Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X8 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X14 və digərləri) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6967/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14, X18, X5 və Əliyeva Aidə Əliş qızı üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014cü il tarixli 328 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, C.Məmmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi, ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən həll edilməsi, sifarişçiyə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etməsi və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi, sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirməsi, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırması, layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etməsi, layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırması, layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi həvalə edilmişdir. Sözügedən sərəncamın icrası gedişində Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinə münasibətdə Əliyeva Aidə Əliş qızı və X18 ilə alqısatqı müqaviləsi bağlanılmış və müvafiq kompensasiya ödənilmişdir. Bunun üçün əsas Cavabdeh başçısının xx.xx.2014-cü il, 13 saylı sərəncamı, xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı, sözügedən ünvana dair R.Vəliyevin adına olan 1995-ci il tarixli texniki pasport, xx.xx.1996-ci il tarixli Bakı şəhəri Cavabdeh R.Vəliyevin sözügedən ünvana pasport qeydiyyatına alınmasında dair sərəncamı, habelə 59 saylı MKİS-nin xx.xx.1996-cı il tarixli aktı və digər sənədlər olmuşdur. X5 xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamı əsas tutaraq, cavabdeh DƏDRX-nin ünvan 2 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli, 2- 1(81)-3309/2014 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Z.Süleymanova xx.xx.2014-cü il tarixdə sözügedən mənzili X9 alqı-satqı müqaviləsi əsasında satmışdır. Bundan başqa, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamını əsas tutaraq, X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il, 13 saylı sərəncamı və xx.xx.2014cü il tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə sonradan qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-59/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 4 fevral tarixli, 13 saylı və 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamlarının etibarsız hesab olunması qət edilmişdir. İş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(103)-59/2018 nömrəli qərarı qismən - "Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi" hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından sonra Z.Süleymanova Cavabdehnə müraciət etmiş və Bakı şəhəri Cavabdeh başçısınınn xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı verilmişdir. Həmin sərəncama görə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı ləğv edilmişdir. Hazırda N.Sultanov İddiaçı MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə "ünvan 3 ünvanında yerləşən 275,1 kv.m. torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya verilməsi və həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin əsaslarından biri Bakı şəhəri Cavabdeh başçısınınn xx.xx.2019-cu il tarixli, 156 saylı sərəncamı təşkil edir. İşin hallarından göründüyü kimi sözügedən xx.xx.2019-cu il tarilxi sərəncam hazırda "xxxx" MMC-yə qarşı iddianın qaldırılması üçün əsaslardan olduğu üçün, onun maraqlarına toxunur. Həmin sərəncam etibarsızdır. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə görə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. İddia ərizəsinə əlavə edilən Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamı ilə ünvan 4 ünvanında 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m, köməkçi sahəsi 63,2 kv.m, ümumi sahəsi 110,9 kv.m olan fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması, buna dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Başçının xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncamı ilə xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncam ləğv edilmişdir. Hazırda Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019cu il tarixli, 156 saylı sərəncamı ilə xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncam ləğv edilmiş, bununla da xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncam yenidən hüquqi qüvvəsini almışdır. Lakin artıq xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamın icrası mümkün deyildir, belə ki, sözügedən ünvanda yerləşən bina İddiaçı MMC tərəfindən müvafiq sənədlər əsasında sökülmüş və yerində fərqli ünvanı olan çoxmərtəbəli bina inşa edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-6967/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin göstərilən mövqeyi ilə razılaşmır. Məhkəmə maddi hüquq normasının tələbini pozmuş, onu düzgün şərh etməmiş və bununla da əsassız və qanunun tələbinə zidd qərar qəbul etmişdir. Həmin qərar ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə inzibati işin hallarına düzgün qiymət verməmiş, iş materiallarını ətraflı araşdırmamış, əsassız və qanuna zidd məhkəmə aktı qəbul etmişdir. İş materiallarından görünür ki, iş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-406/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(103)-59/2018 nömrəli qərarı qismən - “Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Ali instansiya Z.Süleymanovaya verilmiş xx.xx.2012-ci il tarixli, 185 saylı sərəncamın ləğv edilməsinə dair xx.xx.2014-cü il tarixli, 116 saylı sərəncama hüquqi qiymət verərək, həmin sərəncamın etibarlı olduğu qənaətinə gəlmiş, onu etibarsız hesab etməmişdir. Bakı İnzibati Məhkəməsi öz mövqeyini əsaslandırarkən digər məhkəmə qərarlarına istinad etsə də, mövcud mübahisə üzrə ali instansiyanın hüquqi mövqeyini nəzərdən qaçırmışdır. Belə ki, ali instansiya sözügedən sərəncamı qanuni və əsaslı hesab etsəydi, həmin hissədə iddia tələbini təmin edərdi. Digər tərəfdən artıq sərəncamda göstərilən ünvan mövcud deyildir, həmin ünvanda olan mənzil İddiaçı MMC tərəfindən 2014-cü ildə sökülmüşdür. Bununla da sözügedən sərəncamın hazırda icrası mümkünsüzdür. Faktiki cəhətdən icrası mümkünsüz olan sərəncamın verilməsi isə maddi hüquq normasının tələbinə əsasən onun etibarsız hesab edilməsi üçün əsasdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(02)-954/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Əliyeva Aidə Əliş qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2878/2017 saylı 29 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4474/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X18 və Əliyeva Aidə Əliş qızı) Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli 185 saylı sərəncamının etibarsız hesab edilməsinə dair cavabdehin xx.xx.2017-ci il tarixli 36 saylı sənəcamının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2878/2017 saylı 29 dekabr 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin 29 iyun 2012-ci il tarixli 185 saylı sərəncamının etibarsız hesab edilməsinə dair 15 fevral 2017-ci il tarixli 36 saylı sərəncamı etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(02)-406/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)- 59/2018 saylı qərarı qismən - “Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 19 iyun tarixli, 116 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, şikayət qalan hissədə təmin olunmamışdır. Həmin qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1536/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Əliyeva Aidə Əliş qızı, X14) Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 4 fevral tarixli 13 saylı və 2014-cü il 19 iyun 116 saylı sərəncamlarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 4 fevral tarixli 13 saylı və 2014-cü il 19 iyun tarixli 116 saylı sərəncamları etibarsız hesab olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş: - Bakı şəhəri Cavabdeh başçısının 185 saylı, 29 iyun 2012-ci il tarixli Sərəncamının surətindən görünür ki, ünvan 6 ünvanda 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m, köməkçi sahəsi 63,2 kv.m, ümumi sahəsi 110,9 kv.m olan fərdi yaşayış evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi, mövcud sərəncam əsasında Z.İ.Süleymanovanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 13 saylı, 04 fevral 2014-cü il tarixli Sərəncamının surətindən görünür ki, ünvan 7 ünvanda 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m, köməkçi sahəsi 63,2 kv.m, ümumi sahəsi 110,9 kv.m olan fərdi yaşayış evi tikinti, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün hüquqi qeydiyyatdan keçirilməsi, mövcud sərəncam əsasında A.Ə.Əliyevanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 116 saylı, 19 iyun 2014-cü il tarixli Sərəncamının surətindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 185 saylı Sərəncamının ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 36 saylı, 15 fevral 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh başçısının 185 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 156 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Cavabdeh başçısının 19 iyun 2014-cü il tarixli 116 saylı Sərəncamının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Cavabdeh başçısının 185 saylı, 29 iyun 2012-ci il tarixli Sərəncamı ilə ünvan 6 ünvanda olan fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçirilməsi və mövcud sərəncam əsasında Z.İ.Süleymanovanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Sonradan isə Bakı şəhəri Cavabdeh başçısının 13 saylı, 04 fevral 2014-cü il tarixli Sərəncamı ilə həmin fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçirilməsi və mövcud sərəncam əsasında A.Ə.Əliyevanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-59/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Cavabdeh başçısının 2014-cü il 4 fevral tarixli 13 saylı sərəncamı etibarsız hesab olunmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2878/2017 saylı 29 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Cavabdeh 29 iyun 2012-ci il tarixli 185 saylı sərəncamının etibarsız hesab edilməsinə dair 15 fevral 2017-ci il tarixli 36 saylı sərəncamı etibarsız hesab edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamının qanuni inzibati akt olması öz təsdiqini tapmışdır. Bundan başqa, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 156 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamını ləğv edən Bakı şəhəri Cavabdeh xx.xx.2014-cü il tarixli, 116 nömrəli sərəncamı ləğv edilmişdir. İddiaçının icrası mümkün olmayan hesab etdiyi Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli 156 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh xx.xx.2012-ci il tarixli 185 nömrəli sərəncamı qüvvəsini bərpa edir ki, həmin sərəncam əsasında da Z.İ.Süleymanovanın adına yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sərəncam icra edilmişdir. Bu səbəbdən Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli 156 nömrəli sərəncamının faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olması təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6967/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1119/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver