Məhkəmə qərarları › İş №2-1(103)-1120/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1120/2020

02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1120/2020 02.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını araşdırmamış və işə mahiyyəti üzrə düzgün yanaşmamışdır. Binəqədi Bələdiyyəsinin sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, 8-ci mkr, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yaxınlığında vətəndaş Azadxan Xanməmmədova sahibkarlıq fəaliyyəti üçün Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 187 saylı qərarı ilə 100 kvm. torpaq sahəsi ayrılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Qeyd olunan qərarın ləğv edilməsi üçün Mərkəz tərəfindən Binəqədi Bələdiyyəsinə xx.xx.2019-cu il tarixli, 09/6-33 saylı təklif məktubu göndərilmişdir. X4 təklif məktubu Binəqədi Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Bununla bağlı X6 tərəfindən xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı düzgün qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu xarakterli iddiaya baxılması üçün inzibati orqan tərəfindən qarşı tərəfə hər hansı müddət tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müddətin müəyyən edilməsi inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddialar üçün xarakterik olduğuna görə məhkəmə qanunun normasını düzgün tətbiq etməyərək nəticə hissəsində yanlış qənaətə gəlmişdir. Ona görə də məhkəmə qərardadının ləğv edilməsini və iddiaçının Binəqədi Bələdiyyəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən 30 günlük (həmçinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunla müəyyən edilmiş 15 günlük) iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aid olmadığına görə məhkəmə iddia müddətinin ötürülməsinə istinad edərək iddianın mümkünlük məsələsinə yanlış hüquqi qiymət vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına aid olduğundan mübahisələndirmə iddia növünə aid edilməməli və mübahisələndirilmə iddialarına aid iddia müddəti tətbiq edilməməlidir. İş materiallarından göründüyü kimi, X6 tərəfindən Binəqədi Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 187 saylı qərarın ləğv edilməsi üçün Binəqədi Bələdiyyəsinə xx xxx 2019-cu il tarixdə təklif məktubu göndərilmiş, həmin məktub Binəqədi Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Bununla bağlı X6 tərəfindən xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət” haqqında Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində (x xxxx 2019-cu il tarixli, 1630-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 8.5-ci maddəyə “15” rəqəmlərindən əvvəl “müvafiq bələdiyyəyə müraciət etdiyi gündən” sözləri əlavə edilmişdir) göstərilmiş inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu qanunla müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir” ifadəsindəki 15 günlük müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı ləğv edilməli, iddianın mümkünlüyü şərtlərinin yoxlanılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı ləğv edilsin, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar