Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-112/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2-1(82)-1564/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart - 01 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərilən əsaslara görə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında iş stajı kimi götürməklə (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1950-ci ildə anadan olmuş, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib təyinatla Bakı Prdio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə zavodun ən yaxşı səmərələşdicisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin Elmi-Texniki Yaradıcılığı laureatı olmuşdur. 1980cı ildə zavodun 450-dən artıq kommunistlərin qeydiyyatda olduğu partiya komitəsinin katibi seçilmişdir (əmək haqqı 220 manat), 1982-84-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuduqdan sonra Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı işləmişdir (əmək haqqı 175 manat), 1985-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayına qədər, əvvəlcə 560, sonra 700-dən yuxarı kommunistlərin qeydiyyatda olduğu V.İ.LENİN adına (indiki H.Z.Tağıyev adına) toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifəsində işləmişdir (əmək haqqı 234, sonra 300 manat). Qeyd edir ki, toxuculuq kombinatı partiya komitəsində dörd ştat mövcud idi. Partiya komitəsinin katibi, partiya komitəsi katibinin müavini, partiya kabineti müdiri və kitabxanaçı. Bu işçilərin hamısı rayon partiya komitəsindən məvacib alırdılar. Respublikada isə bu cür partiya komitələrinin sayı çox az olmuşdur. 1991-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının fəaliyyəti müvəqqəti dayandırılması ilə əlaqədar həmin kombinatın baş mühəndisinin müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ildə təqaüdə çıxdığı zaman ona 156 (yüz əlli altı) AZN pensiya təyin edilmişdir?! Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda (bundan sonra Təsnifat Toplusu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına əsasən ona verilməli olan məbləğin az pensiya hesablanmaqla sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqlarının və əsas Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə əsasən ona verilən pensiya onun pul formasında əmlakıdır. Pensiyanın ona qanunla verilməli olan, lakin az verilmiş hissəsi də ona verilməli olan onun mülkiyyətini təşkil edir. Pensiyanın həmin hissəsinin ona verilməməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, pensiyanın qanunla ona verilməli olan, lakin verilməyən hissəsi üzərində sahiblik etmək, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət heç bir əlamətdən asılı olmayaraq hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. Lakin onunla eyni dövrdə dövlət orqanlarında işləyən işçilərin iş stajları tam nəzərə alınaraq həmin illərə görə onlara pensiya təyin edildiyi halda ona onlara nisbətən ayrı-seçkiliyə yol verilərək həmin müddətlər onun iş stajına daxil edilsə də ona həmin müddətlər üçün pensiya tam təyin edilməmişdir. Eyni zamanda 2017-ci ilin aprel ayının 4-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 121 nömrəli qərarı ilə onun tutduğu vəzifə (partiya komitə katibi) rayon icra Hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzifəsi ilə uyğunlaşdırılmışdır. Lakin onun partiya komitəsi katibi vəzifəsi (aldığı məvacibin məbləğinə və partiya komitə katibinin vəzifəsinə əsasən) rayon partiya komitəsində katib vəzifəsinə uyğun olmuşdur. Bundan əlavə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçinin məvacibi iş stajından asılı olaraq fərqli olduğu halda ona hesablanan pensiya ən aşağı məvaciblə götürülmüş və 2013-cü ildən yox 2017ci ildən hesablanmışdır?! Beləliklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi icra hakimiyyətinin bir qurumu olmaqla borcunu tam yerinə yetirməmiş, iş stajına daxil olan illərin bir hissəsini pensiyanın təyin olunması üçün nəzərə almamış, bu da ona az pensiya təyin olunması ilə nəticələnmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində və “Təsnifat Toplusu”nda təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur. Maddənin İİ və V hissələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı maddələrinə, 71-ci maddəsinin Vİİ hissəsinə əsasən o Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Təsnifat Toplusu”na və AR Nazirlər Kabinetinin 4 aprel 2017-ci il tarixli 121 nömrəli Qərarına uyğun onun pensiyasının 2013-cü ildən başlayaraq hesablanmasını və onun vəzifəsinin (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında daha yüksək vəzifəyə uyğunlaşdırılması barədə xahiş etmiş, lakin müsbət cavab almamışdır. Qeyd: AR DSMF Xətai rayon şöbəsi nəyi əsas gətirir? Onun verdiyi cavabı yazmaq lazımdır. Sonra isə onu təkzib etmək, qanunsuz olduğunu bildirmək üçün qüvvədə olan qanunvericiliyə ya da mövcud təcrübəyə (misallar gətirməklə və mümkünsə bu faktları təsdiq edə biləcək sənədləri əlavə etməklə) istinad etmək lazımdır. Bu səbəbdən də o pozulmuş sosial təminat hüququnu bərpa etmək məqsədi ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia qaldırır! Qeyd olunanlara əsasən 1980-cı ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu staji kimi götürməklə “Təsnifat Toplusu”na əsasən onun partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qətnamə çıxarılmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2-1(82)- 1564/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: E.Mustafayev) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxs dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğ bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddələri 01.07.2017-ci il tarixədək dövlət qulluqçusu kimi pensiya alan şəxslərə şamil olunub, 01.07,2017-ci il tarixdən sonra "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən həmin maddələr yeni redaksiyada yuxarıdakı şəkildə olmuşdur. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2104/2019 saylı, 19.09.2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarındakı iş stajının dövlət qulluqçusu stajı kimi göstərməklə, partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq, həmin müddətlər üçün pensiya hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2020-ci il tarixli, 2-1(102)-139/2020 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.09.2019-cu il tarixli, 2-1(103)-2104/2019 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. 15.09.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə daxil olmuş, ərizədə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavin vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1305/2020 saylı, 20.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 2-1(102)-656/2021 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2020-ci il tarixli, 2- 1(103)-1305/2020 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X7 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçının 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında işləməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin təsiri altına düşür və həmin maddədə nəzərdə tutulmuş Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddətinin daxil edilməsi göstərişi də iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. İş materiallarında olan İddiaçı məxsus 20.06.1973-cü il tarixli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.08.1972-ci ildən 14.08.1980-ci ilədək, 20.08.1980-ci ildən 02.09.1982-ci ilədək, 02.09.1982-ci ildən 31.07.1984-cü ilədək, 01.08.1984-cü ildən 13.09.1984-cü ilədək, 23.03.1976-cı ildən 03.04.1978-ci ilədək, 13.09.1984-cü ildən 16.09.1991-ci ilədək müxtəlif vəzifələrdə işləmiş, 16.09.1991-ci il tarixdə H.Z.Tağıyev adına BTTİR-də işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 17 dekabr 2018-ci il tarixli, № **********7 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatından daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda dəyişiklik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2017-ci il tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq, şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsi Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçiyə uyğunlaşdırılmışdır. Nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 22.05.2019-cu il tarixli, **********2 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun Bakı şəhəri Xətai rayon şöbəsinə daxil olmuş müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Sizə dövlət qulluqçusu kimi 11 il 26 gün dövlət qulluğunda olan əmək stajınıza görə 01.03.2018-ci il tarixdən 231.27 manat pensiya hesablanıb ödənilir. Nəzərinizə çatdırırıq ki, 1980-1982-ci illər Bakı Radiozavodunun və 1985-1991-ci illər H.Z.Tağıyev adına toxuculuq kombinatında partiya komitə katibi işlədiyiniz dövrlər böyük məsləhətçi vəzifəsinə uyğun gəlir. Nəzərinizə çatdırırıq ki, həmin dövrləri İcra hakimiyyətində böyük məsləhətçi kimi hesablanmaqla ümumi dövlət qulluğu stajına əlavə ediləcəkdir. Nəzərə almağınızı xahiş edirik. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti əlavə edilir. 10 mart 2017-ci il tarixinədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Qeyd olunan Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.3-cü və 23.4-cü maddələrinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qullluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 03.09.2001-ci il tarixli, 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” 4-cü bəndinə əsasən Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 №-ü Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmin Qaydaların 11-ci bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 10-cu bəndinə görə qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasınıtəyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 №-li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələr (birinci katib, ikinci katib, katib, şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri, partiya nəzarəti komissiyasının sədrinin müavini, birinci katibin köməkçisi, sektor müdiri, katibin köməkçisi, instruktor) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcud vəzifələrə (aparatın rəhbəri, aparatın rəhbərinin müavini, bölmə rəhbəri, bölmə rəhbərinin müavini, sektor müdiri, böyük məsləhətçi) uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. İşdən göründüyü kimi iddiaçının irəli sürdüyü tələb 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq pensiyanın yenidən hesablanması ilə bağlıdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər işlədiyi partiya komitəsi katibi vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən hansı dövlət qulluqçusu vəzifəsinə uyğunluğunu müəyyən etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə sorğu verilmişdir. Sorğuya cavab olaraq X4 daxil olmuş və iş materiallarına əlavə edilmiş 04.02.2022-ci il tarixli PHŞ/3-2-2022-223 nömrəli məktubda aşağıdakılar qeyd edilmişdir: Tərəfinizdən təqdim edilmiş əmək kitabçasında aparılmış qeydlərdən müəyyən edilmişdir ki, İddiaçı 1980-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsinin Bakı radiozavodunda partiya komitəsinin azad katibi vəzifəsində, 1984-cü ildə Şaumyan Rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində, 1984- 1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsi Təşkilat şöbəsinin instruktoru vəzifəsində, 1985-1991-ci illərdə Lenin adına Tekstil Kombinatında partiya komitəsi katibi vəzifəsində işləyib. İddiaçı 1980-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsinin Bakı radiozavodunda partiya komitəsinin azad katibi vəzifəsində işlədiyi dövrə dair bildiririk ki, “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında partiya komitəsinin azad katibi vəzifəsi nəzərdə tutulmadığından həmin dövr onun dövlət qulluğunda qulluq stajına daxil edilmir. İddiaçı 1984-cü ildə Şaumyan Rayon icraiyyə Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işlədiyi dövrə dair bildiririk ki, yuxarıda adı çəkilən Siyahının 1.17-ci bəndində Rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparıldığından onun həmin vəzifədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxildir. Qeyd edilən vəzifə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı 1984-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsi Təşkilat şöbəsinin instruktoru vəzifəsində işlədiyi dövrə dair bildiririk ki, adı çəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparıldığından onun həmin vəzifədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxildir. Qeyd edilən vəzifə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı 1985-1991-çi illərdə Lenin adına Tekstil Kombinatında partiya komitəsi katibi vəzifəsində işlədiyi dövrə dair bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısfnın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 3-cü bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsi (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) nəzərdə tutulmuşdur. İddiaçı Lenin adına Tekstil Kombinatında partiya komitəsi katibi vəzifəsində işlədiyi dövrün dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməsini müəyyən etmək üçün bu vəzifənin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olması və onun həmin vəzifədə işlədiyi müddətdə əməkhaqqını müvafiq şəhər (rayon) komitəsindən alması barədə arayış təqdim olunmalıdır. Apelyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyası Sənədlər Arxivi tərəfindən verilmiş 17.03.2022-ci il tarixli, № 27/056 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, Nurullayev X2 partiya komitəsinin katibi və Şaumyan (indiki Xətai) rayon partiya komitəsində təlimatçı vəzifələrində işləyərkən, Bakı Ali Partiya Məktəbində müdavim olarkən 1980-ci ilin avqust ayından 1985-ci ilin sentyabr ayına kimi aşağıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə); 1980 1981 1982 1983 1984 1985 Yanvar ---------- 195-00 220-00 220-00 220-00 175-00 Fevral ---------- 195-00 220-00 220-00 220-00 200-00 Mart ---------- 220-00 220-00 220-00 220-00 200-00 Aprel ---------- 273-00 220-00 220-00 220-00 200-00 May ---------- 220-00 220-00 220-00 220-00 200-00 İyun ---------- 220-00 220-00 220-00 220-00 200-00 İyul ---------- 427-00 220-00 440-00 220-00 241-00 Avqust 111-00 96-00 220-00 ---------- ---------- 156-00 Sentyabr 195-00 220-00 220-00 220-00 105-00 200-00 Oktyabr 195-00 220-00 220-00 220-00 175-00 ---------- Noyabr 195-00 220-00 220-00 220-00 175-00 ---------- Dekabr 195-00 220-00 220-00 220-00 175-00 ---------- İddiaçı1984-1985-ci illərdə mükafat almışdır: 1984 1985 Oktyabr-60 Fevral-100 ---------- Aprel-100 ---------- Oktyabr-100 İddiaçı1981-1982, 1985-ci illərdə müalicə müavinəti almışdır: 1981 1982 1985 Həmçinin iş İyul-176 Avqust-176 İyul-160 materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyası Sənədlər Arxivi tərəfindən verilmiş 22.09.2017-ci il tarixli, № 196 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı V.İ.Lenin adına tikiş kombinatı (sonralar BTTİB adlandırılmışdır) partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1986-cı ilin yanvar ayından 1991-ci ilin sentyabr ayına olan dövr üçün aşağıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə); 1986 1987 1988 1989 1990 1991 Yanvar 234-00 234-00 234-00 240-00 323-00 323-00 Fevral 234-00 234-00 234-00 240-00 323-00 323-00 Mart 234-00 234-00 234-00 240-00 323-00 323-00 Aprel 234-00 234-00 234-00 240-00 323-00 323-00 May 234-00 234-00 234-00 240-00 323-00 323-00 İyun 234-00 234-00 479-00 240-00 323-00 383-00 İyul 234-00 234-00 ---------- 421-00 640-00 763-00 Avqust 318-00 352-00 223-00 69-00 ----------- 35-00 Sentyabr 167-00 123-00 234-00 240-00 323-00 219-00 Oktyabr 234-00 234-00 234-00 240-00 323-00 ----------- Noyabr 234-00 234-00 234-00 406-00 323-00 ----------- Dekabr 234-00 234-00 239-00 323-00 323-00 ----------- İddiaçı1986-1991-ci illərdə müalicə müavinəti almışdır: 1986 1987 1988 1989 1990 1991 Avqust-126 Avqust-120 İyul-117 İyul-120 İyul-162 İyul-181 İddiaçı 1991-ci ilin sentyabr ayı Azərbaycanda Kommunist Partiyasının və onun strukturlarının buraxılması ilə əlaqədar 920 rubl müavinət almışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 1984-cü ildə Şaumyan Rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsində işlədiyi təlimatçısı vəzifəsi, 1984-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsi Təşkilat şöbəsində işlədiyi instruktoru vəzifəsi və 1985-1991-ci illərdə Lenin adına Tekstil Kombinatında işlədiyi partiya komitəsi katibi vəzifəsi yuxarıda adı çəkilən Siyahının 1.17-ci bəndində Rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğun gəldiyindən, həmçinin onun işlədiyi müddətdə əməkhaqqı alması arxiv arayışları ilə təsdiq olunduğundan, iddiaçının 1984-cü ildən 1991-ci ilin oktyabr ayına qədər işlədiyi dövr onun qulluq stajına daxil edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1980-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Şaumyan rayon komitəsinin Bakı radiozavodunda partiya komitəsinin azad katibi vəzifəsində işlədiyi dövr qeyd olunan Siyahıda partiya komitəsinin azad katibi vəzifəsi nəzərdə tutulmadığından həmin dövr onun dövlət qulluğunda qulluq stajına daxil edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2-1(82)- 1564/2019 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı 01.08.1984-cü ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında iş stajı dövlət qulluqçusu kimi nəzərə alınaraq (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətlər üçün ona pensiyanın 2013-cü ildən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-112/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-112/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver