Məhkəmə qərarları › İş №2-1(103)-1120/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1120/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1120/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 avqust 2021-ci il) əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X4, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 avqust 2021-ci il) əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1649/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1973-cü il tarixli hərbi biletə əsasən iddiaçı 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İV seriyalı 029665 saylı xx.xx.1982-ci il tarixli diploma əsasən İddiaçı 1973-cü ildə M.Əzizbəyov adına X23 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş 1982-ci il tarixdə İnstitutun Neft və Qaz quyularının qazılması ixtisasını bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1972- xx.xx.1973-cü il tarixədək 1 saylı Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmiri Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmir çilingəri, 10 avqust 1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri peşəsinə keçirilmiş, 26 oktyabr 1973-cü il tarixdək həmin vəzifədə işləmişdir. 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri vəzifəsində işləmiş, 11 oktyabr 1977-ci il tarixdə Abşeron rayon X21 Lenin rayon APDS ART-ə 3-cü dərəcə xətti boruçəkən vəzifəsinə qəbul olunmuş, 18 may 1978-ci il tarixdə 4-cü dərəcə xətti boruçəkən, 01 iyun 1979-cu il tarixdə 5- ci dərəcə xətti boruçəkən dərəcəsi verilmiş, 14 sentyabr 1979-cu il tarixdə həmin vəzifədən azad edilmiş, 26 sentyabr 1979-cu il tarxidə 26 Bakı Komissarı adına X1 quyuların əsaslı təmiri sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuş, 10 aprel 1981-ci il tarixdə 4-cü dərəcə qazmaçı köməkçisi dərəcəsi verilmiş, 18 avqust 1982-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. 01 noyabr 1984-cü il tarixdə İliç Buxtası adına X20sı idarəsindən köçürülmə qaydasında 3 saylı RİTS-ə mühəndis texnoloq vəzifəsinə keçirilmişdir. 20 aprel 1987-ci il tarixdə "Azneft" X18 X7 həmin ekspedisiyanın 3 saylı RİTS-ə növbə rəisi, 10 sentyabr 1987-ci il tarixdə qazma ustası vəzifəsinə keçirilmişdir. 30 iyul 1990-cı il tarixədək həmin vəzifədə işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. 19 iyun 1998-ci il tarixdən, 01 avqust 1998-ci il tarixədək «Qum adası» X24 İdarəsində Buruğa n/q quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi işləmişdir. 15 iyun 1999-cu il tarixdə "Dədə Qorqud” birliyinə stüart vəzifəsinə qəbul olunmuşdur. 25 fevral 2002-ci il tarixdə "Peanok" şirkətinə keçirilmişdir. 01 mart 2002-ci il tarixdə «Dədə Qorqud» platformasına köçürülmə yolu ilə stüart işinə qəbul olunmuşdur. 10 iyul 2008-ci il tarixdə dənizdə yerləşən «Çıraq» platformasına stüart işinə köçürülmüşdür. 03 noyabr 2008-ci il tarixdə «Qərbi Azəri» platformasına stüart işinə keçirilmişdir. 18 aprel 2010-cu il tarixdən 22 may 2018-ci il tarixədək BP Şirkətinin «İaşə və Mehmanxana Xidmətlərinin idarə edilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. 23 may 2018-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək BP Şirkətinin «Dənizdə İaşə və Otel Xəzər mərkəzində xidmətlərin göstərilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 08 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq, xx.xx.1984-2.02.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndistexnoloq, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) rəhbərlər və mütəxəssilər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın hesablamasına görə onun güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir. Cavabdehin məktubundan görünür ki, cavabdeh tərəfindən onun güzəştli iş stajı 8 il 11 ay 9 gün (xx.xx.1975xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-ci il, xx.xx.1987xx.xx.1990-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) hesablanmış, digər dövrlər hesablanmamışdır. Buna görə də, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin göstərilən hala əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsini əsassız hesab edir. Belə ki, 27 iyul 1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmirçi-çilingər işinə qəbul olunmuşdur. 10 avqust 1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmişdir. 26 oktyabr 1973-cü il tarixədək həmin vəzifədə işləmişdir. Həmin iş həqiqi hərbi xidmət müddətindən sonra 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri vəzifəsində işlədiyi işlə tam eyni işdir. Cavabdeh tərəfindən 11 dekabr 1975ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək işlədiyi müddət güzəştli iş stajına hesablandığı halda, həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 27 iyul 1972-ci il tarixdən 26 oktyabr 1973-cü il tarixədək olan müddət güzəştli iş stajına hesablanmamışdır. Cavabdeh əsassız olaraq, Abşeron rayon X13 rayonu APDS AKT-də 11 oktyabr 1977-ci ildən 14 sentyabr 1979-cu ilə qədər xətti boruçəkən vəzifəsində işlədiyi illəri, 3-cü dərəcəli (xx.xx.1977-xx.xx.1978), 4-cü dərəcəli (xx.xx.1978-xx.xx.1979) və 5-ci dərəcəli (xx.xx.1979-xx.xx.1979) şərtlərlə pensiya təyin edilməsi hüququ verən əmək stajına daxil etməmişdir. Halbuki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyaları hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarında “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” vəzifəsi göstərilmişdir. Həmin İdarədən göstərilən illərin əmək haqqı naryadları tələb edilib alınarsa birmənalı təsdiq olunar ki, həmin vəzifədə göstərilən işi yerinə yetirmişdir. Göstərilən dövr üçün əmək stajı 1 il 7 ay 20 gün təşkil edir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən xx.xx.1983-cü il - xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq (10 ay 11 gün), xx.xx.1984-cü il xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq (2 il 5 ay 23 gün), xx.xx.1987-ci il - xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi (4 ay 10 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»na əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajına hesablanmamışdır. Bu hala əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddia ərizəsinə dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. İddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndistexnoloq, xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş satjı 12 il 6 aydan az (8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1649/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı onun işlədiyi müvafiq qurumlara göndərilmiş sorğulara və iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işlədiyi dövrlər aşağıdakı dövrləri əhatə edir: xx.xx.1975xx.xx.1977: xx.xx.1979-xx.xx.1982; xx.xx.1982-xx.xx.1984;xx.xx.1984-xx.xx.1987; xx.xx.1987-xx.xx.1990 və xx.xx.1998-xx.xx.1998-ci illər. Həmin illər ümumilikdə 12 il 4 ay 07 gün təşkil edir. Qərarda göstərilir ki, onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi, bununla da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, məhkəmə qərarında güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iş stajına aid dövrləri hesabladıqda həmin illər üçün müvafiq stajın 12 il 4 ay 07 gün təşkil etdiyi göstərilmişdir. Qeyd edilməsi zəruridir ki, cavabdeh inzibati orqanın güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtinaya dair məktubunda qəbul edilməli olan stajın 8 il 11 ay 9 gün təşkil etdiyini göstərirdi. Göründüyü kimi məhkəmədə cavabdehin qəbul etdiyi, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq staj təqdim olunan yazılı sübutlara əsasən 12 ildən yuxarı olması öz təsdiqini tapmışdır. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq iddiaçının Abşeron Rayon X13 rayon APDS ART-də 11 oktyabr 1977-ci ildən 14 sentyabr 1979-cu ilə qədər xətti boruçəkən vəzifəsində işlədiyi müddət güzəştli şərtlərlə əmək pensiyası təyin etmək hüququ verən əmək stajına daxil edilməmişdir. İddiaçının Əmək Kitabçasında olan 9-12 sıralarda işə qəbulla bağlı aparılmış yazılarda onun 11 oktyabr 1977-ci il tarixdən 14 sentyabr 1979-cu il tarixədək Abşeron Rayon Neft Ötürücü İdarəsinin Lenin rayon APDS ART-ə 3-cü dərəcə xətti boruçəkən vəzifəsinə qəbul olunması, 18 may 1978-ci il tarixdə ona 4-cü dərəcə xətti boruçəkən, 01 iyun 1979-cu il tarixdə 5-ci dərəcə xətti boruçəkən dərəcəsi verilməsi, 14 sentyabr 1979-cu ildə həmin vəzifədən azad edilməsi göstərilmişdir. Həmin müddət lil 11 ay 3 gün təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 saylı qərarında “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi bora kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” vəzifəsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən qanuna müvafiq olaraq ona müvafiq köməklik göstərilməsi üçün qeyd edilən məsələ ilə bağlı SOCAR-m Neft Kəmərləri İdarəsinə müvafiq sorğu göndərilərək 19 iyun 2022-ci il tarixli cavab alınmışdır. Həmin cavabda göstərilir ki, hazırda İdarədə xətti boruçəkən vəzifəsi mövcud deyildir. Eyni zamanda məktubda göstərilir ki. İddiaçı X14 Kəmərləri İdarəsinin Abşeron Rayon Neft kəmərləri İdarəsində işlədiyi xx.xx.1997-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətti boruçəkən, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətti boruçəkən və xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətti boruçəkən peşələrinin xarakteristikaları və funksiyaları barədə məlumatın və həmin peşələrə dair vəzifə təlimatının saxlama müddəti başa çatdığına görə silinərək məhv edilmişdir. Bu səbəbdən də qeyd edilən məlumatların Sizə təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, onun iddia ərizəsində göstərdiyi müddətdə həmin vəzifədə işləməsi öz təsdiqini tapmışdır. Ancaq müvafiq sənədlər məhv edildiyindən həmin peşəyə dair məlumatların, yəni vəzifə təlimatının təqdim edilməsi mümkün olmamışdır. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Əmək Kitabçasından əlavə şəxsin həmin hüququ verən vəzifələrdə işləməsini təsdiq edən arayış tələb olunur. SOCAR-m Neft Kəmərləri İdarəsinin yuxarıda göstərilən məktubu iddiaçının həmin vəzifədə işləməsini təsdiq edən arayış kimi qəbul edilə bilər. Əslində məhkəmə tərəfindən sorğu verilərkən xətti boruçəkən peşəsinin xarakteristikası, funksiyası və vəzifə təlimatı əvəzinə, onun həmin vəzifədə işləməsini təsdiq edən arayış tələb edilməli idi. Onun xətti boruçəkən vəzifəsində işlədiyi 1 il 11 ay 3 gün məhkəmə tərəfindən qəbul edilmiş güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən 12 il 4 ay 7 gün əmək stajına əlavə edildikdə həmin pensiyanın təyin edilməsi üçün tələb edilən 12 il 6 ay əmək stajından çox, yəni 14 il 3 ay 10 gün əmək stajının olduğu müəyyən edilir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə həqiqətə nail omaq üçün işi araşdırmamış, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki baxımından əsaslıdır. Tərəflərin izahatları: İddiaçının vəkili X8 iddia ərizəsini, apellyasiya şikayətini və iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəni müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Müvafiq tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. İddiaçı bundan narazı qalıb iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdur. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olmasına baxmayaraq, xüsusi iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi iddiaçının bu hüququnun olub-olmadığını «Əmək pensiyaları haqqında» AR Qanununun yalnız 9.8-ci maddəsi ilə yoxlamış və belə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajı olsa da, onun xüsusi iş stajı 12 il 6 aydan azdır. Buna görə də iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 ildən çox ümumi iş stajının olması mübahisələndirilmir. Buna baxmayaraq məhkəmə kollegiyası şikayətin dəlillərindən asılı olmayaraq bu barədə də araşdırma aparmış və məlum olmuşdu ki, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı onun təhsil aldığı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (1 il), xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək (3 ay), xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək (2 il) hərbi xidmətdə olduğu müddət və əmək kitabçasına əsasən xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 9 ay 23 gün), xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək (1 il 11 ay 3 gün), xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək (2 il 10 ay 22 gün), xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək ((xx.xx.1984-cü ilədək 2 il 24 gün), xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək (2 il 5 ay 18 gün), xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək (4 ay 11 gün), xx.xx.1987-ci ildən xx.xx.1990cı ilədək (2 il 11 ay 29 gün), xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək (1 ay 13 gün), xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək (əslində xx.xx.2006-cı ilədək 6 il 6 ay 16 gün) işlədiyi müddət nəzərə alınmaqla, ümumilikdə iş stajı 24 il 5 ay 6 gün təşkil edir. Odur ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının Qanunun 9.8-ci maddəsi ilə təyin olunması onun ümumi iş stajının xx.xx.2006-cı il tarixə tamamlanmaması səbəbindən mümkün deyil. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 12 il 6 ay xüsusi iş stajının olub-olmaması məsələsinin də araşdırılmasına lüzum qalmır. İşdən görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələbinin əsası kimi istinad etdiyi halların ona adı çəkilən Qanunun 9.8-ci maddəsi ilə hüquq vermədiyi müəyyən edilsə də, onun adı çəkilən Qanunun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranıb-yaranmadığı məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtin ödənilməsi tələb olunur: 1) xx.xx.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixədək azı 25 il ümumi; 3) azı 12 il 6 ay xüsusi iş stajına malik olması. Hazırki işdə İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur. İddiaçının xx.xx.2017-ci il tarixə qanunla tələb olunan 25 ildən artıq iş stajının mövcudluğu isə yuxarıda qeyd olunan dövrlər- onun təhsil aldığı, hərbi xidmətdə olduğu dövrlər və əmək kitabçasındakı qeydlər (bu dəfə onun xx.xx.2010-cu il tarixədək işlədiyi müddət də) nəzərə alınmaqla sübuta yetir. Hazırki iş üzrə cavabdeh inzibati orqanın imtina məktubundan görünür ki, imtinanın əsasını güzəştli iş stajının kifayət qədər olmaması təşkil edir. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış SƏ01-01/22 saylı xx.xx.2021-ci il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixinə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmir sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış SƏ01-01/56 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən İdarənin xx.xx.2021-ci il tarixinə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmiri sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisinin iş funksiyası quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin iş funksiyaları ilə eynidir. SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış arxiv arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X20 İdarəsində işləmişdir. Bu müddətdə iş stajı 02 il, 00 ay, 24 gün təşkil edir. O, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazmaçılar və qazma köməkçiləri, 10.1 b) bilavasitə buruqda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) güzəştli şərtlərə təqaüd almaq imkanına malikdir. Buruqda “texnoloq” və “qazma üzrə mühəndis” vəzifələrinin əmək funskiyaları eynidir. Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış 17 fevral 2021-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətt boruçəkən peşəsində işləmişdir. X14 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xətt boruçəkən peşəsində çalışmış İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olub-olmamasını təsdiqləmək Neft Kəmərləri İdarəsinin səlahiyyətinə aid deyil. Socar Baş ofisi Mərkəzi Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən 22 noyabr 2021-ci il tarixli məktubla təqdim edilmiş arxiv arayışlarına əsasən İddiaçı RMTX-nin mühəndis-texnoloqu, növbə rəisi, buruq ustası işlədiyi xx.xx.1984-xx.xx.1990-cı illərə dair iş vaxtından artıq işləmək haqqı, əvəzçilik və birdəfəlik əmək haqqı ödənişinin nəzərə alınması müəyyən edilmişdir. SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən məhkəmənin sorğusuna 04 mart 2022- ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək mühəndis-texnoloq işləmiş və onun peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında 1100000B-22247 kodu ilə qeyd edildiyindən onun bu peşə üzrə iş stajı 2 il, 05 ay, 18 gün güzəştli iş stajı təşkil edir. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1987-ci il tarixədək işlədiyi vəzifəyə uyğun kod yuxarıda qeyd edilən siyahıda aşkar olunmadığından bu müddət ərzində işlədiyi həmin vəzifələr üzrə güzəştli şərtlərlə (pensiya hüququ verən) iş stajına malik deyil. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər işlədiyi buruq ustası vəzifəsi yuxarıda adı çəkilən siyahıda 1100000B-23196 kodu ilə qeyd edildiyindən onun bu peşə üzrə iş stajı 2 il 11 ay 29 gün təşkil edir. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən məhkəmənin sorğusuna 17 may 2022-ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən İddiaçı həqiqətən X14 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli xətt boruçəkən; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 4-cü dərəcə ilə xətt boruçəkən; xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 5-ci dərəcə ilə xətt boruçəkən peşələrində işləmişdir. X14 Kəmərləri İdarəsinin Abşeron Rayon Neft Kəmərləri İdarəsində İddiaçı işlədiyi xətt boruçəkən peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış 07 iyun 2022-ci il tarixli məktuba əsasən, naryadların arxivdə saxlanılma müddəti beş il olduğu üçün X14 X10 rayon Neft Kəmərləri İdarəsi Qəza bərpa mənqətəsində 1.10.1977-xx.xx.1979- cu illərdə işləmiş İddiaçı aid yazılmış naryadlar silinərək məhv edilmişdir. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən məhkəmənin sorğusuna 19 iyul 2022-ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən Y.X5 Neft Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində işlədiyi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətt boruçəkən və xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətt boruçəkən peşələrinin xarakteristikaları və funksiyaları barədə məlumatın və həmin peşələrə dair vəzifə təlimatının saxlanma müddəti başa çatdığına görə silinərək məhv edilmişdir. Bu səbəbdən də, qeyd edilən məlumatların tərəflərindən təqim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993-cü il tarixli 21 saylı əmrinə əsasən X14 Kəmərləri İdarəsi ləğv edilərək onun bazasında X17 Baş İdarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 saylı əmrinə əsasən X17 Baş İdarəsi ləğv edilərək onun bazasında X17 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31,03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən X17 İstehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı ilə bağlı müvafiq araşdırmalar aparılarkən onun işlədiyi peşələrin güzəştli olub-olmamasını aydınlaşdırmaq mümkün olmamışdır. Buna görə də apellyasiya baxışı zamanı bu istiqamətdə müvafiq sorğular verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Gəmiqayıma Zavodu MMC-dən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sorğu olunan məsələ üzrə “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun fəaliyyət istiqaməti ilə Bakı Gəmiqayırma Zavodunun fəaliyyət istiqamətləri arasında fərqlilik mövcuddur və Zavod müstəqil kommersiya hüquqi şəxs olaraq “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun hüquqi varisi olaraq çıxış etmir. Fəaliyyət istiqamətinə uyğun olaraq Zavodda mövcud olan “təmirçi-çilingər” peşəsinin funksiyaları, vəzifə təlimatı və peşənin funksiyalarından irəli gələrək iş yerində tətbiq olunan güzəştlərlə gəmi təmiri üzrə fəaliyyət göstərmiş “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun analoji peşə üzrə funksiyalar, vəzifə təlimatı və tətbiq olunan güzəştləri arasında olan fərqlilik səbəbindən müvafiq peşə üzrə çalışanlara işin xarakterindən asılı olaraq Zavodda fərqli yanaşma tətbiq olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müvafiq sorğunun aidiyyəti üzrə “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun hüquqi varisi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanması xahiş edilmişdir. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı olaraq qəbul olunan 8 il 11 ay 9 gün- onun xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı əmək fəaliyyəti olan dövrləri əhatə edir. Lakin iddiaçı onun xx.xx.1977-xx.xx.1979 və xx.xx.1984-xx.xx.1987-ci il tarixədək olan dövrlərdəki əmək fəaliyyətinin də zərərli iş stajı ilə bağlı olduğunu bildirir. Məhkəmə baxışı zamanı SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən 04 mart 2022-ci il tarixli məktubla İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək mühəndis-texnoloq işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000B-22247 kodu ilə qeyd edildiyi və bu peşədə onun güzəştli iş stajının 2 il 05 ay 18 gün təşkil etdiyi təsdiq olunmuşdur. İddiaçının xx.xx.1977-xx.xx.1979 illərdə işlədiyi peşənin isə güzəştli iş stajına aid edilməsinin mümkünlüyü yoxlanılarkən apellyasiya baxışı zamanı İddiaçı X14 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər işlədiyi “xətt boruçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan "tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər" peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Neft Kəmərləri İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, SOCAR Neft Kəmərləri İdarəsinin təsdiq olunmuş Nizamnaməsinə əsasən İdarənin əsas fəaliyyəti Dövlət Neft Şirkətinə məxsus olan nefti, neft və qazçıxarma müəssisələrindən, müştərək müəssisələrdən və başqa təşkilatlardan müvafiq qaydada qəbul etmək, saxlamaq, həmçinin istifadəsində olan neft kəmərləri vasitəsilə neft emalı zavodlarına və digər təşkilatlara nəql etməkdir. SOCAR Neft Kəmərləri idarəsində qazla kəsən və elektrik qaynaqçısı peşələrindən başqa digər peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’na aid deyil. Eyni zamanda idarədə xətti boru kəməri çəkən peşəsi mövcud deyil. Belə kı, İddiaçı X14 Kəmərləri İdarəsinin Abşeron rayon Neft kəmərləri İdarəsində işlədiyi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə xətti boru kəməri çəkən, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə xətt boru kəməri çəkən və xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə xətt boru kəməri çəkən peşəsinin xarakteristikaları və funksiyaları barədə məlumatın və həmin peşələrə dair vəzifə təlimatının saxlanma müddəti başa çatdığına görə silinərək məhv edilmişdir. Bu səbəbdən də qeyd edilən məlumatların təqdim edilməsi mümkün deyil. Qeyd: SSRİ Neft Sənayesi Nazirliyinin 11 iyun 1970-ci il tarixli 286 №-li əmri ilə X14 Kəmərləri İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993-cü il tarixli 21 saylı əmrinə əsasən X14 Kəmərləri idarəsi ləğv edilərək onun bazasında X17 Baş idarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28.01 1994-cü il tarixli 13 saylı əmrinə əsasən X17 Baş idarəsi ləğv edilərək onun bazasında X17 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31,03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən X17 İstehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır. Lakin SOCAR Neft Kəmərləri İdarəsinin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, həqiqətən xx.xx.1977-ci tarixdən (Əmr №68/L xx.xx.1977ci il) X14 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri idarəsinə 3-cü dərəcəli xətti boru çəkən peşəsinə işə qəbul olunub, xx.xx.1978-ci il tarixdə (Əmr №42/k xx.xx.1978-ci il) 4-cü dərəcəli xətti boru çəkən peşəsinə, xx.xx.1979-cu il tarixdə (Əmr №44/ok xx.xx.1979-cu il) isə 5-ci dərəcəli xətti boru çəkən peşəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixdən (Əmr № 47/Lxx.xx.1979-CU il) öz xahişi ilə işdən azad edilmişdir. Əsas: Kadrlar şöbəsinin 1977-1979-cu illərdəki əmrləri. Xətti boru kəməri çəkən peşəsi 1977-1979-cu illərdə tərkibində hidrogen sulfid olan neftin və kondensatların zavoda nəql edildiyi boru kəmərlərinə xidmət etmişdir. İddiaçı işlədiyi peşənin adı (xətti boru kəməri çəkən) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarları ilə (21 iyun 1993-cü il tarixli 320 nömrəli, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda (kod: 2130200a-19238) nəzərdə tutulduğu müəyyən edilmişdir. SOCAR-ın “Neft Kəmərləri” idarəsinin təsdiq olunmuş “Nizamnamə”sinə əsasən idarənin əsas fəaliyyəti SOCAR-a məxsus olan nefti, neft və qazçıxarma müəssisələrindən, müştərək müəssisələrdən və başqa təşkilatlardan müvafiq qaydada qəbul etmək, saxlamaq, həmçinin istifadəsində olan neft kəmərləri vasitəsilə neft emalı zavodlarına və digər təşkilatlara nəql etməkdir. Qeyd: SOCAR-ın “Neft Kəmərləri" idarəsi X14 Kəmərləri İdarəsinin hüquqi varisidir. Həmçinin SOCAR tərəfindən vətəndaş İddiaçı verilmiş “müraciətə baxılmasının nəticəsi haqqında” məktubda göstərilmişdi ki, İddiaçı “Neft Kəmərləri” İdarəsi olmuş X14 Kəmərləri İdarəsində 1977-ci il tarixdən 1979-cu il tarixədək işlədiyi peşənin adı (xətti boruçəkən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarları ilə (xx.xx.1993cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının həm cavabdeh tərəfindən mübahisələndirilməyən 8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977 (1 il 9 ay 23 gün); xx.xx.1979-xx.xx.1982 (2 il 10 ay 22 gün); xx.xx.1982-xx.xx.1983 (1 il 2 ay 14 gün) xx.xx.1987-xx.xx.1990 (2 il 11 ay 29 gün); xx.xx.1998-xx.xx.1998 (1 ay 13 gün)), həm də mübahisələndirilən 5 il 3 ay (xx.xx.1977-xx.xx.1979 (1 il 11 ay 3 gün); xx.xx.1983xx.xx.1984 (10 ay 10 gün); xx.xx.1984-xx.xx.1987 (2 il 5 ay 18 gün) dövrləri də nəzərə alınmaqla güzəştli iş stajının qanunla tələb olunan 12 il 6 aydan artıq təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm xx.xx.1993-cü il tarixli 320 №li Qərarı, həm də xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olan peşələrə uyğun gəldiyi müəyyən olunur. Həmin mübahisələndirilən dövrlər üzrə güzəştli iş stajının mövcudluğu işəgötürən müəssisələr tərəfindən də təsdiq olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) yuxarıda sadalanan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilmədiyini yoxlayarkən onu da nəzərə alır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilə bilər. Bu, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərindən irəli gəlir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının xx.xx.2006-cı ildən sonrakı iş stajının xx.xx.1999-xx.xx.2010-cu ilədək olan əmək fəaliyyətinin bir hissəsinə düşdüyü və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək işlədiyi dövrdə işəgötürən müəssisə tərəfindən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müəyyən olunmuşdur. Bu barədə cavabdehin nümayəndəsi tərəfindən “Sığortaolunanın hesabı” vərəqəsi məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 5 ay 6 gün, xx.xx.2006-cı ildən sonra isə xx.xx.2010-cu ilədək işlədiyi müəssisə tərəfindən barəsində məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi üçün onun xx.xx.2017-ci il tarixə ümumi iş stajının 25 ildən artıq təşkil etdiyi bir daha təsdiq olundu. Hazırki işdə iddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq xüsusi iş stajının və 57 yaşının xx.xx.2017-ci il tarixədək (xx.xx.2011-də) tamamlandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası əsaslıdır və təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək, yəni xx.xx.2011-ci il tarixdən yarandığını, inzibati orqana isə həmin tarixdən sonra, yəni ilk dəfə xx.xx.2020-ci ildə müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu, buna müvafiq iddiaçının inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən ən çoxu üç il üçün, yəni xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər olan müddət üzrə tələbetmə hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, pensiya məbləğinin ödənişi xx.xx.2017-ci il tarixdən aparılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2017-ci il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2011-ci il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1649/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməsinin isə cavabdeh inzibati orqana ilk müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1649/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın ödənilməsinin isə iddiaçının cavabdeh inzibati orqana ilk müraciət etdiyi xx.xx.2020-ci i tarixdən əvvəlki 3 ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar