Məhkəmə qərarları › İş №2-1(103)-112/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-112/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-112/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 959/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzifə öhdəliklərini tam yerinə yetirilməsində (pensiyanın yenidən hesablamaması, fərqin müəyyən edilməməsi , yeni pensiya məbləğinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “İddiaçı “Koller” Kollektivində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin -ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?» sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulması; cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1938-ci ildə anadan olmuşdur və halhazırda 81 yaşı var. ona xx.xx.1999-cu ildə yaşa görə pensiya təyin edilmiş və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyətini davam etdirdiyinə görə hesablanmış pensiya məbləğinin 50%-i miqdarında vəsait almışdır. 2017ci ilin sentyabr ayından başlayaraq əmək fəaliyyətini tam dayandırdı və pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Səbail rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin «Məcburi dövlət sosial sığorta haqqı barədə» 88\04\26-2994 saylı, xx xxx 2008-ci il tarixli Arayışı və əmək kitabçasından çıxarışı da əlavə etmişdir. Lakin, X2 Səbail rayon şöbəsi onun rəsmi müraciətinə 1708\173 saylı, xx.xx.2018-ci il tarixli məktubla cavab verərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1 (81)-155/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya “Koller” Kollektivində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin (yəniAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin) üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-825\2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə- Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; 1 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81 )-155\2019 saylı, qərarı 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş,” 1999-cu il tarixdən başlayaraq” sözləri “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün" sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)- 2190/2019 N-li, xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə- İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş; Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmiş; Həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “xx.xx.2006-il tarixdən” sözləri ilə əvəz edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması üçün- 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 115V2019 N-İi xx.xx.2019-cu il tarixli məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə müraciət edilmiş və qərarın xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyi, eyni zamanda qərarın icra olunması barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri cənab Bədəlov Firdovsinin imzası ilə təsdiq olunmuş, **********3 N2-İİ, xx.xx.2019-cu il tarixli, iddiaçıya ünvanlanmış cavabında bildirilmişdir ki, “....Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2190/2019 Ns-li, xx xxxxxx 2019-cu il tarixli Qərarına əsasən 5 il 9 ay 28 gün sığorta stajına əlavə olunmuşdur.xx.xx.2006-cı il tarixdən əlavə olunmuş sığorta stajı əsasında pensiyanızın məbləğini yenidən hesablayarkən heç bir dəyişiklik nəzərə alınmamışdır. Belə ki, pensiyanız hesablanan zaman mövcud iş stajınız orta əmək haqqınızın maksimal faizini (85%-i) təşkil etmişdir. Nəzərə almağınızı xahiş edirik.” İddiaçı cavabdehin həmin cavabını imtina kimi qəbul edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(102)-2190/2019 saylı qərarı ilə İddiaçı “Koller” kooperativində xx.xx.1987-xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı icra edilmişdir. İddiaçı və onun vəkili Vəkil Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2190/2019 saylı qərarının icrası ilə bağlı 1 saylı Bakı Ərazi şöbəsinə müraciət emişlər. Tərəf və onun vəkilinin sorğularına cavab olaraq bildirilmişdir ki, icrası tələb olunan məhkəmə qərarına əsasən İddiaçı “Koller” kooperativində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövr onun iş stajına əlavə olunmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən əlavə olunan 5 il 9 ay 28 gün iş stajı nəzərə alınmaqla İddiaçı pensiyasını yenidən hesablayarkən onun pensiyasının məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Belə ki, əvvəlki iş stajı əsasında pensiyasının məbləği hesablanarkən mövcud iş stajı orta aylıq əmək haqqının maksimal faizini (85%-i) təşkil etdiyindən, əlavə olunan 5 il 9 ay 28 gün iş stajının əsasında pensiyasının məbləğini yenidən hesablayarkən iş stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyətə görə pensiyasının məbləğində dəyişiklik qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən xx xxx 2011-ci il tarixli, 128-İVQD saylı dəyişikliklə əlaqədar olaraq 2006-cı il yanvarın 1-dək pensiya çıxmış şəxslərin sığorta stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyət aradan qaldırılmış və bu Qanununa aşağıdakı maddələr əlavə olunmuşdur. 26.3.1-ci maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixdən yenidən hesablanır. 26.3.2-ci maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3.3-cü maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. xx.xx.2011-ci il tarixdən İddiaçı pensiyasını xx.xx.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85=171,98 manat) mövcud pensiyanın məbləğindən (689,78 manat) az olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3.3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüksək pensiya məbləği əsas götürülmüşdür. Bu səbəbdən də sığorta stajı əsasında onun pensiyasını yenidən hesablayarkən pensiyasının məbləğində dəyişiklik olmamışdır. 1987-1991-ci illərdə məcburi dövlət sosial sığorta haqqı anlayışı olmamışdır. İddiaçı “Koller” kooperativində xx.xx.1987- xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(102)-2190/2019 saylı qərarı 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən icra edilmiş və məhkəmə qərarının icrası barədə iddiaçıya, onun vəkilinə və məhkəməyə rəsmi məlumat verilmişdir. İddiaçı iddiası özünün şəxsi qənaətinə əsaslanmış formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlannın pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “xx xxxxxx 2008-ci il tarixli, 7 N-li Qərarında qeyd olunur ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-d maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunanlara əsaslanaraq cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə “cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3 000 manat və mənəvi ziyana görə 2 000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarında göstərilən sübutlar birinci instansiya məhkəməsi tərəfindən bütünlükdə və hərtərəfli araşdırılmamışdır. İddiaçı “Koller” kooperativində işləmiş, həmin kooperativdən əmək haqqı almış və müvafiq olaraq məcburi dövlət sığorta haqqları ödənilmişdir. Pensiyanın hesablanması üçün orta aylıq əmək haqqına tətbiq edilən məhdudiyyət aradan qaldırıldıqdan sonra təqdim edilən əmək haqqı arayışına əsasən xx.xx.2008-ci il tarixdən pensiya yenidən hesablanmış və baza hissəsi 75 manat, sığorta hissəsi 466,65 manat olmaqla, 541,65 manata çatdırılaraq, cavabdehin təqdim etdiyi dəlillər əsassız hesab edilmişdir. Tərəflər arasında baş vermiş məhkəmə mübahisəsi zamanı işin hallarına və faktlara, eləcə də tərəflər arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsi qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası şikayət verilən qərarın qanuniliyini bütövlükdə yoxlayır. İşin faktiki halları bundan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş N 2-1(81)-155/2019) iddianın təmin edilməsi; iddiaçıya “Koller” koperativində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının “1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin" hissəsində “1999-cu il tarixdən başlayaraq” sözlərinin “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün” sözləri ilə əvəz edilməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2190/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “xx.xx.2006-il tarixdən” sözlərinin ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra İddiaçı və onun vəkili yuxarıda qeyd edilən məhkəmə qərarının icrası ilə bağlı cavabdeh orqana müraciət etmişdirlər. Cavabdeh orqan iddiaçının və onun vəkilinin müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.08.201-cu il tarixli, 2-1 (102)-2190/2019 saylı qərarına əsasən yuxarıda qeyd olunan dövr (5 il 9 ay 28 gün) vətəndaş İddiaçı sığorta stajına əlavə olunmuşdur. Əlavə olunan sığorta stajı nəzərə alınmaqla xx.xx.2006cı il tarixdən pensiya məbləği yenidən hesablanarkən heç bir dəyişiklik alınmamışdır. Belə ki, vətəndaş X1 həmin dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləği orta aylıq əmək haqqının 85 faizi (maksimum) məbləğində nəzərə alınmışdır. İş materiallarından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixdən şöbədən yaşa görə əmək pensiyası alır. Pensiya təyin olunduğu vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12ci, 17-ci və 78-ci maddələrinin tələbləri əsasında pensiya təyin olunmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı icrası tələb olunan məhkəmə qərarında göstərilən dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləğinin orta aylıq əmək haqqının ən yüksək həddi üzrə, yəni 85 faizi (maksimum) məbləğində nəzərə alındığı, həmçinin iddiaçının hazırkı iddia tələbinin hüquqi əsası olmadığı qənaətinə gəlib iddia tələbini təmin etməmiş, cavabdehin iddiaçının və onun vəkilinin müraciətinə verilən cavabını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələbindən görünür ki, iddiaçı onun barəsində qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2190/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının icrası ilə bağlı cavabdeh orqanın pensiyanın düzgün hesablanmaması ilə bağlı hərəkətlərini qanunsuz sayaraq mübahisələndirmiş, cavabdeh orqanın ona qarşı mövqeyini qərəzli hesab edərək qüvvədə olan məhkəmə qərarı əsasında pensiya məbləğinin yenidən hesablanması haqqında məlumat verilməsini xahiş etmişdir. İşə baxan məhkəmə isə hazırki tələbi ilə bağlı qüvvədə olan məhkəmə qərarının olmasını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq prosessual qanunveriliyin tələblərini pozmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbi üzrə hər üç instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Hazırki iddia tələbində qaldırılan məsələ yeni bir məhkəmə mübahisəsi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası prosesi ilə bağlı tərəflər arasında yaranmış mübahisədir. Cavabdeh inzibati orqan da öz növbəsində müraciətə imtina xarakterli deyil, mübahisənin icra mərhələsinə aid olduğundan cavab məktubu ünvanlamışdır. Ona görə də hazırki iddia tələbi mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin məhkəmə qərarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilərək təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-959/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar