Məhkəmə qərarları › İş №2-1(103)-1119/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1119/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1119/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10800/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında olan, xx.xx.2023-cü il tarixli EBDN seriyalı 762324 nömrəli, xx.xx.2023-cü il tarixli EDBK seriyalı 272321 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 834 nömrəli, xx.xx.2023-cü il tarixli EDBO seriyalı 113609 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların qanuni hesab edilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********138600 nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən tərəfindən ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 66234,43 ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat nəticəsində 66234,43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 834810 nömrəli elektron faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Qeyd edilən elektron qaiməfaktura üzrə 35280,05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 35280,05 kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Göstərilən elektron qaimə-faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19800.0 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron qaimə-faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********69800 nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBEA seriyalı, 964733 nömrəli elektron qaimə-fakturası üzrə "xxxx" MMC-yə 3.12 manat ƏDV ödənilmədiyi üçün bu elektron qaimə-faktura üzrə əvəzləşdirilmə aparıla bilməz. ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Göstərilən elektron-qaimə faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yarandığı, ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir. Qeyd edilən elektron-qaimə faktura üzrə 66234.43 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 66234.43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDO seriyalı 834810 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron faktura üzrə 35280.05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən məbləğinin 0.0 manat olması nəticəsində 35280.05 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron qaimə-faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat nəticəsində 19800.0 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********030600 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən ƏDV bəyannaməsinin 308-325-ci sətirlərində, yəni hesabat dövründə VM 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə (artırılan və ya azaldılan dövriyyə) üzrə ƏDV-nin hesablanması hissəsindəki sətirlərin Dövriyyə (ƏDV-siz) sütunlarında sıfır (“0”) dan böyük məbləğ göstərilməyinə baxmayaraq, dəqiqləşdirilən dövriyyə barədə izahat məktubunun vergi orqanına təqdim edilmədiyi, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 477778,87 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabında 252000,2 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 1400001,11 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş) 252000,2 manat ƏDV/0.18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) ürzə yaranan xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307.1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 1400001,11 manat məbləğdən 922222,24 manat az göstərildiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********448700 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən "xxxx" MMC (Vöen:**********) tərəfindən təqdim olunmuş EBDY seriyalı, 449614 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron-qaimə fakturalar üzrə 66234,43 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğin manat olması nəticəsində 66234,43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 834810 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron-qaimə faktura üzrə 35280,05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 35280,05 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Göstərilən elektron qaimə-faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19800.0 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi qeyd edilmişdir. Həmin elektron qaimə-faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yaranmışdır. Təqdim edilən bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 210370.89 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 210370,89 manat göstərildiyi üçün kənarlaşma yarandığı qeyd edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 01-2 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ƏDV 99000,05 manat, ümumi dəyəri isə 649000,32 manat təşkil etmişdir. İddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə, 05 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ƏDV 54518.58 manat, ümumi dəyəri isə 357399,58 manat təşkil etmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 06 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ƏDV 11715.85 manat, ümumi dəyəri isə 76803.88 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatlar qanuni şəkildə həyata keçirilmişdir. Həmçinin, cavabdeh vergi orqanına bununla əlaqədar olaraq kameral vergi yoxlanmasının həyata keçirilməsi üçün bütün lazım olan sənədlər təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) uçot-baza məlumatlarına əsasən xx.xx.2019cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “rabitə və elektrik xətlərinin çəkilməsi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-ci ilin aprel ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluq müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannamədə “vergi ödəyicisi tərəfindən 2023-cü ilin iyul (EBDK seriyalı 272321 nömrəli), sentyabr (EBDO seriyalı 834810 nömrəli, EBDO seriyalı 113609 nömrəli, EBDN seriyalı 762324 nömrəli), dekabr (EBDW seriyalı 089866 nömrəli) və 2024-cü ilin yanvar (EBDX seriyalı 839810 nömrəli), fevral (EBDZ seriyalı 668591 nömrəli) və mart (EBEB seriyalı 048439 nömrəli) ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim olunan elektron qaiməfakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir” məzmunlu uyğunsuzluqlar yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********027300 nömrəli “Elektron kameral üçün uyğunsuzluq məktubu”, göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyimdən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********686800 nömrəli “ƏDV Aprel 2024 elektron kameral hesablama barədə” qərar göndərilmişdir. İddiaçının qarşılıqlı əməliyyat apardığı riskli vergi ödəyicisi olan "xxxx" MMC barəsində bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmişdir. Belə ki, araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Səlahiyyətli nümayəndənin araşdırmada iştirak etməsi məqsədilə Cəmiyyətə məxsus vergi uçot baza məlumatlarındakı mobil nömrəyə (***-***-**- **) dəfələrlə zəng edilsə də əlaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" ASC-nin (VÖEN: **********) nümayəndəsi X2 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir (foto şəkillər məktuba əlavə olunur). Həmçinin, xx.xx.2023-cü il tarixində "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin digər Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi ev Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən **********-11001 kodlu təsərrüfat subyektində vergi ödəyicisi ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi İlham adlı şəxslə (055- 316-93-19) əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək, yerində müşahidə aparılmışdır. Danışıq zamanı vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini bildirmişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icarə müqaviləsində T5-3 nömrəli anbarın iddiaçıya icarəyə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı, həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq, iddiaçı ilə "xxxx" MMC-nin (VÖEN: **********) arasında olan riskli hesab olunan əməliyyatları məhkəməyə təqdim etməklə, diqqətə çatdırmaq istəmişlər ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əldə etdiyi riskli elektron qaiməfakturaların əvəzləşdirilməməsinə əsas vermir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10800/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 24 iyun 2024cü il tarixli, **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10800/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, vergi ödəyicisi “FATEH 2021 İNŞAAT" MMC-nin qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən ofis adlı təsərrüfat subyektində keçirilmiş monitorinq zamanı MMC-nin rəhbəri X8 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından obyekti icarayə verən X7 ilə əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı R.Bədəlov obyektin artıq yaşayış binasında mənzil olduğunu və “FATEH 2021 İNŞAAT" MMC (VÖEN **********) ilə icarə müqaviləsinə xitam verdiyini bildirmişdir və bununla da monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2024-cü il tarixli, **********976700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli **********596100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10800/2024 saylı qərarının əsaslandırma hissəsində qeyd edilmişdir: “...iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli və EBDB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatlar arasında olmamışdır. Eyni əsaslar "xxxx" MMC ilə aparılmış əməliyyatlara münasibətdə də keçərlidir. Belə ki, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs də qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamış, yalnız bir neçə ay sonra, xx.xx.2024 tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas "xxxx" MMC tərəfindən 2024-cüilin aprel ayı ərzində "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş, ümumi dəyəri 357.067,66 manat olan elektron qaimə-fakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qanunvericiliyin müddəalarından göründüyü kimi qarşılıqlı əməliyyatların aparıldığı vergi ödəyicisinin əməliyyatların aparıldığı tarixdən sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsinin vergi ödəyicisinin xeyrinə şərh edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhərində olması səbəbi ilə 18 fevral 2025-ci il tarixə təyin olunan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, apelyasiya şikayətinin formal xarakter daşımaqla əsassız olduğunu bildirərək məhkəmə iclasının iştirakları olmadan keçirilib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - xx.xx.2024-cü il tarixli **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2024-cü ilin aprel ayı üçün əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq - 1.804,98 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 355.982,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 357.067,66 manat göstərilmişdir. Qərar xx.xx.2024-cü il tarixli **********027300 nömrəli uyğunsuzluq məktubu əsasında qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, “tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 089866 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 117900.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 117900.0 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 048439 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 20833.18 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 20833.18 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 668591 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 21600.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 21600.0 manat kənarlaşma yaranmışdır”. "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair EBDW seriyalı 089866 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDX seriyalı 839810 nömrəli elektron qaimənin tarixi xx.xx.2024-cü il, EBDZ seriyalı 668591 nömrəli elektron qaimənin tarixi xx.xx.2024-cü il, EBEB seriyalı 048439 nömrəli elektron qaimənin tarixi xx.xx.2024-cü il olmuşdur. Hər dörd qaimə xx.xx.2023-cü il tarixli 16 saylı müqavilə üzrə aparılmış əməliyyatlara dair tərtib edilmiş, sözügedən subpodrat müqaviləsinin surəti iş materiallarına əlavə olunmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat xəbərdarlığında qeyd edilmişdir ki, "xxxx" MMC (**********) xx.xx.2024 tarixli **********596100 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2024 tarixli EBDX seriyalı 839810 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 668591 nömrəli, xx.xx.2024 tarixli EBEB seriyalı 048439 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 089866 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub əlavə edilmişdir. Həmin məktubda 9 elektron qaimə-fakturaya istinad edilmiş, EDBX seriyalı 839810 nömrəli qaimə iki dəfə qeyd edilməklə cəmi 8 elektron qaimə-faktura üzrə zəruri sənədlərin tələb edildiyi, mübahisəli qərarın isə onlardan "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair üç qaimə əsasında qəbul edildiyi müəyyən edilmişdir. Həmin qaimələrdən dördü "xxxx" MMC ilə aparılmış əməliyyatlara, digər dördü isə "xxxx" MMC ilə aparılmış əməliyyatlara dair tərtib olunmuşdur. - "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024 tarixli **********403600 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. -"xxxx" MMC ilə "xxxx" MMC arasında 09 mart 2023-cü il tarixli 01-2 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 35 kV-luq 1 dövrəli “Meysəri- Muğanlı/Basqal” (budaqlanması) X6 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 550.000,27 AZN manat, ƏDV ilə birlikdə 649.000,32 (altı yüz qırx doqquz min manat otuz iki qəpik) AZN manat təşkil edir. -35 kV-luq 1 dövrəli “Meysəri-Muğanlı/Basqal” (budaqlanması) X6 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 550.000,27 manat, ƏDV (18%) 99000,05 manat, cəmi (ƏDV ilə) 649.000,32 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. -Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 35 kV-luq 1 dövrəli “Meysəri-Muğanlı/Basqal” (budaqlanması) X6 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri üzrə avqust 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 550000,27 manat, ƏDV (18%) 99000,05 manat, cəmi (ƏDV ilə) 649000,32 manat məbləğində ödəniş həyata keçirmişdir. -"xxxx" MMC ilə "xxxx" MMC arasında 17 iyul 2023-cü il tarixli 05 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 330 kV-luq “3-cü İmişli” hava xəttində yenidənqurma işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikintiquraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 302.881,00 AZN manat, ƏDV ilə birlikdə 357.399,58 (üç yüz əlli yeddi min üç yüz doxsan doqquz manat 58 qəpik) AZN manat təşkil edir. - 330 kV-luq “3-cü İmişli” hava xəttində yenidənqurma işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 302.881,00 manat, ƏDV (18%) 54518,58 manat, cəmi (ƏDV ilə) 357.399,58 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 330 kV-luq “3cü İmişli” hava xəttində yenidənqurma işləri üzrə sentyabr 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 302.881,00 manat, ƏDV (18%) 54518,58 manat, cəmi (ƏDV ilə) 357.399,58 manat məbləğində ödəniş həyata keçirmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 18 iyul 2023-cü il tarixli 06 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 110 kV-luq 2-ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü X9 Xəttində (EVX) yenidənqurma işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 65 088,03 AZN manat, ƏDV ilə birlikdə 76.803,88 (yetmiş altı min səkkiz yüz üç manat 88 qəpik) AZN manat təşkil edir. 110 kV-luq 2-ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü Salyan EVX-də bərpa işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 65.088,03 manat, ƏDV (18%) 11.715,85 manat, cəmi (ƏDV ilə) 76.803,88 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 110 kV-luq 2ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü Salyan EVX-də bərpa işləri üzrə iyul 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 65 088,03 manat, ƏDV (18%) 11 715,85 manat məbləğində ödəniş həyata keçirmişdir. -“Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat”dan görünür ki:

1. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDO 834810 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 196000.27 manat, ƏDV məbləği 35268.05 manat, yekun 231280.32 manat.

2. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDK 272321 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 367969,03 manat, ƏDV məbləği 66234,43 manat, yekun 434203,46 manat.

3. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDO 113609 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 110000 manat, ƏDV məbləği 19800 manat, yekun 129800 manat.

4. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDN 762324 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 244000 manat, ƏDV məbləği 43920 manat, yekun 287920 manat.

5. "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, EBDX 839810 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 175000 manat, ƏDV məbləği 31500 manat, yekun 206500 manat.

6. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDZ 668591 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 120.000 manat, ƏDV məbləği 21.600 manat, yekun 141.600 manat.

7. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDW 89866 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 655.000 manat, ƏDV məbləği 117.900 manat, yekun 772.900 manat.

8. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBEB 48439 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 115.739,89 manat, ƏDV məbləği 20.833,18 manat, yekun 136.573,07 manat. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli EBDW seriyalı 089866 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 655.000 manat, malın ƏDV məbləği 117.900 manat, ƏDV-yə cəlb edilən məbləğ 655.000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli EBDX seriyalı 839810 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 175.000 manat, malın ƏDV məbləği 31.500 manat, ƏDV-yə cəlb edilən məbləğ 175.000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 668591 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 120.000 manat, malın ƏDV məbləği 21.600 manat, ƏDV-yə cəlb edilən məbləğ 120.000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli EBDB seriyalı 048439 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 115.739,89 manat, malın ƏDV məbləği 20.833,18 manat, ƏDV-yə cəlb edilən məbləğ 115.739,89 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 07 dekabr 2023-cü il tarixli 16 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın texniki tapşırığı əsasında icraçı "xxxx" MMC 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi obyekti üzrə 1 saylı əlavədə göstərilən dəyişiklikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 1.065.739,89 AZN (bir milyon altmış beş min yeddi yüz otuz doqquz manat 89 qəpik) manat, ƏDV ilə birlikdə 1.257.573,07 (bir milyon iki yüz əlli yeddi min beş yüz yetmiş üç manat 07 qəpik) AZN manat təşkil edir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 1.065.739,89 manat, ƏDV (18%) 191.833,18 manat, cəmi (ƏDV ilə) 1.257.573,07 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktlarından görünür ki: 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 655.000,00 manat, ƏDV (18%) 117.900,00 manat, cəmi (ƏDV ilə) 772.900,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 772.900,00 manat. 500 kV-luq “AzİES - Samux” HXnın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 175.000,00 manat, ƏDV (18%) 31.500,00 manat, cəmi (ƏDV ilə) 206.500,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 979.400,00 manat. 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 120.000,00 manat, ƏDV (18%) 21.600,00 manat, cəmi (ƏDV ilə) 141.600,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 1.121.000,00 manat, 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 115.739,89 manat, ƏDV (18%) 20.833,18 manat, cəmi (ƏDV ilə) 136.573,07 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 1.257.573,00 manat. EBEB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 115.739,89 manat, ƏDV-yə cəlb edilən məbləğ 115.739,89 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 20833,18 manat, yekun məbləğ 136.573,07 manat ödəniş etmişdir. EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 120.000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 120.000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 21600,00 manat, yekun məbləğ 141.600,00 manat ödəniş etmişdir. EBDX seriyalı 839810 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 175.000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 175.000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 31500,00 manat, yekun məbləğ 206.500,00 manat ödəniş etmişdir. EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 655.000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 655.000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 117900,00 manat, yekun məbləğ 772.900,00 manat ödəniş etmişdir. İşdən müəyyən olunur ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismində iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli və EBDB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura çıxış etmişdir. Halbuki, "xxxx" MMC sözügedən müqavilənin bağlanmasından 5 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Digər tərəfdən cavabdeh qərarda öz əksini tapmasa da, etirazında qərarın qəbul edilməsinə əsas qismində "xxxx" MMC ilə aparılmış əməliyyatların da çıxış etdiyini bildirsə də məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs də qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamış, yalnız bir neçə ay sonra, xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən fiziki şəxslər ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin vergi ödəyiciləri riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixlərdə, yuxarıda qeyd olunan fiziki şəxslər tərəfindən aparılan digər əməliyyatların riskli hesab edilərək riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən şəxslər ilə əməliyyat apardığı zamanı həmin şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır. Hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları təsdiq edilmişdir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli və EBDB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatlar arasında olmamışdır. Eyni əsaslar "xxxx" MMC ilə aparılmış əməliyyatlara münasibətdə də keçərlidir. Belə ki, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs də qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamış, yalnız bir neçə ay sonra, xx.xx.2024 tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10800/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar