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Xaçmaz şəhəri, 92 saylı Texniki-peşə məktəbində dülgərlik ixtisası üzrə təhsil almışdır. xx.xx.1980-cı ildən xx.xx.1981 -ci ilə kimi Sumqayıt şəhəri, 17 saylı Texniki - Peşə məktəbində oxumuş, suvaqçı-rəngsaz ixtisası üzrə təhsil almışdır. Həmin illərdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən təhsil müddəti sığorta stajı hesab olunurdu, yeni qanunun, yəni «Əmək pensiyaları haqqında» Qanunla daha sərt şərtlərin müəyyən edilməsi (təhsil müddətinin sığorta stajına daxil edilməməsi) heç nəyi dəyişmir, həmçinin nəzərə alınmalıdır ki, onun təhsil aldığı vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi ona müvafiq qarantiya vermişdir ki, təhsil aldığı müddət onun sığorta stajına daxil ediləcəkdir, həmin qarantiya yuxarıda qeyd olunan əsaslara görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək təhsil almış şəxslər üçün dəyişməmiş, çünki yeni qanun onların hüquqi vəziyyətini pisləşdirdiyi üçün geriyə tətbiq edilə bilməz. 1981-1983-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1983-cü ilin avqustun 26-dan Dəvəçi Quşçuluq (broyler) fabrikində 3cü dərəcədə suvaqçı-rəngsaz kimi əmək fəaliyyətinə başlamış və bu vəzifədə müxtəlif dərəcələrdə xx xxxxxxx 1984-cü ilədək işləmişdir. xx xxxxxx 1985-ci ildə Sumqayıt Sintetik - kauçuk zavodunda divinil - nitril, KN-2 sexində 3-cü dərəcəli təmirçi - çilingər kimi xx xxxxxxxx 1999-cu il tarixə kimi işləmişdir. Göründüyü kimi 14 (on dörd) il 08 (səkkiz) ay xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyəti olmuşdur. xx xxxxxx 2001 - ci il tarixindən xx xxxx 2004-cü il tarixə kimi Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi işləmişdir. xx xxxxx 2004-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixə kimi «Nicat» firmasında gözətçi vəzifəsində işləmişdir. O, xx.xx.1983-xx.xx.1984-cü illərdə (01 il 2 ay) Dəvəçi Quşçuluq (broyler) fabrikində, xx.xx.1985-xx.xx.1999-cu illərdə (14 il 08 ay xüsusilə ağır kateqoriyalı işlərdə), xx.xx.2001–xx.xx.2004-cü illərdə (3 il 2 ay ) Siyəzən rayon Beşdam bələdiyyəsində gözətçi, xx.xx.2004-xx.xx.2006 - illərdə (1 il 9 ay) «Nicat» firmasında gözətçi vəzifəsində işləməklə əmək kitabçasında 21 il 1 aydan çox iş stajı vardır. Xaçmaz şəhəri, 92 saylı Texniki-peşə məktəbində və Sumqayıt şəhəri, 17 saylı Texniki-Peşə məktəbində təhsil aldığı müddətlər iş stajına əlavə edilməklə onun ümumi iş stajı 22 il 9 ay təşkil edir. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. ƏƏSMNyi yanında Dövlət X18 X8 idarəsi xx xxxx 2019-cuil tarixli «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» barədə ərizəyə əsassız olaraq xx xxxxxxx 2019-cı il tarixli **********1 saylı məktubla müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinaya səbəb xx xxxx 1984-cü il tarixli l/İT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1984 xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi «Nicat» firmasında əmək stajı barədə həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədlərin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etməyin mümküm olmadığı bildirilmişdir. Bu səbəbdən xx.xx.1984 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrü sığorta stajına aid edilmədiyindən ümumi stajın güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 ildən az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə pensiya təyin edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya dair yazılı «Etiraz» təqdim etmiş və etirazda göstərmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin (a) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Qanun tətbiq edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Lakin iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-536/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) ilin, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh DSMF XŞTİ apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmi «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi və vəkili X10 iddiaya qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, 1-ci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, , 1-ci instansiya məhkəməsinin qərarının qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-536/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü ildə Quba rayonu Çiçi kəndində doğulmuşdur. İş materiallarında olan, xx xxxx 1980-cı ildə verilmiş 1184 №li atestatın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Xaçmaz şəhər 92 saylı orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 328 №-li arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdə X14 70 saylı 1 illik «Dülgər» (tikintilər üçün) qrupuna daxil olub və xx.xx.1980-cı ildə liseyi bitirmişdir. İş materiallarında olan, NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1983-cü ildə Sumqayıt şəhər RHK-da qeydiyyata alınmışdır. İş materiallarında olan, surəti notarial qaydada təsdiq edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı X6 xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək suvaqçı-rəngsaz ((İİİ və V dərəcə) vəzifəsində işləmiş; xx.xx.1985-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Sumqayıt Sintetik-kauçuk istehsalat birliyində (xx.xx.1994-cü ildən Sumqayıt- Sintezkauçuq zavodu adlandırılmışdır) divinil-nitril, KN-2 sexində 3-cü dərəcəli (daha sonra 4-cü dərəcəli) təmirçi-çilingər işinə qəbul edilməklə, həmin vəzifədə işləmiş; xx.xx.2001-ci il tarixindən xx.xx.2004-ci il tarixinədək Siyəzən rayon Beşdam Bələdiyyəsində gözətçi; xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək «Nicat» firmasında gözətçi vəzifəsində işləmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Siyəzən rayon şöbəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X12 Quba rayon şöbəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli 67/1222 №li məktubda göstərilmişdir ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli 2(059)-622 saylı qətnamə ilə İddiaçı Beşdam Bələdiyyəsində gözətçi işləməsi faktı təsdiq olunmuşdur. İş materiallarında olan, təsis sənədlərinin (nizamnamə, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamə və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, hüquqi ünvanı ünvan 4 «Nicat» firması hüquqi şəxs kimi xx.xx.2000-ci il tarixdə 4/143 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, xx.xx.2005-ci il tarixdə isə ********** VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X9 qeydiyyata alınmışdır. İş materiallarında olan, Quba rayonu «Nicat» firması tərəfindən verilmiş 05 №-li xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Quba rayonunun Səbətlər kəndində fəaliyyət göstərən «Nicat» firmasında gözətçi vəzifəsində çalışmışdır. İş materiallarında olan, «Azərkimya» İstehsalat Birliyinin (SOCAR) «Etilen- Polietilen» zavodu tərəfindən verilmiş 135 №-li xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi tam iş günü «Azərkimya» İstehsalat Birliyinin keçmiş «Sintezkauçuk» zavodunun «butadien-stirol lateksin ayrılması» sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Həmçinin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien, stirol, latekslər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququnun verdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə cavabdeh orqana xx.xx.2019-cu il tarixdə etdiyi müraciətə cavab olaraq, cavabdeh DSMF XŞTİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Təqdim olunmuş xx xxxx 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi «Nicat» firmasında əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin xx.xx.2004-cü il və sonrakı illərə dair sənədlərinin arxivə təhvil verilmədiyi və hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü sığorta stajına aid edilmədiyindən ümumi stajın güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan 20 ildən az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir.» İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsassız olmaqla və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarının pozulması qənaətinə gələrkən aşağıdakı hüquq normalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ««Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin «v» yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq, yəni 24 (iyirmi dörd) il, 3 (üç) ay 20 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)»Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: «Kimya İstehsalatı» bölməsi (Vİİİ bölmə kod 10800000), kod 1080A00-17541 A-tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər (kod 1080A010); işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər (kod 1080A010). Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin hallarına əsasən gəldiyi nəticəsi ilə razılaşır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, yəni 14 (on dörd) il, 8 (səkkiz) ay 9 gün güzəştli şərtlərlə iş stajının mövcud olması («Azərkimya» İstehsalat Birliyinin «Etilen-Polietilen» zavodunun kadrlar şöbəsinin 135 №-li xx.xx.2019-cu il tarixli arayışda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər asındakı mübahisə ilə əlaqədar haqlı olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixədək 20 ildən artıq, yəni 27 il 6 ay 23 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ila rzılaşır ki, iddiaçının xüsusi iş stajı 14 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələblərinə uyğun 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olduğuna görə, sonuncuya pensiyanın təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 (üç) il əvvəl olmaqla xx.xx.2016-cı il tarixdən hesablanmaqla pensiya təyin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə sübut olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X18 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-536/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1119/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver